Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə82/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   78   79   80   81   82   83   84   85   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
77 
şil çalıb, sonra şişin üzərinə yaxıb tənziflə sarımaq, üstündən 
corab  geyinmək  məsləhətdir.  Bu  müalicəni  bir  ay  davam 
etdirmək lazımdır. 
Sinəsi  bəlğəmdən  tutulan  adamlara  bir  həftə,  hər  gün 
yeməkdən əvvəl üç dəfə nar çiçəyini dəmləyib bal ilə qarış-
dırıb  içmək  məsləhətdir.  Bu  qəbil  müalicə  üsulu  sinəni 
bəlğəmdən təmizləyir. 
Sinəsi  tutulan,  göyöskürək  və  bəlğəmli  xəstələr  –  bir 
həftə,  her  gün  yeməkdən  qabaq  yasəmən  çiçəyini  dəmləyib 
içmək məsləhətdir. 
Sinəsi  bəlğəmli,  qanlı  öskürəyi  olan  xəstələrə  moruq 
mürəbbəsini  bal  ilə  qarışdırıb  çay  ilə,  yaxud  moruq  mürəb-
bəsini bal ilə şərbət edib axşam yatmamışdan qabaq və səhər 
obaşdan acqarına bir fincan içmək məsləhətdir. 
Sinəsi bəlğəmli, göyöskürəyə tutulanlara dağ baldırğa-
nının gövdəsini qaynadıb suyunu süzdükdən sonra bir həftə 
gündə  üç  dəfə  (səhər,  günorta,  axşam)  bir  fincan  içmək 
məsləhətdir. 
Sarılıq xəstəliyinə tutulanlara –  sərçə  əti  və  yumurtası 
yemək məsləhətdir. 
Sarılıq  xəstəliyinə  tutulanlara  nar  şirəsini  qaynanmış 
südlə qarışdırıb içmək məsləhətdir. 
İshal, qarın ağrısı xəstəliyinə tutulanlara yetişmiş əzgil 
yemək  və  ya  əzgili  qaynadıb  suyunu  gündə  üç  dəfə  ye-
məkdən əvvəl içmək məsləhətdir. 
Qızılca  xəstəliyinə  tutulanlara  gündə  üç  dəfə  əsməgül 
çiçəyi dəmləməsi içmək məsləhətdir. 
Diş ağrısından əziyyət çəkənlərə gündə üç dəfə ağzını 
qızılgül  suyu  ilə  qarqara  etmək  məsləhətdir.  Bu,  həm  də 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin