MÜLKİ AVİASİYADA MALİYYƏNİN MAHİYYƏTİ VƏ ROLU
Avia müəssisənin təsərrüfat fəaliyyətində maliyyə xüsusi əhəmiyyət kəsb edir. Maliyyənin xüsusiyyəti ondadır ki, o, həmişə pul formasında çıxış edir.
Maliyyə - pul fondlarının yaranması və istifadə edilməsini ifadə edən pul münasibətləri sistemidir. Avia müəssisənin maliyyəsi aşağıdakı prinsiplər əsasında təşkil olunur: - maliyyə təsərrüfat fəaliyyəti sahəsində müstəqillik; özünümaliyyələşdirmə; işin nəticələrinə görə məsuliyyət; maliyyə ehtiyatlarının yaradılması; büdcə, büdcədənkənar dövlət fondlarına birinci növbəli ayırmalar; aviamüəssisənin fəaliyyətinə maliyyə nəzarəti.
Təsərrüfatçılığın bazar sistemi şəraitində müəssisə onun həlqəsinə çevrilir. Çünki o, təkcə bazarda tələb olunan məhsulu istehsal etmir, həm də əhalinin məşğulluğunu təmin edərək iş yerlərini yaradır, əmək haqqı verir və s. Vergiləri ödəməklə müəssisə dövlət orqanlarının saxlanılmasında və sosial proqramların (məhsul, səviyyə və s.) dəstəklənməsində iştirak edir. Hər bir müəssisənin rəhbəri xidmətin necə göstərilməsi, əldə edilən mənfəətin bölüşdürülməsi barədə müstəqil qərar qəbul edir və bu sahədə onun maraqları vardır. Müəssisənin maraqlarının təmin edilməsi dərəcəsi onun təsərrüfat fəaliyyətinin nəticəsindən buraya təkcə məhsulun və xidmətin satışından əldə edilən gəlir və mənfəət deyil, həm də tətbiq olunan əsas, dövriyyə istehsal fondlarının həcmi, digər istehlak dəyərlərindən (sosial bölmə) asılıdır. Bu elementlərin natural - əşya tərkibi məcmu halda müəssisənin iqtisadiyyatını təşkil edir.
Müəssisənin iqtisadiyyatı bir çox amillərdən asılıdır. Şərti olaraq bu amilləri 3 qrupa bölmək olar:
İstehsalın resurslarla təminat amilləri. Bu qrupa istehsal amilləri – binalar, tikililər, avadanlıqlar, alətlər, xammal və materiallar, yanacaq, işçi qüvvəsi, informasiya və s. daxildir.
Müəssisənin texniki və iqtisadi inkişafının arzu olunan səviyyəsini təmin edən amillər – buraya elmi texniki tərəqqi, istehsalın və əməyin təşkili, ixtisasın, innovasiyaların, investisiyaların artırılması və s. daxildir.
Müəssisənin istehsal – təsərrüfat fəaliyyətinin kommersiya səmərəliliyini təmin edən amillər – yüksək səmərəli kommersiya və təchizat fəaliyyətini həyata keçirmək qabiliyyəti.
Bu qruplar arasında müəyyən olunmuş sərhədlər yoxdur. Məsələn, istehsal vasitələrinin böyük hissəsi təkcə məhsul istehsalı və xidmət göstərilməsinin zəruri şərti deyil, həm də elmi – texniki tərəqqinin səviyyəsini müəyyən edir.
Bununla bərabər istehsala təsir dərəcəsinə görə onlar müxtəlifdir. Məsələn, 1 – ci qrup amillər müəssisənin resurslarını, onun imkanlarını müəyyən edir, həmin imkanların həyata keçirilməsi dərəcəsi isə 2-ci qrup amillərin istifadə olunmasından asılıdır. 3 – qrup amillər bir qədər kənarda dururlar. Onların meydana gəlməsi bilavasitə bazar münasibətləri ilə əlaqədardır. Bu amillərin həyata keçirilməsi aşağıdakıları təmin edir.
İstehsalın ahəngdarlığını;
İstehsal xərclərinin aşağı salınması və səmərəli kommersiya həyata keçirməklə xərclərin müəyyən səviyyədə saxlanılmasını;
Müəssisənin texniki və iqtisadi inkişafını təmin edə biləcək həcmdə mənfəətin əldə edilməsini.
Deməli, “Müəssisənin iqtisadiyyatı” fənninin predmeti dedikdə, iqtisadi qanunların müxtəlif sahələrə və müxtəlif mülkiyyət formalarına malik olan müəssisələrdə təzahürü, məhsulun istehsalı və satışı prosesində az resurs xərcləri ilə daha yaxşı nəticələrin əldə edilməsini təmin edən təsərrüfat mexanizmi başa düşülür. Müəssisənin iqtisadiyyatının əsas öyrənilmə obyektləri aşağıdakılardır ki, bunlarda məhz onun məzmununu təşkil edir.
Müəssisənin istehsal strukturu;
Müəssisənin idarə edilməsi prosesinin təşkili;
İqtisadi strategiyanın seçilməsi, planların tərtib edilməsi;
Müəssisənin kapitalının formalaşması, istifadə edilməsi, mənfəətin (gəlirin) yığımı;
İstehsalın texniki hazırlığı;
İstehsal xərclərinin formalaşması, məhsulun (xidmətin) maya dəyəri, qiymət siyasəti;
Müəssisənin xarici iqtisadi fəaliyyəti və s.
Öyrənilmə metodları: - statistik müşahidə və müqayisə təhlil metodu, ehtimalı və proqnozlaşdırma metodları, riyazi modellər metodu.
Avia müəssisənin təsərrüfat fəaliyyətində maliyyə xüsusi əhəmiyyət kəsb edir. Maliyyənin xüsusiyyəti ondadır ki, o, həmişə pul formasında çıxış edir.
Maliyyə - pul fondlarının yaranması və istifadə edilməsini ifadə edən pul münasibətləri sistemidir. Avia müəssisənin maliyyəsi aşağıdakı prinsiplər əsasında təşkil olunur: - maliyyə təsərrüfat fəaliyyəti sahəsində müstəqillik; özünümaliyyələşdirmə; işin nəticələrinə görə məsuliyyət; maliyyə ehtiyatlarının yaradılması; büdcə, büdcədənkənar dövlət fondlarına birinci növbəli ayırmalar; aviamüəssisənin fəaliyyətinə maliyyə nəzarəti.
Dostları ilə paylaş: |