42
Yuxuda durna görmək, yuxugörənin uzaq səfərə gedə-
cəyinə, səfərin isə çətin olacağı kimi yozulur.
Yuxuda düyü görmək, yuxugörəni xoş məram gözləyir
kimi yozulur.
Yuxuda ev görmək, ucalmaq, vəzifə tutmaq kimi yo-
zulur.
Yuxuda eşşək görən yuxugörəni hörmət gözləyir.
Dost-tanışı çox olacaq kimi yorulub-yozulur.
Yuxuda eynək görmək uzaqdan, qürbət eldən yuxugö-
rənə qonaq gəlməsi kimi yozulur.
Yuxuda əjdaha görmək yuxugörənin yüksək vəzifə
tutması kimi yozulur.
Yuxuda əzgil görmək yuxugörənin pullanması demək-
dir.
Yuxuda ələk görmək yuxugörənin hörmət-izzət sahibi
olub, var-dövlətə çatacağı kimi yozulur.
Yuxuda əl görmək, toy-nişan olacağı kimi yozulur.
Yuxuda əncir görmək yuxugörənin ailəsinə əlidolu qo-
naq gələcəyi kimi yozulur.
Yuxuda ərik görmək, yuxugörənin təzə paltar geyəcəyi
deməkdir.
Yuxuda əriştə görmək, yuxugörənin arzu-istəyinin puç
olacağı kimi yozulur.
Yuxuda qara at görmək ailədə kiminsə xəstələnməsi
deməkdir.
Yuxuda zəli görmək yuxugörənin ailəsində xəstə varsa,
tez sağalacağı kimi yozulur.
Yuxuda zığzığ quşu görmək ailədə bəla, bədbəxtlik
olacağı kimi yozulur.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com