Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu



Yüklə 0,56 Mb.
səhifə16/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

Mövzuya aid suallar

  1. Sosial sfera anlayışı altında nə nəzərdə tutulur?

  2. Sosial infrastruktur dedikdə nə başa düşülür?

  3. Sosial infrastrukturun funksiyaları hansılardır?

  4. Sosial infrastrukturun idarə edilməsi deyiləndə nə başa düşülür?

  5. Sosial infrastrukturun resurs təminatına nələr daxildir?

  6. Sosial infrastrukturun maliyyələşməsinin qeyri-büdcə mənbələri hansılardır?

  7. Fond nədir?

  8. Sosial İnkişaf Fondlarının məqsədi nədir?

  9. Xeyriyyə Fondu nədir?

  10. Pay İnvestisiya Fondu nədir?

  11. Azərbaycan Respublikasında sosial infrastrukturun inkişaf istiqamətləri hansılardır?


Tövsiyə olunan ədəbiyyat siyahısı


  1. A.Əliyev, A.Quliyev «Sosial sferanın iqtisadi və metodoloji əsasları», Bakı-2005, 304 s.

  2. Rəhmanov F.P. «Sosial sfera keçid iqtisadiyyatı şəraitində».Bakı, 2002.

  3. Ələkbərov Ə.Ə. Sosial - iqtisadi inkişafın maliyyə-büdcə parametrlərinin tənzimlənməsi. (monoqrafiya). Bakı: Elm, 2007. -448 s.

  4. Экономическая энциклопедия/Науч.-ред. совет изд-ва «Экономика» Ин-т Экон. РАН; Гл. ред. Л.И.Абалкин-.:ОАО «Издательство» «Экономика», 1999.-1055с.

  5. Экономика труда: (социально-трудовые отношения)/ Под. Ред. Н.А.Волгина, Ю.Г.Одегова.-М.: «ЭКЗАМЕН», 2002.-736с.

  6. http://www.gzt. ru/rubricator

FƏSİL 2
SOSİAL SFERADA BAZAR MÜNASİBƏTLƏRİNİN FORMALAŞMASI VƏ TƏNZİMLƏNMƏSİ

§1. Sosial sferada bazar münasibətlərinin formalaşması

Sosial sferada bazar münasibətlərinin formalaşması: 1)iqtisadiyyatın inkişaf səviyyəsi; 2) beynəlxalq iqtisadi əlaqələr; 3) mülkiyyət münasibətləri və s. amillərlə sıx bağlıdır.
İqtisadiyyatın inkişaf səviyyəsi məfhumu çox geniş anlayış olub, özündə: ümumi daxili məhsulun, ümumi milli məhsulun, xalis milli məhsulun, milli gəlirin artım sürəti, bir sözlə milli hesablar sisteminə daxil olan göstəricilər üzrə artım dinamikasını əks etdirir. Sosial sferanın inkişafı isə iqtisadi inkişafın tərkib hissəsi kimi çıxış etsə də, güclü əks təsirə malikdir. Bu baxımdan sosial sferada bazar münasibətlərinin formalaşması iqtisadi inkişafda əhəmiyyətli rol oynayır.
Bazar münasibətlərinin formalaşmasını şərtləndirən amillərdən biri də beynəlxalq iqtisadi əlaqələrdir. Bey-nəlxalq iqtisadi əlaqələr əsasən beynəlxalq ticarətin, kapital ixra-cının, iqtisadi inteqrasiyanın, iş qüvvəsinin beynəlxalq miqrasiya-sının səviyyəsi ilə müəyyən olunur. Ölkələr arasındakı iqtisadi əlaqələrə həmçinin siyasi, milli, etnik, sosial amillər də təsir edir. Bu şərtlər daxilində ölkələr arasında xarici iqtisadi əlaqələr isteh-salın beynəlxalq ixtisaslaşması və kooperasiyalaşması, müştərək müəssisələrin yaradılması, elmi-texniki əməkdaşlıq, xarici ticarət, lisenziyalar və texnologiyalarla ticarət, sosial-mədəni xidmətlərin göstərilməsi, turizm, nəqliyyat xidmətləri təşkili, sərbəst iqtisadi zonaların yaradılması ilə həyata keçirilir.
Xarici ticarət dövriyyəsinin həcmi - hər hansı dövrdə bir ölkə və ya ölkələr qrupu ilə əmtəə ixracı və idxalının dəyər qiyməti ilə məbləği deməkdir. Xarici ticarət dövriyyəsi öz ölkəsinin və ya başqa ölkənin valyutası ilə cari dövrün qiymətləri ilə hesablanır. Hazırda Azərbaycan 160-dan çox ölkə ilə ikitərəfli əməkdaşlıq edir. Bu ölkələrlə xarici ticarət əməliyyatlarının həcmi ildən-ilə artır. Azərbaycanda neft sektorunun inkişafı ilə əlaqədar olaraq bu artım son illərdə daha da sürətlənmişdir. Bunun nəticəsi olaraq hazırda Azərbaycanın xarici ticarətində müsbət saldo müşahidə edilir. Belə ki, 2000-ci illə müqayisədə 2008-ci ildə xarici ticarət dövriyyəsinin ümumi həcmi 18,8 dəfə artaraq 54922,8 mln. ABŞ dolları, о cümlədən ixrac 27,3 dəfə artaraq 47756,2 ABŞ dolları, idxal isə 6,1 dəfə artaraq 7166,6 mln. ABŞ dolları təşkil etmişdir. Nəticədə 2008-ci ildə ölkmizin xarici ticarətində 40589,6 mln. dollarlıq müsbət saldo yaranmışdır.
Əhalinin beynəlxalq miqrasiyasına gəldikdə isə, son illərdə Azərbaycanda əvvəlki illərdən fərqli olaraq bu istiqamətdə müsbət tendensiya müşahidə olunur. Əgər müstəqillik illərinin əvvəllərindən başlayaraq Azərbaycandan miqrasiya edənlərin sayı üstünlük təşkil edirdisə, son illərdə bu nisbət tədricən dəyişmiş və artıq müsbət saldo qeydə alınmışdır.
Miqrasiya saldosu müəyyən dövrdə bu əraziyə gələnlərin sayı ilə həmin ərazidən gedənlərin sayı arasındakı fərqdir. Əhalinin miqrasiyası yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq adamların (miqrantların) bir ərazidən başqa bir əraziyə (ölkəyə, regiona, vilayətə, rayona və s.) hərəkətidir. Miqrasiya daxili (ölkə daxilində) və xarici (beynəlxalq, dövlət sərhədini keçməklə əlaqədar olan) miqrasiyalara bölünür.
Xarici miqrasiyaya uyğun olaraq “emmiqrasiya”“im-miqrasiya” anlayışlarından istifadə edilir. Emiqrantlar daimi və ya müvəqqəti yaşamaq üçün başqa ölkəyə gedənlər, immiq-rantlar isə daimi və ya müvəqqəti yaşamaq üçün ölkəyə gələnlərdir.
Xarici miqrasiyanın saldosu müəyyən vaxt hüdudunda bu əra-zi üzrə immiqrantların sayı ilə emiqrantların sayı arasındakı fərq-dir. Yəni immiqrantların sayının emiqrantların sayından çox ol-ması, xarici miqrasiyanın müsbət saldoya, əksinə olarsa, mənfi saldoya malik olması başa düşülür.
Müəyyən vaxt hüdudunda, (bir qayda olaraq, il ərzində) miqrasiyanın həcmini səciyyələndirmək üçün gələnlərin və ge-dənlərin mütləq sayı haqqında məlumatlardan istifadə edilir. Miqrasiyanın intensivliyini ölçmək üçün miqrasiya əmsalı mütləq göstəricilərinin (müəyyən dövrdə gələnlərin, gedənlərin, miqra-siya artımının) müvafiq ərazinin həmin dövrdəki əhalisinin orta sayına nisbəti ilə hesablanır.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin