AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1.68 Mb.
Pdf просмотр
səhifə1/13
tarix26.05.2017
ölçüsü1.68 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   13

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR
İNSTİTUTU
DƏDƏ QORQUD
Elmi-ədəbi toplu
İldə 4 sayı buraxılır
III (44)
BAKI - 2012

Toplu Azərbaycan Milli Elmlər Akademiyası 
Folklor İntitutunun Elmi Şurasının qərarı ilə çap olunur.
Baş redaktor: Tofiq HACIYEV
Redaksiya heyəti:
İsrafil Abbaslı,  Kamal Abdulla, Anar,  Şükrü  Haluk  Akalın
(Türkiyə),  Amanmırat  Baymıradov  (Türkmənistan),  Nizami
Cəfərov,  Məhərrəm  Cəfərli,  Paşa  Əfəndiyev,  Əfzələddin
Əsgərov,  İsa  Həbibbəyli,  Hüseyn  İsmayılov,  Tofiq  Məlikov
(Rusiya), Elxan Məmmədli, Törə Mirzəyev (Özbəkistan),  Qara
Namazov,  Bəkir  Nəbiyev,  Oljas  Süleymenov  (Qazaxıstan),
Osman Fikri Sərtqaya (Türkiyə), Sadık Tural (Türkiyə), Fikrət
Türkmən (Türkiyə)
Baş redaktorun müavini:
Seyfəddin Rzasoy
Məsul katib:
Tahir Orucov
İngiliscəsinə məsul:
Seyran Əliyev
Ruscasına məsul:
Aslan Məmmədli
Nəşrinə məsul:
Əziz ƏLƏKBƏRLİ
“Dədə Qorqud”. Elmi-ədəbi toplu, III. Bakı, “Nurlan” nəşriyyatı,
2012
ISBN 5-86874-062-7
© Folklor İnstitutu, 2012

3
2012/
III
Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar
Fil.e.d., professor, ADPU-nun kafedra müdiri
e-mail: ezizxan_tanriverdi@rambler.ru
“DƏDƏ  QORQUD KİTABI”NDA AT  KULTU
“DƏDƏ QORQUD  KİTABI”NDA AT KULTU
XÜLASƏ
Məqalədə “Dədə Qorqud kitabı”ndakı at kultu tarixi-linqvistik müs tə vidə tədqiq edi -
lir.  Türk-Oğuz  cəmiyyətində  ata  münasibət,  at  oğuldur,  at  qardaşdır,  at  xilaskardır,  at
qəh       rəmandan  üstündür kimi  məsələlər  təkcə  “Dədə Qorqud kitabı”  yox, həm də digər
mən bələr kontekstində araş dırılır.
Açar sözlər: “Dədə Qorqud kitabı”, türk, oğuz, at kultu
THE CULT HORSE IN “THE BOOK OF DEDE GORGUD”
THE CULT HORSE IN “THE BOOK OF DEDE GORGUD”
SUMMARY
In the article the horse cult in the Book of Dede Gorgud is investigated in the line of
historical-linguistic. In the organization of Turk-Oghuz the problems about the attitude
to the horse “It is a son”, “That is a brother”, “That is a hero and that is better than hero”
not investigated only in “The Book of Dede Gorgud” but also in other sources.
Key words: “The Book of Dede Gorgud”, Turk, Oghuz, the horse cult
КУЛЬТ КОНЯ В «КНИГЕ ДЕДЕ КОРКУТ
КУЛЬТ КОНЯ В «КНИГЕ ДЕДЕ КОРКУТ
A
A
»
»
РЕЗЮМЕ
В статье культ коня в «Книге Деде Коркутa» исследуется в историю-лингвис -
тическом аспекте. Отношение к коню в тюрко-огузском обществе, также вопросы
как  конь-сын,  конь-брат,  конь-спаситель,  конь  выше  героя  рас сматриваются  не
только па примере «Книги Деде Коркутa», по и других источниках.
Ключевые слова: «Книга Деде Коркутa», тюрк, огуз, культ коня
Məsələnin  qoyuluşu  və  işin  məqsədi. Məlum  olduğu  kimi  türk  cə -
miy  yətində ata münasibət digər heyvanlara münasibətdən çox fərqlənmiş -
dir. At belində gündoğandan, günbatanadək hərəkət edən türk lər ata çox
bö  yük qiymət vermişlər. Ata olan bu münasibət şifahi və yazılı qay naq lar -
da öz əksini tapmışdır. Məqsədimiz “Dədə Qorqud kitabı” və digər mən   -
 bələrdə qeyd olunmuş ata münasibətin araşdırılmasından, atın kult sə viy-
yə sinə yük səlməsi səbəblərini incəlməkdən ibarətdir.
Tarixi mənbələrdə insanların at saxlamağa tunc dövründən başlaması,
atçılıq təsərrüfatının bir sıra qədim xalqların, məsələn, skiflərin həyatında
həlledici rola malik olması xüsusi olaraq vurğulanır. Azərbaycanda altı-

4
2012/
III
yeddi min il bundan əvvəl əhliləşmiş iki at cinsinin olması da müəyyən -
ləş  dirilmişdir. “Türk dillərində zooloji leksikanın zənginliyi (elə tatar di -
lin     də at növləri adlarını bildirən 40-dan artıq söz vardır) atın əhli ləş di ril -
mə sinin türklərə məxsus olduğu fikrini təsdiqləyir”(1, 61). Bu rada İ.Cə -
fər zadənin bir fikrini xatırlatmaq lazım gəlir: “...Qobustanda Yazılı tə  pə  də
bir daşın üzərində çılpaq atın ağzına gəm (dəmir, çubuq və s.-dən to xun -
muş tor – Ə.T.) verilmişdir. Atı minən şəxsin əlində yabayaoxşar si lahla
maral ovladığı təsvir edilmişdir”(2, 45).  Bu fakt “Kitab”da atla ov et mə
səh nələrinin  təsadüfi olmadığını  təsdiqləyir:  “Av  avlayu  gəzərkən  ögin   -
dən bir yaralu keyik çıqdı. Bəkil buŋa at saldı. Buğanıŋ ardından ir di…”
O.Ş.Gökyay atla bağlı əfsanə və rəvayətlərdən geniş şəkildə bəhs et -
mişdir: “Türküstandakı soğd qəbilələrinin əfsanələrinə görə, göydən düş -
 müş və misdən yapılmış bir at tapıldı. Bu at yarıya kimi torpağa gö mül -
müş vəziyyətdədir… İqdırın Bayat kəndindəki bir rəvayətə görə, göydən
enən atın ağzı böyük imiş, insan yeyən bir heyvan imiş, sonradan bir göl -
də su atı (ayğırı) ilə ciftləşmiş və bugünkü at meydana gəlmişdir… Türk   -
 lərin dənizdən (göldən), yaxud dağdan çıxan ilahi ayğırlardan tö rə yən sü -
rətdə əmsalsız atları vardır” (3, 431-432). Türk mifologiyasına isti na dən
söylənilmiş bu cür fikirlər  K.Vəliyevin əsərlərində də müşahidə olu nur:
“Mifologiyada ən qiymətli cins atlar dəniz ayğırı ilə cütləşmiş qıs raq ların
doğduğu atlardır. Onlar üzərək dənizləri də aşırlar... Sudan çıxan ayğırlar
haqqında bir əfsanədə deyilir ki, onların sayı qırxdır, özləri də sehr lidir.
Də nizdən çıxıb bulaq suyu içəndə onları tutub  minsələr, ayğırlar çox se -
vinir, həmin adamla birlikdə qalır, daha dənizə qayıtmırlar” (4, 19). De -
məli, “Kitab”dakı “dəniz qulunu Boz ayğır”, “Boz at” kimi vahid lərin mi -
foloji əsası vardır. 
T.Hacıyev yazır: “Çöllünün – türkün – qıpçağın üç arzusu olub: at yə -
hərləmək; ət yemək; arvad almaq... Qıpçaq öz uşağına əvvəl atda oturma -
ğı, sonra yeriməyi öyrədib... Atla davranış mədəniyyətinin ustadı qıp çaq -
dır – türkdür. Türk cilovun, ram etməyin ustalığını atın üstündə kəşf etdi
– sonra asanlıqla ölkələri cilovladı” (5, 191-192). Bu fikirlər sanki Mu rad
Adcının “Qıpçaq çölünün  yovşanı” kitabı yox, məhz ”Dədə Qor qud  ki -
tab”ı barədə deyilib. Çünki türkün üç arzusu “Kitab”ın, demək olar ki, hər
bir boyunda obrazlı şəkildə ifadə olunmuşdur: at yəhərləmək. Uru turdı,
təvlədən bir şahbaz at çıxardı, əyərlədi, geyimin geydi; ət ye mək. Atdan-
ay ğırdan, dəvədən buğra, qoyundan qoç qırdırdı... Bəli, ağam Qazan, ge -
cədən bir  quzı bişürüb dururam; arvad almaq. Mən qırıma varmadan ol

5
2012/
III
maŋa baş gətürmək gərək! Bunıŋ kibi qız alı ver, baba, maŋa. T.Hacıyevin
“atla davranış mədəniyyətinin ustadı qıpçaqdır – türkdür” – fikri isə elə
bil, “Beyrək at köksin qucaqladı” cümləsindən doğan məntiqi nə ticədir.
“Manas” , “Alpamış”, “Koblandı Batır”, xüsusən də “Dədə Qorqud ki -
tab”ı  kimi  türk  eposlarında  atın türk cəmiyyətindəki rolu poetik şəkildə
ifadə olunur. Yeri gəlmişkən, türk atları rus tarixi və etnoqrafiyasında da
xü  su si olaraq qiymətləndirilir: “Orlov döyüşlər gedə-gedə atları Rusiyaya
göndərir... bunlar nəinki qiymətli atlar idi, hətta dünyanın ən gözəl nadir
atları hesab olunurdu... Orlovun məftun olduğu ağ türk atı ona dörd bala
ver  dikdən  sonra  qəflətən  ölür...  II  Yekaterina  Pyotra  onun  əzəmətində
hey  kəl qoymaq istəyirdi... Felkone (heykəltaraş) heykəl üçün gözəl at so -
raq layır:  qraf  Orlovun  tövləsindən    “Kapriz  və  Brilliant”  adlı  iki  gözəl
türk atı gətirirlər. Pyotrun mindiyi bu cilov gəmirən qızğın atın görünüşü
bu dəli çarın özündən də təsirli idi. Tezliklə heykəl xalq arasında “Mis sü -
va ri (mednıy vsadnik) adını alır” (1, 59-62). 
Türkologiyada atın qədim türk cəmiyyəti üçün yaxınlıq dərəcəsi mü -
əy  yənləşdirilmiş, at, ad və ata sözlərinin eyni kökdən törədiyi, semantika
baxımından eyni yuvaya daxil olduğu əsaslandırılmışdır: “Qədim türklər -
də ad (şəxs adı) “at” şəklində işlənmişdir. İlk baxışda elə hiss olunur ki,
“ad” və “at” arasında heç bir bağlılıq ola bilməz. Əslində  isə Azərbaycan
və digər türk dillərində atın bu qədər yüksək qiy mətləndirilməsinin əsas
sə bəbi “ad” (şəxs adı) ilə “at” (heyvan) sözlərinin eyni məna ifadə etməsi
ilə bağlıdır. Şəxsə ad verəndə elə at da verilirdi. Ad almaq  həm də at al -
maq demək idi... Ata və at məsələlərinin ön plana çəkilməsi təsadüfi de -
yil dir. “Ad” və “at” sözləri eyni sözlər olduğu kimi, “ata” sözü də “at” sö -
zün  dən törəmişdir. Burada “at” kök, -a isə sözdüzəl dici şəkilçidir” (6, 75-
76). Deməli, at, ad və ata sözlərinin eyni kökdən törəməsi məhz at və cə -
miyyət kontekstində dəqiq ləş diril mişdir. Bu etimoloji araşdırmaların düz -
günüyünü təsdiqləyən ən mö təbər mənbələrdən biri isə “Kitab” hesab olu -
nur.  Çünki  “Kitab”da  Oğuz  igidinin  atı  ilə  bərabər  ad  almasına  təsadüf
olu  nur:  Sən  oğlıŋı  “Bamsam”  deyü  oxşarsan:  bunıŋ  adı  Boz  ayğırlıq
Bam   sı  Beyrək  olsun!  Bu  cümlə  “Kitab”ın  75-ci  səhifəsində  işlənmişdir
(Drez   den nüsxəsindəki səhifə nəzərdə tutulur). “Kitab”ın 70-ci səhifəsin -
də “boz ayğır”ın apelyativ kimi işlənməsi də (...dəŋiz qulunı – boz ayğır
al dılar) igidin atı ilə bərabər ad aldığını təsdiqləyir. Yaxud Oğuz igidi ad
alarkən ona bəylik, taxt və at verilmişdir:

6
2012/
III
Hey Dirsə xan! Oğlana bəglik vergil,
Təxt vergil, – ərdəmlidir!
Boynı uzun bədəvi at vergil,
Binər olsun, hünərlidir!
Folklorumuzdakı  “Dədəm  Qorqud  bir  ad  verdi;  Qoç  Koroğlu  bir  at
ver  di” misraları da dediklərimizi arqumentləşdirir.
Qeyd etdiyimiz kimi, “Kitab”da eyni sözün at və qəhrəman adları kimi
işlənməsinə təsadüf edilir: Qoŋur at (zoonim), Qoŋur qoca (antroponim).
Bu, türkün ata olan sevgisi, doğmalıq və yaxınlığının ən mühüm göstəri -
ci  lərindən hesab oluna bilər. At və qəhrəman adlarındakı ilk səslərin eyni -
liyi, daha doğrusu, alliterasiyası da atın cəmiyyət tərəfindən xüsusi olaraq
dəyərləndirildiyini təsdiqləyir: b – b. Beyrək – Boz ayğır; q – q. Qazan –
Qoŋur at, Qanturalı – Qazlıq  at. Bu cür  yaxınlıq eyni sözün epitet kimi
qəh rəman və atla bağlı sözlərdən əvvəl işlənməsində də özünü göstərir:
şahbaz yigit, şahbaz at, şahbaz ayğır. Burada bir cəhəti də qeyd edək ki,
Orxon-Yenisey abidələrində alp titulunun təkcə qəhrəmana yox, həm də
ata  aid  olması  müəyyənləşdirilmişdir:  Alp  Şalçı  zoonimi  (Köl  teginin
atlarından birinin adıdır).
“Kitab”da obrazlı şəkildə ifadə olunur ki, cəmiyyətə qovuşmaq üçün
ilk  olaraq  at  minməyi  öyrənmək  lazımdır.  Bu,  Oğuz  cəmiyyətinin  əsas
prinsiplərindən  biridir...  Heyvanla  müsahib  olmağıl!  Gəl,  yaxşı  at  bin.
Yax  şı yigitlər ilə eş yort! Bu cümlə, eləcə də “At basubən, qan sümürər”
cümləsi məhz adı olmayan bir Oğuz igidi barədə  deyilmişdir. Bu məna-
da Dədə Qorqudun həmin “qaçmağı adam kimi olan” varlığa “Oğlanım,
sən insansan”, – deyərək “Basat” adını verməsi təsadüfi hesab oluna bil -
məz: birincisi, ona görə ki, “at basubən” feli birləşməsi inversiya ilə işlən-
sə  (-ubən  feli  bağlama  şəkilçisinin  ixtisarı  ilə),  bas+at  +  basat  modeli
alınır (7, 82); ikincisi, yaxşı at minməyi öyrənmək cəmiyyətə qovuşmağın
ən əsas yolu hesab olunur; üçüncüsü, “boy”un məzmunundan aydın olur
ki,  təbiətdən cəmiyyətə gələrək  “Basat” adını  alan (qaçmağı  adam kimi
olan varlıq) nəinki cəmiyyətə qovuşur, hətta cəmiyyəti məhv etmək istə -
yən qorxunc bir qüvvəni – Təpəgözü sıradan çıxarır.
“Kitab”da elə epizodlara rast gəlinir ki, orada  real olaraq at, at çapma
və atçılıqdan söhbət getmir: Təkur övrəti aydır: “Dinüŋ içün Qazan bəg,
yedi yaşında bir qızcuğazım ölmüşdür, kərəm eylə, aŋa binmə!..” Qazan
aydır: “...Bir adam gətürüŋ binəyim, sizi ögəyim!..” Kafəriŋ arxasına əyər

7
2012/
III
saldı, ağzına uyan urdı... Uyanın çəkdi, ağzın ayırdı, kafəri öldürdi... Bu
sin taktik  bütövə  müxtəlif  prizmalardan  yanaşılmışdır.  Məsələn,  “...əski
etiqadi görüşlər “Kitab”ın hansı çağların məcrasını özündə birləşdirdiyini
də  bizə  göstərir”,  –  deyən  B.Abdulla  M.H.Təhmasibin  belə  bir  fikrini
təqdim edir: “Ta ibtidai dövrlərdən bəri insanın nəzərini cəlb edən mürək -
kəb və əsrarəngiz hadisələrdən birisi ölüm idi... ictimai inkişafın bu mər -
hə ləsini keçirən insan ölümə, öləni həyatdan, yəni yaşayanlardan tama mi -
lə ayıran, təcrid edən bir hadisə kimi baxmamışdır. Bu dövrün dini etiqad-
larına görə, insan öldükdən sonra da əvvəlki kimi yaşayır, yeyir, içir, gə -
zir, öz evi, ailəsi, nəsli, hətta mənsub olduğu tayfası ilə daimi əlaqə sax -
la  yırmış... təndirə yapılan son çörək ölənlərin payı sayılmış, ruh günü sa -
yı lan  cümə  axşamında  bişirilən  xörəkdən  bir  pay  ayırıb  bacanın  yanına
qo yulmuş, aidiyyətli bayramlarda, qəbiristanlığa gətirilmiş xonçalardakı
nemətlərdən qəbir üstə pay qoyulmuş və s. Ölənin də bunlardan mütləq
da dacağına inanmışlar” (8,  188-189). Qazan obrazına kompleks şəkildə
mü  nasibət bildirən Anar yazır: “...Yumorunu, zarafatını, məzəsini Qazan
əsirlikdə də itirmir. Təkurun övrətini inandırır ki, ölülərinə gətirdiyi ye -
mək lərin hamısını tutub əllərindən alıram, həm də ölülərinizin yorğasına
minər  və  kahinlərini  yedərəm.  Biçarə  Təkur  arvadı  Qazana  yalvarır  ki,
beş yaşında bir qızcığazı ölüb, barı onu  minməsin. Qazan: Ölülərinizdə
on dan yorğa yoxdur. Həp ona minirəm – deyir. Bu qara yumoruyla Qazan
zindanın zirzəmisindən qurtulur, üzə çıxır” (9,87). Hər iki izah inandırıcı
görünür. Belə ki, Azərbaycandakı, eyni zamanda digər türk ölkələrindəki
dəfn abidələrindən tapılmış yaraq-əsləhəli at skeletləri, at heykəlli qəbir
daşları M.Təhmasibin qənaətlərinin düzgün olduğunu arqumentləşdirirsə,
“Kitab”da işlənmiş “mərə kafərlər, bu ərəbəyi beşigim sandım. Sizi yam -
ru-yumrı tadım-dayəm sandım” tipli cümlələr, eləcə də “Ölən adam diril -
məz, çıxan can gerü gəlməz” kimi atalar sözləri də Anarın fikirlərini qüv -
vət ləndirir.
Təqdim etdiyimiz sintaktik bütövlərdəki atçılıqla bağlı  sözlər mətnin
lek sik mənasının qavranılmasında xüsusi çəkiyə malikdir: binmək, yorğa,
uyan, əyər... Deməli, atçılıqla  bağlı sözlər “qara yumorlarda”da məntiqi
mər   kəz rolunda çıxış edir. Bu da atın türk – Oğuz cəmiyyətində əvəz edil -
məzliyini təsdiqləyən faktorlardan biri kimi görünür.
At oğuldur
“Kitab”da  atın  dostdan,  qardaşdan,  hətta  oğuldan  üstün  tutulduğunu
təsdiqləyən detallar müşahidə olunur: Bərü gəlgil, qulunım oğul! Qazanın

8
2012/
III
dilindən  verilmiş bu misrada metaforikləşmiş “qulunım oğul” müraciəti
Uruza  ünvanlanıb,  sevimli  oğlum,  gözəl  oğlum,  körpə  oğlum  və  s.
mənaları ifadə edir. Deməli, “qulunum oğul” müraciəti metaforik-poetik
funksiya daşıyır. Atın oğuldan üstün tutulması da məhz bu konteksdə mü -
əy yənləşir. Burada Qazan  və at münasibətlərinin bəzi cəhətlərini ümu mi -
ləşdirmək  lazım  gəlir:  1.  Qeyd  etdiyimiz  kimi,  Qazan  xan  və  Qoŋur  at
adlarını “q” səsinin alliterasiyası birləşdirir; 2. Qazan xan atı qəh rə man -
dan üstün hesab edir: “Hünər atındır”; 3. Qazan xan yeganə obrazdır ki,
onun dilində atla bağlı məsəl verilmişdir: “At işləməsə, ər ögünməz”. Bu
mə səlin dastandan leytmotiv kimi keçdiyi xüsusi olaraq vurğulanır. 4. Qa -
zanın bir sıra epitetləri atla bağlıdır: Qoŋur atıŋ ayası! Qaragöz atıŋ belinə
yatan Qazan! Bu mənada Qazanın dilində “qulunım oğul” ifa dəsinin  iş -
lənməsi  təbii  qarşılanır,  həm  də  bu  müraciət  onun  dilindəki  Oğul!... Ay
oğul!... Arslanım oğul!.. Oğul, oğul, ay oğul!... Canım oğul! kimi müra -
ciətlərlə  bir  sırada  dayanır.  Digər  tərəfdən,  həmin  müraciətin  semantik
yükü Qazanın dilindən verilmiş başqa parçalarla səsləşir:
Oğul, oğul, ay oğul
Qarşu yatan qara tağım yüksəgi oğul! 
Güclü belim qüvvəti, canım oğul!
Qaraŋ ulu gözlərim aydını oğul!
Burla xatunun dilində “quluncıq”  sözünün  metaforik-poetik funksiya
daşımasına,  oğul  mənasında  işlənməsinə  təsadüf  olunur:  Qulıncığı  kiş -
nəyüb belə keçdi. Qulıncığım aldırmışam, kişnəyəyinmi? Burada “qulun -
cıq”  sözünün  oğul mənasını ifadə  edən  metafora  kimi  işlənməsi mətnin
se mantik  yükü  kontekstində  müəyyənləşir.  Maraqlıdır  ki,  bu  cür  me -
taforalar yalnız Qazan xanın  və onun xanımının – xanımlar xanımı Burla
xatunun  dili  baxımından  səciyyəvidir.  Burla  xatunun  dilindən  verilmiş
başqa bir parçaya diqqət yetirək: 
Dünlügi altun ban evimiŋ qəbzisi oğul!
Qaza bəŋzər qızımıŋ – gəlinimüŋ çiçəgi oğul!
Oğul, oğul, ay oğul!
Toquz ay tar qarnımda götürdigim oğul!
On ay deyəndə dünyaya gətürdügim oğul!
Tolması beşikdə bələdügim oğul!

9
2012/
III
Bu misralar semantika baxımından “Quluncığım aldırmışam, kişnəyə -
yin mi?” misrası ilə eyni xətdə birləşir. Daha doğrusu, “qılıncığım” sözü
həmin misralardan doğan məntiqi nəticə kimi görünür. Bir cəhəti də qeyd
edək ki, Oğuz elinin ən böyük qəhrəmanı Qazan xanın və birinci xanımı
Burla xatunun Uruz barədə dedikləri əzizləmə, oxşama çalarlı qulunum,
quluncuğum vahidləri təkcə bir ailənin yox, bütövlükdə Oğuz cəmiy yə -
tinin səciyyəvi cəhətlərini əks etdirir.
At qardaşdır
“Kitab”ın hər bir boyunda, xüsusən də “Baybörənin oğlu Bamsı Bey -
rək boy”unda at yüksək qiymətləndirilir. Məsələn, Beyrək Boz ay ğırın al -
nını  açıq  meydanlara,  gözlərini  gecə  çırağına,  yalını  yumşaq  ipə yə,
qulaqlarını iki qoşa qardaşa bənzətməklə kifayətlənmir, onu qardaşından
və yoldaşından artıq hesab edir, köksünü qucaqlayır, iki gözün dən öpür:
Açuq-açuq meydana bəŋzər səniŋ alıncuğıŋ,
Eki şəbçırağa bəŋzər səniŋ gözcigəziŋ,
Əbrişimə bəŋzər səniŋ yəlicigiŋ.
İki qoşa qartaşa bəŋzər səniŋ qulacuğuŋ.
Əri muradına yetürər səniŋ arxacığıŋ.
At diməzəm saŋa qartaş deyərəm,
Qartaşımdan yeg!
Başıma iş gəldi, yoldaş deyərəm,
Yoldaşımdan yeg! – dedi.
At başını yuqarı tutdı, bir qulağın qaldırdı, Beyrəgə qarşu gəldi. Bey -
rək at köksin qucaqladı. İki gözün öpdi. Sıçradı bindi...
“Kitab”da qardaşın qardaşa münasibəti təsvir olunan sintaktik bütövlər
təkcə  formasına  deyil,  həm  də  semantikasına  görə  yuxarıdakı  parça  ilə
səsləşir: 
Ağzıŋ içün öləyim, qardaş!
Dilüŋ içün öləyim, qardaş!
Ərmi oldıŋ, yigitmi oldıŋ, qardaş!
Qəriblığa qardaşıŋ istəyü sənmi gəldiŋ qardaş?
Müqayisə və qarşılaşdırmalar belə bir fikri reallaşdırır: Atın qardaşdan
üstün tutulması metaforik-poetik şəkildə ifadə olunmuşdur (At diməzəm

10
2012/
III
saŋa qartaş deyərəm, Qartaşımdan yeg!). Yeri gəlmişkən, “qulunum oğul”
müraciəti  ilə  “At  diməzəm  saŋa  qartaş  deyərəm”  cümləsini  insan  və  at
münasibətləri  kontekstində  modelləşdirdikdə  belə  bir  nəticə  alınır:  oğul
(insan) = qulun (at); at = qardaş (insan). Bu modellərdə tərəflərin yeri də -
yişdirilsə belə, nəticəyə təsir etmir. Əksinə, həmin münasibətlərin (insan
və at) vəhdətdə olması daha aydın görünür: qulun (at) = oğul (in san); qar -
daş (insan)=at. Bu qarşılaşdırmanı ona görə təqdim edirik ki, qorqud şü -
naslıqda, ümumən türk folklorşünaslığında atın qardaşdan üstün tutul ma -
sından kifayət qədər bəhs olunsa da, atın oğuldan üstün tutul masına ötəri
də  olsa  münasibət  bildirilməmişdir.  Təqdim  etdiyimiz  nümu nə lərin  se -
mantik tutumu isə bütün parametrlərinə görə atın oğuldan üstün tu tul du -
ğunu təsdiqləyir. 
Türk epos təfəkkürünün ən gözəl, ən nadir inciləri sırasında duran yu -
xa rıdakı parçada Boz ayğırın təriflənməsi, onun qardaşdan artıq tutulma -
sı, eyni zamanda onunla davranış mədəniyyəti son dərəcə poetik bir dil lə
çatdırılır. Maraqlıdır ki, bu parçanın semantik yükü “Koroğlu” das ta nın -
da, demək olar ki, eynilə saxlanılmışdır. Dəqiq desək, burada da at yük -
sək dəyərləndirilir, qardaşa bərabər tutulur. Bəzi detallara diqqət ye tirək:
Koroğlu Qıratı yüksək  qiymətləndirir, onu səksən min sərkərdə dən, sək -
sən min ilxıdan, səksən min atdan, səksən min mahaldan, səksən min ko -
tandan ...üstün hesab edir. Mübaliğələr silsiləsindən ibarət olan şei rin son
bəndi daha qüvvətlidir:
Koroğlu dövlətin endirsə düzə,
Say götür hamısın səksən min yüzə.
Səksən min gəlinə, səksən min qıza,
Səksən min ərgənə, dula da vermə!
Koroğlu atı igidin qardaşı kimi dəyərləndirir:
Yaz olanda dağa yollat,
Yay olanda ifçin nallat,
Qış olanda məxmər çullat,
At iyidin qardaşıdı...
Koroğlu da Beyrək kimi atla qardaş, yoldaş münasibəti saxlayır, dav -
ranış mədəniyyəti nümayiş etdirir: ...Koroğlu irəli yeriyib qollarını doladı

Qıratın  boynuna.  Üzündən-gözündən  öpüb,  yalını-yalmanını  tumarladı,
if çin  yəhərləyib  töylədən  çıxardı...  Bu  mətn  Beyrəklə  bağlı  deyilmiş
“Bey rək at köksin qucaqladı”, “İki gözin öpdi” tipli cümlələrin semantik
yükü ilə birbaşa bağlanır.
“Koroğlu”  eposundakı  Qırat  “Kitab”dakı  Qoŋur  at,  Boz  ayğır,  Qara
ay  ğır kimi atların ümumiləşdirilmiş obrazıdırsa, İsmayıl Şıxlının yaratdı -
ğı at obrazı, daha dəqiqi, “Qəmər” bu atların hamısının ümumiləş diril miş
obrazı  kimi  çıxış  edir.  Müəllifin  “Dəli  Kür”  romanını  oxuyanda  Qə mər
obrazının necə ustalıqla yaradıldığının şahidi olursan, istər-istəməz Qazan
xanın  Qonur  atı,  Beyrəyin  Boz  ayğırı,  Koroğlunun  Qıratı  yada  düşür.
Cahandar ağa da Qəmərə adi at kimi baxmır, onunla sanki bir insan kimi,
dost kimi, qardaş kimi davranır, ona nəvaziş göstərir, başını sinəsinə sıxıb
gözünü oxşayır, ata həddindən artıq ehtiram göstərir ki, bu da at kultunu
xatırladır:  “...Qəmər sahibini görəndə başını tərpədib oxrandı və gözünü
zilləyib sahibinin üzünə baxdı. Sanki “bizi bu istidə niyə öldürürsən?” –
demək istədi. Cahandar ağa onun yalını sığalladı, boynunu qaşıdı, başını
sinəsinə sıxıb gözünü oxşadı. At sahibinin nəvazişini duydu və nazlı gə -
lin lər kimi cilvələndi. Cahandar ağa az qaldı Qəməri köksünə basıb üz-
gö zündən öpsün. Onların arasındakı ünsiyyət bir heyvanla insan arasında
olan  dostluqdan daha çox iki sirdaşın, ağır gündə bir-birinə kömək durub
ha raya çıxan  iki adamın mehribanlığına bənzəyirdi”. Bu parçadakı ən ki -
çik detal belə Beyrək və Boz ayğırla, eləcə də Koroğlu və Qıratla bağlı
təq dim  etdiyimiz  sintaktik  bütövlərlə  səsləşir.  Sanki  İ.Şıxlı  “Kitab”  və
“Koroğlu”dakı həmin parçaları daha təkmil, daha zəngin formada oxu cu -
suna çatdırır. Amma bu da var ki, İ.Şıxlı həmin mənbələrdən fərqli ola raq,
at və qəhrəman münasibətlərinin yalnız təsvirini verməklə kifayət lənmir,
həm  də  bu  hadisələrin fəlsəfi  əsaslarını,  psixoloji  momentlərini  bir  tən -
qidçi  kimi  müəyyənləşdirməyə  çalışır.  Daha  doğrusu,  İ.Şıxlı  yuxarıda kı
parçanın ilk hissəsində yazıçı, son  hissəsində isə tənqidçi kimi gö rünür.
Son cümlədə işlənmiş insan, heyvan, ünsiyyət, münasibət, dost luq, mehri -
banlıq, sirdaş və s. kimi sözlər daha çox tənqidi yazı daxilində psi xoloji
momentləri ifadə edən detallar kimi çıxış edir ki, bu da dediklə rimizi ar -
qumentləşdirir.
Qəmərin yalının, quyruğunun qırxılması Cahandar ağa üçün ən böyük
dərdə çevrilir: “...Onlar bir daha sataşmışdılar, onu təhqir etmişdilər, onun
qüruruna toxunmuşdular. Kişinin namusu üç şeydir: at, arvad, bir də pa -
paq. Bunlara toxunmaq, onun namusunu ayaq altına alıb tapdalamaq de -
11
2012/
III

12
2012/
III
mək  idi.  Onu  diri  gözlü qəbrə soxmaq,  sinəsinə  çal-çarpaz  dağ  çəkmək
idi... Kişi lap sarsıldı. Hiss etdi ki, hətta bacısının ölümü belə ona bu qədər
ağır gəlməmişdi. Arvadı Zərnigarın, oğlu Şamxalın küsüb getməsi də onu
bu qədər yandırmamışdı. Cahandar ağaya elə gəldi ki, ürəyi partlayır. Kişi
hövlündən nəfəs belə ala bilmirdi...”. Deməli, Cahandar ağa üçün Qəmər
oğuldan, arvaddan, bacıdan üstündür. Bu müstəvidə o, Qazan xan, Koroğ -
lu kimi sələfləri ilə bir sırada durur.
Cahandar ağa Qəməri özünün qardaşı, sirdaşı, harayçısı, dardan çıxa -
ranı bilir: “Cahandar ağa tüfəngini dizinin üstünə qoyub donmuşdu. Tüs -
tü-duman içində ata baxdı. İndi mən nə edim, Qəmər? Axı, sən mənim sir -
daşım,  dar  günümdə  harayçım  idin.  Sən  məni  çox  dardan  çıxartmısan.
Sən mənim ürəyimdən keçənləri balaca bir işarədən başa düşürdün. Sən
quşdan ayıq və ehtiyatlı bir atsan, Qəmər. Çox qaranlıq gecələrdə, mən -
dən  qabaq,  yolda  təhlükə  olduğunu  sən  başa  düşübsən.  Qulağını yapıx -
dırıb  sakitcə  dayanmısan  və məni başa salmısan ki,  irəli getmək olmaz.
Məndən qabaq özün yolu dəyişmisən, Qəmər. Bir toyda, bir nişanda geri
qalmamısan, hələ indiyəcən cıdırlarda səni keçən olmayıb. Məni utan dır -
mamısan, həmişə başımı uca eləmisən. Neçə dəfə mən sənin yalına yatıb,
“gözlərinə qurban, Qəmər, əlac sənə qalıb demişəm” . Sən quş kimi qanad
açıb məni güllənin altından çıxartmısan. Mən səni özümə qardaş, sirdaş
bilirdim, Qəmər, sən kişnəyəndə ürəyim dağa dönürdü. Şahə qalxıb fır la -
nanda  elə  bilirdim  yeri,  göyü  mənə  bağışlayırlar.  Qəmər,  indi  mən  nə
edim, sənin rüsvayçılığına necə dözüm?”. Bu parça ilə bağlı bəzi cəhətləri
ümumiləşdirmək  lazım  gəlir:  Nəsrlə  şeirin  sintezindən  yoğrulmuş,  son
dərəcə bədii-estetik dəyərə malik olan bu parça müasir Azər baycan nəs-
rinin  ən  gözəl  nümunəsi  kimi  görünür;  Bu  parça  atla  bağlı  qədim  türk
etnoqrafiyasının yeni formada təzahürüdür; At və qəhrəman münasibət lə -
rinin ən əsas cəhətlərinin poetik şəkildə canlandırılması müşahidə olunur;
“Dəli Kür” romanını Cahandar ağasız, Cahandar ağanı isə Qəmər siz tə -
səv vürə gətirmək mümkün deyil. Bu mənada Cahandar ağa və Qəmər ob -
razları Beyrək və Boz ayğır, Qazan xan və Qonur at, eləcə də Koroğlu və
Qırat obrazları ilə bir sırada durur;  At adı kimi məhz “qəmər” (Qəmər)
apelyativinin seçilməsi təsadüfi deyil. Birincisi ona görə ki, İ.Şıxlının ya -
ratdığı “Qəmər” obrazı gül suyu içən, badam yeyən, yelqanad olan, əf sa -
nələşmiş  “Qəmərday”la  səsləşir.  İkincisi,  Y.V.Çəmənzə minlinin  “İki  od
arasında” romanında işlənmiş Qəmər  zo onimi ilə eyni xətdə birləşir: O
za man Quba xanı Fətəlinin bir cüt məşhur atı vardı: birinin adı Qəmər, o

13
2012/
III
birinki  Şahbaz  idi.  Üçüncüsü,  Qəmər  at  zoonimi  ümumən  folklorumuz
baxımından səciyyəvidir; Bu parçada İ.Şıxlının şirin və zəngin dili sanki
onun şəxsiyyəti ilə qovuşuq vəziyyətdədir; Nəhayət, Qəmərlə bağlı təq -
dim etdiyimiz parça belə bir bayatını yada salır:
Əzizim, ozan ağlar,
Söz qoşub yazan ağlar.
Kəhər at vuruldu,
Ünləyib ozan ağlar.



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə