3.3 RFİD texnologiyası
E-pasportun əsas elementi RFID-çipdir (Radio Frequency Identification, Radio Tezlik identifikasiya). RFID-çip mikroçipdən (teqdən) və verilənlərin ötirülməsi üçün antenadan ibarətdir. Çipin enerjidan asılı olmayan yaddaşında (EEPROM) onun unikal nömrəsi və istifadə sahəsindan asılı olaraq başqa informasiya saxlanır. BMAT tələbinə göra yaddaşın həcmi 32 Kb- dan az olmamalıdır.
Biometrik pasportun sahibi qeydiyyat zonasına düşdükda xüsusi skaner (RFlD-oxucu) informasiyanı teqdən oxuyur. Oxuma məsafəsi 10 sm-ə qədərdir, verilənləri öturmə sürəti 424 kBit/san, ötürmə tezliyi 13,56 MHs-dir. Verilənlərin bir hissəsi (məsələn, hərbi mükəlləfiyyət), 125 kHs tezlikdə işləyən xüsusi rabitə kanalı ilə hüquq mühafizə orqanlarnin sorğusu ilə oxuna bilər
RFlD-sistemin tərkibinə aşağıdaki elementlər daxildir.
Teq (tag) və ya transponder— verilənləri saxlamağa və ötürməyə qabil qurğu. Teqin yaddaşında unikal identifikasiya kodu olur. Bəzi növ teqlərdə yenidən yazılan yaddaş olur.
Oxucu (reader) — antenaların köməyi ilə teqdan informasiyanı alan və həmçinin onlara verilənləri yazan cihaz.
Antena — elektromaqnit sahəsinin tuşlanması və bu sahəyə düşən teqlərdən informasiyanın ahnması üçün istifadə edilir.
Dostları ilə paylaş: |