Tədqiqatın məqsədi: Tədqiqatın məqsədi, sözügedən sahəyə yiyələnmiş şəxsin gündəlik həyatında bunu istifadə edərək daha rahat və daha aydın bir həyat sürməsidir. Lakin, biz bu məqsədə əlavə şərtlər daxil edib daha dar bir formaya salaq və tədqiqatın məqsədinə bir aviasiya işçisinin rakursundan baxaq. Beləliklə, deyə bilərik ki, burada əsas məqsəd aviasiya işçilərinin gündəlik qarşılaşa biləcəkləri potensial təhlükələri ortaya çıxarmaq üçün bu sahədən istifadə olunur. Məsələn pasport yoxlama mərkəzindəki bir aviasiya işçisi bu sahə sayəsində pasport sahibinin getdiyi ölkəyə gediş məqsədi haqqında yalan deyib, demədiyi barədə rahatlıqla fikir sahibi ola bilər.