2
1. Giriş
“Azərbaycan Gimnastika Federasiyası” İcitmai Birliyinin (AGF) İcra Komitəsinin 18 fevral
2016-cı il tarixli iclasında gimnastlar üçün lisenziya (və ya “gimnast pasportu”) üzrə
hazırki Qaydalar təsdiq olunmuşdur.
Yarışlarda iştirakla bağlı ümumi hüquqlar və lisenziya
Rəsmi AGF yarışlarında və ya AGF-nin tanıdığı turnirlərdə aşağıdakı şərtlərə cavab
verən gimnastlar iştirak edə bilər:
ü
Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş klublara, fəaliyyəti
AGF tərəfindən tanınan gimnastika bölmələri və cəmiyyətlərinə mənsubiyyət;
ü
Azərbaycan Respublikasının vətəndaşlığına və ya Azərbaycan Respublikası
ərazisində yaşamaq üçün icazə vəsiqəsinə sahib olma;
ü
AGF-nin Nizamnaməsinin tələblərini, İcra Komitəsinin müvafiq qərarları və
təsdiq etdiyi sənəd və qaydalara əməl etmə və hörmətlə yanaşma;
ü
Gimnastika növləri üzrə AGF tərəfindən tərtib olunan və Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən müvafiq il üçün təsdiq
olunan Əsasnamələrdə qeyd olunmuş yaş həddinə uyğunluq və çıxış
proqramına əməl etmə;
ü
AGF tərəfindən verilən etibarlı lisenziyaya sahib olma.
2. Lisenziya və ya “Gimnast Pasportu”
Azərbaycan Respublikası ərazisində keçirilən rəsmi AGF yarışlarında və ya AGF-nin
tanıdığı turnirlərdə iştirak edə bilmək üçün bütün gimnastlar (yaş qrupları, yeniyetmələr
və böyüklər) 7 (yeddi) yaşından etibarən AGF-nin etibarlı lisenziyasına malik olmalıdır
(müvafiq yarış ilində 7 yaşı tamam olacaq gimnastlara da şamil olunur).
Hazırki qaydalar “Gimnastika hamı üçün” növünə aid müəyyən Qala-konsertlər, şoular
və nümunəvi çıxışlara tətbiq olunmur.
Aşağıdakı yarışlar bu Lisenziya Qaydaları əsasında rəsmi AGF yarışları kimi müəyyən
olunur:
• Azərbaycan Çempionatı
• Azərbaycan Birinciliyi
• Bakı Çempionatı və Birinciliyi
• Bölgələrarası Kubok
• AGF tərəfindən tanınan digər yarışlar
3. AGF Lisenziyasını əldə etmək üçün şərtlər
AGF lisenziyası yalnız aşağıdakı tələblərə cavab verən gimnastlara verilir:
• Hazırki Qaydaların 1-ci bəndində (Giriş) qeyd olunmuş şərtlərə uyğunluq;
• Lisenziya Qaydalarına əlavə olunmuş (AGF-nin lisenziyasını almaq üçün ərizə
forması (Əlavə 1) və ya lisenziyanın yenilənməsi üçün ərizə forması (Əlavə 2))
müvafiq ərizə formasını şəxsən imzalama. Formanı imzalamaqla, gimnastlar:
1. AGF-nin Nizamnaməsi, İcra Komitəsinin qərarları, bütün Qaydaları və onlara
edilən düzəlişləri qəbul və riayət etməyə razılıq verir;
3
2. Dopinq nəzarətini həyata keçirən Azərbaycan Anti-Dopinq Agentliyinə
(AZADA) müvafiq məlumatların təqdim olunmasına razılıq verir;
• Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş və özü haqda AGF-
də müsbət rəy yaratmış klublara, fəaliyyəti AGF tərəfindən tanınan gimnastika
bölmələri və cəmiyyətlərinə mənsubiyyət;
• Ərizə formasında mənsub olduğu klubun müdir və ya müdir müavininin imzasının
olması.
• AGF-nin lisenziyası / gimnast pasportuna malik olan hər hansı bir gimnast, həmin
sənəddə qeyd olunan idman cəmiyyəti və ya klubundan digərinə keçdikdə, yeni
seçdiyi klub AGF-yə onun lisenziya alması üçün müraciət etməlidir. Bu cür
hallarda, yuxarıda qeyd olunan sənədlərlə yanaşı, müvafiq gimnastın əvvəl təmsil
etdiyi idman cəmiyyəti və ya klubun digərinə keçməsi haqda yazılı razılığı da
təqdim olunmalıdır. Belə bir razılıq təqdim edilmədiyi təqdirdə, gimnasta 1 (bir) il
müddətində lisenziya verilməyəcək və yarışlara buraxılmayacaq.
Razılığın olması və 1 (bir) il müddəti, əvvəllər hər hansı bir idman cəmiyyəti və
ya kluba mənsub olmuş, lakin həmin klub tərkibində AGF-nin lisenziyasına malik
olmayan gimnastlara şamil edilmir. Onlara, yeni seçdikləri idman cəmiyyəti və ya
klub tərkibində AGF-nin lisenziyası dərhal verilə bilər.*
4. Lisenziyanın yoxlanması
Qeydiyyat zamanı
Bu Qaydaların 2-ci bəndində sadalanan yarışların Təşkilat Komitələri bütün gimnastların
lisenziyalarını ən geci yarışlarda iştirak üçün qeydiyyatdan son keçmə tarixinədək
yoxlamalıdır.
AGF-nin Lisenziyasına sahib olmayan gimnastın qeydiyyatı qəbul olunmur.
Təşkilat Komitəsi sözügedən gimnastın mənsub olduğu klublar, gimnastika bölmələri və
cəmiyyətlərini bu haqda məlumatlandırmalıdır.
Gimnastın AGF Lisenziyası yoxdursa, lakin ərizə forması müvafiq yarışın son
qeydiyyatdan keçmə tarixinədək AGF-yə təqdim olunubsa, Təşkilat Komitəsi gimnasta
yarışda iştirak etməyə icazə verə bilər.
Akkreditasiya zamanı
Akkreditasiya zamanı etibarlı AGF Lisenziyası təqdim etməyən gimnastın yarışda iştirak
etməsinə icazə verilmir.
Akkreditasiya zamanı gimnast AGF Lisenziyasını təqdim edə bilmədikdə, Təşkilat
Komitəsi AGF-nin rəsmi vebsaytında sözügedən gimnastın lisenziyasının etibarlı olub-
olmamasını yoxlaya bilər.
Gimnast etibarsız lisenziya təqdim etdikdə və ya unudulmuş lisenziyanın etibarlılığının
Təşkilat Komitəsi tərəfindən təsdiqi mümkün olmadıqda, idmançı yarışa
buraxılmayacaq.
*
AGF-nin İcra Komitəsinin 26.12.2016-cı il qərarı ilə əlavə edilmişdir.
4
5. Lisenziyanın etibarlılığı
Lisenziya qüvvəyə mindiyi tarixdən iki il müddətində etibarlı sayılır.
6. Sığorta
AGF-nin İcra Komitəsinin 18 fevral 2016-cı il tarixində keçirilmiş iclasında bütün lisenziya
sahiblərinə əlavə sığorta təklif edilməsi haqqında qərar qəbul edildi. Lisenziyaya malik
gimnastlar üçün Sığorta ödənişi lisenziya haqqına heç bir təsiri olmadan AGF tərəfindən
ödənilir.
Lisenziyaya malik gimnastlar məşq və yarış zamanı zədə alarsa, onlar 2000 manata qədər
olan sığorta dəyərində Tibbi Yardım xidməti ilə təmin olunurlar.
Sığorta təminatına sahib zədələnmiş şəxsin vəziyyətindən asılı olaraq, o, ambulator şəraitdə
və ya stasionarda ixtisaslaşdırılmış müalicə ilə təmin olunur:
• ilkin tibbi yardım
• ixtisaslaşdırılmış tibb müəssisəsinə daşınma
• yüksək ixtisaslı mütəxəssislər tərəfindən məsləhətləşmə
• Ambulator və ya stasionar şəraitdə tələb olunan müxtəlif ixtisaslaşdırılmış diaqnostik
müayinələr:
- instrumental – rentgen, USM, kompyuter tomoqrafiyası, maqnit rezonans
tomoqrafiyası və s.
- laborator – ümumi analizlər, klinik testlər, koaqulometriya və s.
• təxirəsalınmaz ambulator cərrahiyə
• təcili hospitalizasiya, ikinəfərlik palatalarda yerləşdirilmə
• müalicə prosesində tələb olunan operativ müdaxilələr
• hər növ anesteziya
• ixtisaslaşdırılmış cərrahi əməliyyatlar:
- travmatologiya
- osteosintez
- üz-çənə cərrahiyyəsi
• reanimasiya və intensiv terapiya şöbəsində müalicə
• stasionar şəraitdə müalicə edən həkimin təyin etdiyi və Azərbaycan Respublikası
Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş dərmanlarla təmin olunma
• sığorta şirkətinin həkim eksperti tərəfindən sığortalıya göstərilmiş tibbi xidmətin
keyfiyyətinə nəzarət
AGF 4 ay öncə edilmiş xəbərdarlıqdan sonra istənilən zaman bu əlavə sığortanı ləğv etmək
hüququnu özündə saxlayır.
7. Lisenziya sahiblərinin siyahısı - “AGF Lisenziyalarına Baxış” sistemi
Etibarlı lisenziya sahiblərinin siyahısının “AGF Lisenziyalarına Baxış sistemi” vasitəsilə
AGF-nin vebsaytında dərc edilməsi nəzərdə tutulur.
Bu siyahı avtomatik olaraq yenilənir və həmin vaxt etibarlı olan bütün lisenziyaları ehtiva
edir. Müddəti bitmiş lisenziyalar sistemli şəkildə siyahıdan çıxarılır.
Dərc edilmiş informasiya aşağıdakı məlumatları ehtiva edir:
5
• Lisenziyanın nömrəsi
• Gimnastika növü
• Gimnastın tam adı (soyad və ad)
• Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş klublar, fəaliyyəti AGF
tərəfindən tanınan gimnastika bölmələri və cəmiyyətləri
• Doğum tarixi
• Cinsi
• Lisenziyanın bitmə tarixi
8. Ərizə proseduru və lisenziya haqqı
Yalnız Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş və özü haqda AGF-də
müsbət rəy yaratmış klublar, fəaliyyəti AGF tərəfindən tanınan gimnastika bölmələri və
cəmiyyətləri öz gimnastlarına lisenziya almaq üçün müraciət edə bilərlər.
Ərizə forması hər bir gimnast üçün tələb olunur. Bu forma “AGF-nin məlumat bazası” (bütün
gimnastların profilləri “AGF məlumat bazasında” elektron şəkildə saxlanılır) vasitəsilə AGF-
nin vebsaytında əldə oluna bilər.
Lisenziya, bütün sənədlər təqdim edildikdən sonra 5 gün ərzində verilir. Hər lisenziyaya görə
ödəniş 99 AZN təşkil edir.
Ərizə forması gimnast tərəfindən imzalanmalıdır. 18 yaşına çatmamış ərizəçinin bütün
razılıq formaları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq qanuni təmsilçisi
tərəfindən də imzalanmalıdır.
Ərizə formaları tamamlanıb, imzalanıb və müvafiq üzv klub, gimnastika bölmələri və
cəmiyyətlərinin müdiri və ya müdir müavini tərəfindən möhürlənərək tələb olunan digər
sənədlər (doğum haqqında şəhadətnamənin surəti, şəxsiyyəti vəsiqəsinin surəti (xarici
vətəndaşlar isə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün verilmiş
icazə vəsiqəsinin surəti), 2 ədəd fotoşəkil (3*4 ölçüsündə, ağ fonda)) və ödənişlə birlikdə
AGF-nin ofisinə təqdim olunmalıdır.
Ödəniş haqqına lisenziyanın hazırlanması və təqdim olunması, Lisenziya sahiblərinin “AGF
Lisenziyalarına Baxış” sisteminin siyahısına daxil olmasını ehtiva edir.
9. Ərizə fomrası üçün tələb olunan məlumatlar
AGF-nin lisenziyasını əldə etmək məqsədilə müvafiq klub, gimnastika bölmələri və ya
cəmiyyətləri tərəfindən lazımi qaydada doldurulan ərizə forması üçün aşağıdakı məlumatlar
tələb olunur:
• Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş klublar, fəaliyyəti AGF
tərəfindən tanınan gimnastika bölmələri və cəmiyyətlərinin adı
• Gimnastın soyadı
• Gimnastın adı
• Gimnastın ünvanı, poçt indeksi, şəhər/rayon/bölgə
• Gimnastın elektron poçt ünvanı
• Növ (Kişi idman gimnastikası (KİG), qadın idman gimnastikası (QİG), bədii gimnastika
(BƏG), batut gimnastikası (BAG), aerobika gimnastikası (AEG) və akrobatika
gimnastikası (AKG))
6
• Doğum haqqında şəhadətnamə / şəxsiyyət vəsiqəsi / xarici vətəndaşlar isə
Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə
vəsiqəsinin nömrəsi, verildiyi orqan və etibarlılığı
• Cinsi
• Doğum tarixi
• 2 ədəd fotoşəkil (3*4 ölçüsündə, ağ fonda)
• Doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsinin surəti (xarici vətəndaşlar isə
Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə
vəsiqəsinin surəti)
• Gimnastın imzası (və əgər gimnast azyaşlıdırsa, hüquqi nümayəndəsinin imzası)
• AGF-yə üzv Azərbaycan ərazisində qeydiyyatdan keçmiş klublar, AGF tərəfindən
tanınan gimnastika bölməsi və cəmiyyətin müdiri və ya müdir müavininin imzası
• AGF-yə üzv Azərbaycan ərazisində qeydiyyatdan keçmiş klublar, AGF tərəfindən
tanınan gimnastika bölməsi və cəmiyyətin möhürü
Müvafiq klub, gimnastika bölməsi və cəmiyyət ərizə formasında nəzərdə tutulmuş hər hansı
və ya bütün məlumat və sənədlərə görə tam məsuliyyət daşıyır. Bu məlumatın AGF-nin
rəsmi vebsaytında dərc olunması nəzərdə tutulur.
10. Lisenziyanın məzmunu
Lisenziya 85mm x 55mm ölçüsündə plastik kartdır və aşağıdakı məlumatları əks etdirir:
• AGF-nin loqosu və tam adı
• Gimnastın fotoşəkli
• Lisenziya nömrəsi
• Klub, AGF tərəfindən tanınan gimnastika bölməsi və cəmiyyəti
• Gimnastın tam adı
• Doğum tarixi
• Cinsi
• Növ (KİQ, QİG, BƏG, BAG, AEG və AKG)
• Vəzifəsi
11. Lisenziyanın yenilənməsi
Lisenziya qüvvəyə mindiyi tarixdən iki il müddətində etibarlı sayılır. Lisenziyanın yenilənməsi
üçün ərizələr onun son istifadə tarixindən 1 ay öncə qəbul edilir. Əgər yenilənmə bu müddət
ərzində baş verərsə, lisenziyanın etibarlılıq müddəti son istifadə tarixindən iki il müddətinə
qədər uzadılır. Yenilənmə istifadə tarixi bitmiş lisenziyaya şamil olunursa, lisenziyanın
etibarlılıq müddəti yenilənmənin qüvvəyə mindiyi tarixdən iki il ərzində qüvvədə olmalıdır.
Lisenziyanı yenilədikdə “Lisenziyanın yenilənməsi üçün ərizə forması” doldurulmalıdır.
Formadakı yenilənmiş məlumatlar AGF-nin vebsaytında, gimnastın profilində əldə oluna
bilər.
Gimnastın lisenziyası yeniləndikdə, etibarlılıq müddəti artırılmaqla, ona yeni kart verilir.*
Hər bir lisenziya yenilənməsinə görə ödəniş məbləği 99 AZN təşkil edir.
*
AGF-nin İcra Komitəsinin 26.12.2016-cı il qərarı ilə dəyişdirilmişdir.
7
12. Lisenziya kartının itirilməsi
Lisenziya kartı itirildiyi təqdirdə, AGF dərhal məlumatlandırmalıdır və itirilmiş kartı əvəz
etmək üçün yeni kart (ərizə forması təqdim olunmadan) verilməlidir.
Yeni kart əldə etmək üçün klublar, gimnastika bölmələri və cəmiyyətlər tərəfindən 49 AZN
məbləğində haqq ödənilməlidir.
13. AGF-nin Lisenziya Qaydalarının pozulması
Bu Qaydaların 2-ci maddəsində qeyd edildiyi kimi, lisenziya məcburidir və bütün rəsmi AGF
yarışlarında və AGF-nin tanıdığı turnirlərdə təqdim olunmalıdır. Azərbaycan Respublikası
ərazisində keçirilən yarışlara nəzarət hər bir yarışın Təşkilat Komitələrinin öhdəliyindədir.
Təşkilat Komitəsi AGF-nin dəstəyi ilə keçirilən yarışlarda AGF-nin Lisenziya Qaydalarının
tətbiq edilməsi üçün məsuliyyət daşıyır.
Lisenziya Qaydaları pozulduğu halda, başqa sözlə gimnast yarışda etibarsız və ya qüvvədə
olmayan lisenziya ilə iştirak edərsə, o yarışlardan kənarlaşdırılır, medallar və mükafatlar geri
qaytarılır.
Lisenziya Qaydalrının hər bir pozulması halına görə, Təşkilat Komitəsi 2000 AZN
məbləğində cərimə olunur. Həmin Təşkilat Komitəsi tərəfindən təkrar pozulma halı baş
verdikdə, AGF-nin İntizam Komissiyasına müraciət olunur.
Lisenziya sahibinə qarşı intizam sanksiyası tətbiq olunduqda, AGF lisenziyanı ləğv etmək
hüququnu özündə saxlayır.
Hazırki Lisenziya Qaydaları İcra Komitəsinin 18 fevral 2016-cı il tarixində keçirilən iclasında
təsdiq olunmuşdur. Bu Qaydalar 1 aprel 2016-cı il tarixindən qüvvəyə minir.
ƏLAVƏ I
AGF-nin lisenziya qaydaları - Lisenziya üçün Ərizə Forması
Klub, gimnastika bölməsi, cəmiyyət
Təşkilatın əlaqədar şəxsi
Tam adı: E/poçtu:
Gimnast
Cinsi: Soyadi: Adi:
Doğum tarixi (gün/ay/il)
Gimnastika növü
Ünvan
Küçə:
Poçt indeksi: Şəhər: Bölgə/rayon:
E/poçtu:
Şəxsiyyət vəsiqəsi
Nömrə: Bitmə tarixi: Vətəndaşlığı:
TƏSDİQ VƏ RAZILAŞMA
Mən, AGF-yə üzv olan, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş klub, fəaliyyəti AGF tərəfindən tanınan gimnastika
bölməsi və ya cəmiyyətinin üzvü, rəsmi AGF yarışı və ya AGF-nin tanıdığı digər turnirlərin iştirakçısı kimi, bununla aşağıdakıları təsdiq edir
və razılaşıram:
1.
Mən, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Anti-dopinq Qaydalarını əldə etdim və nəzərdən keçirdim. Onun bütün müddəalarını
və edilmiş düzəlişləri qəbul edir və onlara riayət etməyə razılığımı veririəm. Bu qaydalaarı FIG-nin (www.fig-gymnastics.com)
vebsaytında əks olunmuşdur.
3. Mən, AGF tərəfindən mənim haqqımda müvafiq məlumatların AZADA-ya ötürülməsinı, lazımi vaxtda dopinq nəzarətindən keçməyimi
qəbul edir və öz razılığımı bildirirəm.
4. Mən təsdiq edirəm və razılaşıram ki, FIG-nin Anti-Dopinq Qaydaları əsas götürülərək, AGF-nin İntizam Komissiyası mənə qarşı
sanksiyalar tətbiq etmək hüququna malikdir.
5. Mən, həmçinin təsdiq edir və razılaşıram ki, FIG Anti-Dopinq Qaydalarına uyğun olaraq AGF-nin İntizam Komissiyası tərəfindən verilmiş
qərarla bağlı hər hansı bir mübahisəli hal meydana gəldikdə, qərar üzrə Apellyasiya şikayəti AGF-nin İcra Komitəsinə təqdim oluna
bilər.
6
.
Mən, təsdiq edirəm və razılaşıram ki, AGF-nin Apellyasiya şikayəti üzrə İcra Komitəsinin qərarı qəti və yerinə yetirilməsi məcburidir.
7. Mən, bununla AGF tərəfindən mənə əlavə sığorta təklif olunmasından xəbərdar olduğumu və AGF-nin Gimnastların Lısenziyası üzrə
Qaydalarda nəzərdə tutulan xidmətlərlə tanış olduğumu təsdiq edirəm. Mən, həmçinin AGF-nin 4 ay öncə edilmiş xəbərdarlığından
sonra istənilən zaman bu əlavə sığortanı ləğv etmək hüququnu özündə saxladığı haqda məlumatlıyam.
8. Mən, bu formada qeyd olunan Təsdiq və Razılaşmaları oxumuşam və başa düşmüşəm.
GİMNASTIN İMZASI
QANUNİ NÜMAYƏNDƏSİNİN İMZASI
əgər gimnastın yaşı 18-dən azdırsa
________________________ _______________________________
Bunu imzalamaqla gimnast AGF-nin Nizamnaməsi, İcra Komitəsinin qərarları, AGF tərəfindən əsas götürülən Beynəlxalq Gimnastika
Federasiyasının Akkreditasiya Qaydaları, və AGF-nin bütün müvafiq Qaydaları və onlara olunan düzəlişləri qəbul və riayət etməyə öz
razılığını verir.
Xahiş olunur hazırkı forma ilə yanaşı, doğum haqqında şəhadətnamə, etibarlı şəxsiyyət vəsiqəsinin (xarici
vətəndaşlar isə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə vəsiqəsinin)
surətlərini və 2 ədəd rəngli fotoşəkil (3*4 ölçüsündə, ağ fonda) AGF-nin ofisinə təqdim edəsiniz.
Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş klub, fəaliyyəti AGF tərəfindən tanınan gimnastika bölmələri və cəmiyyətlər ərizə
formasında təqdim olunmuş hər bir və bütün məlumata və sənədlərə görə tam məsuliyyət daşıyır. Ərizə forması doldurulub, vaxtında imzalanıb
və müvafiq klubun, gimnastika bölməsinin və ya cəmiyyətin müdiri və ya müdir müavini tərəfindən möhürlənərək geri göndərilməlidir. Ərizə forması
gimnast tərəfindən imzalanmalıdır. 18 yaşına çatmamış ərizəçinin bütün razılıq formaları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq
qanuni təmsilçisi tərəfindən də imzalanmalıdır.
Tarix
Klub/cəmiyyətin
Möhürü
Klub/cəmiyyətin səlahiyyətli
şəxsinin imzası
Müdir və ya müdir müavinin imzası
Klub/cəmiyyətin
tam adı
ƏLAVƏ II
AGF-nin lisenziya qaydaları – Lisenziyanın yenilənməsi üçün Ərizə Forması

Dostları ilə paylaş: |