13
bət dastanlarımızda da rast gəlirik.
Göründüyü kimi, xalq ədəbiyyatı janrlarında yuxu,
yuxugörmənin yalnız səbəbi deyil, real nəticəsi də aydınca
aşkarlanır.
Dastan poetikasında yuxu, yuxugörmə və yuxuyoz-
maların özünəməxsus yeri var. Lakin şifahi xalq ədəbiyya-
tında çox təsadüf olunan yuxugörmə və yuxuyozmalarını
poetik baxımdan təhlil edərkən, onların dastan süjeti və
kompozisiyasındakı bədii funksiyası zəruri surətdə nəzərə
alınmalıdır. Bizim fikrimizcə, yuxugörmə və yuxuyozumları
psixoloji təhlil vasitəsi kimi özünü göstərir.
Qeyd etdiyimiz kimi, Azərbaycan ədəbiyyatşünaslı-
ğında, eləcə də folklorşünaslığında psixoloji təhlil məsələləri
sistemli şəkildə öyrənilməmişdir. Son zamanlar Azərbaycan
ədəbiyyatşünaslığında bu məsələlərə müəyyən dərəcədə
diqqət yetirilsə də, folklorşünaslıqda dastan poetikasına, bu
mühüm məsələyə, mahiyyət etibarilə hələ də elmi-nəzəri
cəhətdən ciddi əhəmiyyət verilmir. Bu baxımdan bəzi
cəhətləri qeyd etməmək olmaz.
Dastanlarımızda nəzərdən keçirdiyimiz telepatik feno-
menlər psixoloji dəqiqliklə təsvir olunur. Dastan qəhrəmanları
bəynişan ərgən (subay) oğlan və qızlar uzunmüddətli yuxuya
– huşa getmişlər. Ayılandan sonra onlar özlərinəməxsus hallar
keçirirlər. Dastan qəhrəmanlarının gözləri yol çəkir, qulaqları
cingildəyir, güyüldəyir, gözləri səyriyir, dalağı sancır, sümüyü
üşürgəyir, ürəyinə nə isə damır... Bütün bunlardan başqa, on-
lar qəribə intuitiv duyumla da seçilirlər. Belə ki, baş verəcək
möcüzələri irəlicədən duyurlar. Öz sevgililərinin – butalarının
və eləcə də ünsiyyətdə olduqları hər kəsin fikirlərini heç bir
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com