5. Fənnin təqvim planı: 5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları
Həftələr
Mövzunun adı və qısa icmalı
Saat
Tarix
I
Mövzu № 1.Betonlar. Betonların təsnifatı və onlara dair tələblər. Sement betonlar üçün materiallar: sement, su, qum, çınqıl və ya qırmadaş, onlara verilən əsas tələblər. Beton qarışığı. Beton qarışığının və betonun xassələri. Beton möhkəmliyinin nisbətindən asılılığı. .
2
19.02.14
I
Mövzu № 2. Betonun layihələndirilməsi və tərkibinin hesablanması. Betonun laboratoriya və istehsalat tərkibləri. Betonun çıxım əmsalı. Tutumu məlum olan beton qarışdırıcı üçün materiallar sərfinin hesablanması.
2
25.02.14
II
Mövzu № 3. Betonun quruluşu haqqında məlumat. Beton qarışığının hazırlanma üsulları. Beton qarışığının qəlibə yerləşdirilməsi və sıxlaşdırılması və sıxlaşdırılma üsulları. Betonun bərkiməsi. Betonun möhkəmlik markasının təyin edilməsi və standart markaları. Betonun möhkəmliyə görə sinfi. Betonun markası ilə sinfi arasındakı əlaqə. Betonun bərkiməsini sürətləndirən üsullar: istilik - nəmliklə emal etmə, elektrik cərəyanı ilə qızdırma və avtoklavda yüksək temperatur-təzyiq şəraitində emal etmə. Betonun bərkimə prosesini sürətləndirəcək kimyəvi əlavələr.