40
Yuxuda qırqovul görmək, ləziz, dadlı xörək yemək
deməkdir.
Yuxuda qırxayaq görmək, ailədə xoşbəxtlik olacağı,
xəstə, azarlı varsa, sağalacağı kimi yozulur.
Yuxuda gicitkən görmək yuxugörənin dost-tanışının
çox olacağı kimi yozulur.
Yuxuda qoç, qoyun görmək, yuxugörənin kiminləsə
dalaşacağı kimi yozulur.
Yuxuda çalağan görmək yuxugörənin özü və ailəsi
böhtana düşəcək kimi yozulur.
Yuxuda quzuqulağı (turşəng) görmək, yuxugörənin
ailəsində dərd, kədər, qüssə çox olar kimi yozulur.
Yuxuda qumru görmək yuxugörənin ailəsində, evində
oğurluq olar kimi yozulur.
Yuxuda qurbağa görmək yuxugörənin ailəsində körpə
uşağın dünyaya gəlməsi kimi yozulur.
Yuxuda quymaq görmək, yuxugörənin uzaqdan xoş
xəbər eşidəcəyi kimi yozulur.
Yuxuda qulaq görmək, xoş xəbər eşitmək deməkdir.
Yuxuda dağ görmək, ucalmaq, böyük vəzifəyə çatmaq,
ad-san sahibi olmaq kimi yozulur.
Yuxuda dağ keçisi görmək, ucalmaq əlamətidir.
Yuxuda danadişi görmək, yuxugörənin əkin-səpininin,
bağ-bağçasının barının, məhsulunun bol olacağı kimi
yozulur.
Yuxuda dana-buzov görmək ailəyə qonaq gəlməsi kimi
yozulur.
Yuxuda daraq görmək, bəla, bədbəxtlik əlamətidir,
amma bu bəla, bədbəxtlik tez ötüb keçəcək kimi yozulur.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com