İnsan yer üzündə məskunlaşdığı andan etibarən mənsub
ərazidə yuxu yozumları, xalq təbabəti, elat inam və etiqadları
ona dörd ünsür – hava, su, od, torpaq kimi gərəkli olmuşdur.
"Azərbaycan xalqının ənənəvi bilikləri" kitabının müəl-
lifi N.M.Həkimovanın gözəl bir niyyətlə çapa hazırladığı bu
dəyərli kitabda tarixi çox qədim əsrlərlə səsləşən ulu, müdrik
xalqımızın milli-mənəvi özünəməxsusluq, özünütəsdiq, özü-
nüdərk fikir dünyası hələ işıq görməyən bol-bol faktlar, ma-
raqlı nümunələr ilə ön plana çəkilir və təsdiqlənir. Əsrlər
boyu xalqın ruhundan süzülüb gələn inamlara elat müdriklə-
rinin-aqillərinin ayrı-ayrı əsrlərdə, qərinələrdə yaşamaq hü-
ququ vermələri, bunları dövrümüzə qədər yaşatmaları təqdirə-
layiq sayılmalıdır. Kitabın "Müdriklərimizin yuxu yozumları"
bölümündə əzəli-ədəbi dünya yarandığı ilk vaxtdan bəşər öv-
ladının hər an təmasda olduğu, onu əhatə edən maddi varlıqda
və eləcə də insanın öz daxili aləmində, beynində baş verən fe-
nomenlərin sirli-sehirli duyumunu, anlamını imkanı daxilində
aşkarlamaq üçün saysız-hesabsız "niyələrin" səbəbini araşdır-
mağa çalışmasından bəhs edilir. Sözsüz, bu axtarışlar əsrlər
boyu gah uğurlu, gah da uğursuz olsa da, bu günə qədər öz
aktuallığını itirməmişdir. Mən əminəm ki, müəllifin gərgin
əməyi nəticəsində başa gələn bu kitab öz bəhrəsini verəcək,
bu sahədə çalışan psixoloqlarımız, fizioloqlarımız, təbiblə-
rimiz, folklorşünaslarımız sirli aləmin elmi açarını əldə edə-
cəklər. Yuxugörmə, türkaçarə təbabətinə vurulmuş mistik
inamsızlıq damğaları, yersiz böhtanlar ciddi araşdırmalar əsa-
sında aradan qaldırılaraq öz qanuni təsdiqini alacaqdır. Bu da
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com