Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu



Yüklə 0,56 Mb.
səhifə80/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

2000 -
2001


2003-
2004


2004-
2005


2005 -
2006


2006-
2007


2007-
2008


2008-
2009


Ali təhsil müəssisələrinin sayı1)

47

47

47

47

47

48

48

Tələbələrin sayı - сəmi, nəfər

119683

121535

127248

129948

129141

130430

136587

o cümlədən şöbələrdə təhsil alanlar:








əyani

96226

94238

95099

96987

98554

100760

107381

qiyabi2)

23457

27297

32149

32961

30587

29670

29206

Əhalinin hər 10000 nəfərinə tələbələrin sayı

154

153

159

160

157

157

162

Ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayı:








bakalavriata - cəmi, nəfər

26403

25438

26988

28747

23873

25846

28765

o cümlədən şöbələrə:








əyani

22455

20903

22221

24285

20325

22196

25164

qiyabi2)

3948

4535

4767

4462

3548

3650

3601

magistraturaya - cəmi, nəfər

2752

4470

5455

3236

2757

3404

3265

o cümlədən şöbələrə:








əyani

2752

3468

3947

2339

2062

2566

2413

qiyabi

-

1002

1508

897

695

838

852

1) İxtisaslaşdırılmış ali təhsil müəssisələri daxil olmaqla;
2) Axşam şöbələrində təhsil olanlar da daxil olmaqla.

Mənbə: www.azstat.org

Görülmüş işlərlə yanaşı, ali təhsil sahəsində hələ də öz həllini tapmayan çox ciddi problemlər mövcuddur. Respublikada ali təhsilin kütləviliyi sahəsində həm inkişaf etmiş ölkələrlə, həm də MDB ölkələri ilə müqayisədə gerilik müşahidə olunur. Son illərdə hər 10 min vətəndaşa inkişaf etmiş ölkələrdən ABŞ-da 445, Böyük Britaniyada 276, Almaniyada 240, Yaponiyada 233, MDB ölkələrindən Qazaxıstanda 510, Rusiyada 449, Qırğızıstanda 447, Moldovada 351, Gürcüstanda 321, Ermənistanda 304, Tacikistanda 192, Azərbaycanda isə 156 tələbə düşür. Həmin ölkələr üzrə əhalinin sayına tələbə nisbəti isə (faizlə) Rusiyada 5,1; Qazaxıstanda 5,0; Gürcüstanda 3,2; Ermənistanda 3,0; Azərbaycanda 1,6; Özbəkistanda 1,1 və Türkmənistanda 0,2 faiz təşkil edir. Bu rəqəmlər ali təhsil sisteminin təşkilində kifayət qədər həllini gözləyən problemin olduğunu göstərir.


Respublikanın ali təhsil sisteminə cəlb olunmuş insan resurslarında da müəyyən disproporsiya aradan qaldırılmalıdır. Belə ki, Qara dəniz regionu ölkələri üzrə ali təhsildə çalışan işçilər və tələbələrin sayı arasında olan nisbət uyğun olaraq Gürcüstanda 25,5, Türkiyədə 23,8, Moldovada 21,3, Albaniyada 19,0, Yunanıstanda 16,8, Ermənistanda 11,7, Rusiyada 10,1 faiz olduğu halda, Azərbaycanda bu rəqəm 7,3 faiz təşkil edir.
Son illərdə ali təhsilin işəgötürənlərlə əlaqəsinin genişləndirilməsi, xüsusilə də onların həm qanunvericilik və həm də təhsil proqramlarının inkişafı sahəsində iştirakı xeyli qənaətbəxşdir. Lakin sosial-praktiki və iqtisadi sahədə mövcud vəziyyətin təhlili göstərir ki, ali təhsilin məzmunu ilə tələb olunan biliklər arasındakı uyğunsuzluq dünyada qlobal böhran səviyyəsi kimi xarakterizə olunur, hətta bir çox inkişaf etmiş ölkələrdə ən yaxşı halda kadr hazırlığı iqtisadiyyatın keçmiş mərhələsinə uyğun aparılır.
Bütün bunları nəzərə alaraq Dövlət Proqramı çərçivəsində aşağıdakı istiqamətlər üzrə islahatların aparılması müəyyənləş-dirilmişdir:
- Bolonya Bəyannaməsinə və beynəlxalq təhsil təcrübəsinə uyğun olaraq, ali təhsilin normativ hüquqi bazasının yeniləşdirilməsi: burada nəzərdə tutulacaq müddəalar ali təhsil sisteminin Avropa və mütərəqqi dünya ölkələrinin ali təhsil məkanına inteqrasiyası üçün hüquqi baza yaratmalıdır;
- ali təhsilin məzmununun və təlim texnologiyalarının təkmilləşdirilməsi: burada ilk növbədə ali təhsil ixtisaslarının Avropa ixtisas təsnifatına və əmək bazarının tələblərinə uyğunlaşdırılması, tədris planı və proqramlarının, təhsil resurslarının, müasir fənn proqramlarının, yeni təlim və informasiya texnologiyalarını təmin edən elmi-metodiki tövsiyələrin hazırlanması və tətbiqi nəzərdə tutulmalıdır;
- ali təhsil müəssisələrinin strukturunun və bütövlükdə onun idarə olunması sisteminin müasir tələblər baxımından modernləşdirilməsi: ilk növbədə idarəçilik strukturunun əsaslı təkmilləşdirilməsi, kadr istehlakçılarının ali təhsil müəssisələrinin idarə olunmasında və inkişafında iştirakını təmin edən struktur-ların yaradılması, aidiyyəti müəssisələri baza kimi müəyyənləş-dirməklə sıx əlaqələrin yaradılması (məsələn, müəllim hazırlığı sahəsində məktəb və təhsil şöbələri ilə, digər sahələrdə isə müvafiq istehsal sahələri ilə əlaqələrin qurulması), tələbə özünüidarə sisteminin inkişafı nəzərdə tutulmalıdır;
- ali təhsildə keyfiyyətin təmin olunması: ali təhsil müəssisələrinin akkreditasiyasına beynəlxalq ekspertlərin cəlb edilməsi təmin olunmalı, universitetlərin reytinqini müəyyən-ləşdirən sistem yaradılmalı, tələbələrin biliyinin qiymətləndiril-məsi sistemi Avropa Kredit Transfer Sisteminin tələblərinə uyğunlaşdırılmalı, dövlət proqramının özəl ali təhsil müəssisə-lərinə də şamil olunması məqsədi ilə müvafiq tədbirlər görülməli, ali təhsil müəssisələrinin fəaliyyətinin işıqlandırılmasında müasir informasiya texnologiyalarından geniş istifadə olunmaqla tam şəffaflıq təmin edilməlidir;
- ali təhsildə kadr hazırlığı: bu məqsədlə elmi, elmi-pedaqoji və pedaqoji kadrların attestasiyasının, müəllim fəaliyyətinə başlamaq üçün sertifikatlaşdırılma mexanizmlərinin, ali təhsil müəssisələrində keyfiyyəti təmin edən menecment sisteminin, əmək bazarının monitorinqinin və işədüzəltmə mərkəzlərinin, professor-müəllim heyətinin ölkə daxilində və xaricdə treninq-lərinin təmin olunma sistemlərinin yaradılması nəzərdə tutulmalıdır;
- ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin müasir tələblərə uyğun qurulması: ölkənin elmi-tədqiqat institutlarının ali təhsil müəssisələri ilə birgə fəaliyyəti, onların potensialından kadr hazırlığı sistemində istifadə olunması, bəzilərinin müvafiq ali təhsil müəssisələri tərkibinə verilməsi məsələlərinə baxılması nəzərdə tutulmalıdır;
- ali təhsilin maddi-texniki bazasının müasirləşdirilməsi: universitet kampuslarının (şəhərciklərinin, təhsil infrastrukturlarının) qurulması, ali təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları mərkəzlərinin, tədris, elmi-tədqiqat, təcrübə-sınaq laboratoriyalarının, resurs, treninq və digər mərkəzlərinin yaradılması, onların müvafiq tədris-metodiki və elmi avadanlıqlarla təchizatı, elektron kitabxanaların yaradılması nəzərdə tutulmalıdır;
- ali təhsilin iqtisadiyyatının yeni mexanizmlərinin yaradılması və tətbiqi: burada ali təhsil müəssisələrinin maliyyələşdirilməsinin yalnız dövlət büdcəsindən deyil, təhsil alan subyektlərin maliyyəsi hesabına həyata keçirilməsi, alternativ maliyyələşmə mənbələrinin formalaşdırılması sisteminin yaradılması tədbirləri nəzərdə tutulmalıdır.


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin