Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakultə st və mks


Modeli həssaslığının təhlili



Yüklə 268,47 Kb.
səhifə6/7
tarix12.05.2022
ölçüsü268,47 Kb.
#57735
1   2   3   4   5   6   7
Sərbəst is

Modeli həssaslığının təhlili. Modelin ilkin sınaq dövrlərindən başlayaraq, onun işlənməsinin müxtəlif mərhələlərində həssaslıq təhlili lazımi və faydalı ola bilər. Həssaslığın ilkin təhlili real sistemin özünü aparmasının imitasiyası üçün əhəmiyyətsiz olan dəyişən kəmiyyətlərin aşkar olunmasına imkan verir.

Model vasitəsilə ədədi eksperimentlərin aparılması hər hansı bir sistemin riyazi modelləşdirilməsinin son mərhələsidir və bu vaxt böyük miqdarda məsələlər həll etmək olar.



Ekosistemin enerjisi

Yer üzərində həyat günəş enerjisi hesabına mövcuddur. İşıq yer üzərində yeganə qida resursu olub, enerjisi karbon qazı və su ilə birləşərək fotosintez prosesini yaradır. Fotosintezdən bitkilər üzvi maddələr yaradır, onunla otyeyən və ətyeyən heyvanlar və s. qidalanır, nəticədə bitkilər canlı aləmi «qidalandırır», yəni günəş enerjisi bitki vasitəsilə sanki bütün orqanizmlərə çatdırılır.

Enerji orqanizmdən orqanizmə ötürülərək qida və ya trofik zənciri yaradır. Heterotroflar enerjini qida ilə birlikdə alır. Bütün canlı orqanizmlər digərinin qida obyekti sayılır, yəni bir-birləri ilə energetik əlaqədədirlər. Hər bir qruplaşmada qida əlaqələri bir orqanizmdən digərinə enerji ötürücüsü mexanizmidir. Beləliklə, biosenozların trofik zənciri olduqca mürəkkəbdir, onlara daxil olan enerji bir orqanizmdən digərinə uzun müddət miqrasiya edə bilər: avtotroflardan, produsentlərdən heterotroflara, konsumentlərə və beləliklə, bir trofik səviyyədən digərinə dörd-altı dəfə ötürülərək trofik zənciri təşkil edir.

Qida zəncirində hər bir həlqənin yeri trofik səviyyə adlanır. Birinci trofik səviyyə – produsentlər – üzvi kütlənin yaradıcıları, qalanları isə konsumentlərdir. İkinci trofik səviyyə bitkiyeyən konsumentlər; üçüncü trofik səviyyə – bitkiyeyən formalarla qidalanan ətyeyən konsumentlər; dördüncü trofik səviyyə digər ətyeyənlərlə qidalanan konsumentlər və s. Beləliklə, konsumentləri də səviyyəyə görə ayırmaq olar: birinci, ikinci, üçüncü və s. konsumentlər sırasına (ardıcıllığa) bölmək olar. Təbiidir ki, burada qida ixtisaslaşması əsas rol oynayır. Geniş qida spektrinə aid olan növlər (konsumentlər) müxtəlif trofik səviyyələrdə qida zəncirinə daxil ola bilər. İnsanın rasionuna həm bitki qidaları, həm də otyeyən və ətyeyən heyvanların əti daxil olduğu üçün müxtəlif qida zəncirlərində birinci, ikinci və üçüncü konsumentlər sırasında iştirak edir.

Yalnız bitki qidasına ixtisaslaşan növlər (dovşan, dırnaqlılar, mənənə) həmişə qida zəncirində ikinci həlqədə olur.




Yüklə 268,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin