“AZƏRBAYCAN HAVA YOLLARI ” QSC
MİLLİ AVİASİYA AKADEMİYASI
SƏRBƏST İŞ №1
FƏNN: Azərbaycan Tarixi
MÖVZU: Azərbaycan ibtidai icma dövründə
FAKÜLTƏ: Aerokosmik
QRUP: 2441A
TƏLƏBƏ: Alqayev Bəxtiyar
MÜƏLLİM: Kərimova Ellada
Azərbaycanda ibtidai icma cəmiyyəti
Bildiyimiz kimi Tarix hər bir dövlətin ayrılmaz bir parçasıdır və hər bir dövlətin hər bir millətin kökləri tarixlə dərindən bağlanmışdır.Keçmişimizin doğru şəkildə mənimsənilməsi və gələcək nəsillərə ötürülməsi hər bir azərbaycanlının borcudur.Azərbaycan xalqı qədim və zəngin tarixə malikdir.Bunu maddi və mənəvi dəyərlər bizlərə və həmçinin bütün dünyaya sübut edirki dünyanın ilk sivilizasiyalarının yarandığı məkanlardan məhz biri də Azərbaycanımızdır.İstərdimki tariximizin köhnə səhifələrinə nəzər salaq.
İbtidai icma cəmiyyəti bəşər tarixinin ilkin pilləsini təşkil edir. İbtidai icma cəmiyyəti üçün istehsal vasitələri üzərində ümumi mülkiyyətin mövcudluğu, məhsuldar qüvvələrin zəif inkişafı şəraitində kollektiv istehsal və birgə məhsul bölgüsü səciyyəvidir. İbtidai icma quruluşu digər ölkələrdə olduğu kimi, Azərbaycanda da uzun sürmüşdür. Çünki bu dövrdə əmək alətləri sadə, istehsal texnikası aşağı səviyyədə olub, cəmiyyətin təsərrüfat fəaliyyəti təbii mühitdən birbaşa asılı olmuşdur.
İbtidai icma cəmiyyəti Azərbaycanda ilk insanın yarandığı vaxtdan (təxminən 1,5 milyon il bundan əvvəl) iri tayfa birliklərinin və ilkin dövlət qurumlarının yaranmasınadək (eramızdan əvvəl III — I minilliklər) olan bir dövrü əhatə edir.
İbtidai icma cəmiyyətinin arxeoloji baxımdan dövrləşməsi aşağıdakı kimidir: Daş dövrü, Tunc dövrü, Dəmir dövrü.
Daş dövrü bölünür:
Paleolit (Qədim daş dövrü) — təxminən 1,5 milyon il bundan əvvəl başlamış və e. ə. XII minilliyə qədər davam etmişdir.
Mezolit (Orta daş dövrü) — e. ə. XII — VIII minillildər.
Neolit (Yeni daş dövrü) — e. ə. VII — VI minilliklər.
Eneolit (Mis — daş dövrü) — e. ə. VI — IV minilliyin ortaları.
Tunc dövrü — e. ə. IV minilliyin sonlarından II minilliyin sonlarınadək davam etmişdir.
Dəmir dövrü — e. ə. II minilliyin sonları — I minillikləri əhatə edir.
İbtidai icma cəmiyyəti öz inkişafında üç mərhələdən keçmişdir:
ibtidai insan dəstəsi və ya ulu icma;
qəbilə icması;
ibtidai icma quruluşunun dağılması və erkən dövlətlərin yaranması İbtidai insan dəstəsi və ya ulu icma alt və orta paleolitdə (1,5 milyon ildən — 40 min il bundan əvvələ kimi) mövcud olmuşdur. İnsanlar qida əldə etmək və heyvanlardan qorunmaq zərurəti qarşısında 20 — 30 nəfərdən çox olmayan bir dəstə halında birləşirdilər və belə ilkin insan dəstələri Qarabağda (Azıx və Tağlar mağaraları) və Qazax bölgəsində (Damcılı və Daşsalahlı mağaraları) məskən salmışlar. İbtidai insan yem əldə etmək üçün yığıcılıq və ovçuluqla məşğul olurdu və bu, istehlak təsərrüfatı adlanırdı.
Dostları ilə paylaş: |