__________________________________ Nübar Həkimova
25
Misri qılınc qızıl qana boyansın,
Tutulubdu bir Eyvazım, əldədi!
Yatmışdım, aşkara gördüm duşumu,
Əzəlindən mən bilirdim işimi.
Çəkin, yəhərləyin çərləmişimi,
Tutulubdu bir Eyvazım, əldədi!...
Nümunədəki: "Yatmışdım, aşkara gördüm duşumu,
əzəlindən mən bilirdim işimi" fikrinin təsdiqi diqqətdən kə-
nar qala bilməz. Yaxud bu qəbil möhürlü təsdiqlərə məhəb-
bət dastanlarımızdan aşağıda gətirəcəyimiz başqa nümunə-
lərə diqqət yetirək:
"...Dərvişlər bir-birilə himləşdilər ki, biz axşama kimi
boğazımızı yırtırıq, beş şahı qazana bilmirik. Bizə hörmət
qoyan yoxdu. Camaat aşıqlara hörmət qoyur, çox pul verir.
Gəlin bunu da özümüzə yoldaş eləyək. Elə ki, gəzdik, do-
landıq, qazandıq, sonra başını batırarıq, pulları götürərik...
Dərvişlərdən biri Qurbaniyə dedi:
– Oğlum, gəl sən də bizim oğlumuz ol. Bir yerdə kənd-
lərə gedək, məclis keçirək, pul qazanaq.
Qurbani haqq aşığı idi. O saat başa düşdü ki, dərvişlər
onu aldatmaq istəyirlər. Dedi:
– Baba dərvişlər, aman verin sazla bir neçə söz deyim,
sonra eybi yoxdu, yoldaş olarıq. Mən də çölçü, siz də çölçü.
Aldı Qurbani:
Fənd eləmə, felli dərviş,
Belə kar eləmək olmaz.
Yıxıban könül evini,
Mürğü-zar eləmək olmaz.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|