AZƏrbaycan kp mk yanında partiya tariXİ İnstitutu sov.İkp mk yanında marksizmleniNİzm institutunun fiLİali


ƏMƏK HAQQININ YÜKSƏLDİLMƏSİ UĞRUNDA VƏ YA AŞAĞI SALINMASINA QARŞI ƏN MÜHÜM MÜBARİZƏ HALLARI



Yüklə 1,16 Mb.
səhifə6/16
tarix05.03.2017
ölçüsü1,16 Mb.
#10324
1   2   3   4   5   6   7   8   9   ...   16

13. ƏMƏK HAQQININ YÜKSƏLDİLMƏSİ UĞRUNDA VƏ YA AŞAĞI SALINMASINA QARŞI ƏN MÜHÜM MÜBARİZƏ HALLARI

İndi, əmək haqqının yüksəldilməsi uğrunda və ya aşağı salınmasına qarşı ən mühüm mübarizə hadlarını tam bir ciddiyyətlə nəzərdən keçirək.

1) Biz gördük ki, iş qüvvəsinin dəyəri, və ya ən çox yayılmış ifadə ilə desək, əməyin dəyəri yaşayış vasitələrinin dəyəri ilə və ya bunların istehsalı üçün lazım gələn əməyin miqdarı ilə müəyyən olunur. Deməli, müəyyən bir ölkədə fəhlənin orta hesabla hər gün istehlak etdiyi yaşayış vasitələrinin dəyəri 6 saatlıq əməyə bərabər olub 3 şillinqdə ifadə olunursa, fəhlə öz gündəlik xərcinin ekvivalentini istehsal etmək üçün gündə 6 saat işləməlidir. Əgər bütün iş günü 12 saata bərabərdirsə, kapitalist fəhləyə 3 şillinq verməklə onun əməyinin dəyərini ödəyir. İş gününün yarısı haqqı ödənilməmiş əməkdən ibarət olduqda mənfəət norması 100%-ə bərabərdir. İndi fərz edək ki, məhsuldarlığın aşağı düşməsi nəticəsində, məsələn, eyni miqdar kənd təsərrüfatı məhsulunu istehsal etmək üçün daha çox əmək tələb olunur, buna görə də fəhlənin hər gün istehlak etdiyi yaşayış vasitələrinin orta miqdarının qiyməti 3 şillinqdən 4 şillinqə qalxır. Bu halda əməyin dəyəri 1/3 nisbətində və ya 331/3% artır. Fəhlənin əvvəlki həyat səviyyəsinə uyğun olaraq onun gündəlik xərclərinin ekvivalentini istehsal etmək üçün 8 saatlıq əmək tələb olunardı. Deməli, izafi əmək 6 saatdan 4 saata, mənfəət norması isə 100%-dən 50%-ə düşür. Lakin başqa hər bir əmtəə satıcısı, öz əmtəəsinin xərcləri artdıqda, onun əmtəəsinin artmış olan dəyərinin verilməsi üçün çalışdığı kimi, fəhlə də əmək haqqının yüksəldilməsini tələb etməklə ancaq tələb edir ki, onun əməyinin yüksəlmiş olan dəyəri verilsin. Əmək haqqı yüksəlmirsə və ya yaşayış vasitələrinin yüksəlmiş olan dəyərini ödəyəcək qədər yüksəlmirsə, əməyin qiyməti əməyin dəyərindən aişğı düşür və fəhlənin həyat səviyyəsi pisləşir.

Lakin bu dəyişiklik əks istiqamətdə də ola bilər. Fəhlənin hər gün orta hesabla istehlak etdiyi eyni yaşayış vasitələrinin qiyməti, əmək məhsuldarlığının yüksəlməsi nəticəsində 3 şillinqdən 2 şillinqə enə bilər, başqa sözlə, hər gün istehlak edilən bu şeylərin dəyərinin ekvivalentini təkrar istehsal etmək üçün 6 saatlıq iş günü əvəzinə yalnız 4 saat lazım olar. Fəhlə əvvəllər 3 şillinqə aldığı yaşayış vasitələrini indi 2 şillinqə ala bilər. Doğrudan da, əməyin dəyəri aşağı düşər, lakin əmək dəyərinin aşağı düşməsinə baxmayaraq, fəhlə əvvəlki qədər əmtəə ala bilərdi. Bu halda mənfəət 3 şillinqdən 4 şillinqə, mənfəət norması isə 100%-dən 200%-ə qalxardı. Fəhlənin mütləq həyat səviyyəsi əvvəlki şəkildə qaldığı halda, onun nisbi əmək haqqı və eyni zamanda onun nisbi ictimai vəziyyəti, onun kapitalistə nisbətən vəziyyəti pisləşmiş olardı. Fəhlə nisbi əmək haqqının belə aşağı düşməsinə müqavimət göstərərək, öz əməyinin yüksəlmiş olan məhsuldar qüvvələri nəticəsində əldə edilən məhsuldan ancaq müəyyən bir pay tələb edər və ictimai pilləkəndə öz əvvəlki nisbi vəziyyətini saxlamağa çalışardı. Məsələn, ingilis fabrik sahibləri taxıl qanunları əleyhinə təşviqat zamanı təntənə ilə verdikləri vədi, taxıl qanunları ləğv edildikdən sonra həyasızcasına pozub əmək haqqını ümumiyyətlə 10% aşağı saldılar. Fəhlələrin müqaviməti ilk zamanlar müvəffəqiyyətsiz oldu, lakin fəhlələr itirdikləri bu 10%-i, burada ətraflı bəhs edə bilməyəcəyim səbəblər nəticəsində sonralar yenidən əldə etdilər.

2) Yaşayış vasitələrinin dəyəri və, deməli, əməyin dəyəri dəyişməz qala bilər, lakin bunların pulla qiyməti, pul dəyərinin əvvəlcə dəyişmiş olması nəticəsiidə dəyişə bilər.

Daha zəngin mədənlərin tapılması və i.a. səbəblər nəticəsində ola bilər ki, məsələn, 2 unsiya qızılın istehsalı, əvvəllər 1 unsiya qızılı istehsal etmək üçün tələb olunduğundan artıq əmək tələb etməsin. Bu halda qızılın dəyəri yarıbayarı və ya 50% aşağı düşər. Bütün başqa əmtəələrin dəyərləri kimi, əməyin də dəyəri əvvəlkinə nisbətən indi pulla ikiqat artıq bir qiymətdə ifadə olunar. Əvvəllər 6 şillinqdə ifadə olunan on iki saatlıq əmək indi 12 şillinqdə ifadə olunar. Əgər fəhlənin əmək haqqı 6 şillinqə qalxmayıb əvvəlki kimi 3 şillinqə bərabər olarsa, onun əməyinin pulla qiyməti indi onun əməyi dəyərinin yalnız yarısına bərabər olar və fəhlənin həyat səviyyəsi son dərəcə aşağı düşər. Əmək haqqı yüksələrsə, lakin bu yüksəliş qızıl dəyərinin aşağı düşməsinə tam müvafiq dərəcədə olmazsa, bu halda da eyni hadisə az-çox dərəcədə baş verər. Nəzərdən keçirdiyimiz misalda nə əməyin məhsuldar qüvvəsində, nə təklif və tələbdə, nə də əmtəələrin dəyərlərində heç bir şey dəyişilmir. Həmin dəyərlərin pul adlarından başqa heç bir şey dəyişilmir. Belə bir halda fəhlə əmək haqqının müvafiq dərəcədə yüksəldilməsinə çalışmamalıdır demək o deməkdir ki, fəhlə ona şey əvəzinə adla nə verirlərsə, ona qane olmalıdır. Bütün keçmiş tarix sübut edir ki, hər dəfə pul bu cür qiymətdən düşdükdə, kapitalistlər fəhlələri aldatmaq üçün tez bu fürsətdən istifadə etməyə çalışırlar. İqtisadçıların sayca çox olan bir məktəbi iddia edir ki, yeni qızıl yataqlarının tapılması nəticəsində, gümüş mədənlərində işin yaxşılaşması və bu mədənlərin civə ilə daha ucuz təchiz edilməsi nəticəsində qiymətli metalların dəyəri yenə aşağı düşmüşdür. Bu, hər yerdə, və eyni zamanda Avropa kontinentində əmək haqqının yüksəldilməsi tələbinin irəli sürülməsini izah edə bilərdi.

3) Biz bu vaxta qədər belə fərz edirdik ki, iş gününün müəyyən həddi vardır. Lakin özlüyündə iş gününün daimi həddi yoxdur. Kapital daim iş gününü mümkun olan ən son fiziki həddə çatdırmağa çalışır, çünki iş günü uzandıqda izafi əmək və, deməli, bu əməyin yaratdığı mənfəət də artır. Kapital iş gününü nə qədər çox uzada bilirsə, bir o qədər çox özgə əməyini mənimsəyir. XVII əsrdə və hətta XVIII əsrin birinci iki qərinəsində 10 saatlıq iş günü bütün İngiltərədə adi iş günü idi. Yakobinlərə qarşı müharibə zamanı, əslində Britaniya baronlarının Britaniya zəhmətkeş kütlələrinə qarşı32 olan bu müharibəsi zamanı kapital kef çəkir, iş gününü uzadıb 10 saatdan 12, 14 və 18 saata çatdırırdı. Hər halda göz yaşı tökən nazikqəlbli bir adam güman edilə bilməyəcək Maltus təxminən 1815-ci ildə dərc etdirdiyi bir pamfletdə yazmışdı ki, əgər vəziyyət bundan sonra da belə davam edərsə, millətin həyatı kökündən sarsılacaqdır33. Yeni ixtira edilən maşınların hər yerdə tətbiq edilməsindən bir neçə il əvvəl, təxminən 1765-ci ildə İngiltərədə «Sənaye təcrübəsi» adlı bir pamflet çap edilmişdi. Bu pamfletin müəllifi (Görünür, C. Kaningemdir. Red.) fəhlə sinfinin qəddar düşməni olub iş gününün həddini artırmaq zərurəti haqqında boşboğazlıq edir. Bu məqsədə çatmaq üçün istifadə ediləsi başqa vasitələr arasında həmin müəllif, iş evləri34 təsis edilməsini irəli sürür ki, bunlar da, onun dediyinə görə, «dəhşət evləri» olmalıdır. Bəs bu müəllif həmin «dəhşət evlərində» iş gününün nə qədər davam etməsini təklif edir? On iki saatlıq iş günü təklif edir ki, bunu da 1832-ci ildə kapitalistlər, iqtisadçılar və nazirlər 12 yaşından aşağı uşaqlar üçün nəinki felən mövcud, hətta zəruri iş günü hesab edirdilər.

Fəhlə öz iş qüvvəsini satmaqla,–müasir sistem şəraitində isə fəhlə belə etməyə məcburdur,–kapitalistə ixtiyar verir ki, bu iş qüvvəsini istehlak etsin, lakin müəyyən bir ağlasığan dairədə. Fəhlə öz iş qüvvəsini məhv etmək üçün deyil, hifz edib saxlamaq üçün onu satır; burada biz iş qüvvəsinin təbii yolla aşınmasını bir kənara qoyuruq. Fəhlə öz iş qüvvəsini onun gündəlik və ya həftəlik dəyərinə satdıqda nəzərdə tutulur ki, bu iş qüvvəsi bir gün ya bir həftə ərzində, heç də 2 gün və ya 2 həftə ərzində olduğu qədər sərf edilib aşınmamalıdır. 1000 funt sterlinq dəyəri olan bir maşını götürək. Əgər bu maşın 10 il işləyirsə, istehsalında iştirak etdiyi əmtəələrin dəyərinə hər il 100 funt sterlinq əlavə edəcəkdir. Əgər bu maşın 5 il işləyirsə, həmin əmtəələrin dəyərinə ildə 200 funt sterlinq əlavə edir. Başqa sözlə, bu maşının hər il aşınması dəyəri işlədildiyi müddətə tərs proporsionaldır. Lakin məhz bu cəhətdən fəhlə maşından fərqlidir. Maşınlar heç də öz istehlakına tam uyğun dərəcədə aşınmır; insanın bədəni isə onun iş vaxtının ancaq uzadılmasına aid rəqəmlərə əsasən düşünülə biləcəyindən xeyli artıq dərəcədə xarab olur.

Fəhlələr iş gününü əvvəlki ağlasığan həddinə endirmək uğrunda mübarizə edirkən və ya–qanunla normal iş günü müəyyən edilməsinə nail ola bilmədikdə,–həddindən artıq olan əməyin qabağını əmək haqqının yüksəldilməsi, həm də onlardan sıxılıb çıxarılan əlavə vaxta proporsional dərəcədə deyil, bundan daha artıq dərəcədə yüksəldilməsi yolu ilə almağa çalışırkən, ancaq öz qarşılarında və öz nəsilləri qarşısında borclarını yerinə yetirmiş olurlar. Onlar yalnız kapitalın istibdadçı qəsbkarlığına bir hədd qoyurlar. Zaman bəşər inkişafının məkanıdır. Bir dəqiqə də boş vaxtı olmayan bir insan, yalnız fiziki tələbatına görə yatmaq, yemək və sairə üçün lazım olan fasilələrdən başqa, bütün ömrü boyu kapitalistə işləyən bir insan yük heyvanından daha aşağıdır. Cismani cəhətdən üzülüb taqətdən düşən və mənəvi cəhətdən kobudlaşan belə bir insan, ancaq başqalarına sərvət istehsal edən bir maşındır. Bütün müasir sənaye tarixi isə göstərir ki, kapital cilovlanmazsa, vicdansız və amansız bir surətdə bütün fəhlə sinfini bu son dərəcə pozğunluq vəziyyətinə salmağa çalışacaqdır.

Kapitalist iş gününü uzadaraq daha yüksək əmək haqqı verə bilər və bununla belə, əməyin dəyərini aşağı sala bilər. Bu o zaman baş verir ki, əmək haqqının yüksəlməsi fəhlədən sıxılıb çıxarılan əmək miqdarının artmasına və bunun nəticəsində iş qüvvəsinin daha sürətlə dağılma sına uyğun gəlmir. Kapitalist bu məqsədə başqa bir yolla da çata bilər. Məsələn, ingilis burjua statistikləri sizə deyə bilərlər ki, Lankaşir fabriklərində çalışan fəhlə ailələrinin orta qazancı artmışdır. Lakin onlar unudurlar ki, indi nəinki ailənin başçısı olan yaşlı kişini, hətta onun arvadını və, bəlkə də, üç-dörd uşağını kapitalın Cahannətha arabasının35 təkərləri altına atırlar və ailənin ümumi qazancının artması fəhlə ailəsindən sıxılıb çıxarılan bütün izafi əmək kütləsinə uyğun gəlmir.

Fabrik qanunlarına tabe olan bütün sənaye sahələrində hətta indi iş günü üçün qoyulmuş müəyyən hədd şəraitində də, heç olmazsa əməyin dəyərini əvvəlki səviyyədə saxlamaq məqsədi ilə əmək haqqının yüksəldilməsi zəruri ola bilər. Əmək intensivliyinin artması insanı, əvvəllər 2 saata sərf etdiyi həyat qüvvəsini indi 1 saata sərf etməyə vadar edə bilər. Fabrik qanunlarına tabe olan istehsal sahələrində maşınların işini sürətləndirmək və bir nəfərin idarə etdiyi iş maşınlarının sayını artırmaqla indi bu cəhət artıq müəyyən dərəcədə həyata keçirilmişdir. Əgər əmək intensivliyinin, yaxud 1 saat ərzində sərf edilən əmək kütləsinin artırılması iş günü müddətinin qısaldılmasına tam uyğun gəlirsə, fəhlə bu müddətin qısaldılmasından hər halda qazanmış olur. Bu hədd pozulduqda isə fəhlə bir şəkildə qazandığını başqa bir şəkildə itirir və bu halda 10 saatlıq əmək də onun bədəni üçün əvvəlki 12 saatlıq əmək kimi dağıdıcı olar. Kapitalın bu cəhdinin qarşısını almaq üçün fəhlə, əmək haqqının da əmək intensivliyinin artmasına uyğun olaraq artırılması uğrunda mübarizə aparmaqla ancaq öz əməyinin qiymətdən düşməsinə və nəslinin kəsilməsinə qarşı mübarizə edir.

4) Siz hamınız bilirsiniz ki, indi izah edilməsinə lüzum olmayan səbəblərə görə, kapitalist istehsalı müəyyən vaxtaşırı tsiklərdən keçir. Bu istehsal sakitlik, getdikcə artan canlanma, tərəqqi, ifrat istehsal, böhran və durğunluq mərhələlərindən keçir. Əmtəələrin bazar qiymətləri və mənfəətin bazar normaları bu fazaların ardınca gedərək, gah öz orta səviyyəsindən aşağı düşür, gah da yuxarı qalxır. Bir tsikli bütünlükdə nəzərdən keçirərək görərsiniz ki, bazar qiymətinin bir tərəfə meyl etməsi, onun digər bir tərəfə meyl etməsi ilə əvəzlənir və orta hesabla, bütün tsikl ərzində əmtəələrin bazar qiymətləri onların dəyərləri ilə tənzim olunur. Bazar qiymətlərinin aşağı düşməsi fazası ilə böhran və durğunluq fazalarında fəhlə istehsaldan tamamilə çıxarılıb atılmazsa, əmin ola bilər ki, onun əmək haqqını aşağı salacaqlar. Fəhlə aldadılmamaq üçün, bazar qiymətlərinin hətta belə aşağı düşdüyü şəraitdə də əmək haqqının həddindən artıq aşağı salınmasına qarşı kapitalistlə mübarizə etməlidir. Əgər fəhlə tərəqqi fazalarında, kapitalistlər xüsusilə yüksək mənfəət əldə etdikləri zamanlarda, əmək haqqının yüksəldilməsi uğrunda mübarizə etməsəydi, orta hesabla bütün sənaye tsikli ərzində hətta öz orta əmək haqqını, yaxud öz əməyinin dəyərini də ala bilməzdi. İstehsal tsiklinin əlverişsiz fazalarında əmək haqqı labüddən aşağı düşən fəhlənin öz zərərini əlverişli fazalarda çıxartmaqdan əl çəkməsini tələb etmək çox böyük axmaqlıq olardı. Ümumiyyətlə bütün əmtəələrin dəyərləri, təkliflə tələb arasındakı nisbətin daim dəyişilməsi üzündən daim dəyişilən bazar qiymətlərinin yalnız tarazlaşması sayəsində reallaşır. Müasir sistem əsasında əmək də, başqa əmtəələr kimi ancaq əmtəədir. Deməli, əmək də eyni dəyişikliklərə uğramalıdır və əməyin dəyərinə uyğun orta qiymət ancaq bu dəyişikliklər nəticəsində əldə edilə bilər. Bir tərəfdən, əməyi əmtəə hesab etmək, digər tərəfdən isə onu, əmtəə qiymətlərinin tənzim olunduğu qanunlara tabe etməmək tamamilə mənasız olardı. Qul daim və müəyyən miqdar yaşayış vasitələri alır, muzdlu fəhlə isə almır. Muzdlu fəhlə bir halda heç olmazsa yalnız ona görə əmək haqqının yüksəldilməsinə çalışmalıdır ki, başqa bir halda onun aşağı düşməsinin əvəzini çıxartsın. Əgər fəhlə kapitalistin iradəsini, kapitalistin əmrini ən yüksək bir iqtisadi qanun kimi itaətkarlıqla qəbul etsəydi, qulun çəkdiyi bütün müsibətlərə dözməli olardı, eyni zamanda da onun həyatı qulunku qədər təmin edilmiş olmazdı.

5) Nəzərdən keçirdiyim bütün hallarda,–bunlar isə 100 halda 99-nu təşkil edir,–biz gördük ki, əmək haqqının yüksəldilməsi uğrunda mübarizə yalnız əvvəlki dəyişikliklərdən sonra gəlir və həmin mübarizə istehsalın həcmində, əməyin məhsuldar qüvvəsində, əməyin dəyərində, pulun dəyərində, fəhlədən sıxılıb çıxarılan əməyin davam etdiyi müddətdə və ya əməyin intensivliyində, bazar qiymətlərinin qalxıb-enməsində əvvəlcə baş verən dəyişikliklərin nəticəsidir ki, bunlar da təkliflə tələbin dəyişilməsindən asılı olub sənaye tsiklinin müxtəlif fazalarına uyğun gəlir; bir sözlə, bu mübarizə kapitalın əvvəlki təsirinə qarşı əməyin əks-təsiridir. Əgər siz əmək haqqının artırılması uğrundakı mübarizəni bütün bu hallardan asılı olmayaraq götürsəniz, yalnız əmək haqqının dəyişilməsini nəzərə alaraq, buna səbəb olan bütün başqa dəyişiklikləri nəzərdən qaçırsanız, yanlış bir fikrə əsaslanıb səhv nəticələr çıxarmış olarsınız.
14. KAPİTALLA ƏMƏK ARASINDA MÜBARİZƏ VƏ BUNUN NƏTİCƏLƏRİ

1) Mən göstərdim ki, əmək haqqının aşağı düşməsinə qarşı fəhlələrin vaxtaşırı müqaviməti və əmək haqqının yüksəldilməsinə nail olmağa onların vaxtaşırı cəhd etməsi muzdlu əmək sistemi ilə qırılmaz surətdə bağlıdır və məhz ondan irəli gəlir ki, əmək əmtəəyə bərabər tutulmuşdur və, deməli, qiymətlərin ümumi hərəkətini idarə edən qanunlara tabe edilmişdir; sonra mən göstərdim ki, əmək haqqının ümumi yüksəlməsi ümumi mənfəət normasının aşağı düşməsinə səbəb olur, lakin nə əmtəələrin orta qiymətlərinə, nə də dəyərlərinə təsir göstərmir; nəhayət: indi belə bir sual meydana çıxır: kapitalla əmək arasında bu fasiləsiz mübarizədə əmək nə dərəcədə müvəffəqiyyət qazana bilər?

Mən ümumiləşdirmək yolu ilə cavab verib deyə bilərdim ki, bütün başqa əmtəələr kimi, əməyin də bazar qiyməti böyük müddət ərzində onun dəyərinə müvafiq gələcəkdir; deməli, qiymətin bütün bu qalxıb-düşmələrinə baxmayaraq,–fəhlə nə edirsə etsin,–o orta hesabla yalnız öz əməyinin dəyərini alacaqdır ki, bu da iş qüvvəsinin dəyərindən ibarətdir, həmin dəyər isə, iş qüvvəsini yaşatmaq və təkrar istehsal etmək üçün zəruri olan yaşayış vasitələrinin dəyəri ilə müəyyən olunur; bu yaşayış vasitələrinin dəyəri isə onların istehsalı üçün zəruri olan əməyin miqdarı ilə müəyyən olunur.

Lakin bəzi xüsusi cəhətlər iş qüvvəsinin dəyərini və ya əməyin dəyərini bütün başqa əmtəələrin dəyəriidən fərqləndirir. İş qüvvəsinin dəyəri iki ünsürdən əmələ gəlir: bunlardan biri xalis fiziki, digəri isə tarixi və ya ictimai ünsürdür. İş qüvvəsi dəyərinin aşağı həddi fiziki ünsürlə müəyyən olunur. Bu o deməkdir ki, fəhlə sinfi özünü yaşatmaq və təkrar istehsal etmək, öz fiziki varlığını əbədiləşdirməkdən ötrü öz yaşayışı və törəyib artması üçün mütləq zəruri olan yaşayış vasitələri almalıdır. Deməli, bu zəruri yaşayış vasitələrinin dəyəri əmək dəyərinin aşağı həddidir. Digər tərəfdən, nə qədər elastik olsa belə, iş günü müddətinin də öz hədləri vardır. Onun ən yuxarı həddi fəhlənin fiziki qüvvəsindən asılıdır. Əgər fəhlənin hər gün sərf etdiyi həyat qüvvəsi müəyyən həddi aşırsa, bu gərgin işi gündən-günə təkrar etmək mümkün olmur. Lakin, dediyim kimi, bu hədlər çox elastikdir. Ömrü uzun və sağlam olan bir nəsil bir-birini əvəz etdikdə fəhlə bazarı necə təmin olunursa, ömrü uzun olmayan cılız nəsillər bir-birini tez-tez əvəz etdikdə də, eyni dərəcədə təmin oluna bilər.

Əməyin dəyəri, bu xalis fiziki ünsürdən başqa, hər bir ölkədə ənənəvi həyat səviyyəsi ilə müəyyən olunur. Bu səviyyə nəinki fiziki həyat tələbatının ödənilməsini, habelə insanların yaşayıb tərbiyə aldığı ictimai şəraitdən doğan müəyyən tələbatın da ödənilməsini tələb edir. Bir ingilisin həyat səviyyəsi irlandiyalının həyat səviyyəsinə, alman kəndlisinin həyat səviyyəsi latış kəndlisinin səviyyəsinə müncər edilə bilər. Tarixi ənənələrin və ictimai adətlərin bu cəhətdən oynadığı mühüm rolu c. Torntonun «Əhali artıqlığı» əsərindən görə bilərsiniz; müəllif bu əsərdə göstərir ki, hələ indi də İngiltərənin müxtəlif kənd təsərrüfatı dairələrində orta əmək haqqı həmin dairələrin təhkimçilik vəziyyətindən nə qədər çox və ya az əlverişli şəraitdə çıxdığından asılı olaraq az-çox müxtəlifdir.

Əməyin dəyərinə daxil olan bu tarixi və ya ictimai ünsür genişlənə bilər və ya məhdudlaşa bilər, və ya hətta tamamilə aradan qalxa bilər, buna görə də fiziki həddən başqa bir şey qalmaz. Vergilərlə bəslənməyi adət etmiş və yağlı vəzifələr həvəskarı olan qoca Corc Rouzun dediyi kimi, müqəddəs dinimizin nemətlərini kafir fransızların hücumundan xilas etmək üçün, yakobinlər əleyhinə başlanmış müharibə zamanı, keçən iclaslarımızdan birində mülayim bir dillə bəhs etdiyimiz xeyirxah ingilis fermerləri kənd təsərrüfatı fəhlələrinin əmək haqqını hətta bu xalis fiziki minimum dərəcəsindən də aşağı salmışdılar; fəhlələrin fiziki yaşaması və nəsillərinin davamı üçün zəruri olan yaşayış vasitələrinin çatışmayan hissəsini isə onlar yoxsullar haqqında qanunlara35 əsasən xeyriyyə fondları hesabına əldə edirdilər. Bu, muzdlu fəhləni qula, Şekspirin məğrur yomenini isə pauperə çevirmək üçün çox gözəl bir üsul idi.

Əgər siz müxtəlif ölkələrdəki və ya eyni bir ölkədə müxtəlif tarixi dövrlərdəki əmək haqqının və ya əmək dəyərinin səviyyəsini müqayisə etsəniz, görərsiniz ki, əmək dəyərinin özü sabit kəmiyyət deyil, dəyişilən kəmiyyətdir, hətta bütün başqa əmtəələrin dəyərləri sabit qaldığı şəraitdə də dəyişilən kəmiyyətdir.

Belə bir müqayisə onu da göstərərdi ki, nəinki mənfəətin bazar normaları, habelə onun orta normaları da dəyişilir.

Lakin mənfəətə gəldikdə, onun minimumunu müəyyən edəcək heç bir qanun yoxdur. Biz mənfəətin enəcəyi ən aşağı həddi göstərə bilmərik. Bəs nəyə görə biz bu həddi müəyyən edə bilmərik? Ona görə ki, biz əmək haqqının minimumunu müəyyən edə bilsək də, onun maksimumunu müəyyən edə bilmərik. Biz ancaq deyə bilərik ki, iş gününün hədləri bəllidirsə, mənfəət maksimumu əmək haqqının fiziki minimumuna müvafiq gəlir, əgər əmək haqqı bəllidirsə, mənfəət maksimumu fəhlənin fiziki qüvvələrinin imkan verdiyi dərəcədə iş gününün uzadılmasına müvafiq gəlir. Beləliklə, mənfəət maksimumunun hədləri, əmək haqqının fiziki minimumundan və iş gününün fiziki maksimumundan ibarətdir. Aydındır ki, maksimum mənfəət normasının bu iki həddi arasında bir çox dərəcələr ola bilər. Bu maksimum mənfəət normasının həqiqi səviyyəsi ancaq kapitalla əmək arasındakı daimi mübarizə yolu ilə əldə edilir: kapitalist daim əmək haqqını azaldıb fiziki minimumuna endirməyə və iş gününü uzadıb fiziki maksimumuna çatdırmağa çalışır, fəhlə isə daim əks istiqamətdə təzyiq göstərir.

Məsələ mübarizə edən tərəflərin qüvvələri arasındakı nisbətdədir.

2) İstər İngiltərə, istərsə bütün başqa ölkələrdə iş gününə hədd qoyulması məsələsinə gəldikdə, qanunvericilik yolu ilə müdaxilə edilmədən heç bir zaman belə bir hədd qoyulmamışdır, fəhlələr daim təzyiq göstərmədən isə heç bir zaman belə bir müdaxilə olmazdı. Hər halda heç bir zaman fəhlələrlə kapitalistlər arasında xüsusi sazişlərə gəlməklə iş gününə hədd qoymaq mümkün olmazdı. Bu ümumi siyasi fəaliyyət zərurətinin özü subut edir ki, kapital özünün xalis iqtisadi fəaliyyətlərində daha qüvvətli tərəfdir.

Əmək dəyərinin hədlərinə gəldikdə, doğrudan da belə bir hədd qoyulması həmişə təkliflə tələbdən asılıdır. Mən kapital tərəfindən əməyə olan tələbdən və fəhlələr tərəfindən edilən əmək təklifindən bəhs edirəm. Müstəmləkə ölkələrində təklif və tələb qanunu fəhlələrə əlverişli olur. Birləşmiş Ştatlarda əmək haqqının nisbətən yüksək səviyyəsinə səbəb də budur. Orada kapitalın bir çox cəhdlərinə baxmayaraq, kapital muzdlu fəhlələrin daim müstəqil kəndlilərə çevrilməsi nəticəsində fəhlə bazarının daim boşalması qabağını ala bilmir. Amerika xalqının çox böyük bir hissəsi üçün muzdlu fəhlə vəziyyəti ancaq keçici bir hal olub fəhlə az-çox qısa bir müddət ərzində mütləq bu vəziyyətdən çıxacağına ümid edir. Müstəmləkələrdəki bu vəziyyəti düzəltmək üçün, ata qayğısı göstərən Britaniya hökuməti yaxınlardan bəri, müasir müstəmləkəçilik nəzəriyyəsi deyilən bir nəzəriyyə üzrə iş görür; bu nəzəriyyə ondan ibarətdir ki, muzdlu fəhlələrin çox tez bir zamanda dönüb müstəqil kəndli olmasına maneçilik göstərmək məqsədi ilə müstəmləkələrdə torpağa süni olaraq yüksək qiymət qoyulur.

İndi də bütün istehsal prosesinə kapitalın hakim olduğu köhnə mədəni ölkələrə keçək. Misal üçün, İngiltərədə 1849-cu ildən 1859-cu ilə qədər olan müddətdə kənd təsərrüfatı fəhlələri əmək haqqının yüksəlməsini götürün. Bu yüksəliş nə kimi nəticələr verdi? Fermerlər, dostumuz Uestonun məsləhət gördüyü kimi, buğdanın dəyərini yüksəldə bilmədilər; onlar hətta buğdanın bazar qiymətini də yüksəldə bilmədilər. Əksinə, onlar qiymətlərin aşağı düşməsinə razılaşmağa məcbur oldular. Lakin bu 11 il ərzində onlar hər cür maşınlar tətbiq etdilər, daha elmi üsullardan istifadə etdilər. Əkin yerinin bir hissəsini otlaqlara çevirdilər, fermaların həcmini, eyni zamanda istehsalın da həcmini genişləndirdilər və bu tədbirlərin, habelə başqa tədbirlərin köməyi ilə əməyin məhsuldar qüvvəsini artırıb əməyə olan tələbi azaltdılar və yenidən elə bir vəziyyət yaratdılar ki, kənd əhalisi yenə nisbətən artıqlıq etməyə başladı. Əhalinin çoxdan məskən saldığı köhnə ölkələrdə əmək haqqının yüksəlməsinə kapitalın daha sürətlə və ya daha yavaş göstərdiyi əks-təsir üsulu da ümumiyyətlə bundan ibarətdir. Rikardo haqlı olaraq qeyd etmişdir ki, maşın daim əməklə rəqabət edir və çox zaman ancaq əməyin qiyməti müəyyən yüksəkliyə çatdıqda tətbiq edilə bilər37; lakin maşın tətbiq edilməsi əməyin məhsuldar qüvvəsini artırmaq üçün istifadə edilən bir çox üsullardan yalnız biridir, bir tərəfdən, sadə əməyin nisbətən artıqlıq etməsinə səbəb olan inkişaf, digər tərəfdən, ixtisaslı əməyi sadələşdirir və beləliklə də qiymətdən salır.

Eyni qanun başqa bir şəkildə də fəaliyyət göstərir. Əməyin məhsuldar qüvvəsi inkişaf etdikcə, əmək haqqının hətta nisbətən yüksək səviyyəsinə baxmayarq, kapital yığımı sürətlənir. Müasir sənayenin hələ körpə çağında yaşayan A.Smitin etdiyi kimi, buradan belə bir nəticəyə gəlmək olardı ki, kapitalın bu sürətli yığımı fəhlələrin xeyrinə olmalıdır, çünki belə bir yığım fəhlənin əməyinə tələbin getdikcə artmasını təmin edir. Müasir müəlliflərin bu fikrə şərik olan bir çoxu təəccüb edirdi ki, son 20 il ərzində ingilis kapitalı İngiltərənin əhalisinə nisbətən xeyli sürətlə artdığı halda, əmək haqqı o qədər də yüksəlməmişdir. Lakin yığımın tərəqqisi ilə yanaşı olaraq kapitalın quruluşunda da getdikcə daha böyük dəyişiklik əmələ gəlir. Bütün kapitalın sabit kapitaldan,–maşınlardan, xammaldan və müxtəlif istehsal vasitələrindən ibarət olan hissəsi kapitalın əmək haqqına və ya əməyin satın alınmasına sərf edilən digər hissəsinə nisbətən getdikcə daha çox artır. Bu qanunu c. Barton, Rikardo, Sismondi, professor Riçard Cons, professor Ramsey, Şerbulye və başqaları az-çox dürüst müəyyən etmişdilər.

Əgər kapitalın bu iki tərkib hissəsinin əvvəlki nisbəti birinbirə nisbətinə bərabər idisə, sənayenin daha da inkişaf etməsi ilə bu nisbət 5-in 1-ə nisbətinə bərabər olur və i.a. Əgər 600-ə bərabər bütün kapitaldan 300-ü alət, xammal və sairəyə, 300-ü də əmək haqqına sərf edilirsə, fəhləyə olap tələbi 300 nəfərdən 600 nəfərə çatdırmaq üçün bütün kapitalı ikiqat artırmaq lazımdır. Lakin sonralar 600-ə bərabər kapitaldan 500-ü maşına, materiala və sairəyə və ancaq 100-ü əmək haqqına sərf edilirsə, fəhləyə olan tələbi 300 nəfərdən 600 nəfərə çatdırmaq üçün bu kapital 600-dən artıb 3600 olmalıdır. Buna görə də sənaye inkişaf etdikcə, əməyə olan tələb kapital yığımı ilə ayaqlaşa bilmir. Doğrudur, bu tələb artır, lakin bütün kapitalın artmasına nisbətən daim azalan proporsiyada artır.

Bu bir neçə qeydə əsasən demək olar ki, müasir sənayenin inkişafı nəticəsində vəziyyət getdikcə kapitalist üçün xeyirli, fəhlə üçün isə zərərli olmalıdır və, deməli, kapitalist istehsalının ümumi meyli orta əmək haqqı səviyyəsini yüksəltməyə doğru deyil, aşağı salmağa doğrudur, yəni əməyin dəyərini az-çox dərəcədə minimum həddinə endirir. Lakin müasir sistemdə vəziyyət belədirsə, bu o deməkdirmi ki, fəhlə sinfi kapitalın soyğunçuluq qəsdlərinə qarşı mübarizədən əl çəkməli və öz vəziyyətini müvəqqəti olaraq yaxşılaşdırmaq üçün təsadüfi əlverişli imkanlardan istifadə etməyə çalışmamalıdır? Əgər fəhlalər belə hərəkət etsəydilər, pozulub heç bir əlacı olmayan laqeyd yoxsullar kütləsinə çevrilmiş olardılar. Zənnimcə, mən göstərdim ki, əmək haqqının səviyyəsi uğrunda fəhlələrin mübarizəsi bütün muzdlu əmək sistemi ilə qırılmaz surətdə bağlıdır, fəhlələrin əmək haqqını yüksəltməyə çalışmaları 100 haldan 99-da əməyin dəyərinin ödənilməsini olduğu kimi saxlamaq səylərindən başqa bir şey deyildir və əməyin qiyməti uğrunda kapitalistlərlə mübarizə aparmaq zərurəti fəhlələrin, özlərini bir əmtəə kimi satmağa məcbur edən vəziyyətlərindən irəli gəlir. Əgər fəhlələr kapitalla gündəlik toqquşmalarında cəsarətsizlik göstərib güzəştə getsəydilər, onlar daha geniş bir hərəkata başlamaq iqtidarını şübhəsiz itirmiş olardılar.

Eyni zamanda, muzdlu əmək sistemi ilə əlaqədar olaraq ümumən fəhlələrin əsarət altına alınmasını hətta tamamilə bir kənara qoysaq belə, fəhlə sinfi bu gündəlik mübarizənin son nəticələrini şişirtməməlidir. Fəhlə sinfi unutmamalıdır ki, bu gündəlik mübarizədə o ancaq nəticələrə qarşı mübarizə edir, bu nəticələri doğuran səbəblərə qarşı mübarizə etmir; onun vəziyyətini ağırlaşdıran meylin istiqamətini dəyişdirmək deyil, bu meyli ancaq ləngidir; xəstəliyi sağaltmaq deyil, ancaq yarımçıq çarələr görür. Buna görə də fəhlələr kapitalın fasiləsiz soyğunçuluq qəsdlərindən və ya bazarın vəziyyətindəki dəyişikliklərdən daim doğmaqda olan təkcə bu labüd partizan döyüşləri ilə kifayətlənməməlidirlər. Fəhlələr başa düşməlidirlər ki, müasir sistem doğurduğu yoxsulluqla bərabər, cəmiyyəti iqtisadi cəhətdən dəyişdirib yenidən qurmaq üçün lazım gələn maddi şərait ictimai formalar da yaradır. «Ədalətli iş günü üçün ədalətli əmək haqqı» kimi mühafizəkar bir şüar əvəzinə fəhlələr öz bayrağında belə bir inqilabi şüar yazmalıdırlar: «Məhv olsun muzdlu əmək sistemi!».

Əsas məsələni aydınlaşdırmaq məqsədi ilə bu qədər uzun və, bəlkə də, yorucu bir izahat verdikdən sonra, mən, aşağıdakı qətnaməni təklif etməklə öz məruzəmi bitirirəm:

1) Əmək haqqı səviyyəsinin ümumi yüksəlməsi ümumi mənfəət normasının aşağı düşməsinə səbəb olur, lakin ümumiyyətlə əmtəələrin qiymətlərinə təsir göstərmir.

2) Kapitalist istehsalının ümumi meyli orta əmək haqqı səviyyəsini yüksəltməyə doğru deyil, aşağı salmağa doğrudur.

3) Tred-yunionlar kapitalın hücumuna qarşı müqavimət mərkəzi olmaq etibarilə müvəffəqiyyətlə işləyirlər. Bir sıra hallarda onlar öz qüvvələrindən düzgün istifadə etmədiklərinə görə müvəffəqiyyətsizliyə uğrayırlar. Ümumiyyətlə isə müvəffəqiyyətsizliyə uğrayırlar, çünki mövcud sistemin doğurduğu nəticələrə qarşı partizan mübarizəsi ilə kifayətlənirlər, halbuki eyni zamanda bu sistemi dəyişdirməyə və öz mütəşəkkil qüvvələrindən fəhlə sinfini tamamilə azad etmək, yəni muzdlu əmək sistemini tamamilə məhv etmək üçün bir vasitə kimi istifadə etməyə çalışmalıdırlar.



K.Marks tərəfindən 1865-ci il mayın axırında-iyunun 27-də yazılmışdır.

İlk dəfə 1898-ci ildə Londonda ayrıca kitabça şəklində nəşr edilmişdir.

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin