45
yuxugörən xeyir tapacaq, işi uğurlu, avand olacaq, boş olsa,
ziyan tapacaq kimi yozulur.
Yuxuda kürək, şana görmək, çoxlu var-dövlət sahibi
olmaq kimi yozulur.
Yuxuda küp görmək yuxugörənin var-dövlətinin yoxa
çıxması, pis dolanacağı, aclıq çəkəcəyi kimi yozulur.
Yuxuda gəmi görəni bədbəxtlik gözləyir kimi yozulur.
Yuxuda göyərçin görmək yuxugörənin küsülü adamla
barışması kimi yozulur.
Yuxuda göy qarğa görmək yuxugörənin xəstəliyinə,
dərdinə dava-dərman tapılmayacaq kimi yozulur.
Yuxuda gölməçə görənin var-dövləti əlindən çıxar.
Yuxuda göz görmək yuxugörənin ailəsinə qonaq
gəlməsi kimi yozulur.
Yuxuda gün görmək yuxugörənin xoşbəxtliyə çatması
kimi yorulub-yozulur.
Yuxuda güzgü görmək yuxugörənin ailəsinə qonaq gə-
ləcəyi kimi yozulur.
Yuxuda kartof, lobya yemək, görmək, dərmək yuxugö-
rənin varlanacağı kimi yozulur.
Yuxuda maral, ceyran görmək, yuxugörənin ucalacağı,
vəzifəsinin böyüyəcəyi kimi yozulur.
Yuxuda avtomobil görmək pis əlamət kimi yozulur.
Yuxuda meşə görmək, varlanmaq əlaməti kimi yozulur.
Yuxuda göyöyün (mozalan) görmək, yuxugörənin ha-
mı tərəfindən sevilməsi kimi yozulur.
Yuxuda nehrə görmək yuxugörəni qarşıda çətin sınaq
gözləyir kimi yozulur.
Yuxuda oraq görmək yuxugörənin azar-bezarının tez-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com