Ali məktəblər - müasir istehsalın, elmin, texnikanın və mədəniyyətin, iqtisadiyyatın inkişaf perspektivlərinin tələblərinə uyğun yüksək ixtisaslı kadr hazırlığını həyata keçirən və elmi-tədqiqat işləri aparan müəssisələrdir. Dövlət və qeyri-dövlət universitetləri, tədris institutları, konservatoriyaları, təhsil akade-miyaları, ali peşə məktəbləri ali məktəblərə aid edilir. Filiallar, fakültələr, şöbələr, kafedralar, tədris-məsləhət məntəqələri, hazırlıq şöbələri, laboratoriyalar, kitabxanalar, klinikalar, tədris-təcrübə və eksperimental təsərrüfatlar, təcrübə zavodları, tədris-istehsalat emalatxanaları, hesablama mərkəzləri, nəşriyyatlar, mətbəələr, mədəni məişət təyinatlı müəssisələr və s. ali məktəblərin tərkibinə daxil edilir.
Ali məktəblər təhsil formalarına görə istehsalatdan ayrılmaqla - əyani təhsil; istehsalatdan ayrılmamaqla - axşam və qiyabi təhsil; təhsil müəssisəsinin sahə qruplarına görə isə dövlət və qeyri-dövlət ali məktəbləri ola bilər.
Təhsilin əsas pilləsi ali təhsildir. Ali təhsil 2 əsas meyar üzrə:
1. İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə ixtisaslı kadrlara olan tələbatın təmin edilməsi;
2. Hər bir insanın intellektual mülkiyyətinin inkişafını, səviyyəsini formalaşdırmaq, onun fəaliyyətində davranışının, qabiliyyətinin yüksəldilməsi məqsədi ilə inkişaf edir.
Son illərdə təhsilin maliyyələşdirilməsi sahəsində ciddi irəliləyişə nail olunmuşdur. Belə ki, yalnız dövlət büdcəsindən bu sahəyə ayrılan ümumi xərclər 2004-cü ildəki 308,2 milyon manatdan 2008-ci ildə 1165,8 milyon manatadək artmışdır. Bu göstəricilər ali təhsil üzrə müvafiq olaraq 20,4 milyon manatdan 100,7 milyon manata qədər yüksəlmişdir. Bununla yanaşı, digər mənbələrdən də ali təhsilə kifayət qədər vəsait daxil olur.
Azərbaycan Respublikasında ali təhsilin tədris proqramlarını həyata keçirən 48 ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, ali təhsil müəssisələrində hazırda 136587 tələbə təhsil alır. (Cədvəl 8.8.)
Cədvəl 8.8
Dövlət və qeyri-dövlət аli təhsil müəssisələri (tədris ilinin əvvəlinə)
Dostları ilə paylaş: |