Azərbaycan Memarlig və İnşaat Universiteti Fakultə inşaat



Yüklə 0,52 Mb.
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#40977
Linzalar



LİNZALAR

Azərbaycan Memarlig və İnşaat Universiteti

Fakultə inşaat

İxtisas inşaat mühəndisliyi

Tələbə Məmmədov Nihad

Qrup 200A1

Fənn Fizika

Müəllim Əhmədov Valik


Linzalar, onların növləri. Toplayıcı və səpici linzalar

İşığın yayılma qanunlarının işıq şüaları haqqındakı təsəvvürlər əsasında baxıldığı optika bölməsinə, həndəsi optika deyilir. İşıq şüaları dedikdə, işıq enerji selinin yayıldığı, dalğa səthinə normal (perpendikulyar) xətt başa düşülür. Həndəsi optika, optik sistemlərdə xəyalın qurulmasında yaxşı metod olaraq qalmaqla, onlardan işığın keçməsilə əlaqədar olan, əsas hadisələrin araşdırılmasına imkan verir və buna görə də optik cihazların nəzəriyyəsinin əsasını təşkil edir. Linzalar, iki səthlə hüdudlanmış (onlardan biri adətən sferik, bəzən silindrik, ikinci isə sferik – yaxud müstəvi), işıq şüasını əks etdirən, əşyaların optik xəyallarını formalaşdırmaq qabiliyyətinə malik olan, şəffaf cisimlərdən ibarətdir. Linzalar üçün material olaraq, şüşədən, kvarsdan, kristallardan, plastmasdan və s. istifadə olunur. Xarici formalarına görə linzalar aşağıdakı qruplara bölünür (şəkil 25.16):

L inzalar optik xassə-lərinə görə toplayıcı və səpici olur.

Müsbət optik qüvvəli linzalar toplayıcı, mənfi optik qüvvəli linzalar isə səpici olur. Linzanın baş optik oxuna perpendikulyar olaraq onun fokusundan keçən, müstəviyə fokal müstəvi deyilir. Toplayıcı linzadan fərqli olaraq səpici linza xəyali foksa malikdir. Xəyali – mövhümi foksda, (sındıqdan sonra) səpici linzanın baş optik oxuna paralel düşən, mövhümi şüaların uzantıları kəsişirlər (şəkil 25.19).

(25.33) ifadəsinə əsasən, linza düsturunu (25.32) aşağıdakı kimi yazmaq olar:





Qeyd edək ki, səpici

linzalar üçün f və b

məsafələrini mənfi hesab

etmək lazımdır.

Linzalarda xəyalın

qurulması aşağıdakı

şüaların köməyilə yerinə

yetirilir:

1. linzanın optik mərkəzindən keçən və öz istiqamətini dəyişməyən şüadan

2. baş optik oxla paralel gedən; linzadan sındıqdan sonra linzanın ikinci foksundan keçən,

şüadan

3. linzanın birinci foksundan keçən; linzadan sındıqdan sonra linzanın baş optik oxuna



paralel çıxan, şüadan yaxud onun uzantısından

Misal üçün toplayıcı (şəkil 25.20) və səpici (şəkil

25.21) linzalarda xəyalların qurulması verilmişdir; şəkil

25.20, a həqiqi və şəkil 25.20,b mövhumi xəyaldır.

Xəyalların və cisimlərin - əşyaların xətti ölçülərinin

nisbətinə linzanın xətti böyütməsi deyilir. Xətti böyütmənin

mənfi qiyməti həqiqi xəyala (o tərsinə çevrilmişdir), müsbət

qiyməti isə mövhümi xəyala (o düzünədir) uyğun gəlir.

Toplayıcı və səpici linzaların kombinasiyası, müxtəlif elmi

və texniki məsələlərin həlli üçün istifadə olunan, optik

cihazlarda tətbiq olunur.

. Naziklinza düsturu.

Qalınlığı, (hüdudlandırıcı səthlər arasındakı məsafə) linzanı hüdudlandırıcı səthlərin

radiusuna nəzərən kifayət qədər kiçik olan linzaya, nazik linza deyilir. Linzanın müstəvilərinin

ə yrilik mərkəzindən keçən düz xəttə baş optik ox

deyilir. Bütün linzalarda baş optik ox üzərində

yerləşən və linzanın optik mərkəzi adlanan bu

nöqtədən keçən şüalar, sınmadan keçir. Sadəlik üçün

linzanın O optik mərkəzinin linzanın orta hissəsinin

həndəsi mərkəzi ilə üst – üstə düşdüyünü hesab edək

(bu yalnız hər iki səthlərin əyrilik radiusları eyni

olan ikitərəfi qabarıq və ikitərəfi çökük linzalar üçün

doğrudur; müstəvi qabarıq və müstəvi çökük linzalar

üçün O optik mərkəzi baş optik oxla sferik səthlərin

kəsişməsində yerləşir).




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin