43
Yuxuda zurna görmək, yuxugörənin ailəsi haqqında pis
sözlərin söylənməsi, qeybət kimi yozulur.
Yuxuda ayna görmək, yuxugörənin dost-tanışının çox
olacağı kimi yozulur.
Yuxuda iydə görmək həmin il məhsulun bol olacağı
kimi yozulur.
Yuxuda qızıl ilan görmək yuxugörəni xoşbəxtlik
gözləyir kimi yozulur.
Yuxuda inək görmək, var-dövlət tapmaq deməkdir.
Yuxuda iskənə görmək, ailədə ev-eşiyin abadlığı
deməkdir.
Yuxuda it görmək, yuxugörənin hər yerdə mehriban-
lıqla qarşılaşacağı kimi yozulur.
Yuxuda yaba görmək dava-dalaş kimi yozulur.
Yuxuda yağ görmək yuxugörənin iş-gücünün yaxşı
olacağı deməkdir.
Yuxuda yarasa görmək ən əziz adamın ölməsi, itiril-
məsi kimi yozulur.
Yuxuda yarma, taxıl görmək evin bərəkətinin artması
kimi yorulub-yozulur.
Yuxuda yarpız görmək yuxugörənin xəstələnəcəyi
kimi yozulur.
Yuxuda yağış görmək aydınlığa çıxmaq kimi yozulur.
Yuxuda yaylaq görmək mal-qaranın, qoyun-quzunun
artması, çoxalması kimi yozulur.
Yuxuda yemiş (qovun) görmək, yuxugörənin hər yerdə
xətri əziz, sözünün, özünün şirin olması kimi yorulub-
yozulur.
Yuxuda yol salmaq yuxugörənin səfərinin xeyirli ola-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com