AZƏRBAYCAN HAVA YOLLARI QSC
MİLLİ AVİASİYA AKADEMİYASI
Sərbəst iş №1
Fakültə.............................Aerokosmik
İxtisas..............................Ekologiya mühəndisliyi
Fənn................................Fiziki Ekologiya
Mövzu............................. Fiziki ekologiyanın ümumi məsələləri və tətqiqat obyektləri
Müəllim...........................Əhmədov Eynur
Tələbə.............................Məmmədli Aqil
Qrup...............................1438A
Bakı 2021
Ekologiya anlayışını ilk dəfə 1866-cı ildə alman bioloqu Ernest Hekkel elmə gətirmişdir.Yunan dilində ekologiya elminin tərcüməsi “oykos”-ev,daxma,”loqos”-elm deməkdir.Ekologiya-canlı və cansız təbiətin qarşılıqlı münasibətini öyrənən elmdir.Ekolog.başlanğıcı biologiyadan gəlir.Ekologiya elmində bir neçə başlıca bölmələr var:ümumi ekologiya, sənaye ekologiyası,şəhər ekologiyası,dəniz ekologiyası və s.
Ümumiyyətlə ekoloji problemlər 2 səbəbdən: təbii və antropogen səbəblərdən
yaranır.Təbii səbəb təbiətdə baş verən proseslərdən, antropogn səbəblər insan fəaliyyəti nəticəsində baş verir.Təbii səbəblərə vulkan,daşqın,sellər,zəlzələlər və s.misal göstərmək olar. İnsan fəaliyyətilə bağlı ətraf mühiti çirkləndirən əsas mənbələr nəqliyyat vasitələri, İES və AES,qara və əlvan metallurgiya,neftayırma və neft-kimya sənayesi,kənd təsərrüfatı sahəsi və məişət tullantılarıdır.
Ekoloji problemləri azaltmaq üçün bu tədbirlər görülür: məhsulun hazırlanması zamanı tətbiq edilən texnoloji proseslərin ekoloji faktorları dövlət standartı əsasında müəyyən edilir. Zərərli maddələrin havada, suda və torpaqda qatılığının azadılması əsas şərtlərdəndir. Bunun üçün dövlət tərəfindən monitorinq aparılır. Bu monitorinqin nəticələrinə görə ətraf mühitə atılan zərərli tullantıların miqdarı standarta uyğun müəyyən edilmiş BBQ (buraxıla bilən qatılıqdan) çox olarsa müəssisənin fəaliyyəti dayandırılmalıdır.
Atmosferdə ən aktiv qaz oksigen sayılır.Onun miqdarı 21%-ə bərabərdir. Atmosfer 78% azot, 0.9% təsirsiz qazlar, 0.03% karbon qazından ibarətdir. Atmosferə zərərli və zəhərli maddələr 2 mənbədən düşür:
təbii
antropogen mənbələr.
Havanın çirklənməsinin təbii səbəbləri:
kosmik toz;
vulkanların fəaliyyəti;
küləyin torpağa və dağ mədənlərinə təsiri. İnsanın təsirilə əmələ gələn səbəblər:
sənaye müəssisələri tərəfindən havaya atılan tullantılar;
nəqliyyat vasitələrindən atılan tullantılar;
iqlimin kəskin dəyişiklikləri;
atmosferin ozon qatının dağılması və s.
Zərərli maddələrin yaratdığı problemlər planetin atmosferinə göstərdiyi təsirin miqyasına görə 2 qrupa bölünür: qlobal və lokal.
Qlobal problemlər ozon dəlikləri, istixana effekti və atmosferin radioaktiv çirklənməsidir.
Ozon dəlikləri. Atmosferdə 20-25 km hündürlükdə böyük miqdarda ozon mollekulları mövcuddur, onların əsas işi günəş şüasının canlı orqanizmlər üçün zərərli hissəsini udmaqdan ibarətdir. Ozon dəliklərinin əmələ gəlməsinin əsas səbəbi soyuducu istehsalında istifadə olunan freonların atmosferdə toplanmasıdır.Həmçinin nəqliyyat vasitələri, xüsusən avtomobillərin böyük rolu var. Hətta bəzi şəhərlərdə onların buraxdığı qazlar hava çirkləndirən qazların 60-80%-i təşkil edir.
İstixana effekti. Atmosferin yuxarı qatında toplanan karbon qazı yerlə kosmos
arasında gedən istilik mübadiləsinə mane olur,nəticədə yaranmış istilik toplanaraq yerdə tempraturanın artmasına və istixana effektinə səbəb olur.İstixana effekt.səbəblərinin 50%-i karbon qazının,18%-i metanın,14%-i freonların payına düşür.
Atmosferin radioaktiv çirklənməsi.Radioaktiv hisssəciklər atmosferdə hava axınları ilə qısa müddətdə yayılaraq torpağı və su su hövzələrini,o cümlədən ətraf mühiti zəhərləyir. AES-lərdə qəzalardan sonra radiasiya uzun müddət davam edir. Həmçinin fəzadan yer səthinə kosmik toz halında düşən meteoritlər də çirklənmə yaradır. Lokal problemlər tüstü-duman,yaxud smoq,turş yağıntılar,səhralıq və s-dir.
Smoq. Smoq-azot oksidləri və uçucu üzvi birləşmələrin qarışığıdır. Smoqun yaranmasında bunlar iştirak edir:avtomobillərdən havaya buraxılan qazlar,zavodların atmosferə buraxdığı qazlar,məişət məhsulları.Smoqu ağırlaşdıran şərait isə havanın yüksək tempraturu və küləyin olmamasıdır.Günəşli havada smoq daha sıx olur,aşağı enir,bir neçə gün davam edir.
Turş yağışlar. Suda kükürd və azot oksidləri həll olması nəticəsində yaranır.Turş yağışlar torpağın münbitliyini aşağı salır,flora və faunaya mənfi təsir edir.
Səhralıq. Bu hadisə silsilə dağlar arasında düzənlik zonalarda karbon qazının öz ağırlığının təsiri ilə qatılığının artması nəticəsində yer səthinin tempraturunun artması ilə əlaqədardır.
Belə nəticəyə gəlinir ki,atmosferi qorumaq üçün antropogen səbəbləri minumuma endirmək lazımdır.Bununçün bir sıra beynəlxalq miqyasda qərarlar qəbul edilmişdir.
Dostları ilə paylaş: |