4.
III Fәsil
Ermәni köçkünlәrinin "böyük hissәsini, xüsusәn әn kasıbları Qarabağa getmәyә
tәhrik etmәk" (general Paskeviçin әmrnamәsindәn)
Tarixi saxtalaşdıranlar Qarabağ әhalisinin milli tәrkibi haqqında olmazın yalanlar
uydurmuşlar.
Mәsәlәn, Z.Balayan yazır ki, “keçәn әsrin әvvәllәrindә ermәnilәr Qarabağda әhalinin
doxsan sәkkiz faizini, hәtta 1913-cü ildә doxsan altı faizini tәşkil etmişlәr”, Ermәnistan
Akademiyasının nәşr etdiyi “Dağlıq Qarabağ. Tarixi mәlumat” kitabında isә oxuyuruq:
“Yalnız XVIII әsrin ikinci yarısından Pәnah xan vә İbrahim xan dövründә Şuşaya az
miqdarda köçәri müsәlman köçmüşdür. Tәsadüfi deyildir ki, hәtta müsәlmanlar
içәrisindә doğum yüksәk olsa da, onlar bizim yüzilliyin әvvәllәrindә ölkәnin (Qarabağın -
T.K.) әhalisinin beş faizdәn çoxunu tәşkil etmәyiblәr”.
172
İ. Lenski vә başqaları da
Qarabağ әhalisinin doxsan beş faizinin ermәnilәrdәn ibarәt olmasını iddia edir.
Burada hәr şey yalandır.
“Az miqdarda köçәri müsәlmanın”, yaxud Z.Balayanın ifadәsi ilә, “bir ovuc kәlmә
köçәrinin” “ermәni mühitindә” göstәrdiyi rәşadәt - zәmanәnin güclü Qarabağ xanlığını
yaratması, ermәni mәliklәrini özünә tabe etmәsi, bu Azәrbaycan xanlığını
möhkәmlәndirib XIX әsrin әvvәllәrinәdәk saxlaya bilmәsi haqqında danışmışıq.
İndi isә Şuşa haqqında qısaca söhbәt açaq. Gördüyümüz kimi, ermәni müәlliflәri
iddia edirlәr ki, “Pәnah xan vә İbrahim xan dövründә Şuşaya az miqdarda keçәri
müsәlman köçmüşdür”.
Ş.Mkrtıçyanın fikrinә görә, güya Şuşa 1740-cı ildә hansısa ermәni knyazı tәrәfindәn
bәrpa edilmişdir.
173
Ermәni müәlliflәri Şuşanın ermәni şәhәri olması haqqında uydurmalarını dünyaya
yayıblar. Bu barәdә iki “tәzә” misal:
- 1996-cı ilin noyabrında Şuşaya gәlmiş amerikan müxbiri Piter Ford yazmışdır:
“Şuşa, bu şәhәr, ermәni şәhәri olmuşdur, 1921-ci il qırğınından sonra şәhәrdә
azәrbaycanlılar mәskunlaşmışlar” (“Krisçen Sayens monitor” qәzeti, 22 noyabr, 1966,
Tofiq Köçərli
- 56 -
Qarabağ: Yalan və Həqiqət
yәqin, müәllif 1920-ci ildә Dağlıq Qarabağda ermәni qiyamının darmadağın edilmәsini
nәzәrdә tutur. Görünür, hәmin müxbirin Dağlıq Qarabağ ermәnilәrinin lideri
R.Koçaryanla söhbәti olubmuş vә Koçaryan Şuşa haqda yanlış fikri onun beyninә
yeridibmiş. Koçaryan 1996-cı ildә dәfәlәrlә bәyan edib: “Şuşa, azәrbaycanlıların 20-ci
illәrdә әlә keçirdiyi ermәni şәhәridir”).
- Moskvalı Vladimir Stupişin isә yazmışdır: “Dağlıq Qarabağı asan türklәşdirmәk üçün
DQMV-i ilә Ermәnistan arasında әrazicә kәsilmә saxlanmışdır. Artıq 1979-cu ildә
ermәnilәr Dağlıq Qarabağda yüz faizә qәdәr deyil, yetmiş faizdәn azacıq çox olmuşdular
vә hәtta Qarabağın tarixi mәrkәzi Şuşa daha az ermәni vә daha çox azәrbaycanlı şәhәri
olur”.
Öncә İbrahim Xәlil xanın yanında mirzәlik etmiş, 1797-ci ildә Molla Pәnah Vaqif
öldürüldükdәn sonra, 1822-ci ilәdәk Qarabağ xanlığının vәziri işlәmiş Mirzә Camal
Cavanşir Qarabağinin Şuşa qalasının tikilmәsi haqqında yazdıqlarını qısaca olaraq
oxuculara çatdıraq. Mirzә Camalın “Qarabağ xanlığının tarixi” әsәrini akademik A.Berje
rus dilinә tәrcümә edәrәk, hәlә 1855-ci ildә, Tiflisdә çıxan “Qafqaz” qәzetindә çap
etmişdir. (“Kavkaz”, 1855, №61, 62, 65, 67, 68, 69). Nә o zaman, nә dә sonra, gәrәk
ki, heç kim Qarabağ xanlığının müasiri, iyirmi beş il Qarabağ xanlarının vәziri işlәmiş,
Şuşada yaşamış Mirzә Camalın yazdıqlarını tәkzib etmәmişdir.
Qarabağ xanlığının ilk mәrkәzi Bayat qalası idi. Bayat qalası Çәlәbi xanın yürüşünә
tab gәtirsә dә xanlığın mәrkәzi üçün әlverişli deyildi. Ona görә Pәnah Әli xan “Şahbulağı
adı ilә mәşhur olan Tәrәnküt qalasını” bina etdi, qalanın “әtrafında yüksәk yerdә geniş
hasar hördülәr. Bazar çarsu, (meydan), Hamam vә mәscid tikdilәr”
174
Şahbulaq qalası
Qarabağ xanlığının mәrkәzi oldu.
Lakin şәrait daha etibarlı, daha möhkәm vә alınmaz qala tikmәyi tәlәb edirdi.
M.C.Qarabağiyә görә, Pәnah xanın әmri ilә xanın “işgüzar vә bacarıqlı adamları
mәslәhәtlәşib qәrara gәldilәr ki, biz gәrәk dağların içindә, möhkәm vә keçilmәz yerdә
elә bir әbәdi vә sarsılmaz qala tikәk ki, onu güclü düşmәn belә mühasirә edә
bilmәsin”.
175
Bu niyyәti “Mәlik Şahnәzәr bәyә söylәdilәr vә onun mәslәhәti vә bәlәdçiliyi
ilә Şuşa qalasını tikmәk qәrarına gәldilәr. Xanın bir neçә nәfәr bilici vә mәlumatlı adamı
gedib, qalanın yerini vә әtrafını yoxladı. Qalanın içindә iki-üç bulaqdan başqa axar su
Tofiq Köçərli
- 57 -
Qarabağ: Yalan və Həqiqət
yox idi. Bu bulaqların suyu isә qala camaatına kifayәt etmәzdi. Ona görә güman gәlәn
yerlәrdә quyu qazdırıb, müәyyәn elәdilәr ki, buranın bir çox yerlәrinda su quyuları
qazmaq mümkündür. Bu xәbәri mәrhum Pәnah xana çatdırdılar. Xan sevinәrәk bir neçә
nәfәr öz yaxın adamı ilә buraya gәldi, yerlә tanış olub, әzmlә qalanın binasını qoydu”.
176
XIX әsr ermәni müәllifi Mirzә Yusif Qarabaği dә (Nersesov) Şuşa qalasının tikilmәsini
buna bәnzәr tәsvir etmiş vә yazmışdır ki, “1752 (1166)-ci ildә Pәnah Xan xoş bir gündә
Şuşa şәhәrinin tәmәlini qoydu”.
177
(Bir sıra müәlliflәrin fikrincә, Şuşa qalasının әsası
1750-ci ildә qoyulmuşdur).
Demәyәsәn, “keçәri” Pәnah xanın şәhәr-salmadan “başı çıxırmış!”. O, gәlәcәk
şәhәrin su problemi haqda düşünürmüş (sonralar xan qızı şairә Xurşudbanu Natәvan
Şuşaya su kәmәri çәkdirmişdi). O, Hәsәn İxfa Әlizadәnin yazdığına görә, Şuşanı tikmәk
üçün Tәbriz, Әrdәbil vә başqa şәhәrlәrdәn ustalar gәtiribmiş vә onlar özlәri Şuşanın ilk
sakinlәri olublarmış.
178
Azәrbaycan milli memarlıq әnәnәlәri әsasında tikilәn qala hazır olduqdan sonra
Pәnah xan “Şahbulaq qalasının sakinlәri olan bütün rәiyyәtlәri - әyanın, mәliklәrin,
mülazimlәrin, ellәrin vә bir para kәndlәrin kәndxudalarının ailәlәrini köçürüb, bu qalanın
içindә yerlәşdirdi”.
Mirzә Camal Qarabaği yazır ki, “o vaxta qәdәr burada yaşayış evlәri yox idi. Bura
şәrq tәrәfdә, qalanın altı verstliyindә yaşayan Şuşa kәndi әhalisinin әkin yeri vә otlağı
idi.”
179
Pәnah Әli xan Şuşanı birinci növbәdә müdafiә qalası kimi tikdirmişdir. Ona görә
qalaya “beş arşın hündürlüyündә, iki arşın enindә”, uzunluğu 2,5 km olan döyüş bürclü,
dörd darvazalı әzәmәtli divar hörülmüşdü. Şuşa hәqiqәtәn dә uzun müddәt basılmaz bir
qala olmuşdur. Qarabağın İstiqlal qalası! hәr ehtimala qarşı lazım gәlәrsә xanlığın
xәzinәsini saxlamaq üçün Şuşanın yanından keçәn Qarqar çayının o tayında, yolsuz-izsiz
әlçatmaz sıldırım qayalıqda Xәzinә qayası adlanan otaqlar qazılıb hazırlanmışdı.
Şuşa bina edilәn zaman onun adı Pәnahabad olub. Şәhәrә sadәcә Qala da deyiblәr.
Burada xanlığın zәrbxanası tikilmişdi. Gümüşdәn kәsilәn pulun bir üzündә şәhәrin adı
(“Pәnahabad”) yazılmışdır. Hәsәn İxfa Әlizadәnin fikrincә, az sonra qala “Şәhri Şişә”,
yaxud “Şişә” şәklindә işlәnmәyә başlandı. Rus dilindә şәhәrә “Şuşa” deyildi.
180a
Tofiq Köçərli
- 58 -
Qarabağ: Yalan və Həqiqət
Yaraşıqlı iki-üç mәrtәbәli saraylar, memar Kәrbәlayi Sәfihin “nәqşәrә vә rәhbәrliyi
altında tikilәn Gövhәr ağa mәscidi”, mәhәllә mәscidlәri, Qara Böyük xanımın Qala-Saray
kompleksi, karvansaraylar, digәr gözәl binalar Şuşanı, binası qoyulan günlәrdәn bir növ
milli memarlıq muzeyinә çevirmişdi.
Şuşa milli әdәbiyyat vә mәdәniyyәtimizin, elmimizin beşiklәrindәn biri kimi
formalaşmışdı. Milli Şuşa mühiti, milli Qarabağ mühiti böyük şairimiz Molla Pәnah Vaqifi
yetişdirmişdir.
“Vilayәtdә urus olub ixtiyar,
Eylәyib bir bina yoxdu görәn kar,
Tamam işlәr olub cahilә bazar,
Heyif buvilayәt, heyhat-heyhat.”
deyәn “amansız satirik” (S.Vurğun) Qasım bәy Zakir Qarabağ xanlığının şöhrәtli
günlәrindә, 1784-cü ildә burada - Şuşada doğulmuş, Şuşada yazıb yaratmışdır. Hәr biri
milli fәxrimiz olan Xurşudbanu Natәvan, Nәcәf bәy Vәzirov, Әbdürrәhim bәy
Haqverdiyev, Süleyman Sani Axundov, Yusif Vәzir Çәmәnzәminli vә b. yaradıcılıq yoluna
Şuşada başlamışdılar.
Mirzә Adıgözәl bәy, Mirzә Camal Qarabaği, Әhmәd bәy Cavanşir, Mir Mehdi Xәzani
kimi salnamәçilәr, Firudin bәy Köçәrli kimi alim Şuşada yetişmişdi,
Şuşada şair, şer, teatr mәclislәri var idi. X.Natәvan “Mәclisi - üns”, Mir Möhsün
Nәvvab “Beytül Xamuşan” mәclisinin yaradıcıları idilәr.
Y.V.Çәmәnzәminli yazmışdır ki, Xan Qaradaği, Növrәs, Mәmayi, Baki, Alı Yüzbaşı
oğlu Hәsәn Nәvvabın “Beytül Xamuşan” mәclisinin, digәr şair, müğәnni vә çalanlar
(Mirzә Sadıx Piran, Mirzә Rәhim Fәnan, Mirzә Mәmmәd Katib vә b) Natәvanın “Mәclisi-
üns” mәclisindә toplaşarlarmış. Teatr xadimlәri Ә.haqverdiyev, N.Vәzirov, Mәmmәd
Hәsәn bәy Mirzәcamalov, Vәkil Hәsәnәli bәy ayrıca bir mәclisdә cәmlәşmişdilәr.
Şuşada qaynar әdәbi vә mәdәni hәyat olmuşdur. Burada hәvәskar gәnclәr 1884-cü
ildә M.F.Axundovun komediyalarını, 1899-cü ildә Şekspirin “Otello”sunu, 1905-ci ildә
“Adәm vә Hәvva”nı tamaşaya qoymuşdular. (“Otello”nun tәrcümәçisi H.Vәzirov Otello,
A.Zarifyan Dezdemona, Mәmmәdhәsәn bәy Mirzәcamalov Yaqo rollarını oynamışdılar)
181
vә s. vә i.a.
Qarabağ Azәrbaycan milli musiqisinin beşiyi idi. Y.V.Çәmәnzәminli şәhadәt verir:
Tofiq Köçərli
- 59 -
Qarabağ: Yalan və Həqiqət
Şuşada “küçәdә evimizin qarşısındakı quyuluqda gözәl şәrqilәr söylәrdilәr, saz vә
qarmon çalınardı. Nә oxuyanlar vardı! Axşam çağı qatıq almağa gedәn uşaqlar qazanı
yanağına dayayıb, elә bayatı vә şikәstә oxuyardılar ki, adamın gözlәri yaşarırdı. Vaqif vә
Zakirin vәtәni olan bu şәhәrә tәbiәt şer, musiqi vә şәrqi ilhamı bağışlamışdı. Qafqazın
bütün adlı-sanlı türk xanәndә vә sazandәlәrini bu şәhәr yetirәrdi. Mәşәdi İsi, Hacı Üsü,
Qar-yağdı oğlu Cabbar, Әbdül Bağı, Seyid, İslam kimi oxuyanlar, Sadıqcan kimi çalanlar
Şuşada yetişmişdir”.
182
Böyük Üzeyir bәy Hacıbәyov Şuşada dünyaya gәlmişdir. Neçә-neçә şöhrәtli
bәstәkar, müğәnni, sazәndә yaradıcılıq yoluna Şuşada qәdәm qoymuşdur. “Poeziya,
musiqi vә mahnının bәxtiyar vәtәni olan Şuşa bütün Zaqafqaziyanın
konservatoriyasıdır”
183
deyәn ermәni musiqişünası V.D.Karqanov haqlıdır. Bu, 1908-ci
ildә söylәnmişdir.
Bütün bunlar Qarabağ haqqında. tarixi hәqiqәtlәrdir. Qarabağın tarixi ilә bilavasitә
mәşğul olmayan şәxs bu hәqiqәtlәri bilmәyә bilәr. Ancaq ciddi әda ilә Qarabağdan
yazan, Qarabağda “heç bir Azәrbaycan yerli dibli yox idi” - deyәn şәxs, özü dә tarix
elmlәri doktoru, hәm dә diplomat hәmin hәqiqәtlәri bilmәyә borcludur, tarixi mәnbәlәri
öyrәnmәyә borcludur.
İndi dә Qarabağın vә onun paytaxtı Şuşanın әhalisinin tәrkibi haqqında.
Ümumiyyәtlә, bu barәdә material olduqca azdır. Olan da çox ziddiyyәtlidir vә bәzәn
qәti surәtdә ağılkәsәn deyil. Biz artıq yuxarıda belә bir -fantastik ermәni mәlumatı
gәtirmişdik ki, guya 1760-cı ildә Qarabağda 900 ermәni kәndi olub vә az qala 657 min
ermәni yaşayıb.
Ermәni müәlliflәrinin başqa bir mәlumatına görә, XVIII әsrin axırlarında Qarabağda
11 min ermәni ailәsi olmuşdur.
Qarabağda әhalinin sayı vә milli tәrkibi haqqında qismәn etibarlı mәnbә Rusiya
mәnbәlәridir. Lakin hәmin mәnbәlәrә dә tәnqidi yanaşmaq lazımdır. Mәsәlәn, 1972-ci
ildә Yerevanda “Присоединение Восточной Армении к России” adlı iki cildlik sәnәdlәr
mәcmuәsi nәşr olunmuşdur. Onun 1-ci cildindә Zaqafqaziyadakı yerli rus mәmurlarının
Rusiya daxili işlәr nazirliyinә tәqdim etdiyi arayış (19 iyul 1811-ci il) verilmişdir. Orada
göstәrilir ki, Qarabağda 12 min ailә yaşayır. Onun 2500-ә qәdәri ermәni ailәsidir.
184
Tofiq Köçərli
- 60 -
Qarabağ: Yalan və Həqiqət
Ermәni naşirlәri bu rәqәmә münasibәt bildirmәyib. Zәnnimcә, 12 min vә 2 min
yarım rәqәmlәri ümumi planda Qarabağ әhalisinin nisbәti, yәni azәrbaycanlıların
ermәnilәrdәn az qala beş dәfә çox olması haqqında düzgün tәsәvvür versә dә, hәqiqәti
dәqiq әks etdirmir.
XIX әsrin әvvәllәrindә Qarabağda әhalinin sayı, milli tәrkibi haqqında qismәn etibarlı
mәnbә 1823-cü ildә tәrtib olunmuş “Qarabağ әyalәtinin tәsviri ...” kitabı sayıla bilәr.
Hәmin kameral sayım materialları әsasında X.D.Xәlilov hesablayıbdır ki, 1823-cü ildә
Qarabağ әyalәtindә 20095 ailә, o cümlәdәn 15729 azәrbaycanlı (78,3 faiz) vә 4366
ermәni ailәsi (21,7 faiz) yaşamışdır.
185
Başqa tәdqiqatçılar (S.S.Әliyarov vә s.) yenә
hәmin materiallar әsasında deyilәn ildә Qarabağ әyalәtindә 18 min 563, o cümlәdәn beş
ermәni-mәlikliyindә 1 min 559 ermәni ailәsinin (8,4 faiz) qeydә alınmasını
göstәrmişlәr.186
N.Axundov isә 19655 ailәnin, o cümlәdәn 4805 ermәni ailәsinin olmasını qeyd
etmişdir.
187
Hәmin mәnbә ermәni müәlliflәrinin diqqәtindәn dә yayınmamışdır. Onlar
hesablamışlar ki, 1823-cü ildә Qarabağ әyalәtindә 5107 ermәni ailәsi olmuşdur.
Rәqәmlәrdәki fәrqlәr göz qabağındadır. Bununla belә Azәrbaycanlı ailәlәrin sayının
ermәni ailәlәrindәn qat-qat çox olması şәksizdir. (Qarabağ әyalәtinin tәsviri ...” kitabı ilә
mәn dә tanışam. Kitab Şuşa şәhәri üzrә vә kәndbәkәnd ailәlәrin sayından, yәni ailә
başçılarının ad vә familiyalarından ibarәtdir. Onları dәqiq hesablamaq, bir çoxlarının milli
mәnsubiyyәtini müәyyәnlәşdirmәk (artıq qeyd olunduğu kimi, Xaçın mәliklәri Mirzә,
Allahverdi, Qәhrәman, Çilәbird mәliyi Allahqulu kimi bir çox ermәnilәr azәrbaycanlı
adlarını daşıyırdılar) olduqca әziyyәtli vә mürәkkәb işdir. Xüsusәn dә mәnim gücüm
çatan iş deyil. Ona görә mәn, Xәlilovun hesablamalarını әsas götürdüm. Deyәsәn, o,
ciddi hesablama aparıb).
Göstәrilәn ermәni ailәlәrindәn nә qәdәrinin yerli әhali olması vә nә qәdәrinin 1805-
1823-cü illәrdә İrandan gәlmәsi dә hәlә dәqiqlәşdirilmәyib.
İrandan Qarabağa vә Azәrbaycanın digәr rayonlarına ermәnilәrin köçürülmәsi 1828-
ci ildәn kütlәvi vә mütәşәkkil xarakter almışdı. Bu, çarizmin rәsmi dövlәt siyasәti idi.
1828-ci il fevralın 29-da general Paskeviç göstәriş vermişdi ki, ermәnilәr “başlıca olaraq
Tofiq Köçərli
- 61 -
Qarabağ: Yalan və Həqiqət
İrәvan vo Naxçıvan vilayәtlәrindә vә qismәn Qarabağda” yerlәşdirilsin, “bir sıra
müsәlman kәndlәri dindaşlarının әn çox mәskunlaşdığı yerlәrә köçürülsün” vә hәmin
yerlәr ermәnilәrә verilsin. Bu, azәrbaycanlıları öz dәdә-baba yurdlarında sıxışdırmağa
istiqamәt verilmәsi demәk idi. Bu, hәmdә Veliçkonun yazdığı kimi, “Zaqafqaziyanın bәzi
hissәlәrinin, ermәnilәr tәrәfindәn müstәmlәkәlәşdirilmәsinin başlanması idi.” Paskeviçin
başqa bir direktivi belә idi: “Şübhә yoxdur ki, xristianların böyük bir hissәsi
Azәrbaycanda (İran Azәrbaycanında -T.K.) qalmayacaqdır... Xristianları Naxçıvan vә
İrәvan vilayәtlәrinә getmәyә razı salmaq lazımdır. Bu vilayәtlәrdә xristian әhalisini nә
qәdәr mümkündürsә çoxaltmaq nәzәrdә tutulur. Üzümçü vә onun yaxınlığındakı üç
ermәni kәndinin sakinlәrinә Qarabağa getmәyә icazә vermәk lazımdır”
188
İran ermәnilәrinin köçürülmәsinә bilavasitә başçılıq edәn ermәni Lazarov Paskeviçә
fәrәhlә xәbәr verirdi ki, “Qabaqca Marağa ermәnilәri, sonra bütün Azәrbaycan (İran
Azәrbaycanı -T.K.) ermәnilәri (yerlәrini). tәrk etmәyi qәrara aldılar”.
189
Qlinkanın yazdığı kimi, “Türkmәnçayla hәmhüdud kәndlәrin ermәnilәri Qarabağa
yollandılar”
190
Üç ay yarım әrzindә 8 min ermәni ailәsi Araz çayını keçdi.
191
Beş mindәn artıq ermәni ailәsi Araza yaxınlaşan zaman, 1828-ci il aprelin 24-dә
Paskeviç Lazarevә tapşırıq verdi ki, “keçkünlәrin böyük hissәsini, xüsusәn әn kasıbları
Qarabağa getmәyә tәhrik etsin”
192
. Lazarev tapşırığı can-başla yerinә yetirdi. Qlinkanın
yazdığına görә, Lazarev “ermәni köçkünlәrinin böyük bir hissәsini, onları yol xәrci üçün
pulla tәmin etmәklә, İrәvan xanlığına vә Qarabağ xanlığına getmәyә inandırdı.”
Ermәnilәrin Qarabağa köçürülmәsindә Qarabağ komendantı Kaleçevski dә
canfәşanlıq göstәrirdi. O, Paskeviçә yazırdı ki, “İran hökumәti Qarabağa keçmәk istәyәn
ermәnilәrә maneçilik törәdir”.
193
Paskeviç 1828-ci il noyabrın 9-da Qriboyedova tapşırdı
ki, Kalaçevskinin qaldırdığı mәsәlәyә dair İran hökumәti ilә danışıqlar aparsın.
Qriboyedov tapşırığa әmәl etdi vә noyabrın 29-da Paskeviçә bu barәdә mәlumat
verdi.
194
Eyni zamanda Qriboyedov Qarabağ komendantına yazdı: “Mәktublarınızı mәnә,
mәn olmayanda Amburqerә ünvanlayın, tәlәblәriniz hәmişә yerinә yetirilәcәkdir “.
195
Qriboyedov görürdü ki, “müsәlman mülkә-darlarının torpaqlarında yerlәşdirilmiş”
ermәni köçkünlәri “müsәlmanları sıxıntılı vәziyyәtә salırlar vә onları әsaslı surәtdә narazı
Tofiq Köçərli
- 62 -
Qarabağ: Yalan və Həqiqət
edirlәr”, müsәlmanlar “ehtiyat edirlәr ki, ermәnilәr bir dәfә buraxdıqları torpaqlara
hәmişәlik yiyәlәnәcöklәr”.
195a
Bu sözlәr çin oldu. Çar hakimiyyәt orqanlarının bilavasitә havadarlığı ilә yersizlәr
gәlib yerlilәri sıxışdırmağa başladılar. Azәrbaycanda da İ.Çavçavadze yazdığı kimi oldu:
“Çoxmu ya azmı şeyә malikik, fәrqi yoxdur. hәr halda sizә (ermәnilәrә - T.K)
daldalanacaq verdik, sizi sığındırdıq, sizinlә qardaşlaşdıq. Bizim öz evimizdә, bizimlә
düşmәn kimi rәftar etmәyin”.
196
Hәlә 1911-ci ildә N.İ.Şavrov Zaqafqaziyaya 1828-1830-cu illәr әrzindә 40 min İran
vә 84600 Türkiyә ermәnisinin köçürülmәsini vә onların “ermәni әhalisi yox dәrәcәsindә
olan” Yelizavetpol vә İrәvan quberniyalarında yerlәşdirilmәsini qeyd etmiş vә onların
xüsusәn “Yelizavetpol quberniyasının dağlıq hissәsindә (Dağlıq Qarabağda - T.K.) vә
Göyçә gölü sahilindә mәskunlaşdırılmasını” vurğulamışdır. Şavrov hәm dә yazmışdır ki,
Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermәnidәn 1 milyondan artığı kәlmә
ermәnidir.
197
Tarixi saxtalaşdıranlar üçün Paskeviçin әmrnamәlәri, Qriboyedovun yazdıqları,
Qlinkaların, Şavrovların kitabları ya yoxdur ya da heç nәdir. Siyasi mәqsәdlә, hәm dә
görünür, şәxsi maraqlar naminә uydurmaçılıq vә saxtakarlıq onlar üçün hәr şeydir,
hәqiqәtdәn üstündür.
Çarizmin ermәnilәri Zaqafqaziyaya köçürmәk siyasәti Qarabağda ermәni әhalisinin
sürәtlә artmasına sәbәb oldu. Ermәni müәlliflәrinin yazdıqlarına görә köçkünlәrdәn
Qarabağa cәmisi “700 ermәni ailәsi köçürülmüşdü. Onlardan 300 ailә geri qayıtmış
(geriyә yol artıq bağlı idi! - T.K.), qalanların böyük hissәsi taun xәstәliyinә tutularaq
hәlak olmuşdu.”.
Ermәni müәlliflәrinin dediklәrindә bircә hәqiqәt var: köçkün ermәnilәr içәrisindә
ölәnlәr olmuşdu. Mәsәlәn, general Zubarevin Qarabağdan 1830-cu il aprelin 30-da
Paskeviçә göndәrdiyi mәktubdan aydın olur ki, ermәnilәr nәinki tәkcә Dağlıq Qarabağa,
hәmçinin Düzәn Qarabağa, Bәrdәyә köçürülüblәrmiş. Zubarev yazırdı ki, “Marağa
ermәnilәri әvvәlcә, qәdim, indi dağılmış Bәrdә şәhәrindә yerlәşdirilmişdi”. Lakin onlar
Bәrdәnin qızmar günәşinә dözmәdilәr vә “üç ay әrzindә onlardan 1012 nәfәr hәlak oldu”
Tofiq Köçərli
- 63 -
Qarabağ: Yalan və Həqiqət
Lakin ermәni müәlliflәrinin gәtirdiklәri digәr faktlar hәqiqәtdәn tam uzaqdır. 1832-ci
il üçün Qarabağda ermәni ailәlәrinin sayı artıq 6491-ә çatmış vә Qarabağ әhalisinin 31,6
faizini tәşkil etmişdi.
198-199
Әgәr ermәnilәrin yazdığı kimi, 1823-cü ildә Qarabağda 5107
ermәni ailәsi olmuşdursa, artıq 1832-ci ildә onların sayı 1823-cü ildәkindәn 1384 ailә
çox idi. Әgәr mәsәlәn, Xәlilovun göstәrdiyi rәqәmi - 1823-cü il üçün 5107 deyil, 4366
ermәni ailәsini әsas götürsәk, artım 2125 ailә tәşkil edәr. Hәr halda 10 il әrzindә belә
tәbii artım ola bilmәzdi. Bu artım, başlıca olaraq İrandan köçürülәnlәr hesabına baş
vermişdi.
A.Y.Xan-Aqov (çox ehtimal ki, ermәni müәllifidir) 1887-ci ildә yazmışıdır ki, 1825-
1826-cı illәrdә İrandan Zaqafqaziyaya 18 minә yaxın ermәni ailәsi köçmüşdür.
200
Bu fakt
Qlinka, Şavrov vә digәr rus müәlliflәrindә yoxdur. Onlar, yaxşı mәlum olduğu kimi,
Zaqafqaziyaya 1828-ci ildәn başlayan ermәni axınını tәdqiq ediblәr. Әgәr Xan-Aqovun
dediyi hәqiqәtdirsә, onda Şavrovun gәtirdiyi fakta -Zaqafqaziyada yaşayan bir milyon üç
yüz min ermәnidәn bir milyonunun gәlmә olmasına 90 min dә (18000x5) әlavә
edilmәlidir. Zәnnimcә, Xan-Aqova inanmamağa әsas yoxdur. Çünki o, mәsәlә ilә
bilavasitә mәşğul olmuş, xüsusәn Cavanşir qәzası kәndlәrinin vәziyyәtini tәdqiq etmiş vә
sözügedәn- 18000 ailәnin bir hissәsinin mәhz Cavanşir elindә mәskunlaşmasını, daha
konkret, Maraqalı, Canyataq, yuxarı Çaylı vә Aşağı Çaylı kәndlәrini bina etmәsini
vurğulamışdır.
201
Köçkün ermәnilәr Qarabağdan kәnarda da yerlәşdirilmişdi. Mәsәlәn, 30-cu illәrdә
İrandan gәlәn ermәnilәr Göyçay qәzasında Gәrmәxana kәndini vә Şamaxı qәzasında
Zarhu kәndini salmışdılar.
201a
Bu faktı tәdqiqatçı İ.A.Abelov gәtirmişdir. 1887-ci ildә.
İran vә Türkiyәdәn köçürülәn ermәnilәrin nә qәdәrinin Azәrbaycanda yerlәşdirilmәsi
hәlә dәqiqlәşdirilmәyib. Ümumi şәkildә demәk olar ki, hәmin ermәnilәrin әsas hissәsi
çarizmin rәsmi siyasәtinә müvafiq olaraq vә Paskeviçin konkret göstәrişinә әsasәn
(“müsәlman vilayәtlәrindә xristian әhalisini nә qәdәr mümkündürsә çoxaltmaq”.)
müsәlman vilayәtlәrindә yerlәşdirilmişdi. Mәsәlәn, Z.Balayan, 1920-ci ildә Ermәnistanda
700 min nәfәr ermәni yaşamasını söylәyәrәk etiraf etmişdir ki, bu ermәnilәr “әsasәn
1828-ciildә İranda rus sәfiri Aleksandr Qriboyedovun xilas etdiyi ermәnilәrdir. Onlar
İrandan (hәm dә Türkiyәdәn - T.K.) repatriasiya edilәnlәrdir. Ümumiyyәtlә bizim bir çox
Tofiq Köçərli
- 64 -
Qarabağ: Yalan və Həqiqət
yaşayış mәntәqәlәrimiz Qriboyedovun vaxtında salınmışdır. Mәsәlә bundadır ki, indiki
әrazimizdә yalnız bәzi adacıqlar yaşayış üçün yararlı idi, әsrlәr boyu, minilliklәr boyu
insanlar harada su varsa, oazis varsa, yalnız orada yaşamışlar”.
Bu, düzgün etirafdır. Ancaq Balayan, hәm dә etiraf etsәydi ki, “indiki Ermәnistan
әrazisindә yalnız bәzi adacıqlar yaşayış üçün yararlı” olsa da, bu yerlәr boş qalmamışdı
vә orada azәrbaycanlılar mәskunlaşmışdı, onda Balayan hәqiqәti tam etiraf etmiş olardı.
Әlbәttә, bu halda Balayan Balayan olmazdı! Amerikan müәllifi C.Makkarti haqlıdır:
“1828-ci ilәdәk Ermәnistan әhalisinin 80 faizi müsәlmanlardan ibarәt olmuşudur”.
Bununla әlaqәdar bir mәsәlәni ötәri qeyd edәk. Rusiya statistikasına görә, XIX әsrin
әvvәllәrindә, Naxçıvanın Rusiya tәrәfindәn işğalına qәdәr Naxçıvan әyalәtindә ermәnilәr
әhalinin yalnız 16,4 faizini tәşkil etmişlәr. Lakin ermәni müәlliflәri bu faktla
hesablaşmadan uy-dururlar ki, ermәnilәr Naxçıvan әhalisinin 80 faizini (R.Yenkibaryan),
yaxud 55 faizini (K.Mikaelyan) tәşkil etmişlәr. Bu saxta dәlillәrә istinad edәrәk dә onlar
Naxçıvana iddia irәli sürürlәr.
Әgәr ermәni müәlliflәrinin “mәntiqi” әsas götürülsә, onda XIX әsrin әvvәllәrindә
Ermәnistan әhalisinin yalnız 20 faizini tәşkil edәn ermәnilәr Ermәnistandan imtina
etmәlidirlәr. Azәrbaycan XVIII әsrin vә XIX әsrin әvvәllәrinin siyasi reallıqlarına, o
zamankı Ermәnistan әhalisinin milli tәrkibi haqqında saxta vә uydurma olmayan real
faktlara әsaslanaraq Ermәnistana, Yerevana iddia irәli sürmәlidir.
Şuşa şәhәri әhalisinin tәrkibindә dә ciddi dәyişikliklәr baş vermişdi. 1823-cü ildә
Şuşada yaşayan 1532 ailәdәn 1111-i azәrbaycanlı (72,5 faiz), 421-i ermәni ailәsi (27,5
faiz) idi.
Artıq 1832-ci ildә gәlmәlәr hesabına ermәnilәr Şuşa әhalisinin 44,9 faizini tәşkil
etmişdilәr. 1823-1832-ci illәr әrzindә onlar 27,5 faizdәn 44,9 faizә çatmışdılar!
Qarabağın, Şuşanın ermәnilәşdirilmәsinin startı belә götürülmüşdü. Startçı isә
Rusiya idi!
Bu, artıq 1897-ci ildә ermәnilәrin Şuşada çoxluq tәşkil etmәsi ilә nәticәlәndi (14356
ermәni vә 10809 azәrbaycanlı).
Göründüyü kimi, Şuşa şәhәrindә vaxtı ilә barmaqla sayılan ermәnilәr artıq şәhәr
әhalisinin әksәriyyәtini tәşkil etmişdilәr. Hәmin proses Şuşa qәzasında da getmişdi
Tofiq Köçərli
- 65 -
Qarabağ: Yalan və Həqiqət
(mütәxәssislәrin fikrincә, Şuşa qәzasının әrazisi әsasәn indiki Dağlıq Qarabağ vilayәtinin
әrazisinә uyğun olub). 1807-ci ildә qәzada 88243 ermәni (14356-sı Şuşa şәhәrindә) vә
73910 azәrbaycanlı 10809-u Şuşada) yaşayırdı.
Bir anlığa hesab edәk ki, Şuşa qәzasında Şuşa azәrbaycanlılar yaşayan yeganә oazis
olmuş, qәzada Xocalı kәndi vә azәrbaycanlılar yaşayan onlarca digәr kәndlәr
olmamışdır. Vә hesab edәk ki, qәza әhalisi yalnız 88243 (73887+14356) ermәnidәn vә
10809 Şuşa azәrbaycanlılarından ibarәt imiş. Hәmin halda ermәnilәr qәza әhalisinin 95
faizini yox, yalnız 11 faizini tәşkil etmiş olarlar.
Götürәk 1897-ci il üçün Qarabağın üç qәzasının - Şuşa, Cavanşir vә Cәbrayıl qәzaları
әhalisinin tәrkibini. hәmin qәzalarda müvafiq olaraq 88243, 19555 vә 15750, yәni
123548 ermәni vә müvafiq olaraq 73910, 52041 vә 49189, yәni 175140 azәrbaycanlı
olmuşdur. Fәrz edәk ki, birinci haldakı kimi, bu halda da hәr üç qәzanın әhalisi yalnız
123548 ermәnidәn vә 10809 Şuşalı azәrbaycanlılardan ibarәt imiş. Bu halda da tәkcә
Şuşalı azәrbaycanlılar deyilәn miqdarın 8,1 faizini tәşkil edәr.
1897-1917-ci illәr әrzindә Şuşa qәzası әhalisinin etnik tәrkibindә ciddi dәyişikliklәr
baş vermәmişdi. “Кавказский Календарь” mәcmuәsinin mәlumatına görә 1917-ci il
üçün Şuşa qәzasında 98347 ermәni (22934-ü Şuşa şәhәrindә) vә 84592 azәrbaycanlı
(19091-i Şuşada) yaşamışdır. Deyәk ki, qәzanın әhalisi yalnız vә yalnız 98347 ermәnidәn
vә 19091 Şuşa azәrbaycanlısından ibarәt olub. Bir anlığa tәsәvvür edәk ki, belә olub. Bu
halda da tәkcә Şuşalı azәrbaycanlılar qәza әhalisinin 16 faizini tәşkil etmiş olarlar.
Ermәni müәlliflәri dә, İ.Lenski dә V.Stupişin dә deyә bilәrlәr ki, biz tәkcә Şuşa
qәzasını yox, Cavanşir vә Cәbrayıl qәzalarını da nәzәrdә tuturuq. Olsun. 1917-ci il üçün
hәmin qәzaların birindә 21755 ermәni vә 65583 azәrbaycanlı, digәrindә 22008 ermәni
vә 46947 azәrbaycanlı olmuşdur. Bir anlığa fәrz edәk ki, deyilәn üç qәzanın әhalisi yalnız
vә yalnız 142111 ermәnidәn (98347+21756+22008) vә 19091 şuşalı azәrbaycanlıdan
ibarәt olmuşudur. Hәmin qәzalarda 178031 azәrbaycanlı da (Şuşa daxil edilmәdәn) әsla
yaşamamışdır. Bu halda yenә dә tәkcә Şuşa azәrbaycanlıları deyilәn üç qәzanın
әhalisinin 11,8 faizini tәşkil etmiş olar.
Faktlar belәdir.
Tofiq Köçərli
- 66 -
Qarabağ: Yalan və Həqiqət
Bir sözlә Lenskinin, Stupişinin vә ermәni müәlliflәrinin ermәnilәrin Qarabağda
әhalinin 95 ya 98 faizini tәşkil etmәlәri haqqında iddiaları tamamilә әsassızdır. 1920-ci
ildә Dağlıq Qarabağda 145 min nәfәr ermәni yaşaması haqqında mәlumat da havadan
götürülmә mәlumatdır.
1918-1920-ci illәr әrzindә Dağlıq Qarabağın ermәni әhalisi hәtta qismәn azalmışdı.
Bu, Ermәnistanın Dağlıq Qarabağda yaratdığı gәrgin hәrbi-siyasi vәziyyәt nәticәsindә
baş vermişdi.
Gәrәk ki, ingilislәr deyib: “Rәqәm yalan danışa bilmәz, amma yalan rәqәmdә ifadә
olunar”.
Balayanların vә onlara dәm tutanların Qarabağda ermәnilәrin xüsusi çәkisi haqqında
dönә-dönә gәtirdiklәri rәqәmlәrdә yalan ifadә edilmişdir.
Ağ yalan vә uydurma!
Tofiq Köçərli
- 67 -
Qarabağ: Yalan və Həqiqət
Dostları ilə paylaş: |