36
görənin bədxahlarının çox olması kimi yozulur.
Yuxuda boşqab görmək, evə-ailəyə pay gəlməsi de-
məkdir.
Yuxuda buzov görmək, yuxugörənin ziyana düşəcəyi
kimi yozulur.
Yuxuda bulaq görmək aydınlıqdır, ailədə xəstə varsa,
tez sağalacaq kimi yozulur.
Yuxuda buğda görmək yuxu görənin ailəsində var-
dövlətin, bərəkətin artması, çoxalması kimi yozulur.
Yuxuda bülbül görmək ailədə şadlıq əlaməti kimi
yozulur.
Yuxuda qaban görmək qəfildən varlanmaq əlaməti ki-
mi yozulur.
Yuxuda əliuşaqlı qadın görmək ailədə xoşbəxtlik
əlaməti kimi yozulur.
Yuxuda qaz-ördək görmək təmizlik əlamətidir.
Yuxuda qazan görmək xoşa gəlməyən qonağın gələcə-
yi kimi yozulur.
Yuxuda qaymaq görmək yuxugörənin arzusuna çatmaq
kimi yozulur.
Yuxuda açıq qapı görmək bədbəxtlik, qapalı, örtülü qa-
pı görmək xeyir tapmaq kimi yozulur.
Yuxuda qarğa görmək yuxugörənin mal-qarasının, da-
varının (qoyun-keçinin) xəstəlik tapması, qırılması kimi yo-
zulur.
Yuxuda qara at görmək yuxu görənin şərə düşməsi ki-
mi yozulur.
Yuxuda qaranquş görmək uzaq yerdə yaşayan qohum-
əqrəbadan xeyir xəbər eşitmək kimi yozulur.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com