AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu rza xəLİlov- 70 baki – 2015



Yüklə 369.17 Kb.
səhifə5/5
tarix19.12.2016
ölçüsü369.17 Kb.
1   2   3   4   5

Tacir SƏMİMİ

filologiya üzrə fəlsəfə doktoru
RZA MÜƏLLİM
Deyirəm dünyada işıqlı, yaşlı adamlar olmasaydı, yaşamaq da çətin olardı. Belə yaxşı adamlardan biri də Rza müəllimdir. Mən Rza müəllimi on dörd, on beş ildir ki, tanıyıram, daha doğrusu, bir institutda işləyirik. Həmişə mən Rza müəllimi gülərüz görmüşəm. Kiməsə acıqlandığı, pərt etdiyi yadıma gəlmir.

Heç yadımdan çıxmır, müdafiə şurasının katibi işləyəndə işinə çox can yandırırdı. O, müdafiə edən adamdan çox əziyyət çəkər, onun təsdiqi müəyyən olana qədər narahat olardı. Rza müəllim səbir və təmkinlə işini davam etdirərdi. İndi də elədir, boş dayanmır. Baxırsan ki, qoltuğunda qovluq var, ya oturub nəsə yazır. Bir sözlə, kitab tərtibi, tərcümə və başqa işlərlə zövqlə məşğul olur. Rza müəllim olduqca xeyirxah, nəcib adamdı, həmişə adamlara kömək etmək, nədəsə yardımçı olmaq sanki onun borcudur. Rza müəllimin adı gələn kimi institutumuzda hamının gözləri gülür, üzlərdə təbəssüm görünür, çünki hamı onu sevir, ona hörmət bəsləyir.

Mən eşidəndə ki, bizim hörmətli Rza müəllimin 70 yaşı tamam olub, düzü, inanmadım. Maşallah, Rza müəllim elə mən on dörd-on beş il bundan əvvəl gördüyüm adamdı. İşgüzarlığı, halallığı ilə hamının ürəyini fəth eləyib.

Mən də Rza müəllimi 70 illiyi münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayıram. Gün o gün olsun, Rza müəllimin 80, 90 və 100 illiklərini təbrik edək. Allah Sizi həmişə var eləsin. Rza müəllim, Siz bizim sevimlimiz və fəxrimizsiniz.



Ülkər ƏLİYEVA

filologiya üzrə fəlsəfə doktoru
DƏYƏRLİ İNSAN
Kəssə hər kəs tökülən qan izini,

Qurtaran dahi odur, yer üzünü.



H.Cavid
Deyirlər bir insan hamı üçün eyni ola bilməz. Əminliklə deyə bilərəm ki, Rza müəllim hamı üçün eynidir. Tanıyanlar arasında onu sevməyən tapılmaz. Rza müəllimin şəxsiyyətində əsl insana məxsus bütün keyfiyyətlər cəmlənib. Təəssüf ki, bəşəriyyət belə insanları az yetirir.

Sevdiyim şəxsiyyətlər haqqında yazarkən mənə elə gəlir ki, dilimizin lüğət fondu bəsitdir, çünki mən şablonlaşmış ifadələri onlara şamil edə bilmirəm. “Rza müəllim zəhmətkeş alim, gözəl ailə başçısı, səmimi iş yoldaşıdır” cümləsini yazmaqla elə bilirəm ki, onun haqqında heç nə deməmişəm. “Vaxtdan uca” ifadəsini Azərbaycan ədəbiyyatına dəyərli yazıçımız R.Hüseynov gətirmişdir.

Rza müəllim ─ siz də, vaxtdan ucada dayanırsınız.

Onun körpə qəlbi kimi saf qəlbinin nuru işıqlı təbəssüm kimi çöhrəsində əks olunmuşdur. Ağrı-acılı anlarında da çöhrəsindəki təbəssüm onu tərk etmir. Mən Rza müəllimin tələbəsi olmamışam, lakin onun rəhbərliyi altında işləməyin özü də böyük məktəbdir.

Rza müəllim, sizə Allah yanında daim ucalıq arzusu ilə yazımı tamamlayıram.

Budur, yer üzünün əşrəfi, insan. (S.Vurğun)



Atəş ƏHMƏDLİ

filologiya üzrə fəlsəfə doktoru
YUBİLEY YAŞIN MÜBARƏK
Eşidəndə ki, Folklor İnstitutunda Rza müəllim haqqında “Yubiley” kitabı hazırlanır, çox sevindim. Düzünü desəm, bir az da təəccübləndim. O mənada ki, nəhayət belə bir məramlı kitabın hazırlanmasına Rza müəllim imza atıb. Düz 10 il öncə Rza müəllim eynilə bu səciyyədə təntənəyə şanslı olduğu halda bu işin reallaşmasına razılıq verməmişdi (Şübhəsiz, bu, Rza müəllimin olduqca təvazökar insan olmasına dayanıqlı bir məsələdir və yazımızda bu təvazökarlığı şərtləndirən məqamlara toxunacağıq). Necə ki, bu onun halal haqqı idi və sözün əsl mənasında Rza müəllim elə 10 il öncə bu təntənəni qeyd etməyə layiq idi. O zaman Rza müəllim ömrünün 60-cı qışını keçirirdi. Bu məqamda isə o, artıq 70-ci qışını başa vurmaqdadır. Bir sözlə, Rza müəllim indi yaşının daha müdrik çağındadır və görünür elə bu çağda olmasına müqabil nəhayət ki, Rza müəllim belə bir işin həyata keçirilməsinə etiraz etməmişdir.

Əslində Rza müəllim haqqında yazmaq mənə görə çox rahatdır. Çünki 30 ildən bir qədər də artıqdır ki, onu tanıyıram. Bu illər bir-birimizi yaxşı tanımaq üçün həm də bizi bir çox sınaqlardan keçirib. Əvvəldə qeyd etmişdim ki, Rza müəllim çox təvazökar insandır. Əlavə etməliyəm ki, onu səciyyələndirən bu keyfiyyəti onun sadə və səmimi bir insan olmasına dayanıqlıdır. Yanılmarıq desək ki, səmimiyyət insanın zatından gəlir və insanın nəcib xislətli olduğunu əsaslandırır. Əlbəttə, doğulduğu mühitin, böyüdüyü şəraitin və əhatə olunduğu çevrənin onun insan kimi formalaşmasına təsiri olduğunu da qaçırmamalıyıq. Digər tərəfdən etiraf etməliyəm ki, Rza müəllim təvazökar və səmimi olduğu qədər də ciddi adamdır. Bu onun həm məşğul olduğu sahəyə, həm də əhatə olunduğu həmkarlarına münasibətini müəyyənləşdirən prinsipial mövqeyidir. Yəni digər rakursdan baxdıqda Rza müəllim konkret mövqeyi olan ciddi bir elm adamıdır.



Elə bir situativlik qeydə alınmaz ki, Rza müəllim ona müraciət edən şəxsi nigaran saxlasın. Hər nə vasitə ilə olursa-olsun ona yardım etməyə səy göstərəcək. Şübhəsiz, imkan daxilində olanları “öz hesabına” həll edəcək, nüfuz edə bilmədiklərinin isə həlli yollarını aramağa çalışacaq. Hər şey bir qırağa, təkcə bu xüsusiyyəti Rza müəllimin böyük ürək sahibi olduğunu anlamağımıza imkan yaradır.

Rza müəllimin belə bir səciyyəvi xeyirxahlığı da var ki, lazım olan anında yoldaşa kömək əlini uzadır. Əslində bu onunçün mənəvi ölçüdür və təəssüflər olsun ki, belə “ölçü ilə” problemlərə müdaxilə edənlər indi “təkəm-seyrək”dir. (Gəlin belə insanları sayğı və diqqətdən kənarda qoymayaq!). Elə Rza müəllimlə ilişgəli bu xüsusiyyətinə rəğmən bir təəssüratımı bölüşmək istəyirəm. Elmi işimin müdafiə mərhələsinin başlanmasına lap az vaxt, yəni yarım saat qalırdı. Professor Seyfəddin Qəniyev mövzumla bağlı SMOMPK məcmuəsi ilə tanışlığımın nə durumda olduğunu soruşdu və ardınca vurğuladı ki, bax haa, bu ətrafda sənə sualım ola bilər! Elə Seyfəddin müəllimdən yenicə uzaqlaşmışdım ki, nəzərlərim dəhlizdə gəzişən Rza müəllimi çəkdi. Onun bu mövzuda daha məlumatlı olduğunu bildiyim üçün tez Rza müəllimə yaxınlaşdım. Məlumatın səhihliyini müəyyənləşdirmək üçün ondan yardım istədim. Darıxdırıcı məqam idi və o anda Rza müəllimin məsələyə nə cür müdaxilə edəcəyinə, doğrusu konsentrə oluna bilmirdim. Çünki əhvalından onun o anda mənə konkret bir şey söyləmək iqtidarında olmadığını anlamışdım. Amma dəhliz boyu gəzişə-gəzişə nəyisə yadına salmağa çalışdığını da sezmişdim. Vəziyyət elə belə də qaldı. Mənə elə gəldi ki, elə belə də qalacaq. İşi belə görüb Rza müəllimdən aralandım. Məsəl var: “Deyir sən saydığını say, gör fələk nə sayır”. Sən demə Rza müəllim elə dəhlizdə “var-gəl” edərkən bu işə əlac tapıb. Mən müdafiə otağına istiqamətlənən pilləkənləri qalxmamış (vaxtın darlığına baxmayaraq) heç bilmədim Rza müəllim nə vaxt açarı götürdü, necə seyfi açdı… və onda çevrildim ki, əlində SMOMPK mənə səsləndi: “Atəş gəl. Sən istəyən məlumatı tapmışam”. Lazım olan məlumatı yerli-yataqlı ondan alıb müdafiə otağına yollandım. Şübhəsiz, Seyfəddin müəllimin mənə ünvanladığı suala bir təhər cavab tapıb “çulumu sudan çıxara biləcəkdim”. Amma deməliyəm ki, Rza müəllimin ekstremal vəziyyətdə, yəni elə məqamında mənə etdiyi bu kiçik xeyirxahlığı müdafiə prosesində böyük dəstək kimi mənim karıma gəldi. 70 yaşlı insanın bir gənc çevikliyi ilə, həm də vaxt itirmədən məsələyə əmcan çəkməsi doğrusu mənə maraqlı gəldi. Və bir daha əmin oldum ki, xeyirxahlıq Rza müəllim üçün ötəri hiss deyil, bu onun xislətindən gəlir, bu onun “alın yazısı”dır. Peşəsinə münasibətinə gəlincə sözsüz ki, burada da Rza müəllim əksər həmkarlarına nümunə ola biləcək davranış və bu yönümlü stereotiplərə yiyələnməsinə rəğmən seçilməkdədir. Bir məqamı ayrıca vurğulamaq istəyirəm ki, özüm də daxil olmaqla (həm də tanışlığım olduğu ətrafı nəzərdə tutmaqla) indi tədqiqatçılar tədqiqatları tələb etsə belə arxivlərdə işləməyə o qədər də əhəmiyyət vermirlər. Əslində bu çox mühüm məsələdir və diqqətdən kənarda qalmamalıdır. Məsələ ondadır ki, Rza müəllim indiyə qədər bütün araşdırmalarını arxiv çalışmalarına üstünlük verməklə aparmışdır. Uğurlu nəticələr əldə etsə də, deməliyəm ki, bu metodla işləməsi hərdən onun səhhətinə fəsadlar da gətirmişdir. Yaxşı yadımdadır, bir mövsum Rza müəllim arxivdə o müddətdə çalışmışdır ki, tozlu mənbələrdən gözünə infeksiya da düşmüşdü. Həmin ili Rza müəllim uzun müddət gözlərindən müalicə aldı. Hətta mən ona (şübhəsiz səhhətinə görə) daha arxivə getməməyi tövsiyə etdim. Maraqlıdır ki, səhhəti yaxşılaşan kimi, o, yenidən bu metodla işləməyə davam etdi. Sözümün canı odur ki, Rza müəllim araşdırmalarına canını qoyur. Yeri düşəndə bu iş üçün sağlamlığını belə əsirgəmir. Bu da onun göstəricisidir ki, Rza müəllim Folklor işinə haqq işi, milli mücadilə işi olaraq yanaşır. Heç şübhəsiz, belə bir mövqeyi amalca onu özündən əvvəl bu iş uğrunda mücadilə aparmış sələflərinə yaxınlaşdıra bilmişdir.

Ümumilikdə götürsək, Rza müəllimin şəxsiyyətində elə keyfiyyətlər təmərküzləşmişdir ki, buna müqabil müasiri olduğu həmkarları ona “əlahiddə” hörmət bəsləyirlər. Dediklərimə sadəcə onu əlavə edə bilərəm ki, bunu özlərinə örnək bilənlər qoy özləri nə zamansa belə bir örnəyə çevrilməyi bacarsınlar.

Rza müəllimə nə arzulaya bilərəm?!

Birmənalı olaraq ömrünün bu çağında ona ilk növbədə cansağlığı arzulayıram! Qoy salamat və sağlam qalsın ki, Rza müəllim xeyirxah işlərini də davam etdirə bilsin. Rza müəllim, 70 yaşınız mübarək! 71-iniz xeyirli gəlsin! 80-i, 90-ı… və ardınca... Tanrı sizə nə qədər illər bəxş edəcəksə o illəri də beləcə, yəni nikbin, gümrah və əminamanlıq şəraitində qarşılayıb, yola salasınız. Bu minvalla, yenicə qovuşduğunuz “Yubiley ili”niz mübarək!



19 fevral 2015

YUBİLEY TƏDBİRİNDƏN GÖRÜNTÜLƏR

BAŞLIQLAR
Tərtibçidən 3

Filologiya üzrə fəlsəfə doktoru, dosent Rza Xəlilovun

70 illiyinə həsr olunmuş yubiley tədbiri 4

Paşa Əfəndiyev. Rza müəllim 29

Mahmud Allahmanlı. Folklorşünas Rza Xəlilov 33

Ramil Əliyev. Əziz dostum Rzaya 42

Seyfəddin Rzasoy. Dünyamızı bəzəyən insan............44

Ağaverdi Xəlilov. Dəyərli ziyalı və gözəl insan 46

İslam Sadıq. Düşündüklərimiz düz çıxdı 50

Tahir Orucov. Gözəl alim, qayğıkeş insan 52

Mətanət Yaqubqızı. Xeyirxahlıq mücəssəməsi 58

Qalib Sayılov. İnsanin sərvəti öz şəxsiyyəti olmalıdı .60

Şakir Albalıyev. Ağırçəkili sayılıb-seçilən kişi 63

Tacir Səmimi. Rza müəllim 67

Ülkər Əliyeva. Dəyərli insan 68

Atəş Əhmədli. Yubiley yaşın mübarək 69

Yubiley tədbirindən görüntülər 73


Rza Xəlilov- 70.

Bakı, “Elm və təhsil”, 2015.

Nəşriyyat direktoru:

Nadir Məmmədli
Nəşriyyat redaktoru:

Sönməz Abbaslı
Kompyuterdə yığdı:

Ruhəngiz Əlihüseynova
Kompyuter tərtibçisi və

texniki redaktoru:



Aygün Balayeva
Kağız formatı: 60X84 1/32

Mətbəə kağızı:№1

Həcmi: 84 səh.

Tirajı: 300


Kitab Azərbaycan MEA Folklor İnstitutunun

Redaksiya-nəşr bölməsində yığılmış, səhifələnmiş,

“Elm və təhsil” NPM-də ofset üsulu ilə



hazır deopozitivlərdən çap olunmuşdur.
Каталог: arasdirmalar
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəLİ xuluflu – 120
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu təRTƏr rayon icra hakiMİYYƏTİ
arasdirmalar -> Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi
arasdirmalar -> Amea-nın Nəsimi adına Dilçilik İnstitutunun nəşrləri (2010-2016) Kazımov Q
arasdirmalar -> Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ
arasdirmalar -> Created by Neevia Personal Converter trial version ялимярдан бяй топчубашов
arasdirmalar -> AZƏrbaycan elmlər akademiyasi I. NƏSİMİ adina diLÇİLİK İnstitutu
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu hacalı NӘCӘFOĞlu azәrbaycanda vә Türkiyәdә


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə