AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu əLİ ŞAMİl c olan



Yüklə 0.78 Mb.
Pdf просмотр
səhifə1/9
tarix27.06.2017
ölçüsü0.78 Mb.
  1   2   3   4   5   6   7   8   9

AZƏRBAYCAN MİLLİ  ELMLƏR AKADEMİYASI 

FOLKLOR İNSTİTUTU

ƏLİ ŞAMİL

C OLAN

TÜRKMANLARI

(folklor və etnoqrafiya örnəkləri)

B A K I- 2 0 1 4

Bu kitab Suriya Türkmanlarmm haqları uğrunda 

mübarizə aparan ərdəmli insanlara həsr edilir.

ELMİ REDAKTOR: 

Arif RƏHİMOĞLü

filologiya üzrə fəlsəfə doktoru



Əli  Şamil  (Əli Hüseyn  oğlu  Şamilov).  Colan  Türkman- 

ları  (folklor  və  etnoqrafiya  örnəkləri).  Bakı,  “Elm  və  təhsil” 

nəşriyyatı, 2014,  142 səh.

Kitabda  Suıiyanın  Colan  bölgəsində  (indi  bu  bölgənin  çoxu  İsrail 

işğalı  altındadır)  yaşayan  soydaşlarımızın  -  Türkmanlann  taleyindən, 

onların  tarixindən  və  adət-ənənələrindən  söz  açılır.  Yox  edilməkdə 

olan,  əıəbloşdirilməyə  məruz  qalan  Colan  rürkmanlarının  sayı  bəzi 

qayııaqlaıa  göıə,  50-60  min  arasındadır.  Əslində  isə  bu  gün  Suriyada 

3,5  milyon  1 iirkman  var və onların  1,5  milyonu öz ana dilində danışsa 

da, 2  milyonu  artıq ana dilində danışmağı  unutmuşdur.

Oxuculara  təqdim  edilən  bu  kitabda  Suriyanın  Colan,  Bayır-Bucaq, 

Hələb və  b.  bölgələrində yaşayan  1 ürkmanlardan, onların  tarixindən söz 

açı 1 ıı,  yaşadıqları  kəndlərin  adları  göstərilir,  folklorlarından  və  etnoqra­

fik  özəlliklərindən  örnəklər  verilir,  konkret  nümunələr  əsasında  dilləri­

nin söz varlığı Azərbaycan  1 ürkcəsi  ilə tutuşdurulub gözdən  keçirilir.

Kitabdan  folklorçularla yanaşı,  etnoqraflar,  dilçilər,  tarixçilər,  coğ­

rafiyaçılar da yararlana bilərlər.

foIklorinstitutu.com 

İSBN-9-789952-810813

O 4603000000  Qrifii  nəşr 

N -098-2014

© Folklor İnstitutu, 2014.

© Əli  Şamil, 2014



KİTABIN  İÇİNDƏKİLƏR

Ön söz........................................................................... ^

Suriya Türkmanlarmm tarixinə qısa bir baxış..............12

Suriyada Türklərin hakimiyyəti....................................15

Suriya Səlcuqlular dövləti............................................1 8

Suriya Osmanlı  dönəmində..........................................22

Sir Nerru Finqin  Yəhudi  dövləti yaratmaq cəhdi.........25

Osmanlı Sultanı Əbdülhəmidin dirənişi.......................27

Sykes Piçot gizli  anlaşması...........................................29

Suriya Fransanın  mandatlığı  altında.............................30

İsrail-Ərəb savaşları və Colan Türkmanları.................35

İsrailin  1967-ci  il  5  iyul  hücumu

və Colan təpələrinin  işğalı.........................................38

Suriyadakı Türkmanlann  sayı  və onların

yaşadıqları bölgələr.................................................... 42

Türkmanlann toplu yaşadıqları yerlərin adları............ 46

İbrahim Saleh və Aymən  Şabani  ilə müsahibə............ 66

Hişam  Şabani  ilə tanışlıq..............................................25

Suriya bu gün................................................................28

Qaynaqlar......................................................................83



Mətnlər

Colan Türkınanlarmm  ata  sözləri  və deyimləri........... 88

Colan  Türkmanlarmm  bayatı-maniləri........................ 91

Colan  Türkmanlarında  evlənmə...................................97

Tanışma (tanışlıq).......... .........................................(27

Ağız arama...............................................................

Elçilik (qız istəmə)..................................................^

Toya hazırlıq........................................................... ' ^

Gəlin gətirmə...........................................................

Toy.......................................................................... 102



Oyunlar

Bayraq qaçırma......................................  

, n-,

Ouləşmə...................................  



ın ~

A tyan?J........................................ Z ! Z I Z ' ’’”ri04

Toy mərasimi....................................

Xalq inancları........................  

.........., no

Yas mərasimi....................................  

^ ^ 3

Colan Türkmanlarında yeməklər..................  



114

Colan Türkmancasında işlənmiş 

əski sözlərdən seçmələr........................  

^ 2 5


4

ON SOZ

Orta Doğunun bol  sulu, məhsuldar torpaqlı,  strateji yön­

dən  olduqca  önəmli  bir  təpəlik  bölgəsi  qaynaqlarda  Colan, 

Golan,  Kolan  adlandırılır.  Ərəblərin  Hadbetül-Cülan,  İbrani- 

lərin  Ramat  Ha  Golan  adlandırdıqları  təpəliklərin  sahəsi  2 

min  kvadrat  kilometrə  yaxındır.  Suriyanın  güney-batısın- 

da, İsrailin  quzey-doğusunda  yerləşmiş  Colan  təpələrinin  bir 

ucu  da  Livan  (Lübnan)  və  İordaniyaya  (Ürdünə)  çatır.  Bura­

dan həm Dəməşq  (Şam)  şəhəri,  həm  də  Ağ  dəniz  (Aralıq  də­

nizi) aydın görünür. Dəməşqdən Ağ dənizə gedən karvan yolu 

üzərindəki Kuneytra keçidi  Colan bölgəsindədir.  İsraili  içməli 

su  ilə  təmin  edən  bulaqların  yüzdə  otuzu  məhz  bu  bölgədə 

yerləşir 

(Bax: 


http:// 

www.zaman.com.tr/dunya_golan-

tepeleri-nicin-onemli_431441  .html).  Burada  içməli  suyun 

qiyməti  neftdən  baha  olduğu  üçün  su  qaynaqları  olan  yerlər 

mühüm strateji əhəmiyyət daşıyır.

1967-ci  ildə  İsrail  Colan  təpələrini  işğal  edənədək  bura­

dakı  15  kənddə  bizimlə  eyni  dildə  danışan,  eyni  dinə  inanan 

soydaşlarımız  toplu  halda  yaşayırdılar.  İsraillə  Suriya  arasın­

dakı  “Altı günlük  savaş”da soydaşlarımız canlarını  qurtarmaq 

üçün  mal-mülklərini  qoyub  Suriyanın  içərilərinə  doğru  qaç­

dılar.  Beləcə,  Colan  təpələrinin  1158  kvadrat  kilometr  sahəsi 

İsrailin işğal dairəsində qaldı.

Colan  təpələrində  gedən  qısa  savaşdan  Sovet  mətbua­

tında  illərlə  məqalələr  verildi,  radio-televizya  verilişləri  hazır­

landı,  İsrailin  işğalçı  siyasəti  kəskin  tənqid  edildi.  Sovet  dip­

lomatları beynəlxalq təşkilatlarda qaçqınların hüquqlarını qoru­

maq  adı  altında  hərbi  sursat  satdığı  və  iqtisadi  əməkdaşlıq 

etdiyi  Suriyanı  dəstəklədi.  Azərbaycan  Respublikası  da  SSRİ- 

nin  bir  parçası  olduğundan  Colan  mövzusu  bizim  mətbuatın, 

radio və televizyanın gündəmindən uzun müddət düşmədi. Çox

5


təəssüflər ki,  həmin dövrün Colan təpələri  ilə bağlı yazılarında, 

verilişlərində  bizim  bu  soydaş  və  dindaşlarımızın  varlığı  dilə 

gətirilmədi,  İsrail  hökumətinin  onları  necə  çətin  duruma 

salmasından söz açılmadı.

İsrail  höküməti  Colan  təpələrini  1981-ci  ildə  öz  ərazisi 

elan  edərək,  burada  33  yaşayış  məskəni  saldı.  Xarici  ölkələr­

dən  gətirilmiş  15  min  nəfər  Colanda  yerləşdirildi,  onlara 

İbrani  dili  öyrədildi.  Dünyanın  müxtəlif guşələrində  yaşamış, 

maddi  və  mənəvi  sıxıntıdan  bezmiş,  necə  deyərlər,  irqindən, 

dilindən  asılı  olmayaq,  firavan  yaşayış  arzulayanlar  çox  keç­

mədən 

burada 


yəbudiləşdirildi 

(Bax:


http://www.zaman.com.tr/dunya  golan-tcpeleri-nicin- 

onemli  431441 .htınf).  Onların  arasında  sənədlərini  saxtalaş­

dıraraq  nənəsinin,  babasının  Yəhudi  olduğunu göstərən Azər­

baycandan  getmiş  Türk,  Talış,  Tat,  Ləzgi,  Avar,  Kürd  vb. 

xalqların nümayəndələri də vardı.

Birləşmiş  Millətlər  Təşkilatı  qətnamələr  qəbul  etdi  ki, 

İsrail  hökumətinin  işğal  etdiyi  bölgələrdə  Yəhudi  yaşayış 

məskənləri  yaratması  yolverilməzdir.  Lakin  bu  qətnamələr, 

qınaqlar İsrail  hökumətinin  fəaliyyətini  durdura bilmədi.

Colandakı  İsrail  zülmündən  qaçan  soydaşlarımızın  bir 

qismi  Dəməşq  şəhərinin  ucqar  məhəllələrində  özlərinə  sığı­

nacaq  quraraq  yerləşdi,  bir qismi  isə  Türkiyə  Cümhuriyyətinə 

köçmək  məcburuiyyətində  qaldı.  Bol  sulu,  məhsuldar torpaq­

lı,  sərin  və  sağlam  havalı  kəndlərdə  yaşamağa,  əkin-biçinlə, 

heyvandarlıqla məşğul  olmağa alışmış  insanların bir çoxu  Də­

məşq  kimi  izdihamlı  şəhərdə  qalmağa  alışa  bilmədi.  Stresdən 

və  mühiti  dəyişməkdən  ölənlərin  sayı  artdı.  Buna  görə  də, 

sülh  bağlanacağına,  İsrail  əsgərlərinin  işğal  etdikləri  əraziləri 

boşaldacaqlarına,  ata-baba yurdlarına  dönəcəklərinə inananlar 

Colanın  Suriyada  qalmış  hissəsinə  qayıdaraq  orada  özlərinə

6

ev  tikməyə,  güzaran  qurmağa,  əkin-biçinlə  məşğul  olmağa 



başladılar.

Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  da  colanlı 

soydaşlarımızın  taleyi  mətbuatımızın,  radio-televiziyamızın, 

ictimai-siyasi  xadimlərimizin  diqqətini  çəkmədi.  Ayrı-ayrı 

vətənsevərlərin  məqalələri,  radio və  televizyada  hazırladıqları 

verilişlər  də  ictimaiyyətə  elə  bir  təsir  göstərmədi.  Türkman- 

larm  folkor  materiallarını  toplamaq,  dialekt  və  şivələrini, 

adət-ənənələrini  öyrənmək  üçün  elmi  ekspedisiyalar  təşkil 

edilmədi.  Halbuki buna imkan və şərait var idi...

Təkcə  Colanda yaşamış  soydaşlarımızdan  yox,  Suriyada, 

İraqda,  hətta  Türkiyədə  yaşayan,  Türkcə  danışan,  İslam  dininə 

inanan  insanlarımızdan  söz  açanlar  gah  Türk,  gah  Türkmən, 

gah  da  Türkman  deyir və  yazırlar.  Bu  termin  fərqlilikləri  oxu­

cuda  çaşqınlıq  yaratmasın  deyə  araşdırıcı  Əfzələddin  Əsgəro- 

vun  “ümumtürk  folkloru  tarixində  Oğuznamə  yaradıcılğı”  ki­

tabının  “Oğuznamənin  etnik  auditoriyası”  foslindəki  ‘Türk­

in anlar” yarımbaşlığından bəzi parçaları  aşağıda veririk.

Tifrk, Türkmən, Türkman, Oğuz terminlərinin yaranması­

na və tarixi  inkişaf yoluna aydınlıq gətirən Əfzələddin Əsgərov 

yazır  ki,  Türkman  etnonimi  tarix  səhnəsinə  ilk  dəfə  8-ci 

yüzildə  çıxmışdır.  Həmin  yüzildə  birdən-birə  Çin  qaynaqlan 

“Türkman (Tc-kü-monq)  ölkəsf’ndən  bəhs etmişdir.  Türkman- 

lar  Oğuzların  İslamı  qəbul  etməsindən  ən  azı  200  il  öncə  bir 

etnos olaraq mövcud idi  və bu etnos türksoylu etnik qruplardan 

olan  bir  sıra  oba  və  oymaqları  öz  içərisinə  almışdı.  Ancaq  10- 

cu  yüzüdən  başlayaraq  Oğuzların  İslamı  qəbul  edib  I ürkman- 

lara qatılması bu etnosun taleyində mühüm rol oynadı.

Etnosdan,  etnosun  və  etnik  sistemin  varlığından  söz 

açan  araşdırıcı  yazır:  “Etnosun  varlığı  etnik  sistemin  varlığın­

dan,  ömrü  isə etnik  sistemin  yaşamasından  asılıdır,  htnik  şüu­

run  ifadəsi  kimi  etnik  adın  yaşaması  etnik  sistemin  qorunması

7


hesabına  etnosun öz varlığını  davam etdirməsindən qaynaqla­

nırdı.  Buradan  aydın  olur  ki,  Oğuzların  (ümumiyyətlə,  Türk­

lərin)  İslam  dinini  qəbul  etmələri  hələ  onların  etnik  mənada 

“Türkman  olmaları”  demək  deyildi.  Oğuz  etnik  sisteminin 

içərisində  İslamı qəbul edən Oğuz,  sadəcə olaraq,  “Müsəlman 

Oğuz”  idi  və  “Müsəlman  Oğuz”  ifadəsini  “Türkman” etnoni­

minin  anlamı  kimi  yox,  yalnız  bu  mənada  işlətmək  olar. 

Oğuzların  İslam dinini  qəbul etmələri  “Türkman olmaları” ilə 

nəticələnmədi.  Onlar  öz  etnik  sistemlərini  qorumaqla  Türk­

man  dünyasının  içərisində  etnoloji  baxımdan  subetnos  olaraq 

varlıqlarını 

davam  etdirirdilər”  (Əsgərov 



Əfzələddin, 

2014:24-42).

Oturaq  həyata keçən türksoylular özlərinin  etnik  adlarım 

itirdikləri  üçün  ümummilli  adla,  yəni  Türk adı  ilə  tanınırdılar. 

Bununla  bərabər,  haqqında  danışdığımız  oturaq  və  ya  yarım- 

köçəri  əhali  bu  adla tanınmadı.  İş  burasındadır ki,  onlar oturaq 

və ya yarımköçəri olmaqla yanaşı,  İslamı qəbul etmiş ilk Türk­

lər  idi  və  onların  götürdükləri  Türkman  adı  bu  sonuncu  hadi­

səni  ifadə  edirdi.  Elə  ona  görə  də,  bu  ad  ilk  vaxtlar etnik  an­

lamla yanaşı, rəmzi olaraq  «Müsəlman Türk» anlamında da iş­

lənirdi.  İslam  dinini  qəbul edən  Oğuzun  «Türkman olma» şək­

lində ifadəsi etnonimin sonuncu anlamı ilə bağlıdır və şübhəsiz 

ki,  VIII-XII  əsrlərdə  Qarluqların,  Qıpçaqların,  Uyğurların  vb. 

İslam  dinini  qəbul  etməsi  də  məhz  deyilən  şəkildə ifadə  olun­

muşdur.  Türkman  etnoniminin  «Müsəlman  Türk» anlamı  onun 

o dövrdə Tanrıçı  Türk dünyasını İslama çağırış rəmzi kimi isti­

fadə  olunduğunu  göstərir.  Belə  məlum  olur  ki,  «Müsəlman 

Türklər» Tanrıçı Türk dünyasını İslamın qəbulu yolu ilə birləş­

dirmək iddiasında olmuşdur.  Bu mənada  Türkman etnonimi bir 

müddət  ümummilli  Türk  etnoniminin  yerini  tutmaq  sevdasına 

düşmüşdür.

8

Tarixi  qaynaqlarda  Türkmanların  içərisində  Xələc, 



Kanqlı  və  başqa  türksoylu  etnik  qruplardan  qopmuş  oba  və 

oymaqların olması  haqqında məlumatlar da az deyil.

Türkmanlar yayıldıqları böyük coğrafiyada onlarla xalqı 

öz içərisinə alıb  superetnosa çevrildilər.  Bu ərazilərdə qurulan 

onlarla  dövlət,  o  cümlədən  Böyük  Səlcuqlu  imperiyası,  Xa- 

rəzmşahlar  imperiyası,  Osmanlı  imperiyası,  Qaraqoyunlu  və 

Ağqoyunlu  dövlətləri  böyük  Türkman  xalqının  siyasi  zəka­

sının məhsuludur (Əsgərov Əfzələddin, 2014:24-42).

Suriyada,  İraqda  yaşayan,  bizim  dildaşımız,  dindaşımız 

və  soydaşımız  olan  bu  toplumdan  söz  açanda  Əfzələddin  Əs- 

gərovun araşdırmalarına  dayanaraq onların adını  Türkman  ya­

zacağıq. Yararlandığımız qaynaqlardan almtı (sitat) gətirdikdə 

isə qaynaqda necə yazılmışsa, biz də onu o cür saxlayacağıq.

ф  Ф  Ф

Çox  ilgincdir  ki,  Colanda  yaşayan  soydaşlarımız  Ərəb­

lərin  içərisində  yaşayıb,  Ərəb dilində  təhsil  alsalar da,  hər gün 

Ərəb  dilində  qəzet-jurnal,  kitab  oxusa  və  radio-televizya  veri­

lişlərinə qulaq  assalar da,  öz dillərinin təmizliyini qoruyub  sax­

laya  biliblər.  Bizim  Ərəb  və  Fars  dillərindən  alaraq  ədəbi  di­

limizdə  işlətdiyimiz peyğəmbər,  mələk,  ağıl,  mədə...  sözlərini 

onlar  əksi  Türkcədə  olduğu  kimi,  ulak,  gögçək,  us,  qursaq 

şəklində işlədirlər.  Klassik ədəbiyyatımızdan  bizə tanış olan və 

dialektlərimizdə  ilişib  qalan  əski  lürk  sözərinin  bir  çoxunu 

Colan  Türkmanları  danışıqlarında  işlədirlər.  Ədəbi  dilimizə 

Fars  dilindən  gətirilmiş bir sıra yayğın  sözlərə  də  onların  danı­

şığında və yazısında rast gəlmirik.  Colan Türkıuanlarının danı­

şığında  işlədilən yılan, yıldırım, yıldız  vb.  bu  kimi  söz  variant­

ları Azərbaycanın bəzi dialektlərində və tək-tək yaşlı adamların 

dilində hələ də yaşayır.

9


2011-ci  ildən  bəri  Suriyanı  bürümüş  qanlı  toqquşmalar 

yenə  də soydaşlarımızın həyatını  cəhənnəmə  döndərdi.  Silahlı 

toqquşmalar,  bombalamalar dinc  əhalini  çıxılmaz duruma sal­

dı.  Azərbaycan  mətbuatı,  radio-televiziyası,  ictimai-siyasi  xa­

dimləri isə yenə də susdu...

Colan  bölgəsindəki  soydaşlarımız,  eləcə  də  Suriyanın 

müxtəlif  bölgələrində  yaşayan,  bəzən  Türk,  bəzən  Türkmən, 

bəzən Türkman adlandırılan  dini  bir,  dili  bir qardaşlarımız haq­

qında  2007-ci  ildə  yazdığımız  kitab  çap  olunmadı.  Ötən  7  ildə 

Suriyada çox  dəyişikliklər  baş  verdi.  Son  illərdə  isə  oraya  get­

mək  imkansız  oldu.  Suryada  gedən  döyüşlər  həm  də  Colan 

Türkmanları mövzusunu aktuallaşdırdı.  Biz də kitabımızı bir da­

ha  gözdən keçirib  son  dönəmdə  yazılanlarla  zənginləşdirdik  və 

yenidən çapa hazırladıq.

Colan  Türkmanlarmm  ata  sözlərindən,  bayatı-manilərin­

dən,  toy-düyün  adətlərindən  örnəkləri,  eləcə  də  dillərində  işlə­

dilən bir sıra terminləri kitabın “Mətnlər” adlandırdığımız ikin­

ci bölümündə verməyi  planladıq.  Bu  bölmədəki mətnlər  Colan 

Türkmanları  ilə  Azərbaycan  Türklərinin  dillərində,  adət-ənə­

nələrində nə qədər yaxınlıq olduğunu ortaya qoymaqdadır.

İnternet  saytlarında,  qəzet və jurnallarda  Muxtar Türkmə- 

noğlu,  Dəniz  Türkmənoğlu  imzası  ilə  Suriya  Türkmanları 

haqqında  məqalələr  yazan,  “Azadlıq”  radiosunun  Türkmən 

dilindəki  verlişlərində  tez-tez  çıxışlar  edən,  məqa-lələrini  və 

çıxışlarını  yaratdığı  http://halapturkmcn.bloizcu.com/  saytında 

yerləşdirən  Dr.Muhtar  Fateh  Muhammcdlo  son  günlər  inter­

net vasitəsilə  tanış oldum.  Suriyadakı  Türkmanların  lideri  Kal 

Muhammed  Mustafa  Paşanın  nəvələrindən  olan  Dr.Muhtar 

Fateh  Muhammed  Hələbdə  doğulsa  da,  hazırda,  İzmirdə  ya­

şayır  və  uşaq  həkimi  işləyir.  Dr.Muhtar  Fateh  Muhammed 

kendinm özel saytı.

Kitab  üzərində  son  redaktə  işləri  apararkən  onunla  sıx 

əlaqə  saxlayır,  məsləhətləşir,  adları,  faktları  bir  daha  dəqiq­

10

ləşdirməyə  çalışırdım.  Çox  sağ  olsun,  o  da  işinin  çox  olma 



sına  baxmayaraq  nəinki  mənim  suallarıma  cavab  verir,  gön­

dərdiyim səhifələrəki gözünə dəyən yanlışlıqları  düzəldirdi.

Hər dəfə  söhbətimizdə  o,  Türk xalqlarını  Suriyadakı  soy­

daşlarının  taleyinə  biganə  qalmaqda  suçlayır,  yana-yana  de­

yirdi  ki,  biz maddi  yardım  o  yana  qalsın,  heç  olmasa  mənəvi 

dəstək versinlər.  Heç  olmasa mövzunu gündəmdə  saxlasınlar. 

Mətbuatlarında,  radio-televizyalarında  Suriyada  döyüşlərin 

çoxunun Türkmanlar yaşayan bölgədə yaşadığını yazsınlar.

Suriyada beş-üç Erməni kəndi var.  Oraya Dağlıq Qarabağ 

savaşlarında  iştirak  etmiş  snaypercilər  yerləşdiriblər.  Kəndə 

yaxın gələni,  hətta  kəndin  kənarından  keçən  dinc  əhalini  belə 

vururlar.  Nəinki  Erməni  kəndləri,  ümumiyyətlə  Suriyadakı 

xristian kəndlərinə,  şəhərlərdə  xristianlar yaşayan məhəllələrə 

nə  iqtidar  tərəfdən,  nə  müxalifət  tərəfdən  bır  güllə  belə  atıl­

mır.  Çünki  hər  iki  tərəf yaxşı  bilir ki,  orada  yaşayan  xristian­

ların  burunu  qanasa  dünya  ayağa  qalxacaq.  Bərləşımş  Millət­

lər Təşkilatı da,  ABŞ  da, Avropanın bütün  dövlətləri də ayağa 

qalxacaq.  Amma bu  qədər Türkman  qırılır, ev-eşiymdo didər­

gin  düşür ona sərt təbki  göstərən  yoxdur.  Heç  adımızı  da çək­

mirlər.  Sadəcə  iqtidar-müxalifət  qarşıdurması,  quruplararası 

toqquşma kimi  təqdim edilir.  Hətta yaxın qonşumuz, yüz min­

lərlə Suriyahya sığınacaq vermiş Türkiyədə də belədir.



SURİYA TÜRKMANLARIXIN TARİXİNƏ 

QISA BİR BAXIŞ

Rəsmi  qaynaqlarda  bugünkü  Suriya  ərazisi  185,180 

kvadrat  kilometr,  əhalisi  23,6  milyon  (2010)  olan  bir  Müsəl­

man Ərəb  ölkəsi kimi tanınır.  Ölkə doğudan  İraq,  batıdan Ağ 

dəniz, güneydən İordaniya və quzeydən Türkiyə  ilə  sərhəddir. 

İsrail  ölkənin  bir  hissəsini  işğal  etdiyindən  indi  Colan  təpə­

liklərində İsraillə  də  sərhədi  vardır.  İnzibati  cəhətdən  14 vila­

yətə  -  quberniyaya  (muhafazaya)  bölünür.  Ölkənin  başkəndi 

orta  yüzillərdə  Şam  adlandırılan,  avropalıların  Damascus  de­

dikləri Dəməşq şəhəridir.

Orta  Doğuda  yerləşən  Suriya  Müsəlman  Ərəb  ölkəsi 

kimi  tanınsa  da,  qədim  mədəniyyət  beşiyi  olan  bu  ölkədə 

Xristianlığa,  Buddizmə  inananlar,  fərqli  məzhəblərə,  o  sıra­

dan  qədim  inanclara  tapınanlar  da  yaşayır.  İnanclarına  görə 



Nusayrilərə  (ya da Ərəb Ələvilərinə),  Şiələrə,  Sünnilərə,  Dür- 

zilərə,  Xristianlara  bölünən  ölkə  əhalisinin  7  faizini  Nusayri- 

lər təşkil  edir.  Qaynaqların  yazdığına  görə,  ölkə  əhalisinin  70 

faizə  yaxınını  Sünnilər  təşkil  etsə  də,  hakimiyyətdə  Nusayri- 

lərdir  (Maden  Fahri,  2014:21).  Ölkədəki  Xristianlar  da  öz 

aralarında  Ortodokslara,  Protestantlara,  Kəldanilərə-Suryani- 

lərə, Marinlilərə vb.  ayrılırlar (Kılınçkaya Dcrviş, 2014:27).

Çoxmillətli  Suriyanın  böyük  şəhərləri  Dəməşq,  Hələb, 

Humus, Hama ve  Lazkiyədir.

Dünya  sivilizasiyasının  beşiklərindən  biri  sayılan  bu 

bölgə  18-ci yüzillikdən çökməyə başlamışdır.

Sənayesini,  iqtisadiyyatını  sürətlə  inkişaf  etdirən,  işğal 

altına  aldığı  xalqların  maddi  və  mənəvi  sərvətlərini  müxtəlif 

vasitələrlə mənimsəyən  Avropa  az  bir zamanda  elmdə  və  tex­

nikada  böyük  uğurlara  imza  atmış  oldu.  “Üçüncü  dünya  öl­

12

kələri”  adlandırılan  ölkələrdə  yaşayanlar  da  avropalılardan 



öyrənməyə, daha çox da onları yamsılamağa çalışdılar.

Dünya  mədəniyyət  tarixini  araşdıran  avropalı  araşdırıcı­

lar  düşünürdülər  ki,  svilizasiyanın  beşiyi  Yunan  mədəniyyəti­

dir.  Ona  görə  də,  tarixşünaslıq  elmini  Roma  və  Yunan  mədə­

niyyəti  əsasında  qurdular.  Sonraki  gediş  isə  bu  nəzəriyyənin 

yanlışlığını ortaya qoydu.  Nəinki Asiyada və Afrikada, hətta  16 

yüzildə  işğal  edilmiş  Amerika  qitəsindəki  maddi  mədəniyyət 

nümunələri  də  insan  oğlunun  Roma  və  Yunan  mədəniyyətin­

dən minillər öncə gəlişmiş yüksək toplum həyatı  yaşaması,  ya­

zıdan  istifadə  etməsi,  papirus  və  gil  lövhələrdə  kitablar  ya­

ratması  ilə  bağlı  danılmaz  bilgilər  ortaya  qoydu.  Şumerlərin 

(Sumer)  gil  üzərində  yaratdıqları  kitabələri  araşdıran  Samuel 

N. Kramer kitabını “Tarix Şumerdən başlayır” adlandırdı.

Günümüzdə  texnika  və  texnologiyanın  sürətlə  inkişaf 

etməsinə  baxmayaraq,  mədəniyyət  tariximiz  hələ  də  gərəyin- 

cə  öyrənilməmişdir.  Onun  qaranlıq  səhifələri  çoxdur.  20-ci 

yüzilliyin  ortalarınadək  tarixçilər  Türkləri  miladdan  sonraki 

yüzilliklərdə  Avropada  görünən  vəhşi,  dağıdıcı,  barbar  bir 

xalq  kimi  tanıdırdılar.  Sonralar  isə  Türklərin  Avropada,  Qaf­

qazda,  Yaxın  və  Orta  Doğuda  miladdan  çox-çox  öncə  məs­

kunlaşdıqları,  qonşu  xalqların  mədəniyyətlərinin  inkişafına 

güclü təsir göstərdikləri  haqqında nəzəriyyələr ortaya çıxdı.

Türklərin  tarixi,  yayılma  sahələri  vb.  ilə  bağlı  yanaşma­

lar  üzərində  dayanmadan  Colan  Türkmanlarının  durumuna 

aydınlıq  gətirmək  üçün  indiki  Suriya  dövləti  ərazisində  Türk­

lərin yerləşməsinə və yaşamına qısa bir nəzər salaq.

Bugünkü  Suriya  torpaqları  miladdan  öncə  bölgədəki 

kiçik  dövlət  ittifaqlarının,  sonralar  Assuriyanın,  Yeni  Babil 

padşahlığının,  Əhəmənilərin,  Makedoniyalı  İskəndərin  yarat­

dığı  nəhəng  imperiyanın,  Selevkilər  dövlətinin  və  Romanın 

tərkibində  olub.  Miladdan  sonra  isə  Bizansın  əyalətinə  çevri-

13


lən  indiki  Suriyaya  633-cü  ildə  İslam  orduları  yürüş  etdi.  Bu 

yürüşlər  640-cı  ildə  bölgənin  tam  işğalı  ilə  başa  çatdı.  661-ci 

ildə Müaviyə özünü xəlifə elan edərək xilafətin paytaxtını Də­

məşqə  (Şam)  köçürür,  bununla  da  Dəməşq  şəhəri  Əməvilər 

xilafətinin  mədəni  və  siyasi  mərkəzinə  çevrilir.  Abbasilər  xi­

lafəti  dövründə  isə  bölgədə  iqtisadi-siyasi  çöküş  başlayır 





Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə