Azərbaycan elmi nə etməli nədən başlamalı 18 Fevral 2022 14: 32


Elmin maliyyələşdirilməsi



Yüklə 35,72 Kb.
səhifə4/4
tarix19.05.2022
ölçüsü35,72 Kb.
#58584
1   2   3   4
Azərbaycan elmi nə etməli nədən başlamalı 18 Fevral 2022 14

Elmin maliyyələşdirilməsi
Akademik L.A.Artsimoviç deyirdi: "Elm şəxsi düşüncə və təşəbbüsləri dövlət hesabına həyata keçirmək üçün ən yaxşı yoldur. SSRİ-də bu mümkün idi. SSRİ ÜDM-nun 5% elmə ayırırdı və ona görə ilk sputnik, ilk kosmonavt, lazerin kəşfi və d. məhz, SSRİ-də mümkün olmuşdu. Nə tarixdə, nə də bu gün dünyada elmə bu qədər vasait ayıran ikinci bir dövlət yoxdur. Elmə ən çox vəsait ayıran ölkələr İsrail və Cənubi Koreyadır (4.25% və 4.20%), digər ölkələrin ayırdığı vəsait 4% altındadır. Amma bu gün dünyada prioritetlər dəyişib, dövlətin hər bir qəpiyi dövlətin inkişafına yönəldilməlidir. Çoxlarının xoşuna gəlməsə də, şəxsən mən, elmə ayrılan vəsaitlərin düşünülməmiş, dərhal yüksəldilməsinin əlehinəyəm. Bu proses evolyusiya xarakteri daşımalıdır və ayrılan yeni vəsait məqsədyönlü istifadə olunmalıdır. Məsələn, AMEA-da institutların birləşdirilməsi məsələsinə baxılmalıdır. Nə ehtiyac var 20-30 işçisi olan institutlara?
Əsas məqsəd institutların dövlət əhəmiyyətli konkret mövzular ilə məşqul olmasıdır. İnstitutların birləşdirilməsi nəticəsində əldə edilən vəsait institutlarda və AMEA-da qalmalıdır. İnstitutların (Rəyəsət Heyətinin icazəsi ilə) və Akademiyanın rəhbərliyinə bu vəsaitləri istifadə etməyə imkan yaratmaq lazımdır. İstifadə edilən vəsaitlərin ciddi nəzarəti olmalıdır, hansı məqsədlə xərçlənib və nə əldə edilib. Əldə edilmiş vəsait rəhbərlik tərəfindən maaşlara əlavə, beynəlxalq konfranslarda iştrak, Sabbatikal adlanan ezamiyələrə xərclənə bilər. (Sabbatikal xarici ölkələrə bir neçə həftə ya aylıq ezamiyyətdir və bunun üçün qəbul edən tərəfinin razılığı və ofislə təmin etmək məktubu lazımdır).
Addım addım, elmə ayrılan vəsait əsasən qrant şəkilində olmalıdır. Qrantlar dövlət əhəmiyyətli məsələlərə ayrılmalıdır. AMEA hökümətlə bir yerdə qrantların hansı sahələrə ayrılmasını müzakirə edib bir məqsədə gəlməlidir. Bu istiqamətdə aparıcı beynəlxalq elmi mərkəzlərlə aparılan elmi araşdırmalara üstünlük verilməlidir. Ayrılan qrantların həcmi (əgər qrantlar səmərə veribsə) ildən ilə yüksəldilə bilər. Bu gözəl stimul olardı alimlər üçün. Belə prinsiplər bir çox ölkələrdə qəbul olunub. Məsələn, ABŞ-da, Milli elmlər Akademiyası 500 mlrd, dollardan çox vəsaitin elmi qurumlara qrant şəkilində verilməsi hüququna və imkanına malikdir.
Amma, kiminsə təcrübəsini kor-koranə tətbiq etməyin də tərəfdarı deyilik, hər ölkənin keçdiyi bir tarixi yol var və ölkə ona uyğun olaraq fəaliyyət göstərməlidi. Hesab edirəm ki, Azərbaycanda elmə ayrılan vəsaitlər əsasən (böyük hissəsi) qrant şəklində, digər hissəsi bir başa institutlara dövlət əhəmiyyətli məsələlər üçün verilməlidir. Belə yanaşma heç bir nəticə verməyən alimlərin AMEA-da çalışmasına son qoyardı. Amma, bu o demək deyil ki, elmdə müəyyən naliyyətlər qazanmış amma yaşa dolmuş alimlər təminatsız qalmalıdır. Xeyir, belə alimlərə xüsusi pensiyalar vermək olardı.
Məqsəd ondan ibarətdir ki, yaşa dolmuş alimlər təqaüdə çıxarkan praktiki olaraq dolanışıq problemi yaşamamalıdırlar. Məslən, Azərbaycan qanunvericiliyinə uyğun olaraq, əgər elmlər doktoru tam təqaüdə çıxarsa onun təqaüdünə 300 manat, fəlsəfə doktorlarına 200 manat əlavə olunur.
Bu məsələni lazımı qaydaya salıb həll etmək olardı. Gənc alimlərin fəaliyyətini stimullaşdırmaq üçün 35-40 yaşında gənclər üçün elm sahəsində Dövlət mükafatı təsis etmək olardı. Şərt deyil ki, bu mükafat hər il verilsin, 2-3 ildə bir dəfə verilə bilər. Təsadüfi və məmur təsirindən uzaq olmaq üçün belə mükafatların verilməsi üçün sərt şərtlər qoymaq olardı. Elm haqqında qanuna əlavələr etmək lazımdır.
Azərbaycanın ərazisində fəaliyyət göstərən hər bir təşkilat elmi avadanlıq ya elmi produksiya (proqram təminatları və s.) alarkan ilk öncə AMEA-ya müraciət etməli və AMEA belə tenderlərdə mütləq iştrak etməlidir. Hətta, AMEA xarici avadanlıqların alınmasında belə, imkan və əlaqələrindən istifadə edib daha münasib şərtlərlə bunu edə bilər. Bu gün elə kompüter proqramları (proqram təminatları) var ki, bəzi təşkilatlar onları xaricdən alırlar, halbuki bizim mütəxəssislər (proqramçılar) bu işləri yüksək səviyyədə daha ucuz qiymətə hazırlaya bilərlər.
Amma əfsuslar olsun ki, bəzi məmurların ucbatından belə mütəxəssislər bu işdən kənarda qalırlar. Hətta elmi qurumlarda maaş aşağı olduğundan savadlı və bacarıqlı proqramçıları işə götürmək olmur. Amma kompüter texnoloyalarından istifadə etmədən, hətda humanitar sahədə böyük naliyyətlər əldə etmək müəyyən çətinliklərlə rastlaşır.
Ümumiyyətlə, bu gün elmdə kompüterlərin və müasir texnologiyaların imkanlarından istifadə etməyən ya etməyi bacarmayan alimlər Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsində olan qəhrəmanı xatırladırlar.
Biz elmdə islahatların həyata keçirilməsi üçün yuxarıdan administrativ göstərişləri gözləməməliyik. Ümummilli lider Heydər Əliyevin bizə etdiyi tövsiyyələrdən biri ondan ibarətdir ki, ancaq biz özümüz, öz müqəddəratımızı və gələcəyimizi müəyyən edib firavan həyat qura bilərik. Hesab edirəm ki, AMEA-da islahatların hazırlanıb həyata keçirilməsi üçün yeni İslahatlar Şurası yaradılmalıdır, çünki elmdə və AMEA-da olan vəziyyəti bizdən başqa kimsə dərindən anlamaz və ürəyi yanmaz. Bu Şuraya daxil olan şəxslər tutduqları vəzifələrə görə deyil, elmdə yüksək nüfuzları olan və öz sözlərini demiş, dünya elmində vəziyyətdən xəbəri olan, dərindən anlayan, real görəcəkləri işlərə görə seçilməlidirlər.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və birinci vitse - prezidenti Xanım Mehriban Əliyeva elmə təhsilə və mədəniyyətə böyük qayğı göstərir və həmişə diqqət ayırırlar. Əminəm ki, elmi aləmdən lazımı ciddi təkliflər gələrsə ölkə rəhbərliyi tərəfindən bu təkliflərə dərhal müsbət reaksiya veriləcəkdir.
Böyük elm mücahidi Cordano Bruno deyirdi: "Elm insan ruhunun qəhrəmanlığı üçün ən gözəl yoldur". Elmin elm yolunda qəhrəmanlıq göstərməyə hazır və qadir olan insanlara böyük ehtiyacı var. Əsil alim nə vəzifə, nə maddi dəyər, nə də şöhrət uğrunda mübarizə aparmır. Elm onların peşəsi, taleyi və layəqətidir.
Asəf Haciyev,
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi,
AMEA-nın akademiki, Ümumdünya elmlər Akademiyasının üzvü

Yüklə 35,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin