Birinci Şah Təhmasibin qız övladlarının zikri:
Həzrət cənnətməkan şahın hörmətli qızları səkkiz nəfərdir:
Birinci Gövhər Sultan bəyimdir ki, o, mərhum Bəhram
Mirzənin oğlu Sultan İbrahim Mirzənin arvadı idi. Mirzənin
öldürülməsindən sonra bir neçə gün ah-nalə və qəm-qüssə etdi,
natəvanlıq yatağına düşdü, axırda axirət dünyasına yollandı. Bircə
qızdan başqa övladı yox idi.
İkincisi Pərixan xanımdır ki, Bəhram Mirzənin oğlu
Bədiüzzaman Mirzənin nişanlısı idi. Amma, o, hələ ərə getməmişdi
və öz böyük atasının yanında çox böyük hörmət-izzətlə yaşayırdı.
Camaat çətin məsələlərin həllində yanına gəlib onu öz dərdlərindən
həll edirdi. Ağıl və biliyin çoxluğundan əlahəzrət şahın
189
Şah Təhmasibin vəfatı vaxtı - Ş.F.
190
Şah Abbasın - Ş.F.
191
Şah Təhmasibin vəfatı vaxtına yaxın - Ş.F.
262
məsləhətçilərindən idi. Onun haqqında cənnətməkan şahın
xəstəliyinin təsviri zamanı bir qədər danışıldı və bundan sonra da
danışılacaqdır. Xülasə, Pərixan xanım cənnətməkan şahın vəfatından
sonra İsmayıl Mirzənin hakimiyyətə gəlməsi üçün xeyli çalışsa da
qədr-qiyməti bilinmədi. Onun vaqiəsindən sonra
192
Sultan
Məhəmməd Mirzənin xidmətində arzu olunmaz bir şəxs oldu.
[Tezliklə] aradan götürüldü və hadisənin şərhi bu kitabda öz
vaxtında təfsilatla veriləcəkdir.
Üçüncüsü, Biyəpəs valisi Cəmşidxanın arvadı olan Xədicə
Sultan bəyimdir. Cəmşid xanın əhvalatından sonra zilləllah şahın
vaxtında mirmiran Yəzdinin oğlu Şah Nemətullaha ərə getdi və
indiyə kimi sağdır. [Onun] Cəmşid xandan iki oğlu vardı ki, hər ikisi
cavan öldü.
Dördüncüsü, Zeynəb bəyimdir ki, qorçiye-şəmşir Şahəli
bəy Şamlı onun lələsi idi. Hurixan xanım (yəni Zeynəb bəyim - Ş.F.)
Gürcüstanın əzəmətli qadınlardan idi. İsmayıl Mirzə onu Herat
hakimliyinə yolladığı Durmuş xan Şamlının nəvəsi Əliquhı xana
nişanlanmışdısa da, amma hələ ərə getməmişdi. Olduqca ağıllı və
dünyadakı rəhmli adam[ların biri]dir. Əlahəzrət zilləllah şahın
vaxtında ali hərəmxananın banusu idi və həzrətin yanında böyük
hörməti vardı. Bu kitabın yazıldığı bu vaxta kimi ali hərəmxanada
izzət və ehtiram sahibidir. O, xeyrat və xeyirçilik işlərini icra edir.
Ümidvaram ki, öz təbii ömrünü salamatlıqla keçirəcək.
Beşinci məqamı yüksək olan ülyəcənab xanım [Şah
Məhəmməd Xudabəndənin] doğma bacısı Məryəm Sultan bəyimdir.
İsgəndər şanlı şah Sultan Məhəmmədin zamanında Biyəpiş
Gilanının valisi Xan Əhməd Sultanla izdivac etdi. Xan Əhməd bu
dövlətə xəyanət edəndən sonra, necə ki, aşağıda yazılacaqdır, Ruma
getdi. Onun Xan Əhməddən olan şahzadə oğlu öz atasının yerinə
[Gilana] getdi. O, əlahəzrət zilləllah şahın zamanında vəfat etdi. Qızı
[isə] səltənətin ən hörmətli qadınlarındandır.
Altıncısı, Fatimə Sultan xanımdır ki, İsgəndər şanh
nəvvabın zamanında Əmir xan Mosullu Türkmanla izdivac etdi,
[lakin] az sonra onun evində öldü.
Yeddinci, Şəhrəbanu bəyimdir ki, İsgəndər şanlı nəvvabın
zamanında, cənnətməkan şahın bacısı oğlu Şahəli Mirzə Ustaclının
192
Yəni II Şah İsmayılın ölümündən sonra - Ş.F.
263
oğlu Salman xanla izdivac etdi. O da, az sonra onun evində öldü.
[Şəhrəbanu bəyim] Cəmşid xanın arvadı olan Xədicə boyimlə
doğma bacı idi və Dağıstan hakiminin qızından doğulmuşdu.
Səkkizinci, İmamqulu Mirzənin doğma bacısı Xanış
bəyimdir ki, mirmiranın oğlu Şah Nemətullah Yəzdi ilə izdivac
etmişdi. Onun evində də vəfat etdi. Xanış bəyimin Səncər Mirzə adlı
bir oğlu vardır.
Cənnətməkan şahın doğma qardaşı Bəhram Mirzənin
oğlanları, nəvələri və qızlarından on üç nəfər o həzrət (Şah
Təhmasib - Ş.F.) vəfat edəndə sağ idi.
[Bəhrəm Mirzənin] doğma oğlanları üç nəfərdir:
Birincisi, Sultan Hüseyn Mirzədir ki, cənnətməkan şahın
zamanında Qəndəhar və Zəmindavərin mirzəsi oldu. O, uzun illər o
vilayətdə əmisinin fərmanı ilə müstəqil hakim olmuşdu. İsmayıl
Mirzənin hakimiyyəti zamanı təbii ölümlə öldü. Beş oğlu vardı:
Atasının vəfatı vaxtı on səkkiz yaşında olan Məhəmməd Hüseyn
Mirzə. Atası onu Oğlanpaşa bəyim adlı bacısı ilə orduya
göndərmişdi. O cənnətməkan şahın xidmətində duran hörmətli
doğma şahzadələr silkindən idi. İsmayıl Mirzənin hakimiyyəti
zamanı öldürüldü. Mizəffər Hüseyn Mirzənin on beş yaşı vardı.
İsgəndər şanlı nəvvabın cülusu zamanı atasının əvəzinə Qəndəhar
valisi oldu. Rüstəm Mirzənin on iki yaşı vardı. Göstərilən vaxtda
Zəmindavar hökuməti ona verilmişdi. Səncər Mirzə və Əbu Səid
Mirzə hər ikisi azyaşlı idi. Hər dörd qardaşın tərcümeyi-halı
İsgəndər şanlı nəvvabın [və] əlahəzrət zilləllah şahın hakimiyyəti
zamanındakı hadisələrin şərhində müfəssəl bəyan ediləcəkdir.
Onun yuxarıda adı çəkilən bacısı İsgəndər şanlı nəvvabın
hakimiyyəti zamanı kamkar şahzadə Əbülqalib Sultan Həmzə Mirzə
ilə izdivac etdi. Mirzənin vəfatından sonra əlahəzrət zilləllah şahın
sarayındakı hörmətli xanımlar silkindən idi. Bir neçə il sonra o
həzrətin əziz hərəmlərindən oldu.
Bəhram Mirzənin ikinci oğlu İbrahim Mirzədir ki, anası
Şirvan vilayətinin əyanlarından idi və o, cənnətməkan şahın damadı
idi. O həzrətin vəfatı zamanı İbrahim Mirzə ali sarayda əzəmətli və
yüksək eşikağası vəzifəsində idi. Qabiliyyəti, istedadı, ağlı və
idrakına görə alimiqdar əmisinin yanında izzətli, möhtərəm,
əzəmətli, öz rəyi və məşvərəti olan bir adam idi. Aşağıda yazılacağı
kimi, İsmayıl Mirzə zamanında şəhadət şərbəti içdi. Onun
cənnətməkan şahın qızından olan bir qızı dini elmlərlə məşğul idi,
264
fəzilətli və dindar adamdı. O, əlahəzrət zilləllah şahın zamanında
Şirazdan
beytüllahül-həramın
ziyafətinə
getdi,
Məkkeyi-
müəzzəmədə əzəmətli Dəştəki seyidlərindən, adlı-sanlı fəzilət
sahiblərindən və dövrün dindarlarından olan Əmir Nəsirəddin
Hüseyn Şirazı ilə izdivac etdi və həmin əzəmətli şəhərdə qaldı.
Üçüncü oğlu Bədiüz-zaman Mirzədir ki, böyük əmisinin
fərmanı ilə Sistanda Nimruz vilayətinin valisi idi. Onun lələsi və
atalığı Teymur xan Ustaclı idi. Bəhram adlı azyaşlı bir oğlu vardı.
İsmayıl Mirzənin hakimiyyəti vaxtı Teymur xan bu şahm fərmanı ilə
onların hər ikisini aradan götürdü.
Bu tarix kitabının yazan şəxsin qələmi kamkar şahzadələrin
sayı barədə imkan daxilində məlumat verdiyi üçün, indi də vaxtı
çatmışdır ki, xoş sözlər yazan qələm yüksək qızılbaş tayfasının
möhtərəm, əzəmətli əmirləri, xanları və başqaları haqqında ki, onlar
məhrusə məmləkətlərində hakimlik və dövlət işləri ilə məşğul idilər,
sözlər yazsın və bəyan səhifəmiz o adamların zikri ilə bəzənsin.
ALİMİQDAR XAN VƏ SULTANLARDAN OLAN,
BƏZİLƏRİ ALİ SARAYDA VƏ BƏZİLƏRİ İSƏ
AYRI-AYRI MƏMLƏKƏTLƏRDƏ YAŞAYAN
ADLI-SANLI ƏMİRLƏRİN ZİKRİ
Həzrət şahın vəfatı zamanı əmirlik rütbəsi ilə şərəflənən və
əksəriyyəti təbilə, bayrağa və qoşuna sahib olan əzəmətli əmirlər,
uca məqamlı xanlar və böyük-kiçik sultanların sayı ali divanda səbt
olunan məlumatlara əsasən yüz on dörd nəfər olmuşdur. Hər təbəqə
və hər oymaqdan olan ən mötəbər və böyük əmirlərin bir neçə
nəfərinin adları bu səhifədə dərc edilir. Hamısı barədə məlumat
verməyin heç bir faydası yoxdur.
Şamlı tayfa əmirlərinin adlarının zikri:
[Bu tayfal qızılbaş tayfalarının əzəmətlisi kimi yerinə,
xidmətinə, hüquq və igidliyinə görə başqa tayfaların hamısından
öndə duranıdır və başqa oymaqların ən üstünüdür. Cahanı ələ
keçirən xaqanın (yəni Şah İsmayılın - Ş.F.) hakimiyyəti zamanı və
bu dövlət və xanədanın yaranması vaxtı, [həmçinin] həzrət
cənnətməkan şahın taxta cülusunun əvvəllərində şamlı təbəqəsindən
çıxan böyük əmirlər və alişan xanlar bunlardır: Süleyman şanlı
265
xaqan Şah İsmayıl bahadır xanın lələsi Hüseyn bəy, o həzrətə
qohum olmaqla şərəflənən Əbdi bəy, onun oğlu Durmuş xan, onun
qardaşı Hüseyn xan ki, həzrət cənnətməkan şahın (Şah Təhmasibin -
Ş.F.) bacısı oğlu idi, başqa oymaq əmirlərindən yüksəkdə duran uca
vəzifəli və çoxlu tiyulları olan Zeynal xan, Ağzıvar xan və başqaları.
Amma onların arasında təbil və bayraq sahibi olanları beş nəfərdən
çox deyildi ki, onların da on əzəmətlilərindən müqəddəs Məşhədin
hakimi, başqa əmirlərdən daha çox qoşun sahibi, şamlı mirzəbrinin
əksərinin onun qoşununda çalışdığı Vəli Xəlifə Ovçudur. Fulad
Xəlifə isə Həmədan vilayətinin hakimi idi. Başqası ilə Astrabad
hakimliyindən kənar edilən və sarayda yaşayan Süleyman Xəlifə idi.
Ustaclı tayfa əmirlərinin adlarının zikri:
[Bu tayfanın dal ölkələr alan Süleyman şanlı xaqanın və
cənnətməkan şahın zamanında Diyarbəkr hakimi Xan Məhəmməd,
onun qardaşı Qaraxan, Qılıncxan, Çayan və Köpək Sultan,
Müntəşa Sultan, Sədrəddin xan, Faruq Sultan, Abdulla xan,
Çuxursəd hakimi Şahqulu Sultan və sair kimi böyük əmirləri vardı.
Onların hamısının məhrusə məmləkətlərində ülkaları olmuşdur.
Həzrət cənnətməkan şahın taxta cülusunun əvvəllərində Div Sultan
Təkəlinin valilik təlaşı və inadına görə, həzrət şahın cülusunun
təsviri zamanı yazıldığı kimi, qəzəblənən ustaclı əmirləri bir neçə
müddət Gilanda yaşamışdılar, amma təkəlilərin hakimiyyətinin
bitməsindən sonra ustaclılar təzədən tam etibar qazandılar. O
həzrətin vəfatı zamanı, o tayfa üzvlərinin əksəriyyətinin əmirlik
rütbələri vardı və onlar təbil, bayraq, qoşun və böyük tiyullara sahib
idilər. Ali sarayda onların ən əzəmətlisi Həsən bəy Yüzbaşının oğlu
Hüseyn bəy idi. O, əmisi Nəzər Sultanın yerinə əmir olmuşdu və
adlı-sanlı şahzadə Sultan Mustafa Mirzənin lələsi idi. Şahın yanında
onun böyük qədir-qiyməti vardı və məsləhət-məşvərətli bir şəxs
kimi mülki işlərə qanşırdı. Yaxşı qoşunu olan Hüseyn bəy bu
qüdrətli dövlət adamlarından idi. Başqa biri, Teymur xanın oğlu
Muradxan Süfrəçidir ki, ali sarayın böyük əmirlərindən idi. O,
cənnətməkan şahın vəfatı zamanı Kəcur qalasını tutmağa getdiyi
üçün orduda deyildi. Başqası, Gilan əyalətlərindən kənar edilən və
ali sarayın əmirlərindən olan Allahqulu Sultan Kərampa
193
idi.
193
Mətndə səhvən "Kəracya" kimi getmişdir - Ş.F.
266
Başqası, saray əmirlərindən olan Piri bəy Qoçuludur. Həzrət şahın
vəfatı zamanı özünün iqtası olan Vəraminə getmişdi. Məhrusə
məmləkətlərinin əmirlərindən Pirə Məhəmməd xan Cavuşlu
Biyəpişin əmirülüərası və İmamqulu Mirzənin lələsi idi. O, böyük
əmirlərdən və qoşun sahibi idi. Başqası, Məhəmmədi xan
Toxmaqdır ki, Çuxur-Səd əmirülümərası idi, mötəbər böyük əmirlər
[zümrəsinə daxil] idi, qoşununun böyüklüyünə görə başqalarından
irəli idi. Həzrət cənnətməkan şahın vəfatı zamanı elçi sifəti ilə
Ruma getmişdi. O, İsmayıl Mirzə dövründə geri qayıtdı. Başqası,
Herat darüssəltənəsinin hakimi və Xorasan əmirülümərası olan
Şahqulu Sultan Yegandır. O, İran hakimliyinə çatan kamkar,
alimiqdar şahzadə Abbas bahadur xanın lələsi idi. İzzətli və məşhur
adam idi. O, böyük əmirlərdən və qoşun sahibi idi.
Başqası, Heratda yasaqçı (yasaqkeş) olan Nəzər Sultan
Asayeşoğludur. Onun Lusuyə və Quryanda ülkası vardı. Başqası,
Sərəxs hakimi Şahqulu Sultan Yeganın oğlu İbrahim Sultandır.
Başqası, ustaclıların şərəfli oymağından olan Xorasan çərxçibaşısı
Vəlixandır. O, Xəvafın və Baxərzin hakimi idi. Başqası, Xorasan
əmirlərindən olan və o vaxtlarda Tərşiz hakimi vəzifəsində işləyən
Mahmudxan Sufioğludur. Başqası, Murad xanın atası Teymur
xandır ki, Sistan hakimi və Bədiüzzaman Mirzənin lələsi idi.
Başqası, Şüştər və Dizful hakimi və mötəbər əmir olan Əlqovs
Sultan Çavuşlu idi. Başqası, mahifəqiyyəli oymağından olan
Şahqulu Sultan Qarınçaoğludur. O, Tiflisdə Davud xan Gürciyə
kömək etmək və onun işlərini yoluna qoymağa məmur edilmişdi.
Başqası, Xorasanda olan Keçəl Şahverdinin oğlu Mustafa Sultandır.
Bütün ustaclı əmirlərinin adlarını [bu səhifədə] zikr
olunmasının elə bir faydası yoxdur, [buna görə də,] zikr olunan
adlarla kifayətlənildi.
Türkman tayfa əmirlərinin adlarının zikri:
Onların ən əzəmətlisi Gülabi xanın nəvəsi Əmir xan
Mosulludur ki, sabiqdə adı çəkilən Əmir xan onun ulu babasıdır.
Həzrət Süleyman şanlı xaqanın zamanı o, qoşunla cahanpənah
[şah]ın sarayına gəldi, Mərvdə baş vermiş Şahi bəy Özbəklə olan
döyüşdə çoxlu igidlik göstərdi. Bir neçə dəfə Xorasan
əmirülümərası və həzrət cənnətməkan şahın lələsi oldu. Əmir xan
mötəbər və şanlı bir əmir idi. Həzrət cənnətməkan şahın öldüyü
267
əsnada Sistanda işdən çıxarıldı. Xorasan türbətində və ona tabe olan
yerlərdə Əmir xanın ülkası vardı. İsgəndər şanlı nəvvabın taxta
cülusu vaxtı o, yenilməz dövlət adamlarından idi. Başqası,
türkman[lar]ın böyük əmirlərindən olan Şahqulu xan Pornakdır. O,
İsfahanda idi. İsmayıl Mirzə zamanı Məşhəd hakimi və Xorasanın
yarısının əmirülümərası oldu. Başqası, Qum hakimi Heydər Sultan
Çabuq Tərxandır ki, sarayın böyük əmirlərindən idi. Başqası,
sarayın böyük əmirlərindən olan Yadigar Məhəmməd Tərxanın oğlu
Əbülməsum Sultandır.
Rumlu tayfası:
O vaxtlarda onların ən əzəmətlisi Şirvan əmirülümərası və
mötəbər əmirlərdən olan Marus xan idi. Başqası, ali sarayda
xəlifətül-xüləfa mənsəbi daşıyan Hüseynqulu Xüləfa idi. O, təbil və
bayraq sahibi olan əmirdi, olduqca mötəbər, məsləhət sahibi olan
adamdı. Diyarbəkrdən və Rumun hər bir tərəfindən ali saraya
gəlməkdə olan sufi tayfası tamamilə ona tabe idi. Başqası, Xoy
hakimliyindən gəlib ali sarayda olan Dəli Budaqdır. Başqası, ali
sarayda olan Qurban Sultandır.
Zülqədər tayfası: Sarayda onların on əzəmətlisi
Məhəmmədqulu Xəlifə Qoroğlu idi ki, yenilməz dövlət
adamlarındandı və səliqə-sahmanlı qoşunu vardı. Başqası, Astrabad
hakimi İbrahim xan Hacıların əmisi oğlu Məhəmməd Xəlifədir.
Başqası, Şiraz darülmülkünün hakimi və nəvvab Sultan Məhəmməd
Mirzənin lələsi Vəli Sultan Qılmançı-oğludur
194
. Başqası, Xorasan
Camının hakimi Tebet ağadır. Başqası, böyük əmirlərdən olan Lar
və Fars bəhrinin hakimi Şahqulu Xəlifədir. Başqası, İbrahim xanm
oğlu Mənsur bəy Hacilər
195
Xoyda idi.
Əfşar tayfası: Sarayda onların ən əzəmətlisi böyük
əmirlərindən olan Əmir Aslan Sultan Ərəşlidir. Onun böyük qoşunu
vardı və o, Sultan Əhməd Mirzənin lələsi idi. Başqası, Xəlilxan idi
ki, o da şanlı əmirlərdən olub, Kuhi-Giluyə hakimi idi. Onun
ixtiyarında on min əfşar ailəsi vardır. Başqası, Savə hakimi olan
böyük əmir Mahmud Sultan idi. Başqası, Yusifqulu Sultandır ki,
194
"Qılmançıoğlu" yox, "Qalxançıoğlu" olmalıdır - Ş.F.
195
Mətndə "Haci" sözü düşmüşdür — Ş.F.
268
qardaşı Yaqub Sultanın yerinə Kirman hakimi olmuşdu. Amma, hələ
də ali sarayda idi və Kirmana getmədi. İsmayıl Mirzə zamanında
qorçibaşı və dövlət adamlarından oldu. Başqası, Xəlil xanın qohumu
İsgəndər xan idi. O, Hezarcəribdə yaşayırdı. İsgəndər şanlı nəvvabın
zamanında Kuhi-Giluyə hakimi oldu. Başqaçı, Xorasanın Fərah və
Esfezar [şəhərlərin] hakimi Yegan Sultan idi və mötəbər əmirdi.
Başqası, Xorasanda olan Xosrov Sultan Koroglu idi. Başqası, başqa
əfşar əmirləri idilər ki, onların bir neçə nəfərinin zikri ilə
kifayətlənildi.
Qacar tayfa əmirlərinin adlarının zikri:
Şahverdi Sultan Ziyadoğlunun oğlu Yusif Xəlifə İbrahim
Sultanın əvəzinə Qarabag bəylərbəyisi və Sultan Əli Mirzənin
lələsi olmuşdu. O, amma hələ ali sarayda yaşayırdı. Başqası,
Damğan və Bəstam hakimi Əli Xəlifə Ağçalı idi. Başqası, Yusif
Xəlifənin qardaşı Süleyman bəy Ziyadoğlu idi. Süleyman Sultan
Şikəmoğlu da əmirlik mərtəbəsinə yüksəldi. Başqası, böyük mir
olan (mire-bozorg) Solaq Hüseyn idi ki, Gilanda ülkası vardı.
Başqası, o təbəqənin böyük əmiri olan Ərdoğlu Xəlifə idi. Gilanda
onun [da] ülkası vardı. Məhəmməd xan Təkəlinin qohumu Vəli
Sultan Şərəfəddinoğlunun Xorasanda bir az ülkası vardı. O tayfa
Əllamənin düşmən çıxmasına görə nəzərdən düşmüşdü. İsmayıl
Mirzə təkəlilərin nüfuzunun artmasına çalışdı və onlar etibar
qazandılar.
Talış tayfası: O təbəqənin böyük əmiri olan Bayandurxan
Astrabadda idi. Başqası, Həmzə Sultan ali dərgahın mötəbər
əmirlərindəndi. Başqası, Hacı Üveys Sultan mötəbər əmir idi.
Başqası, Qaraxan – Şurəgil və Çuxur Səd Ələskerdinin
196
hakimi idi.
Başqaları, Əlpavut və İbrahim Xəlifənin Çuxur Sədə ülkaları vardı.
Xunuslu tayfası: Hüseyn xan Sultan mötəbər əmir idi.
Kürd
tayfalar:
Şərəf
xan
Rudəki
Bitlis
197
əmirzadələrindəndi. Həzrət cənnətməkan şahın yanında təlim-
tərbiyə almışdı, mötəbər idi, Gilan Təngabonunun hakimi idi.
Başqası, Xəlil Sultan Siyahmənsur - Nəhas və Səvərluq hakimi idi.
196
Alaşkert - Ş.F.
197
Mətndə səhvən Tiblis kimi getmişdir - Ş.F.
269
Başqası, Oğlan Budaği Çekəni Xorasanda Xəbuşanın hakimi idi,
fars əmirlərindəndi. Başqası, Qılınc Xəlifə Baruki Çuxur Səd
əmirlərindən idi. Başqası, Teymur xan Ərdəlan Həsənabad və
Pələkan hakimi idi. Şah Rüstəm Abbasi və qardaşı Məhəmmədi -
hər ikisi Lurkuçekin hakimi idilər. Cənnətməkan şah [bir] ülkanı
qardaşlar arasında böldü, belə ki, Xavə və Eysər - Şah Rüstəmə,
Xürrəmabad və başqa yerlər Məhəmmədiyə verildi. Məhəmmədi
[şaha] xəyanət etdi, amma Şah Rüstəm öz bəndəlik yolundan
sapmadı, sadiq adam idi.
Çekəni tayfası: Mahmud Xəlifə və Məhəmməd Sultan
Cəlaloğlu hər ikisi Qarabağda Ziyadoğlunu qoruyurdu. Zunmər
Sultan da Qarabağda idi.
Cığatay tayfası: Gəraylı əmiri Mirzə Əli Xəlifə Xorasanda
idi. Mir Hüseyn Sultan Firuzcəngin oğlu İbn Hüseyn müqəddəs
Məşhədin Bənadkanında yaşayırdı, sonralar Sərəxs hakimi oldu.
Məşhur kutval Hacı Məhəmməd Sultan Xorasanda Savə və ona
mənsub yerlərin hakimi idi və əzəmətli seyidlərdəndi.
Şeyxavənd tayfası: Məsum bəy Səfəvinin oğlu Sədrəddin
ali dərgah əmirlərindən idi və adlı-sanlı şahzadə Sultan Hüseyn
Mirzəyə xidmət edirdi. Qardaşı Seyid bəy əzəmətli əmirlər silkinə
mənsub idi və Astrabadın hakimiydi. Cənnətməkan şahın vəfatı
ərəfəsində ondan dönmüşdü. Seyid bəy Kəmunə kimi məşhur olan
Seyid Süleyman Nəcəfi-Əşrəfin seyid və nəqiblərindən idi va Seyid
Məhəmməd Kəmunə övladlarındandır [Seyid Məhəmməd
Kəmunəo] Süleyman şanlı xaqının zamanında dövlətxahlıq edərək,
əmirlər silkinə daxil oldu. O, Bağdad Hilləsinin hakimi idi. Çaldıran
döyüşündə şəhid oldu. Seyid Süleyman cənnətməkan şahın etibarını
qazanmışdı. Şah onu dərgahın mötəbər əmirləri [silkinə daxil etdi]
və o, mübarək möhürün möhrdarı oldu.
Bunlardan başqa, ayrı-ayrı ölkələrdə hər tayfa və hər
təbəqənin başqa əmir və hakimləri də olmuşdur ki, onların da
təfsilatını verməyin faydası yoxdur.
ƏZƏMƏTLİ YÜZBAŞILAR, QİYMƏTLİ
QORÇİLƏR, EŞİKAĞASILAR VƏ YASOVULLAR
Həzrət cənnətməkan şahın vəfatı ərəfəsində dərgahda olan
əzəmətli yüzbaşılar, vəzifə sahibləri, qorçilər və başqa mülazimlər
altı min nəfər idilər. O cümlədən min beş yüz qorçi min beş yüz
270
nəfər daş qorçiləri, yasovullar, bükavullar və başqalardan ibarət olan
xidmətçilər. Bu yasovulların mötəbər qorçilərin, eşikağasıların,
qur
198
və divan yasavul paşalarının, mirşikarların, topçubaşıların
arasında hər təbəqə və hər tayfadan bir çox adam vardı ki, əmirlik
dərəcəsinə yüksəldilər. Əmirlik rütbəsinə çata bilməyənlər vardısa
da, amma onlar heç də əmirlərdən əksik deyildilər və hər birinin
imkanına görə əlli nəfərdən beş nəfərədək işə yararlı nökərləri [də]
vardı. Altı min nəfər də padşahın xüsusi mülazimi vardı. Onların
mülazimi və nökərlərinin [sayı] ki, səhih hesablana bildi
199
,
təxminən iyirmi min nəfər, bəlkə də, daha çox idi. Onların
igidliklərinə gəlincə, elə qorçilər vardı ki, əgər hansı bir döyüşdə
yüz nəfər şah qorçisi vardısa, onlar min nəfərdən ibarət qoşuna
bərabər döyüşürdülər.
Dostları ilə paylaş: |