AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU



Yüklə 3.8 Mb.
səhifə23/44
tarix07.12.2016
ölçüsü3.8 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   ...   44

1847-ci il aprelin 20-də və dekabrın 28-də kəndli əsasnamələri adlanan sənədlər nəşr olundu. Bu əsasnamələrdən birincisi Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı və Quba qəzalarının bəy kəndlilərinə, ikincisi isə Qazax və Şəmşəddin məntəqələrində ağaların torpaqlarında yaşayan kəndlilərə aid idi. Əsasnamələrə görə bəy torpaqlarında yaşayan bütün kəndlilər vahid ad-mülkədar tabesi adı alırdılar. Kişi cinsindən olub 15 yaşından yuxarı kəndlilər bəylərə məxsus torpaqlarda 5 desyatinə qədər həcmdə pay torpağından istifadə edə bilər, bunun əvəzində isə taxıl məhsulunun onda birini, çəltik, tərəvəz və meyvə məhsulunun üçdə birini malcəhət formasında bəyə verməli idilər. Otlaqlardan istifadə əvəzində kəndlilər çöpbaşı vergisi ödəyirdilər. Bəyin ev işlərini görmək üçün hər 10 kəndli ailəsi bir nəfər kişi ayırmalı idi. Hər bir ailə bəyən təsərrüfatında biyar mükəlləyiyyətini icra etmək üçün ildə18 gün müddətinə bir nəfər verirdi. Kəndin bütün kəndliləri ildə iki gün hamılıqla torpaq sahibinin təsərrüfatında əvrəz işinə çıxmalı idilər. Biyar əvəzinə bəy pul da ala bilərdi. 1847-ci il əsasnamələri Azərbaycanın təsərrüfat həyatına müəyyən təsir göstərdi. Maldarlar torpaq vergilərindən azad edildiklərindən əkinçilik bir qədər ixtisar olur, maldarlıq isə genişlənirdi.

Istifadə olunmuş ədəbiyyat

1. Azərbaycan tarixi, 7 cilddə, 5-ci cild. Bakı, 2000.

2. Azərbaycan tarixi. 1-ci cild. Bakı, 1994.

3. Ramin Qurbanov. XIX əsrin birinci yarısında Şimali Azərbaycanda azadlıq

hərəkatı. Bakı, 2006.

4. Murad Muradov. Çar Rusiyasının Azərbaycanda işğalçılıq və köçürmə

siyasəti ( XIX əsrin birinci yarısında ). Bakı, 1999.

5. Mətləb Gülmalıyev. XVIII əsrin son rübü XIX əsrin birinci yarısında

Azərbaycan kəndinin sosial iqtisadi strukturu. Bakı, 1989.

MÖVZU: ŞİMALİ AZƏRBAYCAN XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ

(1900-fevral 1917-ci il)

Plan:


  1. İnhisarçı kapitalizm mərhələsində Azərbaycan iqtisadiyyatı.

  2. Azərbaycabda milli təfəkkürün formalaşması. Ideologiyalar və siyasi istiqamətlər.

  3. Azərbaycan I Dünya müharibəsi illərində.(1914-fevral 1917).

  4. XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti.

Ə D Ə B İ Y Y A T

1. Azərbaycan tarixi. Bakı.1964,II c.

2. Azərbaycan tarixi. Bakı.1993.

3.Vəliyev T.T. İmperializm dövründə Azərbaycan sənayesi və proletariatı. Bakı.1987.

4.Seyidzadə D. Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar. Bakı.1998.

5. Mir Möhsün Nəvvab . 1905-1906-cı illərdə erməni-müsəlman davası. 1993.

6.Əliyev R. Əsərləri. Bakı. 2006. I, II c.

7.İsmayılov M.Ə. XX əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatı.Bakı.1960.

8. Mahmud ismayıl. Azərbaycan tarixi. Bakı.1997.

9. Azərbaycanin müxtəsər tarixi.

10.Svietoxovski T. Rus Azərbaycanı 1905-1920.Ankara.1988.

11. Saray M. Azərbaycan türkləri tarixi. İstanbul.1993.

12.Yucər N. I Dünya müharibəsində Osmanlı Ordusunun Azərbaycan və Dağıstan əməliyyəti. Bakı 1999.

13.Yusif Akcura . Türkçülüyün tarixi. Bakı,2006.
İNHİSARÇI KAPİTALİZM MƏTHƏLƏSİNDƏ AZƏRBAYCAN İQTİSADİYYATI

1900-1903-cü illər iqtisadi böhranının Azərbaycan iqtisadiyayyatına təsiri.

Neft və digər sənayesi sahələri. XX əsrin əvvəllərində Rusiya inhisarçı kapitalizm mərhələsinə qədəm qoymuşdu. Müsrəmləkəçilik sisteminə uyğun olaraq milli ucqarlar iqtisadi cəhətdən Rusiyanın təsərrüfat sisteminə uyğuunlaşdırildığı üçün XX əsrin əvvəllərində Rusiyanin müstəmləkəsi olan Azərbaycabda da kapitalist istehsalı sürətlə inkişaf edirdi. Çarızmın müstəmləkə siyasəti inhisarların meydana gəlməsinə şərait yaradırdı. Rusiyaya güclü xarici kapital axını nəticəsində Rusiya kapitalizmi Qərbi Avropadan asılı vəziyyətə düşmüşdü. Rusiyaya axışan xarici kapital əsasən imperiyanın milli ucqarlarına, o cümlədən yüksək gəlir gətirən Azərbaycan neft ssənayesinə yönəldilmişdir.

Lakin 1900-1903-cü illərdə bütün dünyanı bürüyən iqtisadi böhran Rusayanin iqtisadi-siyasi həyatda daha ağır fəsadlara yol açdı. Başqa kapitalist ölkələrə nisbətən Rusiyada böhranın təsiri daha dərin iz buraxdı. 1900-1903-cü illər ərzində ölkədə 3 minədək iri və xırda müəssisələr bağlanmışdı, imperiyanın iqtisadi həyatı iflic halına düşmüşdü.

Böhran Rusiyanın kapitalist sənayesini əhatə etdiyi kimi Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərdi, xüsusilə də neft sənayesində özünü daha güclü surətdə biruzə verdi. İstehsalla tələbat arasındakı kəskin uyğunsuzluq iqtisadi böhranı daha da dərinləşdirirdi. Qiymətlərin kəskin şəkildə aşağı düşməsi Bakı neft birjalarının fəaliyyətinin dondurulmasına səbəb olmuşdu..

Lakin neft məhsullarına olan tələbatın azalmasına baxmayaraq Bakı mədənlərində neft hasilatı armaqda davam edirdi. Bazarda tələbat olmadığına görə təkcə 1901-ci il martın 1-nə qədər 163 milyon pud neft ehtiyatı yığılıb qalmışdı. Belə vəziyyət bazar qiymətlərinin aşağı düşməsinə və neft sənayesində qeyri-sabitliyə səbəb olurdu. 1901-ci ildə neft məhsullarının qiyməti əvvəlki ilə nisbətən 43% aşağı düşdü.

Böhran neft istehsalı və emalı ilə məşğul olan şirkətlərin də vəziyyətinə ciddi təsir göstərmişdi. 167 şirkətdən 1902-ci ildə ancaq 136-sı neft çıxarılmasını davam etdirirdi. 1903-cü ilin sonlarına yaxın isə 170 şirkətdən ancaq 153 fəaliyyət göstərirdi. Xırda və ota müəssisələrin rəqabətə davam gətirə bilməməsi nəticəsində , təkcə 1901-ci il ərzində Bakıda 13 zavod ya satılmış, ya da başqa neft cəmiyyətləri tərəfindən icarəyə götürülmüşdü.

Beləliklə, böhran illərində neft məhsulları qiymətlərinin kəskin aşağı düşməsi xırda və orta sahibkarların iflasına səbəb olmuş, neft istehsalınının iri inhisarların əlində cəmləşməsinə şərait yaratmışdı. 1901-ci ildə Bakıdakı 146 şirkətdən beş ən iri şirkət (Nobel qardaşları birliyi, Rotşild, Mantaşev və K*, Xəzər-Qara dəniz birliyi, Bakı neft cəmiyyəti) bütün neft istehsalının 42,5%-ni öz əlində cəmləşdirmişdi. Bu neft kompaniyaları içərisində isə başlıca rolu Nobel qardaşları, Rotşild və Mantaşovun şrkələri oynayırdı.

Bu dövrdə neft daşınması və ixrac sahəsində neft sənayeçiləri arasında kəskin mübarizə gedirdi. Nobel qardaşları, Rotşild və digər iri neft sahibkarları neft ixracını öz inhisarları altına almağa çalışırdılar. Artıq London neft sindikatı “Konsolideyted petrolium” ingilis bazarında ağ neft ticarəti üzrə nəzarəti ələ keçirmiş, Amerika tresti “Standart oyl” ilə razılaşmasına görə 40%-dən artıq Rusiya neft məhsullarını bu bazara buraxmamağı öz öhdəsinə götürmüşdü.

Beləliklə, neft ixracı sahəsində iri inhisarçılar arasında kəskin rəqabət başlamışdı. 1902-ci il iyulun əvvəllərində Bakı neft sahibkarlarının özlərinin xüsusi ixrac sindikatını təşkil etmək cəhdi Nobel qardaşları birliyi, Xəzər-Qara dəniz cəmiyyəti kimi iri inhisarların kəskin müqavimətinə rast gəldi və uğursuzluqla nəticələndi. Ixrac uğrunda mübarizədə dünya bazarında xüsusi mövqeyə sahib olan iri, xarici şirkətlər qalib gəldi.

Qeyd etmək lazımdır ki, qiymətlərin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq Azərbaycan neft sənayesi bütövlükdə yenə də iri inhisarlar üçün böyük gəlir gətirən bir sahə idi. Məsələn, 1902-1904-cü ilərdə Nobel qardaşları şirkəti neftdən 9,3 milyon manat, Bakı neft cəmiyyəti isə 1,5 milyondan artıq nəqd gəlir əldə etmişdilər.

Bakı nefti uğrunda mübarizədə Britaniya şirkətləri daha çox fəallıq göstərirdilər. 1898-1903-cü illər ərzində ingilis kompaniyaları Bakı neft müəssisələrinə 47 milyon manat pul qoymuşdular. 1902-ci ildə Bakıda 39,4 milyon manat kapitalı olan 11 ingilis müəssisəsi fəaliyyət göstərirdi. 1904-cü ildə Rusiyadakı Britaniya neft cəmiyyətləri ingilis kompaniyası olan “S.M.Şibayev və K*”rəhbərliyi altında birləşdirildi. 1905-ci ilin martında isə Nobel qardaşları şirkəti və “Mazut” cəmiyyəti “S.M.Şibayev və K*”, “Oleum” şirkətləri ilə birləşərək Bakı neft sənayeçiləri sindikatının əsasını qoymuş oldular.

Amerikanın “Standart oyl” tresti də Bakı neftinə böyük maraq göstərirdi. 1904-cü ildə Bakı sənayeçiləri ilə bu trest arasında bağlanan qeyri-bərabər müqavilə nəticəsində Rusiyanın neft məhsulları tədricən dünya bazarlarından sıxışdırılıb çıxarılmağa başlamışdı.

Lakin Azərbaycan neft sənayesində inhisarlaşma prosesinin dərinləşməsi eyni zamanda texniki tərəqqinin ləngiməsinə, neft istehsalının azalmasına səbəb olduğu üçün Rusiya tədricən dünya neft hasilatındakı birinciliyi itirirdi.Belə ki, Rusiyada istehsal olunan neftin 83%-i Bakıda çıxarılsa da neft sənayeçiləri müasir texnologiyalara vəsait qoymaqdan çəkindiyi üçün Bakı neft istehsal texnikası XIX əsrin 80-90-cı illəri səviyyəsində qalmışdı.

Neft sənayesindəki durğunluq iri kapital axınının da azalmasına səbəb olmuşdu.Bundan başqa Rusiyanın rus-yapon müharibəsindəki müvəffəqiyyətsizliyi və 1905-1907-ci illər inqilabı xarici inhisarların çar hökumətinə inamını azaltmış və bu ölkəyə kapital qoymaqdan çəkindirmişdi. Neft sənayesindəki bu durğunluq I Dünya müharibəsi ərəfəsinədək davam etdi.

Böhran əlaməti neft sənayesi ilə bərabər metallurgiya, ipəkçilik, balıqçılıq, duz istehsalı sənayesində də özünü göstərməkdə idi. Bunu tələbələrin nəzərinə cədvəl şəklində çatdırmaq daha məqsədəuyğundur:

_____________________________________________________________________

Sənaye sahələri 1900 1903

_____________________________________________________________________

Mis filizi istehsalı 3,9 milyon pud 3,2 milyon pud

Mis əridilməsi 199499 pud 149462 pud

Duz istehsalı 439 min pud 345,2 pud

Balıq sənayesi 73,7 mln. ədəd 57,7 mln. ədəd
Bu dövrdə sənaye böhranı iri şəhərlərin ticarət dövriyyəsinə mənfi təsir göstərməsinə baxmayaraq , bütövlükdə götürdükdə Azərbaycabda ticarətin həcmi artmaqda idı. Bakıda hər il baharda təşkil olunan ticarət yarmarkasına 1903-cü ildə gətirilən malların məbləği 1902-ci ilə nisbətən 146,4 min manat, satılan malların məbləği isə 98,7 min manat yüksəlmişdı.

Kənd təsərrüfatı. XX əsrin əvvəllərində Azərbaycan kəndlilərinin əsas məşğulliyyəti əkincilik olaraq qalırdı. 1900-1903-cü illərdə Azərbaycabda ildə orta hesabla 50 mln. puda qədər taxıl istehsal olunurdu. Bu dövrdə barama istehsalı və ipəkçilik üzrə də Azərbaycan Zaqafqaziyada mühüm yer tuturdu. Rusiya sənayesinin mahlıca olan tələbatının artması nəticəsində Azərbaycabda pambıqçılıq təsərrüfatı da genişlənməkdə idi. Yelizavetpol quberniyasının 8 qəzasından 6-nda pambıq becərilirdi. Bakı quberniyasının Cavad və Göyçay qəzalarında pambıqçılıq daha çox inkişaf etmişdi.

Azərbaycabda kənd təsərüfatı sahələrindən biri olan tütüncülik , keçən əsrlərdə olduğu kimi , yenə də Zaqatala dairəsi, Quba, Nuxa qəzalarında inkişaf etdirilirdi. Azərbaycanın kənd təsərrüfatında mühüm yeri olan bağçılıq və üzümçülüklə isə əsasən Yelizavetpol quberniyasının Şuşa, Yelizavetpol, Qazax,və Ərəş qəzalarında, Bakı quberniyasının Göyçay, Bakı, Şamaxı qəzalarında məşğul olurdular. 1903-cü ildə Bakı quberniyasında bağların sahəsi 10948 desyatinə, Yelizavetpol quberniyasında isə 11835 desyatinə bərabər idi.

Lakin bu dövrdə dövlət xəzinəsinə, bəylərə, mülkədarlara və sələmçilərə ağir verği və mükəlləfiyyətlər ödəyən Azərbaycan kəndlilərinin vəziyyəti çarizmin milli-müstəmləkə siyasəti ilə daha da ağırlaşmışdı. 1900-cü il mayın 1-də çar hökumətinin guya Azərbaycan kəndlilərinin torpaq problemini həll etmək üçün dövlət kəndlilərinə töycü (məhsul vergisi) ödəmək şərtilə xəzinə torpaqlarından daimi istifadə etmək hüququnu verdi. Lakin əslində bu xüsusi mülkiyyət hüququ deyil, yalnız xəzinənin xeyrinə ağır töycülər ödəmək şərtilə torpaqdan daimi istifadə etmək hüququ idi.

Carizmin köçürmə siyasəti. Onsuz da aztorpaqlılıqdan əziyyət çəkən Azərbaycan kəndlilərinin vəziyyətini çarizmin milli ucqarlarda yeritdiyi müstəmləkəçi torpaq siyasəti daha da ağırlaşdırırdı.Torpaq getdikcə daha geniş miqyasda alqı-satqı vasitəsinə çevrildiyindən və əkin sahələrinin genişlənməsi ilə əlaqədar olaraq qiyməti yüksəlməkdə olan kəndli torpaqları bəy və mülkədarlar tərəfindən zəbt olunurdu. Üstəlik də, Rusiya imperiyası 1833-cü ildən etibarən təhkimçilikdən azad etdikləri minlərcə rus kəndlisini münbit Azərbaycan torpaqlarında yerləşdirməyə başlamışdı. Onsuz da yetişdirdiyi məhsulun çox hissəsi əlindən alınan Azərbaycan kəndlilərinin vəziyyəti ,üstəlik torpaqlarının bir qisminin rus kəndlilərinə verilməsilə daha da ağırlaşmışdı. Kəndlilərin torpağının getdikcə azalmasına baxmayaraq, XX əsrin əvvəllərində carizm Azərbaycabda köçürmə siyasətini yeritməkdə davam edirdi və köçürülənlər əsasən yerli kəndlilər hesabına torpaqla təmin edilirdilər.

Beləliklə, Rusiyada həyata keçirilən Stolıpin aqrar islahatının Azərbaycana da tətbiq edilməsinin əsas mahiyyəti torpaqsız rus kəndlilərinin torpaq problemini onların mərkəzi rus quberniyalarından milli ucqarlara—Sibirə,Orta Asiyaya, Qafqaza köçürmə yolu ilə həll etmək idi . Çar hökuməti aztorpaqlı və ya torpqsız rus kəndllərini müxtəlif vasitələrlə köçməyə şirnikləndirirdi. Nəticədə külli miqdarda sektant rus ailələri Qafqaza köçürülərək milli ucqarlarda ruslaşdırma siyasətini davam etdirirdi. 1901-1904-cü illər ərzində Muğanda Yermolovo, Kozlyakova, Lənkəranda Alekseyevka, Pokrovka, Qubada Şirvanskoe kimi bir çox rus kəndləri salındı. 1903-cü ildə Lənkəran, Şamaxı, Cavad,və Quba qəzalarında Rusuyadan köçürülənlər üçün ayrılan pay torpaqlarının sahəsi 21236 desyatinə bərabər idi. Birinci rus inqilabı ərəfəsindəki beş il ərzində təkcə Bakı quberniyası daxilində köçürülənlər üçün 43861,95 desyatin torpaq ayrılmışdı ki, bundan 17159,2 desyatini Cavad qəzası, 5578,5 desyatini Quba, 10608,3 desyatini Lənkəran, 4515, 95 desyatini Şamaxı qəzasının payına düşürdü.

Fikrimizcə, tələbələrə rusların Azərbaycabda köçürmə siyasəti barədə məlumat verərkən bu məkrli siyasətin tarixi kökləri barədə məlumat vermək mövzuya daha çox aydınlıq gətirər. Tələbələrin nəzərinə çatdırmaq lazımdır ki, hələ 1828-ci ildən Azərbaycanın iki işğalçı dövlət tərəfindən parçalanması ilə nəticələnən Türkməncay müqaviləsi ilə əsası qoyulan bu siyasət nəticəsində Rus-İran müharibələri zamanı Rusiyaya qulluq göstərən İran ermənilərinin Şimali Azərbaycana köçürülməsinə başlanmışdı. Bu siyasət nəticəsində Rusiya Qafqazda təkcə silah gücü ilə deyil, həm də bu ərazidə köklü etnodemoqrafik dəyişiklik yaratmaq yolu ilə də möhkəmlənmək niyyətində idi. Beləliklə, çarizm Qafqazı “parçala,hökm sür “ müstəmləkə siyasətilə ıdarə etməyə başlayaraq İrandan gətirilən ermənilərin köməyilə Şimali Azərbaycabda törədiləcək milli münaqişə və qırğınlar üçün zəmin hazırlamış oldu. 1828-30-cu illərdə Şimali Azərbaycana İrandan 40 mindən çox, Türkiyədən isə 80 mindən çox erməni köçürülmüş, Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqları ermənilərin ixtiyarına verilmişdi.

İrandan axınla köçən ermənilər heç bir qanuni əsas olmadan Şımali Azərbaycan ərazisinin xüsusilə Naxçıvan, Qarabağ, İrəvan kimi bölgələrində- Azərbaycanlıların ata-baba torpaqlarında yerləşdirilməsi Azərbaycanın bu üç bölgəsinin etnodemoqrafik vəziyyətinin tezliklə böyük dəyişikliyə uğramasına səbəb oldu. Qərbi Azərbaycan torpaqlarından Azərbaycanlıların sıxışdırılaraq çıxarılması nəticəsində bu ərazidə ermənilər üçün mərkəzi İrəvan olan erməni vilayəti yaradıldı.

XX əsrin əvvəllərində rusların himayədarlığı və Daşnaksütün patiyasının partiyasının köməyilə genişləndirilərək Türkiyə və İran sərhədləri boyunca uzanan bu erməni vilayəti müsəlman dövlətlərin Qafqaza doğru irəliləməsi cəhdlərinin qarşısını almaq üçün yaradılmış bir bufer bölgə rolunu oynayırdı.

Beləliklə, bu məqsədlə çar hökumətinin köçürmə siyasəti Azərbaycanın həm İran, həm də Türkiyə ilə sərhəd olan ərazilərdə intensiv şəkildə davam etdirilirdi. Əsas məqsəd isə imperiyanın iqtisadi tələbatını ödəməklə bərabər həm də Şimali və Cənubi Azərbaycan torpaqları arasında eyni zamanda Türkiyə ilə sərhəd bölgələrdə xristian əhalinin( rusların, ermənilərin) yerləşdirilməsi ilə möhkəm bir sədd təşkil edilməsi idi.

Bundan başqa çar hökuməti Azərbycanda xristianların sayıni artırmaq üçün , əsasən sərhəd bölgələrində Azərbaycanlıların İran və Türkiyədəki dindaşları ilə təmasını yox etmək üçün erməni və rus kəndliləri ilə bərabər , almanları da məskunlaşdırirdılar. Rusiya onlar üçün mühacirəti asanlaşdırmaq üçün burada ,hətta mühacirət müdiriyyəti də təsis etmişdi.

1905-ci il rus inqilabının süqutundan sonra çarizm Azərbaycabda özünün müstəmləkəçi köçürmə siyasətini daha da gücləndirdi.Muğan düzünə daha çox kəndli köçürüldü. Burada Pokrovka, Alekseyevka, Qriqoryevka rus kəndləri salındı. 1908-ci ildə Yelizavetpol quberniyasının müxtəlif qəzalarına 187 kəndli ailəsi köçürüldü. 1909-cu ildə Kiyev quberniyasından Quba qəzasına 2000-nə yaxın kəndli köçürüldü. Ümumiyyətlə, Azərbaycana 1908-ci ildə 1145, 1909-cu ildə 1211,1910-cu ildə isə 615 rus kəndli ailəsi köçürüldü.

Köçürülmüş kəndlilər yerli kəndlilərin ata-baba yerlərindən sıxışdırılması nəticəsində torpaqla təmin olunurdular. Məsələn, Təklə, Çəmənli, Xalac və b,.kəndlərdən 2000-dən artıq kəndli ailəsi öz ata-baba yurdundan çıxarılmışdı.Göyçay qəzasının Qalıncaq kəndi əhalisinin də pay torpağı əllərindən alınaraq yerində İvanovka rus kəndi salınmışdı.

Köçürmə siyasətini həyata keçirən çar hökuməti Azərbaycan kəndlilərinin torpağının azlığı və ya heç bir torpağa malik olmaması ilə əsla hesablaşmırdı.Beləliklə də XX əsrin əvvəllərində çarizmin müstəmləkə siyasəti nəticəsində Azərbaycabda aztorpaqlı və torpaqsız kəndlilərin sayı daha da artdı. Ağir vergi siyasəti, torpaqsızlıq, məmur özbaşınalıqları kəndli etirazlarının güclənməsinə səbəb oldi.

Azərbacanda kəndli hərəkatı.Qaçaqçılıq. Rusiya imperiyasının təhkimcilikdən azad etdikləri minlərlə rus kəndlisinin münbit Azərbaycan torpaqlarında yerləşdirməsi, onsuz da yetişdirdiyi məhsulun çox hissəsi əlindən alınan Azərbaycan kəndlilərinin vəziyyətini daha da ağırlaşdırmışdı. Ağır vergilərdən cana doyan, ərazilərinin bir qismi əlindən alınıb ruslara və ermənilərə verilən, ticarət işləri ermənilərə həvalə edilən Azərbaycan xalqı bu haqsızlıqlardan doyaraq rus müstəmləkəçiliyinə qarşı qaçaq hərəkatına başladı. Rus idarəsinin ağır vergilərini ödəməkdən boyun qaçıran Nəbi adlı Azərbaycan kəndlisi ilə başlayan “Qaçaq Nəbi” hərəkatı qısa bir zamanda bütün Azərbaycana yayılaraq milli-azadlıq hərəkatına çevrildi. 1905-1907-ci illərdə qaçaqçılıq hərəkatı bütün Azərbaycanı bürümüşdü. 1907-ci ildə Cavanşir qəzasının bir neçə kəndində kəndli çıxışları baş verdi. Bunun ardınca Azərbaycanın müxtəlif yerlərində kəndli həyəcanları bürüdü. Qaçaqçılıq hərəkatı Yelizavetpol qəzasında daha güclü idi.1909-cu ildə Yelizavetpol qəzasının Goranboy-Əhmədli kəndində Qatir Məmməd adi ilə məşhur olan Məmməd Əli oğlu Məmmədov un(1893-1919) başçılığı altında kəndli silahlı dəstəsi,1910-cu ildə Kərbalayi Əsgərin üsyançı dəstəsi, Qaçaq Məşədi Yolçunun dəstəsi, və b. hökumət və torpaq sahibləri üçün zəhmli bir qüvvəyə çevrilmişdi.

Göründüyü kimi, çar hökumətinin kəndlilərin torpaq mülkiyyətinə dair verdiyi qanunlar (1900-cü il 1may və 1903-cü il 21 aprel qanunları ) problemi həll etmək əvəzinə daha da mürəkkəbləşdirdi. Bu problem 1912-1913-cü illərdə həyata keçirilən aqrar qanunların verilməsinə qıdər həll edilməmiş qaldı. 1912-ci il dekabrın 20-də Cənubi Qagqaz quberniyalarında torpaqların məcburi satılması haqqında qanun verildi. Lakin bu qanun Zaqatala dairəsinə yalnız 1913-cü ildə şamil edildi. 1912-1913-cü il qanunları Azərbaycan kəndlilərinin böyük əksəriyyətini təşkil edən xəzinə-dövlət kəndlilərinə aid edilmədi.

Ticarət. XX əsrin əvvəllərində Azərbaycabda ticarət kapitalının təmərküzləşməsi prosesi sürətlənmişdi. İnhisar və kredit ticarəti inkişaf edirdi, iri kapitalist ticarət müəssisələri ilə yanaşı kiçik və orta ticarət müəssisələrinin də sayı artmışdı, iri şirkət və kompaniyaların satışı genişlənmişdi. Bu dövrdə daxili ticarətin təşkili sistemi təkmilləşir, onun formaları genişlənirdi. 1904-cü ildə Bakı quberniyasında 104 min manat illik dövriyyəsi , 11,4 mln. manat illik mənfəəti olan 5154 ticarət müəssisəsi fəaliyyət göstərirdi.Yelizavetpol quberniyasında da ticarət müəssisələrinin sayı çoxalır, illik dövriyyəsi artırdı.1909-cu ildə 17 milyon, 1910-cu ildə isə 16,7 milyon manatlıq tticarət dövriyyəsi olmuşdu. Ticarət kapitalının təmərküzləşməsi prosesi sürətlə gedirdi. Təkcə Bakı şəhərində 1904-cü ildə 56, 1910-cu ildə 98, 1913-cü ildə

200 ticarət evi var idi. 1910-cu ildə Gəncə, Şuşa, Nuxa və Naxçıvanda 7 ticarət evi fəaliyyət göstərirdi.


2. Azərbaycabda milli təfəkürün formalaşması İdeologiyalar və siyasi istigamətlər.

XX əsrin əvvəllərində bir-birinin ardınca baş verən iqtisadi böhranlar (1900-1903, 1906-1908) nəticəsində işsizlik artmaqda idi və işçilərin iqtisadi vəziyyəyi ağırlaşmışdı, kəndlilərin narazılıqları güclənmişdi. Rusiyanin digər milli ucqarlarında olduğu kimi Azərbaycabda da ictimai-siyasi hərəkat canlanmışdı. Çarizm bu hərəkatın milli-azadlıq hərəkatına çevrilməsinin qarşısini almaq üçün 1902-ci il yanvar ayında fövqəladə vəziyyət elan etdi. Bu arada inqilabçı təşkilatlar Azərbaycan işçıləri arasında təbliğatı genişləndirməyə səy göstərirdilər.

Azərbaycabda genişlənməkdə olan milli müstəmləkə hərəkatında iki müxtəlif istiqamət gözə çarpırdı: 1) türk və islampərəst milli burjua hərəkatı; 2) bu hərəkatdan öz məqsədləri üçün istsfadə etməyə çalışan bolşevik erməni-rus ittifaqının təsiri altına düşən sosialist hərəkatı.

Bu dövrdə Rusiyada sosial-inqilabi hərəkatı genişlənmişdi.Bu hərəkatın ən nüfuzlu partiyası olan Rusiya Sosial-Demokrat Fəhlə Partiyası (RSDFP) Azərbaycanın siyasi həyatına da nəzarəti ələ almaq məqsədilə 1901-ci ildə partiyanın Bakı komitəsini yaratdı. Lakin Bakıda yaradılan bu komitənin tərkibində bir nəfər də olsun Azərbaycanlı yox idi. Hər vasitə ilə güclü sənaye mərkəzi olan Bakıda sosial hərəkata nəzarəti ələ keçirməyə çalışan bu təşkilat özünün mətbuat orqanı “İskra” qəzetini və digər inqilabi ədəbiyyat çap etmək üçün burada “Nina” gizli mətbəəsini təşkil etdi.

Dekabr ümumi tətili. İlk kollektiv müqavilə. 1900-1904-cü illərdə Bakida sosial gərginlik artmaqda idi. 1901-1902-ci illərdə Bakı fəhlələri 1mayı kütləvi nümayişlərlə qeyd etdi, 1903-cü il iyulun 1-də ümumi tətil keçirildi. Nəhayət get-gedə artan gərginlik 1904-cü ilin dekabrın 13-də başlayan böyük siyasi tətillə partladı. İlk olaraq tətilə başlayan Xəzər-Qara dəniz cəmiyyəti zavodunun fəhlələrinə daha sonra Nobel qardaşları, Rotşild, Mantaşev şirkətlərinin fəhlələri, bütün Balaxanı-Sabunçu, Bibiheybət neftçiləri, Qara şəhər və Ağ şəhərin müəssisələri və s.-nin işçiləri də qoşuldular.Dekabr tətilində RSDFP Bakı komitəsi ilə bərabər Lev, İlya, Qleb Şendrikov qardaşlarının təşkil etdiyi “Müstəqil işçi hərəkatı” və ya “ Balaxanı və Bibiheybət işçi İttifaqı” və milli sosial-demokrat “Hümmət” təşkilatları da siyasi fəaliyyət göstərirdilər. 1903-cü ildən bəri bolşevik və menşevik qruplarına parçalanmış RSDFP üçün ciddi rəqib olan şendrikovçular əsas diqqəti iqtisadi xarakter daşıyan məsələlərə yönəltmişdilər. Azərbaycabda siyasi həyatin canlandıği belə bir vaxtda müsəlman işçiləri arsında təbliğat aparan milli sosial-demokrat təşkilatı “Hümmət”in sıralarında S.M.Əfəndiyev, M.Məmmədyarov, Ə.Axundov, B.Sərdarov, M.Əzizbəyov, N.Nərimanov fəaliyyət göstərmişlər.

1904-cü il dekabr tətili Bakı fəhlələrinin ən böyük tətili oldu və Rusiyanın inqilabi mübarizə tarixində ilk dəfə olaraq fəhlələrin qələbəsi ilə başa çatdı. Dekabrın 30-da tətilçilərlə neft sənayeçiləri arasında danışıqlar müvəffəqiyyətlə başa çatdırıldı və fəhlələrin “mazut konstitusiyası” adlandırdıqları ilk müştərək müqavilə imzalandı. Nəhayət .dekabrın 13-də başlayan Bakı fəhlələrinin ümumi tətili qalibiyyətlə başa çatdırıldı.

Dekabr günlərində keçirilən Bakı tətili 1905-ci ilin yanvarında başlayan Ümumrusiya inqilabı üçün bir başlanğıc oldu. Belə ki, dekabr tətilindən cəmi bir neçə gün sonra Rusiyanin çarlıq rejimini kökündən sarsıdan 1905-1907-ci illər I rus inqilabı baş verdi. Rus despotizmi bu illərdə aldığı zərbələrdən bir daha özünə gələ bilmədi.

1905-ci il yanvarın 9-da Peterburqda nümayiş içtirakçılarının gülləbaran edilməsi tarixə “qanlı bazar” hadisəsi kimi daxil oldu və imperiyanın hər yerində, o cümlədən Azərbaycabda da etiraz çıxışları və tətillərin başlamasına səbəb oldu. “Qanlı bazar” hadisəsi Bakıda çox böyük əks-səda doğurdu. Bakı müəssisələrində başlanan tətilə Azərbaycanın bir çox bolgələrinin işçiləri, o cümlədən Gəncə, Gədəbəy fəhlələri də qoşuldular.

1   ...   19   20   21   22   23   24   25   26   ...   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə