AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU



Yüklə 3.8 Mb.
səhifə25/44
tarix07.12.2016
ölçüsü3.8 Mb.
1   ...   21   22   23   24   25   26   27   28   ...   44

Azərbaycan Xalq Cümhuriyyəti (may 1918 – aprel 1920-ci illər)

PLAN


  1. 1917-ci il may – 1918-ci ildə Azərbaycanda ictimai-siyasi vəziyyət.

  2. Azərbaycan Xalq Cümhuriyyətinin təşkili və daxili siyasəti.

  3. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti. Paris sülh konfransı.

  4. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu. AXC-nin yaradılmasının tarixi əhəmiyyəti.

Ədəbiyyat siyahısı

  1. Azərbaycan tarixi, V cild. Bakı, 2001.

  2. Azərbaycan Xalq Cümhuriyyətinin 82-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransının materialları. Bakı, 2000.

  3. Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı, 1992.

  4. Balayev A. Azərbaycan milli-demokratik hərəkatı. 1917-1920-ci illər. Bakı.1990.

  5. Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920). Bakı, 1993.

  6. Isgəndərov A. 1918-ci il mart qırğınının tarixşünaslığı. Bakı, 1997.

  7. Yaqudlu N. Azərbaycan milli müCadiləsi və M.Ə.Rəsulzadə. Bakı, 2001.

  8. Yaqublu N. Müsavat partiyasının tarixi. Bakı, 1997.

  9. Rəsulzadə M.Ə. Bolşeviklərin Şərq siyasəti. Bakı, 1994.

  10. Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990.

  11. Nəzirli Ş. Arxivlərin sirri açılır. Bakı, 1999.

  12. NəCəfov B. Azərbaycan Demokratik Respulikası. Bakı, 1991 .

  13. Nəsibzadə N. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti. Bakı, 1997.

  14. Məmmədzadə M. Milli Azərbycan hərəkatı. Bakı, 1992.

  15. Süleymanov M. Qafqaz Islam Ordusu və Azərbaycan. Bakı, 1999.

  16. Ibrahimli X. Azərbaycanın siyasi mühacirəti.Bakı. 1996.

1. 1917-ci il may – 1918-ci ildə Azərbaycanda ictimai-siyasi vəziyyət

1917-ci il martın 2-də II Nikolay Rusiya çar mütləqiyyəti tarixində son, lakin taxt-tacı tərk etmək haqqında ilk manifesti imzaladı. Martın 2-də ölkədə real hərbi-siyasi güc olan qurumun-Petroqrad Fəhlə və Əsgər Deputatları Sovetinin bilavasitə dəstəyi ilə Müvəqqəti hökumət təşkil olundu.

Məmməd Əmin Rəsulzadə o günlərdə yazırdı: «Rusiyanın xalqları öz ürəklərində saxladıqları məqsədlərə, nəhayət ki, çatdılar. Əliqanlı жandarm, bütün xalqın düşməni olan istibdad yıxılmışdır».

Martın 7-nə keçən gecə 52 min fəhlə və qulluqçu tərəfindən seçilmiş 52 deputatdan ibarət (bunların 9 nəfəri bolşevik, qalanları isə menşevik və eser idi) Bakı rayonu Fəhlə Deputatları Soveti qəti şəkildə formalaşdı. Seçkilərdə Bakı fəhlə əhalisinin 3/2-dən çoxu iştirak etmişdi.

Sovetin 1-ci iclasında menşevik Q.Ayollo sədr, o dövrdə hələ menşevik M.N.Mandelştam isə katib idi. Yalnız martın 8-də Saratov sürgünündən qayıtmış S.Şaumyan qiyabi olaraq Sovetin sədri seçildi. Azərbaycanlı əhali bu Sovetdə təmsil olunmamışdı. Sovet özünün fövqəladə səlahiyyətləri haqqında bəyanat verdi və fəhlələri hər cür çıxışlardan çəkinməyə, öz işlərini davam etdirməyə çağırdı.

Fevral inqilabı bütün müsəlmanların, o cümlədən Azərbaycanlıların siyasi fəallağını artırdı. Gündəlikdə duran ən vacib məsələlərdən biri təkcə Cənubi Qafqazın yox, bütün Rusiya müsəlmanlarının pərakəndə halda olan qüvvələrinin birləşdirilməsindən ibarət idi. Hələ Ümumrusiya Müsəlman Şurası yaradılmamışdan əvvəl- 1917-ci il martın 27-də Bakı Müsəlman Milli Şurasıının Müvəqqəti İcraiyyə Komitəsi yaradılmış, «Müsavat» partiyasının üzvü, hüquqşünas Məmmədhəsən Hacınski onun sədri seçilmişdi.

Fevral burжua-demokratik inqilabının qələbəsindən sonra «Müsavat» partiyası leqal şəkildə xalqı öz tərəfinə çəkmək istiqamətində geniş siyasi və təşkilati fəaliyyətə başladı.

«Müsavat» partiyası federativ demokratik Rusiya tərkibində Azərbaycana milli-ərazi muxtariyyəti və 20 yaşına çatmış Azərbaycanlı vətəndaşlara seçki hüququ verilməsi ideyasını irəli sürürdü. Monarxiyanın süqutundan cəmi bir neçə gün sonra Gəncədə Türk Federalistlər Partiyası yarandı. Bu partiya Rusiya dövlətinin muxtar ərazilərin federasiyasına çevrilməsi ideyası ilə çıxış edirdi. Partiyanın yaradıcısı və ideya rəhbəri Nəsib bəy Yusifbəyli idi.

1918-ci ilin yanvar ayında «Rusiyada müsəlmanlıq» partiyası ilə Gəncədəki «Ittihad» cəmiyyətinin qovuşması nəticəsində vahid «Ittihadi-islam - Rusiyada müsəlmanlıq» partiyası yarandı. Bir il sonra, yəni 1919-cü ilin aprelində partiyanın adı dəyişdirilərək «Qafqaz Ittihad firqəsi» adlandırıldı. Islamı yalnız din deyil, siyasi, iqtisadi, hüquqi, mənəvi və s. norma kimi qiymətləndirən ittihadçılar onu müsəlman həyatının özülü, əsas strukturu hesab edir, inkişaf yolunu isə məhz Islam normalarını təkmilləşdirmək vasitəsilə həyata keçirmkdə görürdülər.

«Müsəlman kütlələrinin psixologiyasını nəzərə alan» və özünün xüsusi tarixə malik olduğunu iddia edən bolşevik «Hümmət» partiyası 1917-ci ilin martın 3-də fəaliyyətini bərpa edib, özünün Müvəqqəti Komitəsini yaratdı. Müvəqqəti Komitənin başçısı N.Nərimanov, üzvləri isə M.Əzizbəyov, M.N.Israfilbəyov və N.M.Sultanov seçildilər.

Yeni inqilabi şəraitdə Azərbaycan xalqının məqsəd və arzularını müəyyənləşdirmək məqsədi ilə bağlı ilk addım 1917-ci il aprelin 15-20-də Bakıda keçirilmiş Qafqaz müsəlmanları qurultayında atıldı.

Qurultayda əsas məsələlərdən biri Rusiyanın gələcək siyasi quruluşu və kiçik xalqların hüquqlarına aid idi. Rusiyanın siyasi quruluşu barədə M.Ə.Rəsulzadə məruzə etdi. O, göstərdi ki, «dövlətə daxil olan müxtəlif millətlərin möhkəm birliyini onların dövlət ittifaqı haqqında azad ifadə olunmuş arzusundan başqa heç bir qüvvə təmin edə bilməz». Qurultay Qafqaz müsəlmandarının milli-siyasi idealları haqqında M.Ə.Rəsulzadə nin məruzəsi üzrə qətnamə qəbul etdi.Qətnamədə deyilirdi: «Federativ əsaslarla demokratik respublika Rusiya dövlət quruluşunun müsəlman xalqlarının mənafeyini ən yaxşı təmin edən forma kimi tanısın».

RSDFP BK-nın qərarına əsasən qurultayın işində iştirak edən bolşevik-hümmətçilər N.Nərimanov, M.Əzizbəyov və R.Nağıyev nümayəndələr qarşısında tələblər irəli sürdülər. N.Nərimanov deirdi:» Rusiyada inqilab ümumdünya imperialist müharibəsindən sonra bütün dünyada inqilabın başlanması deməkdir». O, kiçik xalqların taleyini yalnız fəhlə-kəndli Rusiyasının bağlayırdı.

Müharibəyə münasibət məsələsində isə qurultay Rusiya demokratiyasının müharibəni ilhaqsız və təzminatsız qurtarmaq tələbinə qoşulmağı qərara aldı.

Bu qətnamə Rusiyada ictimai həyatın bütün sahələrində kişilərlə qadınların hüquqlarını bərabər tutan siyasi sənəd idi.

Qurultayın gündəliyinə fəhlə və torpaq haqqında məsələlər də daxil edilmişdi. Lakin qurultay bu məsələlərə aid qətnamə qəbul etmədi və onların həllini Müəssislər Məclisi çağırılana qədər təxirə saldı.

Qurultayın müzakirə etdiyi son məsələ əhalinin əsas kütləsinin savadsız olduğu Qafqaz xalqları üçün çox böyük əhəmiyyəti olan kütləvi təhsil haqqında idi.

1917-ci il mayın 1-dən 11-nə qədər Moskvada Ümumrusiya Müsəlmanlar qurultayı açıldı. Qurultayı təşkil etmək üçün Qafqaz sosial-demokratı Əhməd Salihovun başçılığı ilə b üro yaradıldı. Qurultay Azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin Moskvadakı müsəlmanlara hədiyyə etdiyi binada 900 nümayəndənin iştirakı ilə keçirildi. Qurultayın gündəliyində Rusiyanın gələcək idarə forması; mədəni və məhəlli muxtariyyət, müharibəyə münasibət, Məclisi-Myəssisan; Qadınlar, fəhlə, torpaq məsələləri (hər biri ayrılıqda); Qafqaziya, Türküstan, Qazaxıstan məsələləri (müstəmləkə siyasəti və s.); əsgəri təşkilat, siyasi təşkilat məsələləri; bütün Rusiya müsəlmanlarının böyük milli şurasını seçmək və s. məsələlər dururdu. Konqresin gündəliyindəki 14 məsələnin müzakirəsi üçün doqquz bölmə, onun əməli işinmi aparmaq uçün dörd komissiya təşkil olunmuşdu.

Qurultayın müzakirə etdiyi ən mühüm məsələlərdən biri Rusiyanın gələcək dövlət idarə üsulu haqqında idi. Məsələ ilə bağlı 2 nümayəndə – M.Ə.Rəsulzadə və Ə.Salihov çıxış etdilər.

M.Ə.Rəsulzadə hesab edirdi ki, vahid Ümumrusiya təşkilatının yaradılmasına mane olan mədəni muxtariyyət proqramı türk xalqlarının yüksələn milli özünüdərketmə şüuruna ədalətli şəkildə Cavab verə bilməz. O, öz çıxışında da vurğuladı ki, «Rusiya xalq Cümhuriyyəti üsulu ilə idarə edilməlidir… Mən, ədəmi-mərkəziyyəti muxtariyyətlərdən təşəkkül edən bir federasiya şəklində təsəvvür edirəm. Bu muxtariyyətləri milli-məhəlli prinsipi içində faydalı bilirəm».

Rusiya dövlətinin ərazi federasiyası əsasında təşkili əleyhinə çıxış edən Ə.Salihov iddia edirdi ki, belə quruluş aqrar məsələnin həllini çətinləşditəcək, müsəlman fəhlələr Ümumrusiya sosial qanunvericiliyinin faydasından bəhrələnə bilməyəcəklər, çünki həmin quruluş şəraitində qanunlar müxtəlif regionlarda fərqli xarakter daşıyacaqdır. Onun təklif etdiyi qətnamə lahiyəsində deyilirdi ki, ərazi federalizmi müsəlmanların tam parçalanmasına gətirib çıxaracaq və milli məsələni həll etməyəCəkdir.

Nəticədə Rəsulzadənin «Müsəlman millətlərin mənfəətlərini saxlamaq üçün ən uyğun idarə üsulu milli-mədəni muxtariyyəti verən xalq Cümhuriyyətidir»- fikrini ifadə edən lahiyəsinin lehinə 446, əleyhinə 271, Ə.Salihovun unitar cümhuriyyət təklifinin isə lehinə 271, əleyhinə 442 səs verildi.

«Müsavat» partiyasının 1917-ci il oktyabrın 25-də 31-dək davam etmiş I qurultayı Azərbaycanın ictimai həyatında və partiyanın özünün siysi tarixində əhəmiyyətli hadisə idi. Partiya proqramının müzakirəsi və qəbul edilməsi qurultayın ən başlıca məsələsi oldu.

“Müsavat” partiyasının proqramı dövlət quruluşu, fəhlə məsələsi, milli və dini məsələlər, vətəndaş hüquqları, aqrar məsələ və s. sahələri əhatə edən 9 bölmə və 76 maddədən ibarət idi. “Müsavat”ın I qurultayı partiyanın sonrakı siyasi mübarizəsinin və Azərbaycana milli ərazi muxtariyyəti verilməsinin taktika və strategiyasını müəyyən etdi. “Müsavat” partiyasının I qurultayı partiyanı idealoжi və təşkilati cəhətdən tam formalaşdırmaqla yanaşı, onun ümummilli siyasi qüvvəyə çevrilməsi istiqamətində mühüm hadisə oldu. Qurultayda partiyanın rəhbər orqanları, eyni zamanda M.Ə.Rəsulzadə onun Mərkəzi Komitəsinin sədri seçildi.

Milli azadlıq hərəkatında və milli Azərbaycan dövlətinin yaradılmasında “Müsavat”ın rolu böyük idi. Partiyanın liderləri real vəziyyətdən çıxış edərək ölkədəki bütün demokratik qüvvələri milli Azərbaycan dövləti yaratmaq uğrunda mübarizəyə çağırırdılar. 1917-ci il oktyabrın 25-də Petroqradda bolşeviklərin siyasi üsyanı nəticəsində Müvəqqəti hökumət devrildi. Bolşeviklərin Petroqradda hakimiyyəti ələ keçirməsi xəbəri alındıqdan sonra – 1917-ci il oktyabrın 27-də Bakı Fəhlə və Əsgər Deputatları Sovetinin fövqəladə yığınCağı keçirildi. Iclası gündəliyində duran əsas məsələ hakimiyyət məsələsi idi. Bolşeviklərin kəskin etirazına baxmayaraq, menşevik-eser-daşnak bloku 168 səsə qarşı 246 səslə Bakıda ali hakimiyyət orqanı kimi Ictimai Təhlükəsizlik Komitəsinin (ITK) yaradılması haqqında qərarın qəbul olunmasına müvəffəq oldu.

Bu dövrdə müsavatçıların bolşeviklərə tərəfdar çıxması da mühüm əhəmiyyət kəsb edən amillərdən biri idi. Rusiyada baş vermiş oktyabr çevrilişinə loyal münasibət nümayiş etdirən “Müsavat” partiyası bundan sonra xalqların öz müqəddəratını təyin etmək hüququnun həyata keçiriləCəyinə ümid edirdi.

“Müsavat”ın dəstəyini alan bolşeviklər Xəzər ticarət donanması, bir sıra həmkarlar ittifaqı və şəhər qarnizonu nümayəndələrini öz tərəflərinə çəkə bildilər və Sovetin 1917-ci il 2 noyabr tarixli iclasında onu Bakı şəhərinin ali hakimiyyət orqanı elan edən qərar qəbul edilməsinə nail oldular.

Bakı Seveti İcraiyyə Komitəsinin M.V.Basin, N.P.Batsek, P.A.Çaparidze, T.E.Fioletov, S.G.Şaumyan və b. ibarət yeni tərkibi seçildi. İcraiyyə Komitəsinin sədri S.Şaumyan oldu.

Beləliklə, bolşeviklər Sovetdə iştirak edən digər partiyalar – eserlər və menşeviklərlə müsavatçılar arasındakı ziddiyyətlərdən istifadə edərək, Bakı Sovetində əsas vəzifələri asanlıqla ələ keçirə bildilər.

1917-ci il dekabrın 12-13-də bolşeviklərlə müsavatçılar arasında münasibətlərin gərginləşməsi şəraitində dəyişdirilmiş seçki qaydası əsasında Bakı Sovetinə seçkilər keçirildi. Nəticələr “Müsavat” partiyası üçün ümidverici olmadı. Bolşeviklərin 51 səsinə qarşı müsavatçılar 21, daşnaklar 41, sol eserlər 38, sağ eserlər 28, menşeviklər isə 11 səs almışdılar. Sovetin 1917-ci il 31 dekabr tarixli iclasında seçki ilə bağlı çıxış edən M.Ə.Rəsulzadə bəyan etdi ki, ”Sovet demokratik əsaslarla seçilmədiyinə və kəndlilər burada təmsil olunmadığına görə, partiya hakimiyyətin bu sovetə keçməsinə səs verməyəCək”. Lakin iclası sonunda müsavatçılar bildirdilər ki, onlar tənəffüs zamanı bu məsələni əlavə müzakirə etdikdən sonra hakimiyyəti Sovetə vermək və İcraiyyə Komitəsinə daxil olmaq qərarına gəlmişlər.

Yeni İcraiyyə Komitəsinə 6 nəfər bolşevik, 5 daşnak, 4 sol eser, 3 sağ eser, 2 müçavatçı daxil oldu.

Beləliklə, 1917-ci ilin sonu- 1918-ci ilin əvvəlində Zaqafqaziyada baş verən hadisələr bütün diyardakı həm mövcüd siyasi şəraitə, həm də siyasi partiyaların fəaliyyətinə ciddi təsir göstərirdi. Bu dövrdə diyar şərti olaraq iki hissəyə parçalanmışdı: birinci, Rusiya bolşevizminin dayağına çevrilməkdə olan Bakı şəhəri; ikincisi, Zaqafqaziyanın qalan ərazisi. Hakimiyyəti ələ keçirmiş bolşeviklər Azərbaycana muxtariyyət vermək istiqamətində heç bir addım atmır, əksinə inqilabi- demokratik qüvvələri Leninin başçılıq etdiyi Xalq Komissarları Soveti ətrafında daha sıx birləşməyə çağırırdılar.

1917-ci il dekabrın 18-də Lenin S.Şaumyanı Qafqaziya işləri üzrə xüsusi komissar təyin etdi, Bakı Sovetinin sədri vəzifəsini isə ondan sonra P.Çaparidze tutdu. Bu dövrdə müsavatçılar, xüsusilə Gəncə müsavatçıları Bakıdakı öz fəaliyyət məkanını Rusiyadan getdikcə uzaqlaşan bütün Cənubi Qafqaz regionuna keçirməyə başladılar.

RSFSR XKS-nə tabe olmaq istəməyən və diyarı anarxiyadan qorumağa çalışan Gürcüstən Sosial Demokrat partiyası (menşeviklər), “Müsavat”, “Daşnaksütun” və sağ eserlərin nümayəndələri noyabrın 11-də Tiflisdə keçirdikləri müşavirədə Rusiya bolşevik hökumətinin hakimiyyətini tanımaqdan imtina etdiklərini bildirib, “Müstəqil Zaqafqaziya hökuməti” yaratmaq haqqında qərar çıxartdılar. Noyabrın 15-də Zaqafqaziya Komissarlığı yaradıldı. Onun tərkibinə Gürcüstəndan Y.Gegeçkori (sədr) və A.Çxengeli, Azərbaycandan F.X.Xoyski, M.Y.Cəfərov, X.Məlik-Aslanov, ermənilərdən T.Ter-Qazaryan, X.Karçikyan, A.Aqacanyan, sağ eserlərdən D.Donskoy daxil oldular.

Milli Şuralar vətənpərvər qüvvələri öz ətrafında birləşdirir və yerlərdə hakimiyyəti ələ alırdılar. Bu cəhətdən Bakı Müsəlman Şurasının vəziyyəti çətin idi, çünki onun qarşısını bolşeviklərin başçılıq etdiyi Bakı Soveti kimi güclü bir rəqib kəsmişdi.

Milli hərbi hissələrin yaradılması yerli milli şuraların əsas fəaliyyət istiqamətlərindən biri idi. Ilk milli dəstələrdən biri əvvəllər çar ordusu birləşmələrindən olan “Qafqaz yerli süvari diviziyasına” daxil olan, Azərbaycan türklərindən ibarət süvari alayın “Tatar süvari alayı” idi. Çar ordusu dağıldıqdan sonra bu alay Azərbaycana qayıtdı və yaradılan milli silahlı qüvvələrin tərkibinə daxil oldu.

Yeni silahlı dəstələr yaradılması üçün silah çatmırdı. Bunu nəzərə alan Gəncə Müsəlman Şurası şəhərdə olan keçmiş çar ordusunun 219-cü alayının, həmçinin Qafqaz cəbhəsində Rusiyaya qayıdan bir neçə hərbi eşelonu tərksilah etməyə razı oldu. Bu tədbirin həyata keçirilməsi nəticəsində 15 min tüfəng, 70-ə yaxın pulemyot və 20 top əldə edildi. Bu əməliyyat zamanı Gəncə Milli Şurasına Zaqafqaziya Komissarlığının göndərdiyi zirehli qatar kömək etdi.

Dövrün ən kəskin sosial-iqtisadi məsələlərindən biri olan aqrar məsələsinin həlli üçün Zaqafqaziya Komissarlığı bir sıra addımlar atdı. Məsələn, 1917-ci il dekabrın 16-da “Dövlət keçmiş xanədan, kilsə, monastr, hüquqi şəxslər və sahibkar torpaqlarının torpaq komitələrinə verilməsi haqqında” qanun qəbul etdi. Bu qanuna görə, kəndlilərin alacağı torpaqlar torpaq komitələrinin sərəncamına verilməli, kəndlilər isə torpağı həmin komitələrdən icarəyə götürmədli idilər.

Zaqafqaziya Komissarlığının fəaliyyəti Antanta və ABŞ tərəfindən Sovet Rusiyasına qarşı hərbi müdaxilənin başladığı vaxta düşdü. Ingiltərə, Fransa və ABŞ hökumətləri Cənubi Qafqazda antibolşevik qüvvələrə kömək etməyə xüsusi diqqət yetirirdilər. Onların nümayəndələri (ABŞ konsulu və b.) 1917-ci il noyabrın 11-i və 15-də Zaqafqaziya Komissarlığının yaradılması ilə bağlı keçirilən iclaslarda olmuşdular. ABŞ konsulu Smit Vaşinqtona göndərdiyi məktubunda Zaqafqaziya Komissarlığını de-fakto tanımaq və antibolşevik qüvvələrə maliyyə yardımı göstərmək üçün Tiflisə 10 milyon dollar göndərməyi təklif edirdi.

Xarici siyasət sahəsində Zaqafqaziya Komissarlığının fəaliyyəti əslində diyarı bolşevik Rusiyasından ayırmaq məqsədi daşıyırdı.

1917-ci il dekabrın 5-də ƏrzinCanda Zaqafqaziya Komissarlığı ilə Türkiyə hərbi komandanlığı arasında barışıq sazişi bağlandı. 1918-ci il yanvarın 14-də isə Türkiyə komandanlığı Zaqafqaziya Komissarlığına tərəflər arasında sülh müqaviləsi bağlamaq haqqında danışıqlara başlamaq təklifi ilə müraciət etdi.

1917-ci ilin sonlarında Azərbaycanın və ümumiyyətlə Zaqafqaziyanın siyasi həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri Ümumrusiya Müəssislər Məclisinə seçkilər keçirilməsi oldu. Ona hazırlıq işlərinə hələ Oktyabr çevrilişindən əvvəl başlanmış, Xüsusi Zaqafqaziya Komitəsi nəzdində Müəssislər Məclisinə seçkilər üzrə Mərkəzi Zaqafqaziya Komissiyası yaradılmışdı. Azərbaycanda Müəssislər Məclisinə seçkilər üzrə komissiyaya F.X.Xoyski rəhbərlik edirdi. Seçkilərə hazırlıq və onların keçirilməsi işində həm siyasi (seçkiqabağı kompaniyanın gedişində siyasi partiyalar arasında aşkara çıxan ixtilaflar), həm də sırf texniki xarakterli çoxlu çətinliklər var idi. Siyahıyaalınma prosesi yerli əhali arasında savadsızlığın yüksək səviyyədə olmasını aşkar etdi (Müəssislər Məclisinə seçkilərdə iştirak etmək hüququna malik seçicilərin 50 faizindən çoxu savadsız idi, bu, seçkilərin mütəşəkkil keçirilməsini çətinləşdirən amillərdən idi).

Sentyabrın sonlarında seçkilərə hazırlıq işləri qəzalarda qaydaya düşsə də, Bakı şəhəri və mədən-zavod rayonlarında vəziyyət mürəkkəb olaraq qalırdı. Bolşeviklər əhalinin tərkibində fəhlələrin çoxluğuna nail olmaq niyyətilə mədən-zavod rayonlarının şəhərə birləşdirilməsi üçün geniş təbliğat aparırdılar. Bu tədbirin həyata keçirilməsi həmin rayonların ərazilərindəki əhaliyə seçkilərdə iştirak etmək hüququ verməliydi. Müsavatçılar bu tədbirin fəal tərəfdarları kimi çıxış edirdilər. Bütün bu səylər nəticəsində OZAKOM-un xüsusi göstərişi ilə mədən-zavod rayonları ərazisi şəhər idarəsi tərkibinə qatıldı.

“Müəssislər Məclisinə seçkilər haqqında əsasnamə” öz dövrünün burжua dövlət hüququ standartları baxımından demokratik sənəd idi. Qadınların, hərbi qulluqçuların səsverməyə buraxılması, dairələrin çoxunda proporsional seçki sisteminin tətbiqi və s. buna dəlalət edirdi. Bu fakt da maraqlıdır ki, Müəssislər Məclisinə seçkilər üzrə komissiya müsəlman qadınların seçki kampaniyasında iştirakını təmin etməyə çalışmış, onların səs verməsi üçün 9 seçki dairəsində xüsusi binalar ayrılmasına icazə vermişdi.

Zaqafqaziyada, o cümlədən Azərbaycanda Müəssislər Məclisinə seçkilər 1917-ci il noyabrın 26-da keçirildi. Zaqafqaziya dairəsi üzrə seçkilərdə iştirak edən 15 partiya arasında menşeviklər, müsavatçılar və daşnaklar ümumilikdə səslərin 73 faizini qazandılar. Seçkilərin Nəticələri göstərdi ki, Zaqafqaziyada bolşeviklərin hakimiyyətə gələ bildikləri Bakı şəhəri istisna olmaqla, “Müsavat və “Daşnaksütun” partiyaları daha güclü nüfuza malikdir.

1918-ci il fevralın 23-də 3 əsas partiya fraksiyalarının nümayəndələrindən ibarət olan Zaqafqaziya Seymi öz işinə başladı. Seymdə Gürcüstəndan sosial-demokratlar (menşeviklər)- 32 nəfər, Azərbaycandan müsavatçılar, onlara qoşulmuş bitərəf demokratlar- 30 nəfər, ermənilərdən “Daşnaksütun” partiyasından olanlar-27 nəfər deputat iştirak edirdi. Bundan əlavə, sosial-inqilabçılar (eserlər), milli demokratlar, Erməni Xalq Azadlıq Partiyası, Müsəlman Sosialist Bloku-7 nəfər, Rusiyada müsəlmanlar fraksiyası (“Ittihad”)-3 nəfər və menşevik-hümmətçilər partiyası –4 nəfər deputatla Seymdə təmsil olunmuşdular.

Zaqafqaziya Seymində Azərbaycan siyasi partiyalarının 44 nümayəndəsi var idi.

Zaqafqaziya Seymi Y.Gegeçkori başda olmaqla Zaqafqaziya hökumətini təşkil etdi. Zaqafqaziya Seymindən müsəlman fraksiyasının lideri M.Ə.Rəsulzadə bu barədə yazırdı: «Seymdə müsəlmanların bütün səyləri cəbhə məsələsinin dinc yolla həlli və Qafqazın müstəqilliyinin dərhal həyata keçirilməsinə yönəlmişdir».

Seymin qarşısında duran əsas məsələlərdən biri yaxınlaşan sülh danışıqları üçün hüquqi baza yaratmaq idi.

Zaqafqaziya Seymi hələ Türkiyə ilə sülh danışıqlarına hazırlaşdığı vaxt Brestdə Rusiya ilə Almaniya arasında separat müqavilə imzalanmışdı və onun bir şərtinə görə Ərdəhan, Qars və Batum Türkiyəyə verilməli idi. Belə bir şəraitdə 1918-ci il martın 14-də Trabzonda Türkiyə və Zaqafqaziya Seyminin nümayəndə heyətləri arasında sülh konfransı açıldı. Konfransda Türkiyə nümayəndəliyi mövqeyini açıqlayaraq bildirdi ki, əgər Zaqafqaziya beynəlxalq hüququn subyekti olmaq istəyirsə, tezliklə Rusiyadan ayrılmalı və öz müstəqilliyini elan etməlidir.

Seymdə mübahisələr getdiyi bir vaxtda Türkiyə tərəfi qətiyyətlə bəyan etdi ki, Zaqafqaziya Seymi ilə sülh Brest-Litovsk müqaviləsinin məlum şərti əsasında bağlanaCaq.

Trabzon danışıqlarında iştirak edən Zaqafqaziya nümayəndəliyinin daxilində Türkiyəyə güzəşt məsələsində yekdillik yox idi. Çünki ermənilər Qars vilayətinin böyük bir hissəsini, gürcü nümayəndələri Ərdəhanın və Batumun Zaqafqaziya dövlətinin tərkibində qalmasını istəyirdilər. Azərbaycan daha 2 mühüm səbəbdən gürcüləri müdafiə edirdi: birincisi, bütün Zaqafqaziya, o cümlədən Azərbaycan üçün Qars və Ərdəhan dünya okeanına yeganə çıxış qapısı olan Batum qədər çox böyük əhəmiyyət daşımırdı; ikincisi, yerli əhalinin əksəriyyəti türklər olan bu 2 vilayət milli, Coğrafi, tarixi amillərlə Türkiyəyə bağlı idi.

Aprel ayının 6-da Türkiyə tərəfi Zəqafqaziya nümayəndələrinə Brest-Litovsk müqaviləsinin şərtlərini qəbul edib-etməmək barəsində 48 saat ərzində Cavab verilməsini tələb edən ultimatum təqdim etdi.

Nümayəndə heyətinin başçısı A.Çxengeli Türkiyə tərəfinin ultimatumunu qəbul etmək qərarına gəldi. Lakin gec idi, artıq Türkiyə qoşunları Batumdan başqa həmin ərazilərin hamısını tutmuşdu.

Aprelin 13-də Seymin, hökumətin və fraksiya nümayəndələrinin birgə iclasında danışıqların gedişi müzakirə olundu. Türkiyə ilə müharibə məsələsində hətta Azərbaycan fraksiyası daxilində də yekdillik yox idi.

“Müsavat”, bitərəflər qrupu və “Ittihad” məsələyə münasibətdə eyni mövqedən çıxış edərək müharibə əleyhinə birgə qətnamə qəbul etdilər. Lakin Seym həmin iclasda Trabzon danışıqlarını dayandırmaq və Türkiyə ilə müharibəyə hazırlaşmaq haqqında qərar qəbul etdi. Ölkədə hərbi vəziyyət elan edildi. Lakin bu tədbirlər də Türkiyə qoşunlarının irəliləməsini dayandıra bilmədi və onlar 1918-ci il aprelin 14-də Batumu tutdular.

Azərbaycanda milli hərəkatın genişlənməsi, milli azadlıq Carçısı olan “Müsavat”ın nüfuzunun artması “Böyük Ermənistan” xülyası ilə yaşayan daşnakları ciddi narahat edirdi. Daşnaklar mart qırğınını törətməklə “Müsavat”ın sosial bazasını, şəhərin müsəlman əhalisini məhv etməyi planlaşdırmışdılar. Bu məqsədlə təxminən 5 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilmişdi. Beləliklə, “Qırmızı qvardiya” adı ilə yaradılan 10-12 minlik ordunun da 70 faizi erməni idi. Əsasən ruslardan ibarət olan Xəzər donanması içərisində xüsusi təbliğat işi aparılmışdı, həmçinin Şamaxı və Muğanda ehtiyat rus-molokan silahlı dəstələri də yaradılmışdı.

Martın 30-da axşam saat 5-də Bakıda ilk atəşlər açıldı. Aldatma siyasəti yeridib özlərinin bitərəfliyini elan etmiş “Daşnaksütun” və Erməni Milli Şurası bu ilk atəşlərdən sonra Bakı Sovetini müdafiə etdilər. Tarixə qanlı faciə kimi daxil olan mart qətlləri 3 gün davam etdi. Ilk atəşlərdən sonra həmin gün şəhər silahlı dəstələrlə doldurulmuşdu. Uzun müddət menşeviklərə qarşı mübarizə aparan bolşeviklərin menşevik və eserlərlə, hətta kadet və daşnaklarla mart günlərində birləşməsi dini və milli zəmində baş verdi. Martın 30-da axşam Bakı Soveti hərbi dəstələri başçılarının təcili iclası keçirilirdi. Döyüşə başlamaq haqqında qərar çıxarıldı və Erməni Milli Şurasına, daşnak liderlərinə müraciət edildi ki, öz hərbi dəstələrini hərəkətə gətirsinlər. Onların fəaliyyətinə “Kazino” mehmanxanasında yerləşmiş təcili açılmış təlim qərargahından rəhbərlik etmək A.Mikoyan və N.Anançenkoya tapşırılmışdı. Onların müsəlman silahlı dəstələrinin toplandığı yerə qəfil hücümu qələbə ilə başa çatdı. Xəzər donanması gəmilərindən müsəlman məhəllələrinin atəşə tutulması şəhərdə vahiməli vəziyyət yaratdı. Bir neçə saatlıq bombardmandan sonra rus matrosları bunun təxribat olduğunu, “Müsavat”a qarşı mübarizə bəhanəsi ilə müsəlman əhalisinin qırğına verildiyini bildikdə atəşi dayandırdlar. Xeyli molokan-rus hərbi dəstələri də eyni qaydada aldadılaraq Muğandan Bakıya gətirilmişdi. Lakin onlar şəhərdə ayrı vəziyyət olduğunu görüb döyüşdən imtina etdilər və buna görə Bakı Soveti və erməni qoşunları tərəfindən tərksilah olundular. Martın 31-də danışıqlar aparmaq üçün müsəlman nümayəndələri Sovetin İcraiyyə Komitəsinə gəldilər. Inqilabi Müdafiə Komitəsinin ultimatumunun qəbul edilməsinə baxmayaraq, orada P.Caparidze ilə aparılan danışıqlar nəinki heç bir müsbət nəticə vermədi, hətta müsəlman heyətindən 3 nəfər geri qayıdarkən yolda güllələndi.

Beləliklə, 3 günün- 18-21 mart (30 mart-1 aprel) – qətl və qarətlərindən sonra Fövqəladə Istindaq Komissiyasının ümumiləşdirdiyi hesabatına görə Bakıda “əksinqilabçı” adı ilə 12 min nəfər Azərbaycanlı qətlə yetirilmişdi. Bu faciəli hadisələrə inqilabi don geyindirmək üçün M.Əzizbəyov şəhərin onsuz da boş qalmış hissəsinə komissar təyin edildi. O, müsəlman əhalisinin şəhərdən çıxmasını və yerdəyişməsini qadağan etsə də, bunun elə bir əhəmiyyəti olmadı.

Danılmaz tarixi fakt kimi məlumdur ki, Azərbaycan müsəlman soyqırımı təkcə Bakı ilə məhdudlaşmadı. Bakıda törədilmiş cinayətlər aprel ayının ilk günlərindən etibarən eynilə Şamaxı, Quba, Xaçmazda törədildi. Azərbaycanın qəzalarına “sovet qoşunları” adı altında göndərilən cinayətkar dəstələrə quldur erməni “hərbiçiləri” T.Əmiryan, H.Amazasp rəhbərlik edirdilər. Daşnak cəlladlardan ən ağır ziyan çəkən Şamaxı qəzası oldu. Nəticədə Şamaxı şəhəri və qəzasının 72 kəndi Bakı Sovetinin bolşevik-daşnak qoşunları tərəfindən dağıdıldı. Şamaxı qırğınlarında 8 min nəfərə qədər Azərbaycanlı öldürüldü.

Quba qəzasında qırğın törədən quldur dəstəsinə S.Şaumyanın xüsusi səlahiyyətlər verdiyi H.Amazasp rəhbərlik edirdi. Aprel ayından qəzanın 122 müsəlman kəndi dağıdılmış, yüzlərlə Azərbaycanlı və dağlı, o cümlədən ləzgi məhv edilmişdi.

Göyçay, Kürdəmir, Salyan və Lənkəran bölgələrinin əhalisi də erməni Cəza dəstələrindən ciddi ziyan çəkmişdi.

1918-ci il aprelin 22-də müsəlman fraksiyasının təzyiqi altında Zaqafqaziya Seyminin geniş iclası keçirildi və müstəqil demokratik federativ Zaqafqaziya Respublikasının elan olunması haqqında qətnamə qəbul edildi. Aprelin 20-də Bakı hadisələri ilə bağlı məsələnin müzakirəsi zamanı yaranmış hökumət böhranının bir nəticəsi də bu oldu ki, Y.Gegeçkorinin başçılıq etdiyi Zaqafqaziya hökuməti istefa verdi.

Zaqafqaziyada vəziyyət getdikcə pisləşirdi. Çünki müstəqilliyini elan etməsindən sonra Zaqafqaziya Federativ Respublikasının nə daxili, nə də xarici siyasətində ciddi bir dəyişiklik baş verməmişdi. Siyasi partiyaların nümayəndələri Zaqafqaziya Seymində ümumi dil tapa bilmirdilər, onların ümumi fəaliyyət proqramı yox idi və fraksiyaların hər biri isə öz siyasi xəttini həyata keçirməyə çalışırdı.

1918-ci il mayın 11-də Batumda Zaqafqaziya və Türkiyə arasında nümayəndə heyətləri səviyyəsində danışıqlar davam etdirildi. Zaqafqaziya hökumətinin sədri və xarici işlər naziri A.Çxengelinin başçılıq etdiyi heyətin danışıqlarında Azərbaycanı M.Ə.Rəsulzadə və M.H.Hacınski təmsil edirdilər. Türkiyə tərəfinin təmsilçilərinə xarci işlər naziri Xəlil paşa, Qafqaz cəbhəsi komandanı Vahid paşa və hərbi nazir Ənvər paşa başçılıq edirdilər.

Batum konfransında müşahidəçi sifətində general Ottofon Lossovun başçılığı ilə Almaniya nümayəndəliyi də iştirak edirdi. Batum konfransında Zaqafqaziya Seyminin nümayəndə heyəti Türkiyənin Qars, Ərdəhan və Batum əyalətləri haqqında tələblərini tamamilə tanıdı və bununla da Brest-Litovsk müqaviləsinin müddəasını təsdiq etdi. Bundan əlavə, Türkiyə Axalsıx, Axalkələk, Aleksandropol (Gümrü), Sürməli və Naxçıvan qəzalarının daxil olduğu ərazini də tələb edirdi.

Türkiyə qoşunları 1918-ci mayın 17-də Gümrünü (Aleksanropolu) ələ keçirdilər və Cülfa istiqamətinə çıxdılar. Almaniya və Türkiyə tərəfindən aparılan hərbi əməliyyatlar nəticəsində Batum konfransında gürcülər, Azərbaycanlılar və ermənilər Türkiyə ilə ayrı-ayrılıqda danışıqlar aparmağa başladılar.

Digər tərəfdən Batum konfransında Almaniya nümayəndələri ilə separat danışıqların gedişində general Fon Kressin təzyiqi nəticəsində Seymin gürcü fraksiyası Gürcüstənın Federativ Zaqafqaziya Respublikası tərkibindən çıxmasını və öz müstəqilliyini elan etməsini qərara aldı.

Zaqafqaziya Seyminin sədri və üzvləri – K.Çxeidze, A.Sereteli və Y.Gegeçkori gözlənilmədən 1918-ci il mayın 25-də F.X.Xoyskinin sədrliyi ilə keçirilən axşam iclasına gəldilər. A.Sereteli gürcü fraksiyası adından bəyanat verərək xüsusi qeyd etdi ki, “Seymin sabahkı iclasında biz Zaqafqaziya Respublikasının ləğv olunması faktını təsdiq edəcəyik”.

Cavab nitqində F.X.Xoyski bildirdi ki, “Əgər gürcü xalqının iradəsi belədirsə, bizim ona mane olmağa haqqımız yoxdur. Azərbaycan türklərinə isə yeni vəziyyətlə bağlı olaraq müvafiq qərarlar qəbul etməkdən başqa bir şey qalmır”.

1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin son iclası oldu. Gürcü fraksiyası Zaqafqaziya Seyminin dağılmasının bütün günahını müsəlman fraksiyasının üstünə yıxdı. Buna görə də müsəlman fraksiyası belə vəziyyətdə Seymin özünü buraxmasına etiraz etmədi.

Beləliklə, həmin qüvvələrin təzyiqi altında yaradılmış Zaqafqaziya Respublikası daxili ziddiyyətlərin kəskinləşməsi nəticəsində dağıldı.

Mart hadisələrindən sonra Bakı şəhərində və onun neft mədən rayonunda Bakı Sovetinin hakimiyyəti gücləndi.

1918-ci il mayın 1-də Bakı XKS gələcək funksiyaları və fəaliyyət proqramını müəyyən edən deklarasiyasını dərS etdi. Deklarasiyada qeyd edilirdi ki, Bakı XKS RSFSR XKS-nın bütün dekret və sərənSamlarını həyata keçirməyə başlamış ümumrusiya mərkəzi hökuməti ilə sıx əlaqədə fəaliyyət göstərəSək.

“Bankların mililəşdirilməsi haqqında” dekret Bakıda komissarların həyata keçirdiyi ilk dekretlərdən biri sayılsa da əslində heç bir milliləşdirmə həyata keçirilməmişdi.

“Azərbaycan neft sənayesinin milliləşdirilməsi haqqında” 1918-ci il 2 aprel tarixli dekretin Azərbaycan iqtisadiyyatına vurduğu ziyanı xüsusi qeyd etmək lazımdır. RSFSR hökuməti, şəxsən Lenin Bakı XKS-dən neft təShizatını təmin etməyi tələb edirdi. V.I.Lenin iyunun 5-dən S.Şaumyana “nefti ilk sıraya qoymaq” tapşırığını, 2 gün sonra göndərdiyi teleqramda isə yenə “tezliklə Bakıdan neft göndərilməsi üçün tədbirlər görün” göstərişini vermişdi.

Bütövlükdə 1918-ci ilin aprel-iyul ayları ərzində Bakı XKS-nın zorakı tədbirləri nəticəsində Bakıdan Sovet Rusiyasına 1,3 milyon tona yaxın neft və neft məhsulları daşındı.

Fəhlələrin vəziyyəti də Kommunanın xeyrinə deyildi. Fəhlələrin irəli sürdükləri tələblər kifayət qədər sərt idi: sovetin yenidən seçilməsi, koalision hökumətin yaradılması, ərzaq məsələsinin tezliklə həll edilməsi, dərin böhranın aradan qaldırılması.



Beləliklə, yeni hökumətin siyasəti təkcə liberal ünsürləri və orta təbəqəni deyil, həmçinin digər sosialist partiyalarını və onların arxasınSa gedən fəhlələri ondan uzaqlaşdırdı. Şəhərin müsəlman əhalisi isə yeni hakimiyyətdən üz döndərdi, Bakıda, Azərbaycanda vəziyyət bolşeviklərin xeyrinə olmayan istiqamətdə dəyişdi və “Bakı Kommunası”nın süqutu ilə nəticələndi.



  1. Azərbaycan Xalq Cümhuriyyətinin təşkili və onun daxili siyasəti

1918-ci il mayın 26-da Gürcüstənın Zaqafqaziya Federasiyasından çıxıb özünün istiqlaliyyətini elan etməsindən sonra, ertəsi gün Tiflisdə Zaqafqaziya Seyminin müsəlman fraksiyası özünü Azərbaycanın Müvəqqəti Millli Şurası elan etdi. M.Ə.Rəsulzadənin sədr seçildiyi bu Şura 1918-ci il mayın 28-də müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını elan etdi. Müvəqqəti Milli Şuranın həmin iclasında qəbul olunmuş tarixi sənəddə- Istiqlaliyyət Bəyannaməsində bildirilirdi ki:

  1. Bu gündən etibarən Azərbaycanın xalqları suveren hüquqların daşıyıSılarıdır və Zaqafqaziyanın şərqi və Sənubunu əhatə edən Azərbaycan tam hüquqlu müstəqil dövlətdir;

  2. Müstəqil Azərbaycanın siyasi quruluşunun forması kimi demokratik respublika müəyyənləşdirilir;

  3. Azərbaycan Demokratik Respublikası bütün dünya dövlətləri ilə, xüsusən də qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa San atır;

  4. Azərbaycan Demokratik Respublikası hüdudları daxilində milliyyətindən, dini mənsubiyyətindən, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq özünün bütün vətəndaşlarının siyasi və vətəndaş hüquqlarına təminat verir;

  5. Azərbaycan Demokratik Respublikası öz ərazisində məskunlaşmış bütün xalqların azad inkişafı üçün imkanlar yaradaSaqdır;

  6. Müəssislər Məclisinin çağırılmasınadək bütün Azərbaycana səsvermə yolu ilə seçilmiş Milli Şura və Milli Şura qarşısında məsul olan Müvəqqəti Hökumət başçılıq edir.

Istiqlaliyyət Bəyannaməsinin qəbul edilməsindən sonra Müvəqqəti Milli Şura hökumətin- Nazirlər Kabinetinin təşkil olunmasını Fətəli xan Xoyskiyə tapşırdı. Elə həmin gün Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət kabinetinin aşağıdakı tərkibini təsdiq etdi:

  • Baş nazir və daxili işlər naziri – Fətəli xan Xoyski (bitərəf);

  • Maliyyə naziri və xalq maarifi naziri – Nəsib bəy Usubbəyov (“Müsavat”);

  • Xarici işlər naziri – Məhəmmədhəsən Hacınski (“Müsavat”);

  • Yollar naziri və poçt-teleqraf naziri – Xudadat bəy Məlikaslanov (“Müsavat”);

  • Ədliyyə naziri – Xəlil bəy Xasməmmədov (“Müsavat”);

  • Əkinçilik və əmlak naziri - Şeyxülislamov (“Hümmət”);

  • Hərbi nazir – Xosrovpaşa bəy Sultanov (“Ittihad”);

  • Ticarət və sənaye naziri – Məmmədyusif Səfərov (bitərəf);

  • Dövlət nəzarət naziri – Şamo bəy Hacınski (sosialist)

Azərbaycan milli-demokratik qüvvələrinin görkəmli nümayəndələrinin siyasi zəkası xalqın bütün arzu və istəklərini nəzərə alaraq, Qafqazın şərqi və Sənubunda dünyəvi və dnmokratik Azərbaycan dövlətinin yaradıldığını bütün dünyaya bəyan etdi.

1918-ci il iyunun 16-da Müvəqqəti Milli Şuranın üzvləri və AXC-nin ilk hökuməti Tiflisdən Gəncəyə gəldi və dərhal da çox çətin problemlərlə toqquşdu. Bu zaman Gəncədə siyasi vəziyyət son dərəcə mürəkkəb idi. Gəncədəki siyasi qüvvələrin bir qrupu Nuru paşanı inandıra bilmişdi. Tiflisdən gələnlər heç də Azərbaycan xalqının ən ümdə arzu və istəklərinin qünun təminçiləri yox, bir qrup siyasətbazlardır.

Milli Şura Gəncəyə gələn kimi Nuru paşa tərəfindən son dərəcə soyuq münasibətlə qarşılandı. Nuru paşanın müşaviri Əhməd bəy Ağayev Fətəli xan Xoyski ilə söhbətində Müvəqqəti Milli Şuranın buraxılması və yeni hökumət kabinetinin təşkil olunmasını təkid etdi. Digər tərəfdən “Müsavat” partiyasında təfriqə başlandı. N.Usubbəyov, M.Səfərov və R.Vəkilovun simasında bu partiyanın radikal qrupu Osmanlı hərbi komandanlığı tərəfindən siyasi təzyiqlərə etiraz edir, Müvəqqəti Milli Şuranın buraxılması ilə razılaşsa da yeni hökumət kabinetinin təşkilinə qarşı çıxırdı.

Müvəqqəti Milli Şuranın öz fəaliyyətini dayandırması ərəfəsində “Hümmət” fraksiyası onun tərkibini tərk etdi.

Fətəli xan Xoyski tərəfindən yeni hökumət kabinetinin tərkibi elan olunduqdan sonra sosialistlər də Milli Şuradan çıxırlar. Lakin, eyni zamanda bildirirlər ki, ola bilsin yeni hökuməti dəstəkləyəSəklər. Beləliklə, 1918-ci il iyunun 18-də Müvəqqəti Milli Şuranın “Müsavat”, bitərəf və ittihadçılar fraksiyalarından ibarət qalan hissəsi cəmisi bir nəfərin (Milli Şuranın sədri Seyidovun) bitərəf qalması ilə yeni hökumət kabinetinin tərkibini təsdiq etdi və Azərbaycanda bütün hakimiyyət səlahiyyətlərini yenə də F.X.Xoyskinin sədrliyi ilə təşkil olunmuş ikinci hökumət kabinetinə verdi. Lakin Milli Şuranın öz fəaliyyətini dayandırması barəsində qərarında xüsusi olaraq qeyd olunurdu ki, Nazirlər Şurası Azərbaycanın suverenliyi məsələsində heç bir siyasi qüvvəyə güzəştə gedə bilməz və bütün hakimiyyət səlahiyyətlərinin ancaq və ancaq tezliklə çağırılmalı olan ÜmumAzərbaycan Müəssislər Məclisinə verə bilər.

Sonralar M.Ə.Rəsulzadə öz xatirələrində bu hadisələr barəsində yazırdı ki, Milli Şuranın bu şəkildə buraxılması həmin dövrdə Gəncədə gedən müəyyən siyasi mübarizənin nəticəsi idi. Bu mübarizə dövlət idarəçilik formaları ətrafında, demokratik Cərəyanlar və demokratik anlayışlar arasında gedirdi.

Beləliklə, Azərbaycanda yenidən özünəməxsus ikihakimiyyətlilik bərqərar oldu. Bir tərəfdən daşnak yaraqlılarının süngülərinə söykənən, 1918-ci ilin mart-aprel aylarında Azərbaycanı qana boyamış Bakı Kommunası və daha sonra eyni dərəcədə xalqa yad olan Sentrokaspi diktaturası, digər tərəfdən isə Gəncədə qərar tutmuş Azərbaycan millli hökuməti, istər Şaumyan erməni - bolşevik güruhu, istərsə də Sentrokaspi diktaturasının eser – menşevik - daşnak reжimi tamamilə məlum səbəblərə görə xalqın arzu və istəklərinə Savab vermirdilər. Digər tərəfdən isə Azərbaycan hökuməti Osmanlı ordu hissələrinin köməyi ilə ölkəni yad ünsürlərdən tamamilə azad etmək üçün gərgin iş aparırdı. Azərbaycan hökuməti Milli Şuranın qanunvericilik səlahiyyətlərini öz üzərinə götürdükdən sonra, qısa müddət ərzində dövlət qurucüluğu sahəsində geniş və sistemli tədbirlər həyata keçirdi.

Artıq iyunun 24-də hökumətin qərarı ilə AXC-nin üzərində aypara və səkkizguşəli ulduz olan al qırmızı Dövlət Bayrağı təsdiq olundu (sonralar sentyabrın 9-da bu bayraq Azərbaycan Respublikasının indi qüvvədə olan bayrağı ilə əvəz olundu), iyunun 27-də Azərbaycan türkSəsi respublikamızın dövlət dili elan edildi, iyulun 7-də milli komitələrin ləğvi və onların əmlakının müsadirəsi, avqustun 11-də isə Azərbaycan Ordusuna səfərbərlik haqqında fərmanlar verildi.

Ingilislərin köməyə çağırılmasına baxmayaraq, Sentrokaspi Bakını əldə saxlaya bilmədi və 1918-ci il sentyabr ayının 15-də yeni yaradılan Milli Ordunun hissələri Bakıya daxil oldular. Sentyabrın 17-də F.X.Xoyskinin başçılıq etdiyi hökumət də Gəncədən Bakıya gəldi. Beləliklə, Şimali Azərbaycanda təxminən 4 ay davam edən ikihakimiyyətlilik başa çatdı və bütün ölkədə qanuni Azərbaycan hökumətinin hakimiyyəti bərqərar oldu. Rus müstəmləkəçilərinin əli ilə məhv olunmuş Azərbaycan milli dövlətçiliyi 90 illik fasilədən sonra xalqın və milli öndərlərimizin sayəsində yenidən dirçəldi və Quzey Azərbaycanını əhatə edən AXC dünya dövlətləri sırasında layiqli yer tutmaq üçün gərgin mübarizəyə başladı.
ŞƏRQDƏ ILK PARLAMENT

1   ...   21   22   23   24   25   26   27   28   ...   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə