11
baxanın ağlını aparır. Rəsul bir də baxıb gördü bu qızın
yanında bir dərviş var. Dərviş qızın əlini Rəsula uzadıb dedi:
– Rəsul (Qərib – M.H.), bu qız tiflisli Xoca Sənanın
qızı Şahsənəmdi. Bunu sənə buta verirəm..."
Yuxugörmənin telepatik baxımdan daha dəqiqliyinə
"İvrahım" dastanından bir parçaya diqqət yetirmək yerinə
düşərdi:
"...Ustadlar deyirlər ki, İvrahım günbəzdə yatıb, vağı-
yada gördü ki, Heratda Fətəli xanın qızı Hüreynisə xanımı
ona buta veriblər.
İvrahım başladı Herata getməyə. Bir qədər gedəndən
sonra yolda Xoca Hasan adında bir sövdayara rast oldu.
Xoca ona dedi:
Oğul, hara gedirsən?
İvrahım dedi:
Başına döndüyüm, bəzirgan xoca, Xoca, bir yar deyim, ver nişan barı. Malın qismət olsun, gedəsən Haca, Xoca, bir yar deyim, ver nişan barı... Aldı Xoca:
...Xoca Hasan xocaların gözüdü, Aşıqların söhbətidi, sözüdü. İndi bildim: Fətəli xan qızıdı, Oğul sən adın de, mən nişan verim.
Xoca dedi:
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com