AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu əLİ ŞAMİl c olan



Yüklə 3.5 Mb.
Pdf просмотр
səhifə6/9
tarix27.06.2017
ölçüsü3.5 Mb.
1   2   3   4   5   6   7   8   9

Əli  Şamil:  -  İbrahim  bəy,  Azərbaycan  Türklərinə  Colan 

təpələrində,  eləcə  də  Suriyada  yaşayan  soydaşlar  haqqında 

bilgi vermənizi xahiş edirəm.

İbrahim  Saleh:  -  Türkmanlar  Suriyanın  hər  yerinə  da­

ğılıblar:  ən  uzaq  qibləsindən  Şəbələ  qədər.  Bunlar  1  milyon­

dan  çox,  milyon  yarıma  yaxındır.  Onların  bəzisi  dilini  itirib 

Ərəb  olub,  bəzisinin  dili  sağlam  qalıb.  Dilin  həpsi  Azərbay­

can  Türkcəsi.  Biz  ncrede  danışırıq,  bizə  deyirlər:  “Azərbay­

can  Türkcəsində  danışırsınız?”  Bununla  təxr  edirik.  Şükür 

Allaha,  dilimiz  bir,  dinimiz  bir,  aramızda  ayrılıq  yox.  Allah- 

taala bizə bir yol  versəydi,  görsəydik  Azərbaycanı. Görsəydik 

Bakını,  görsəydik  oradakı  qardaşlarımızı.  Türklərin  həpsi  ilə 

də qonuşa bilsəydik, bilərdik haradan olduğumuzu.

Allah  bilsin,  bizim  Suriya Türkmanları  Türkmənistandan 

gəldiyi  vaxt  Azərbaycanda  çox  oturmuş.  Bunun  da  bizim 

yanımızda əsərləri var.  Millətin yaşlı  qarıları,  qocaları söyləyir: 

“Bu  iş  Tiflisə  getsən,  olmaz!”  Tiflis  Azərbaycana  yaxın,  Su­

riyaya yox.  Bu  o  deməkdir ki,  bizim  millət Azərbaycanda  otu­

rub,  Azərbaycanın  adətlərini  alıb.  Bizim yanımızda çox  adətlər

68

var,  bildirir  Azərbaycanda  oturmağımızı.  Məsələn,  Colan  tə­



pəsində  yaşayan  Türkmanlarm  hamısı  Sünni  təriqətinə  mən­

subdur. Amma İmam Əlinin çox hörməti var yanımızda.  Bütün 

müsəlmanlar  Əlini  sevər,  lakin  İmam  Əlinin  hörməti  bizim 

yanımızda  fazla.  Demək,  vaxtilə  bizim  millət  Şiələrin  yanında 

oturub.  Bu da gözəl bir iş.  Colanı  indi  İsrail  alıb, orada bir dağ 

var,  Kunteyra  şəhərinin  qərb  tərəfində.  Adına  əl  İmam  Əli, 

yəni  Əli  dağı  deyirlər.  Yağmur  əyləncəyi  (yəni  yağış  yağma- 

yanda, quraqlıq olanda - Ə.Ş) zaman Colan  Türkmanları  bir sa­

rı  inək alarlar və  ora gedərlər.  Sarı  inəyi  kəsərlər,  yemək  edər­

lər, yerlər. Dağdan enər-enməz yağış içərisində enərlər.



Əli  Şamil:  -  İbrahim  bəy,  hansı  tayfadansınız,  ata-ba- 

balarmız kimlərdəndir?



ibrahim  Saleh:  -  Bizim  tirəmizə  Şabaniki  deyirlər.  Baş­

qa  Türklər  də  var  Suriyada,  həpsi  Şabani  deyil.  Biz  Colanda 

yaşayırdıq.  15  Türkman  köyü  vardı.  Sığırları,  qoyunları,  dəvə­

ləri  də  vardı  hər  birisinin.  Bizim  millət  hökumət  işinə  də  qa­

rışıb.  Zabiti  də var,  təbibi  də,  öyrətməni  də,  mühəndisi  də.  Co- 

lanı  1967-də  İsrail  aldı.  Türkmanları  qoyladı.  Çoxumuz  gəldik 

Dəməşqdə  oturduq.  Orada  olanda  dilimizi  də  qorumuşduq, 

adət-ənənəmizi  də.  Böyük  şəhərdə  dil  də  əldən  gedir,  tıdət- 

ənənə  də.  Allahdan  umarıq,  geri  dönək.  Bizim  də  azərbaycanlı 

qardaşlarımıza  çox  salamımız  var.  Onlar  Qarabağa,  İrəvana, 

biz Colana dönək. Allah-taala hər insanı öz yerinə döndərsin.

Əli  Şamil:  -  İbrahim  bəy,  sizin  ixtisasınız,  tədqiqat  ob­

yektiniz nədir, yəni hansı  sahə üzərində işləyirsiniz?



İbrahim  Saleh:  -  Bizim  dildə  oxumaq  yasaq,  Türk  di­

lində  də  yasaq.  Türkmanlara  Ərəb  dilindən  başqa  dildə  oxu­

maq  yasaq.  Colanda  yaşayanda  köylərimiz  Türkmanca  danı­

şırdı.  Bir Ərəb  dili  bilən  yoxudu  yanımızda.  O  zamanlar  yal­

nız məktəbdə  oxuyanlar,  Ərəb  qonşusu  olanlar Ərəb  dilini  bi­

lirdi.  İndi  şəhərdə  vəziyyət  dəyişib.  Hamı  bu  dili  bilməyə

69


məcbur.  30  ilə  yaxın  idi  Suriyanın  mədrəsələrində  Ərəb  ədə­

biyyatı  oxudurdum.  Ərəb  ədəbiyyatı  mütəxəssisi  olsam  da, 

tarix,  hədis, ricələ  sahəsində də ağnıyırdım (bu sözü eşidəndə, 

gülməkdən  özümü  zorla  saxladım.  Ağnıyırdım  sözü  bizdə 

mənfi  çalarda  işlədilir.  Uşaq  toz-torpaqla  əlləşəndə  bəzən 

valideynləri  ona  hirslənib:  “toz-torpaqda  ağnama”  deyir.  De­

mək,  ağnamaq,  əlləşmək,  eşələnmək  anlamındadır.  Colan  tə­

pələri  Türklərində  isə  bu  söz  işlək  ədəbi  dilə  aiddir  -  Ə.Ş.). 

Çünki  bunlar  bir-birindən  ayrılmazdır.  Beş  sənə  oldu  bu  işi 

burakdım.  Şükür  Allaha,  qırxa  yaxın  kitab  çap  etdirmişəm. 

Son  illərdə bir gözəl  kitab  çıxartdım.  Yazam  Azərbaycandan­

dır.  Adı  Əbu  Reyhan  Xorəzmidir.  Bir  alim  ailədəndir.  Babası 

da  alimdir,  qardaşı  da  bir  böyük  alimmiş,  cavan  ikən  ölüb 

Suriyada.  Əbu  Reyhan Xorəzmi  uşaq  yaşlarında Azərbaycana 

gedib, orada yaşayıb.  Onun əsərini Suriyada əlyazma şəklində 

buldum.  Çox  ağır  kitabdır.  İşlədim,  yordu  məni.  Nəticəsi 

bütün yorğunluqlarımı unutdurdu.

Əli  Şamil:  -  Aymən  bəy,  sizin  adınızdan  başlayaq.  So­

yadınız  Suriyadakı  Türkman  tirələrindən  biri  olduğunu  İb­

rahim  bəyin  söylədiyindən  bildim.  Adınızın  mənasını isə başa 

düşmədim.



Aymən  Şabani:  -  Adımın  mənası  Ərəbcə  olduğuna 

görə  sizə  tanış  deyil.  Aymənin  Ərəbcə  iki  mənası  var:  biri 

bərəkət,  ikinci  də  sağ  tərəf deməkdir.  Mən  də  İbrahim  Saleh 

kimi  Dəməşqdə yaşayıram.  Colan  təpəsi  Türkmanlarındanam. 

Evlərdə  Türkmanca  konuşuruq.  Adətlərimiz  Türkman  adətlə­

ridir.  Ərəblərin  içində  çox  yaşasaq  da,  xudaya  şükür,  varlı­

ğımızı  itirmədik.  Dinimizi  də  itirmədik,  dilimizi  də itirmədik, 

adətlərimizi  də  itirmədik.  Ailədə valideynə böyük hörmət var, 

hər  işimizi  onlarla  məsləhətləşirik.  Böyük-ağsaqqal  gəlməmiş 

süfrəyə  əl  uzatmarıq.  Çocuqlarımızı  Türkmanca  öyrədərik. 

Çocuqlarımız  mədrəsəyə  gedəndə  heç  bir  Ərəb  sözü  bilmir.

70

Bizim Türkmancamız  İbrahim bəyin  dediyi  kimi, Azərbaycan 



Türkcəsidir.  Beş  il  öncə  Bakıya  getdim.  Orada  müsafir  ol­

dum.  Bakını  çox bəyəndim.  Azərbaycanlı  qardaşlarımın evin­

də  oldum.  Azərbaycanda  işlədilən  çox  sözləri,  çox  lafları  biz 

qullamnq. O sözləri Türkiyədə, Türkmənistanda demirlər.



Əli Şamil:  - Aymən bəy, harada təhsil almısınız?

Aymən  bəy:  -  Dini  İslam  İnstitutunda  Ərəbcə  təhsil  al­

mışam.  İndi  orada  oxutmanam.  İşim  əlyazma kitabları  öyrən­

məkdir.  Ərəbcə  əlyazmalardakı  Türklərin  böyük  alimlərinin 

tərcümeyi-halını çıxarıb bir kitab halında çap edəcəyəm.



Əli Şamil:  - Aymən bəy, bayaq çocuqlarmızm Türkmanca 

bildiyini  söylədiniz.  Demək,  evlərdə  analarınız  hələ  də  çocuq- 

lara  ninni,  layla  deyir.  Yəqin ki,  toylarda,  şənliklərdə də ana di­

lində mahnılar oxuyursunuz. Onlardan yadınızda qalanı varını?



Aymən  bəy:  - Nəinki  toylarda, şənliklərdə, bir iş görəndə 

də  öz-özümüzə  zümzümə  edirik.  Çöldə-bayırda tək  olanda  gur 

səslə  oxuyuruq.  Danışanda  çoxlu  məsəllər  işlədirik.  Bizdə 

deyərlər, “Boş  laf qarm doyurmaz”,  “Yorğanınca ayağını  son”, 

“Aldığın abdəst ürkütdüyün qurbağaya dəyməz”.

Babam  aydır,  inən  xatırlayıram,  -  deyərək  Aymən  bəy 

Yunis  İmrənin  “Allah  dcyu-deyu”  şerindən  bir  neçə  bənd 

söylədi.  Başqa şer və mahnıların yadından çıxdığını bildirdi.

Aşqabaddan  geri  döndükdən  sonra  Azərbaycan  radio­

sunda  hazırladığım  “Qonaq  eldən  gələr”  proqramında  Colan 

Türkləri  haqqında  hazırladığım  verilişdə  İbrahim  Saleh  və 

Aymən  Şabaninin  diktafona  yazdığım  səslərindən  də  istifadə 

etdim.  Radio  verilişini  dinləyən  İsmayıl  Umudlu  məndən 

onun  çalışdığı  “Ayna”  qəzetinə  Colan  Türkmanları  haqqında 

məqalə  yazmağımı  istədi.  Mən  onun  tapşırığını  yerinə  yetir­

dim  və  yazdığım  “Colan  Türkləri  -  qarabağlıların  tale  qardaş­

ları”  məqaləm  “Ayna”  qəzetinin  2002-ci  il  iyunun  28-də  çap 

olunan  25-ci  (667) sayının 9-cu səhifəsində nəşr edildi.

71


Bakı  Dövlət  Universitetinin  professoru,  filologiya  elm­

lər  doktoru  Vaqif  Sultanlı  da  nəşr  etdiyi  “Filoloji  araşdır­

malar”  elmi  jurnalı  üçün  “Colan  Türkmanlarmm  folkloru  və 

ədəbiyyatı”  mövzusunda  məqalə  yazmağı  sifariş  verdi.  Onun 

sifarişi  ilə  yazdığım  “Colan  Türklərinin  folkloru” məqaləsi də 

“Filoloji  araşdırmalar” jurnalının  2002-ci  ıl  16-cı  sayının  43- 

51 -ci  səhifələrində  çap  olundu.  Həmin  məqalə  üzərində  ye­

nidən  işləyib  2003-cü  ildə  AMEA  Folklor  İnstitunun  “Dədə 

Qorqud” jurnalına təqdim etsəm də,  baş redaktor “İsrail-Azər­

baycan münasibətlərinə xələl gətirər” iddası  ilə çap etmədi.

Azərbaycandan  gedib  Suriyada  təhsil  alan  gənclərin 

ikisi  ilə tanış idim. Onlara İbrahim  Saleh və Aymən Şabaninin 

məndə  olan ünvanlarını  və  telefon  nömrələrini  verdim.  Xahiş 

etdim  ki,  görüşsünlər  və  onlardan  vəd  etdikləri  folklor  ma­

teriallarım,  Colan  Türkmanları  ilə  bağlı  kitablar,  məqalələr 

varsa  onları  alıb  gətirsinlər.  Azərbaycanlı  gənclərdən biri yay 

tətilinə gələndə məni  gördü.  Dedi  ki,  İbrahim  Salehin telefonu 

cavab  vermədi.  Sonralar  oxuduğum  bir  məqalədə  yazılmışdı: 

“Türkmanlar  İslamiyeti  unutmamalam  için  ilahiyat  fakülte- 

lcrindc  eğitim  alıyorlardı.  Fakat  mazun  olduklarından  itiba- 

ren,  Fürkmanların  gclişmemesi  için  Esat  istihbarat örgütü,  bu 

hocaları  baskı  altında  tutuyorlardı  ve  tehdid  ediyorlardı.  Bu­

nun  açık  göstergcsi  Suriyede vc İslam aleminde tanınan Türk- 

man  din  alimi  Memduh  Jolhanın  bu  örgüt  tarafından  öldü- 

rülmesidir” (Komurcu  Riad, 2014:42).

Aymən  Şabanini  isə  çox çətinliklə də olsa, bir neçə dəfə 

zəng vurduqdan  sonra Türkmanların məscidində gördüm.  On­

dan  İbrahim  Salehi  xəbər  aldım.  Qeyri-muəyyən  cavab verdi. 

Bilmədim  həbs  olunub,  yoxsa  nəzarət  altındadır.  Aymən  Şa- 

bani  də  sizə  salam  söylədi,  vəd  verdi,  amma  nə  kitab,  nə  də 

folklor nümunələri verdi.

72

Həmin  gənc  bir  də  onu  bildirdi  ki,  Aymən  Şabani  de­



yəsən  düz  adam  deyil.  Mən  onunla  görüşəndən  sonra  Suri­

yanın xüsusi  xidmət orqanları mənə diqqəti  artırdılar,  bir neçə 

dəfə söhbətə tutdular.  Ondan sonra bir daha  Aymən  Şabaniyə 

zəng vurmadım.

Aşqabatda  görüşəndən  sonra  bir  neçə  dəfə  mən  də 

Dəməşqə  (Şama)  İbrahim  Salehə  və  Aymən  Şabaniə  zəng 

vurdu.  İbrahim  Salehin  telefonu  susurdu.  Aymən  Şabani  isə 

mehriban  danışsa  da,  nə  dəvətlərimi  qəbil  edib  uluslararası 

toplantılara gəlirdi, nə  də folklor materialı,  Türkmanlarla bağ­

lı kitablar, məqalələr, əlyazmaları göndərirdi.

Hişam  Şabani  ilə  tanış  olduqdan  sonra  ondan  bir  neçə 

dəfə  Aymən  Şabanini  xəbər  aldım.  Əmizadə  olduqlarını  bil­

dirsə də, haqqında yaxşı  fikir söyləmədi.

Suriya  Türkmanları  ilə  bağlı  bilgilər  toplayıb  soydaş­

larıma çatdırmaq üçün  müxtəlif yollar axtarırdıq.  İstər mənim, 

istərsə  jurnalist  və  alim  dostlarımızın  məqsədi  Azərbaycan 

ictimaiyyətinin  diqqətini  bu  mövzuya  yönəltmək  idi.  Lakin 

istədiyimizə nail  ola bilmədik.

Colan  Türkləri  mövzusunda  hazırladığım  veriliş  və  mə­

qalələr Türkiyədəki  elmi  dairələrin  diqqətini  çəlb  etmişdi.  Mə- 

qalələrimlə  tanış  olan  Avrasiya  Strateji  Araşdırmalar  Mər­

kəzinin  əməkdaşı  Yaşar  Kalafat  iki  məqaləm  üzərində  yenidən 

işləyib  ona  verməmi  tapşırdı.  Mən  də  onun  tapşırığını  yerinə 

yetirdim.  Məqalələr “Colan Türklerinin kaderi” və “Azerbaycan 

ve  azerbaycanlılar meselesi”  adı  ilə  “21.Yüzyılda  Türk Dünyası 

Jeopolitiği”  toplusunda  (Müzaffer  Özdağa  Annağan.  Der- 

leyenler:  Prof.  Dr.  Ü.  Özdağ,  Dr.  Y.Kalafat,  M.S.Erol.  III  Cilt. 

Avrasya  Stratejik  Araştırmalar  Merkezi  Yayınları.  Ankara, 

2003,  səh. 139-145  və  səh.183-192)  çap  olundu.  Görünür,  bu 

məqalə  Türkiyədə  daha  çox  diqqəti  çəkdi.  Mətbuatda,  radio  və 

televizyada Colanla bağlı  maraqlı yazılar və verilişlər hazırlandı.

73


Avrasiya Strateji  Araşdırmalar Mərkəzinin rəhbəri Ümid Özdağ 

da, Yaşar Kalafat da sonralar yazdıqları məqalələrdə mənim ya­

zılarımdan  stat verdilər,  qaynaq  göstərdilər.  Türkiyədə  bir  neçə 

müəllif də Colan Türkmanları mövzusunda məqalələr yazdı.

Azərbaycanda  da  millətsevər  qələm sahibi  İdris  Heydə­

rov  Suriyaya gedərək orada yaşayan Türkmanlar haqqında te- 

levizya verilişi hazırladı.

74

HİŞAM  ŞABANİ  İLƏ TANIŞLIQ

İbrahim  Saleh  və  Aymən  Şabani  Suriyaya  döndükdən 

sonra Colan Türkmanları  haqqında  daha  çox  bilgi  əldə  etmək 

istəyi  ilə  onlarla  əlaqə  qurmağa  çalışdım.  Bir  neçə  dəfə  Ay­

mən  Şabani  ilə  telefonla  danışdım  da.  O,  mənə  kömək  edə­

cəyini  vəd etsə  də,  əməlli  bir  iş  görmədi.  İbrahim  Salehin  te­

lefonu isə zənglərimə  cavab  vermirdi.  Aymən  Şabani  ilə tele­

fonla  danışarkən  hər  dəfə  İbrahim  Salehi  xəbər  alsam  da. 

qeyri-müəyyən cavablar alırdım.

Azərbaycan  Xalq  Çəbhəsi  sədirinin  müavini,  Bütöv 

Azərbaycan  Birliyi  Məclisinin  sədiri  Arif Rəhimoğlu  mənim 

Colan  Türkləri  ilə  maraqlandığımı  bilirdi  və  məqalələrimi  də 

oxumuşdu.  O,  İsveçə  mühacirətə  getdikdən  sonra  bir  dəfə 

telefonla  danışarkən  mühacirətdə  olan  Colan  Türkmanları  ilə 

tanış  olduğunu  bildirdi.  Bir  az  sonra  isə  Dəməşqdə  yaşayan, 

Colan  Türkmanlarından  olan  gənc  Hişam  Şabaninin  elektron 

poçt ünvanını mənə göndərdi.

Hişam Şabani  ilə tcz-tcz yazışmağa başladıq.

Hişam  Şabani  ata-baba  yurdunu  İsrailin  işğalından  son­

ra,  1983-cü  ilin yanvarın  13-də  Dəməşq (Şam)  şəhərində ana­

dan  olduğunu  bildirdi.  Anasının  adı  İman,  atasının  adı  isə 

Salah  idi.  1989-ci  ildə  ibtidai  məktəbdə  oxumağa  başlayan 

Hişam  2001-ci  ildə  litscyi  bitirib.  Ali  təhsil  almaq  üçün  uni­

versitetin  sckrctarlıq  və  işlətmə  fakültəsinə  daxil  olub.  Lakin 

təhsilini  davam  etdirməyib.  2002-ci  ilin  ortalarında  hərbi  xid­

mətə  getmiş  və  2004-ci  ildə  xidmətini  başa  vurub  Şama 

qayıtmışdır.

Əsgərlikdən  geri  döndükdən  sonra  Şamda  Türkiyə  ilə 

ticarət  edən  bir  nəfərlə  tanış  olur.  O,  Hişamın  Ərəb  və  Türk 

dillərini  bilməsini,  diribaşlığını  nəzərə  alıb  firmasına  mühasib 

kimi  işə^götürür.

75


Hişam  Şabani  mühasiblıkdən  əldə  etdiyi  gəlirin bir his­

səsi  ilə  özünü  dolandırırsa,  bir  hissəsini  də  təhsilə  xərcləyir. 

Şam  Universitetinin  Mətbuat  fakültəsində  qiyabi  oxumağa 

başlayır.  Kiçik  yaşlarından  ata-babasmın  kim  olduğu,  harada 

yaşadığı,  haradan  gəldiyi  ilə  maraqlandığından böyüdükcə  da 

Türk tarixini öyrənməyə başlayır.

Türk  tarixinə  dair  lazımı  kitablar  əldə  edə  bilmədiyin­

dən  qohumlarından,  tanışlarından  keçmişə  dair xatirələri  din­

ləyir  və  onları  yazıya  alır.  Beləliklə,  Colan  Türkmanlarmın 

etnoqrafiyası  və  folkloru  haqqında  ilk  materialları  toplamış 

olur.  İşlədiyi  ticarət  firması  ona Türkiyədə  nəşr olunan kitab­

ları  gətirtməyə  imkan  yaradır.  O,  öncə  Kaşğarlı  Mahmudun 

“Divan-ü lüğət-it Türk”,  Balasaqunlu Yusif Has Hacibin “Qu- 

datqu  bilik”,  Faruq  Sümərin  “Oğuzlar”,  İsmet  Zeki  Eyuboğ- 

lunun  “Türk  dilinin  etimoloji  sözlüyü”,  Fuat  Bozkurtun 

“Türklərin dili” vb. kitabları gətirdib oxuyur.

Mən  də  onu  soydaşlarından  folklor  nümunələri,  dialekt 

sözləri,  etnoqrafik  mətnlər  toplamağa  həvəsləndirdim.  İnter­

netdə  uzun-uzadı  yazışırdıq.  Topladığı  mətnləri  oxuyur,  fikri­

mi  bildirirdim.  Ağsaqqalların,  ağbirçəklərin  dünyasını  dəyiş­

dikcə  özləri  ilə bərabər necə böyük  söz xəzinəsini  də torpağın 

altına apardıqlarını yana-yana yazırdı.

Bu  yazışmalarımız  təsirsiz  ötüşmədi.  Hişam  2005-ci  il­

dən topladığı  folklor nümunələrini sistemə salmağa, ata sözlə­

rini,  məsəlləri,  bayatıları,  tapmacaları,  məişətdə və  təsərrüfat­

da işlədilən, unudulmaqda olan terminləri toplamağa başladı.

Göytürk  dövlətinin  tarixi  və  o  çağlarda  işlədilən  Türk 

əlifbası,  Orxon-Yenisey  abidələri  onu  daha  çox  özünə  çəkir. 

Tonyukuk yazısı  haqqında Ərəb  dilində bir kitab  da  çapa ha­

zırlayır.  Soydaşı  Fadi  İsa  ilə  birlikdə  “Suriya 

Türkmanlarmın 

güney bölümü - Colan Türkmanları  (tarixsəl,  coğrafi, etnik  və 

dilsel  yönden  Colan Türkmanlarma dair yapılan ilk 

araştırma)

76

adlı  kitab  üzərində  də  işləyirdi.  Üzərində  işlədikləri  həmin 



kitabın elektron variantını mənə də göndərmişdi.

Hişam  Şabani  ilə  görüşmək  üçün  onu  bir  neçə  dəfə 

Azərbaycanda,  Türkmənistanda,  Türkiyədə,  İranda  vb.  ölkə­

lərdə  keçirilən  elmi  konfranslara  dəvət  etməyə  çalışsam  da, 

mümkün  olmadı.  Maddi  çətinliyə görə, mən  də  Suriyaya gedə 

bilmədim.

İranla  Suriyanın  münasibətləri  yaxşı  olduğundan  oradan 

Suriyanın  müqəddəs  yerlərinə  ziyarətə  türistik  səfərlər  təşkil 

edilirdi.  Bir həftəlik,  on günlük bu ziyarət səfərlərinin qiyməti 

nisbətən uçuz  idi.  Oradan  Dəməşqə  gedib  Colan  Türkmanları 

ilə  görüşməyə  təşəbbüs  göstərdim.  Lakin  bu  istəyim  də  baş 

tutmadı.  Çünki  İranın  turizm  şirkətlərinə  müraciət  etdikdə 

“xariçi  ölkə vətəndaşlarını  göndərə bilmərik” cavabını aldım.

Türkiyədəki  tanışlarım  və  Hişam  Şabani  ilə  apardığımız 

uzun-uzadı  yazışmalarda  qərara  gəldik  ki,  Türkiyədə  Colan 

Türkmanlarma  yönəlik  bir  toplantı  keçirək.  İstədiyimizə  nail 

olduq:  2007-ci  il  mayın  5-də Adana şəhərində Aydınlar Ocağı 

“I  Çukurova Türk  Dili  Kurultayı" konulu bir konfrans gcrçck- 

leşdirdi.  Adana  şcherinde  “Suriye’deki  Türkmenler  vc  Özel- 

liklc Colan Türkmcnlcri” -  adı  altında qurultay uğurla keçiril­

di. 

(Turkmenoglu 

Muhtar, 

2005,

http://groups.vahoo.com/neo/groups/turkelipostasi/convcrsati 

ons/topics/6127).  Lakin  mən bu toplantıya qatıla bilmədim.

77


SURİYA BÜ  GÜN

Üç  ilə  yaxındır  ki,  dünyanın  ən  məşhur  televizya  kanal­

ları, radioları, qəzet və jurnalları az qala hər gün Suryada gedon 

döyüşlərdən  söz  açır.  Azərbaycan  radio-televizyası,  qəzetləri 

də  mövzunu  gündəmdə  saxlayır.  Nə  yazıq  ki,  onların  yazıları 

ilə  Gürcüstan,  Ermənistan,  Avropa  ölkələrinin  mediasının  ya­

zıları o qədər də seçilmir.  Yəni  Suriyadakı Türkmanların taleyi 

gündəmə  gətirilmir,  Azərbaycan  oxucusuna,  dinləyicisinə,  ta­

maşaçısına  çatdırılmır.  Ara-sıra  verilən  yazılara  hökümət  də, 

siyasi partiyalar da, ictimai təşkilatlar da ciddi reaksiya vermir.

Suriyada  2011-ci  ilin  yanvarında  Bəşər  Əsəd  rejiminə 

qarşı  başlayan  etiraz  dalğası  getdikcə  gücləndi.  Martın  18-də 

Deradakı  üsyan  Bəşər  Əsəd rejimin  lərzəyə  saldı.  Artıq  aprel 

ayının sonlarından hökümət etiraz dalğasını əsgəri  güc və ağır 

silahlarla yatırmağa girişdi.

Ölkə daxilindəki etiraz hərəkatı  silahlı qarşıdurmaya gə­

tirib  çıxardı.  BMT  Təhlükəsizlik  Şurası  Suriyada dinc  əhalini 

ağır  silahlarla,  havadan  təyyarələrin  atdığı  mərmilərlə  məhv 

edən  höküməti  durdurmaq  üçün  qəti  tədbirlər  görmək  istədi. 

Lakin  BMT  Təhlükəsizlik  Şurasının  üzvü  olan  ölkələrdən 

Rusiya  Federasiyası  və  Çin  buna  qarşı  çıxdı  (Türkmenoğlu 

Ali, 2014:39).

Bəşər  Əsəd  rejimini  əsasən  Ərəb  Ələviləri,  yəni  Bəşər 

Əsədin  mənsub  olduğu  Nusayrilər,  Dürzilər,  İsmaililər  və 

Türkmanların 

bir 

qismi 


müdafiə 

edir 


(http.V/www.academia.edu/4593946/Suriyenin  Rotasi  ve  Tu 

rkmenler).

Suriyadakı  savaş qonşu ölklərə -  Orta Doğuya öz təsirini 

göstərdi.  Bəşər  Əsəd  rejimi  bu  savaşda  təkcə  tanklardan,  top­

lardan,  təyyarələrdən yox, kütləvi  qırğın silahlarından, kimyəvi 

silahlardan  da istifadə etdi.  Uluslararası təşkilatlar işə qarışdıq­

78

dan  sonra  Bəşər  Əsəd  rejimi  kimyəvi  silahların  ləğvinə  razı­



laşdı,  lakin  savaş  ara  vermədi.  Ali  Türkmənoğlunun  fikrincə, 

dünyanın  böyük  güclərinin  Suriya  rejiminə  qarşı  bilərəkdən 

sərt  tədbir  görməməsinin  səbəbi  var.  O  yazır:  “Suriya  krizini 

okuduğumda  şu  kam ya  varıyorum:  Beşar  Esat  devrilmeyecek, 

ABD (ABŞ  - Ə.Ş.) ve  Batı  tarafmdan,  beş  ve ya on senelik bir 

yönetim ömrü biçilecek.  İrakm kuzeyinde olduğu gibi  Suriyede 

de  Kürtler  için  bölgesel  yönetim  ilan  edilecek.  Suriyadakı 

Sünnilerin yoğun  yaşadığı  bölge  uçuşa yasak  bölge  ilan  edile­

cek.  Esad  yönetimi  belki  de  sadece  başkent  Şamda  etkili  kılı- 

nacak ve Suriye parçalara ayrılarak siyonist İsrail için bir tehdit 

olmakdan çıkacak” (Türkmenoğlu Ali, 2014:39).

Suriya  bölünməsə  belə,  İsrailə  təsir  göstərəcək  gücdə 

deyil.  İsrail  Colanı  işğal  etdikdən  sonra  Suriya  ilə  arada möh­

kəmləndirilmiş  sərhəd  xətti  yaradıb.  Quşun  da  səkə  bilməyə­

cəyi  bu  sərhəd  mühafizə  qurğuları  boyu  İsrailin  zirehli  ma­

şınları  durmadan  hərəkət  edir.  2014-cü  il  martın  18-də  sərhəd 

boyu  hərəkət edən  İsrail  zirehli maşını  minaya düşmüşdür.  Bu 

İsrailin  işğalı  altında  olan  Colan  bölgəsində  baş  vermişdir. 

İsrail  hökuməti  onun  nəzarəti  altında  olan  bölgəyə  minam 

kimin  yerləşdirdiyini  aydınlaşdırmadan  Suriyanı  sucladı  və 

martın  19-da  İsrail  aviasiyası  Suriya  ərazisindəki  bir  neçə 

hərbi  obyektləri  bombaladı.  İsrail  hərbi  təyyarəçilərinin hədə­

fində  Suriyadakı  rejimin  hərbi  qərargahı,  artilleriya  taqımı, 

eləcə  do  hərbi  təlim  mərkəzi  olub.  Dəməşq  bildirib  ki,  İsrail 

ordusu  Suriya  ordusunun  Kuneytra  rayonundakı  mövqeləri 

artilleriya  və  hava  zərbələrinə  məruz  qalıb.  Bu  hücum  nəti­

cəsində  Osədə  bağlı  bir  hərbçi  həlak  olub,  7-si  yaralanıb 

(http://news.lent.az/news/159772).

Suriyada  iç  savaş  başlayandan  İsrail  dəfələrlə  Suriyanı 

təhdid  edib.  Amma  Suriyadan  Türkiyə  ərazisindəki  yaşayış 

məskənlərinə  dəfələrlə  mərmilər  atılsa  da,  insanlar  ölsələr,

79


yaralansalar və maddi  ziyana uğrasalar  da,  Türkiyə tərəfi beis 

sərt addım atmağa cürət etməyib.

Gazi  Universitetinin  Doç.Dr.Mehmet  Akif Okur  “Türk 

Yurdu”  dərgisində  “2011-ci  ildə  iç  savaş  başlayandan  sonra 

ölkədə  130  min  insanın  öldüyünü,  900  min  insanın  mühaci­

rətə  getməli,  ev-eşiyini,  mal-mülkünü  atıb  qaçmalı  olduğunu, 

25  min  nəfərin  isə  savaşan  tərəflər  arasında  mühasirəds 

qaldığını” yazır (Okur Mehmet Akif, 2014:15, sayı 317).

Komurcu  Riad  yazır:  “Bu  sebepten  dolayı  Esat  gücler: 

Türkman  köylerini  bombalamış  ve  Türkmanların  Türkiyeye 

göç  etmesine  sebep  olmuştur.  Şu anki  durum  itibarıyla,  başta 

Bayır-Bucak  Türkmanları,  Hamus,  bunun  yanı  sıra  Halep 

Türkmanlarmdan  yaklaşık  40  köy  Turkmen  bölgesinden  köç 

etmişdir.  (Riad Komurcu, 2014:42).

Türkiyə  mətbuatında  isə  son  günlər  çap  olunan  yazı­

larda  göstərilir  ki,  Suriyada  savaş  sonucu  150  mindən  çox 

adam  öldü,  1,5  milyondan  çox  adam  İordaniyaya,  Livana, 

İraqa və Türkiyəyə qaçqın düşdü.

Suriyadan  1953-cü  ildə  Türkiyəyə  gələrək,  Hatayda  yer­

ləşmiş  bir  Türkman  ailəsin  övladı,  hazırdan  МНР  Mersin  Mil- 

lətvəkili  Mehmet  Şandır bir  müsahibəsində  Suriyadakı  savaşda 

200  min  Türkmənin  öldürüldüyünü  söyləyir.  (Atasoy  Fahri, 





Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə