35
yuxusunun yorumu-yozumu uğurlu olar, yaxşı olar.
Yuxugörən səhər tezdən kiməsə "Xeyir olsun, bu gecə
yaxşı yuxu görmüşəm" dedikdə, o adam "Yuxun çin olsun,
Allah xoşbəxtlik gətirsin" deməlidir.
Yuxuda bal arısı görənin var-dövləti çoxalar, varlanar.
Yuxuda axar su görmək uzaq səfərə çıxmaq kimi yozulur.
Yuxuda aşsüzən görmək arzu-istəyin puça çıxmasıdır.
Yuxuda badam görənin işi dolaşığa, çətinliyə düşər.
Yuxuda badımcan görənin ailədə işi düz gəlməz, xəstə
olarsa, onun şəfa tapması çətin olar.
Yuxuda barlı bağ görmək, ailədə bərəkətin artması ki-
mi yozulur.
Yuxuda bayquş görmək, ailəyə bədbəxtliyin üz vermə-
si kimi yozulur.
Yuxuda balıq görmək, arzu-istəyə çatmaq, xoşbəxt ol-
maq kimi yozulur.
Yuxuda su ilə dolu bardaq görmək xeyirxahlıq, xoş-
bəxtlik, boş bardaq görmək bədbəxtliklə üzləşmək kimi yo-
zulur.
Yuxuda baş şalı (örpək) görmək ucalıq, yaxşı vəzifəyə
çatmaq kimi yozulur.
Yuxuda beşik (yüyrük, nənni) görmək bədbəxtlik əla-
mətidir. Ailədə körpə uşağın ağır xəstələnməsi, ölməsi kimi
yozulur.
Yuxuda bilərzik görmək bədbəxtlikdir, yuxu görənin
ailədə, işdə gününün pis keçməsi kimi yozulur.
Yuxuda bıçaq görmək qan düşməni ilə barışmaq kimi
yozulur.
Yuxuda bozartma yemək, günü pis keçmək, yuxu
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com