46
liklə sağalacağı kimi yozulur.
Yuxuda palto geymək yuxugörənin küsülü olduğu
adamla barışacağı kimi yozulur.
Yuxuda palçıq görmək yuxugörənin ev-eşik sahibi ola-
cağı kimi yozulur.
Yuxuda pendir, çəçil görmək, çətinlik kimi yozulur.
Yuxuda pələng görmək yuxugörənin kiməsə şər atması
kimi yozulur.
Yuxuda pəncərədən baxmaq yuxugörənin bəxtinin açı-
lacağı kimi yozulur.
Yuxuda plov yemək, yuxugörənin ailəsinə pis niyyətli
qonağın gələcəyi kimi yorulub-yozulur.
Yuxuda pişik görmək pisdir, yuxugörənin, gördüyü iş-
dən xeyir tapmayacağı kimi yozulur.
Yuxuda porsuq görmək var-dövlətin artıq olacağı,
yuxugörənin xeyir tapacağı kimi yozulur.
Yuxuda piti yemək, yuxugörənin dost-tanışlarının çox
olacağı kimi yozulur.
Yuxuda sağsağan görmək yuxugörənin xoş xəbər eşi-
dəcəyi kimi yozulur.
Yuxuda samovar görmək yuxugörənin ailəsi haqqında
qeybət kimi yorulub-yozulur.
Yuxuda saat görmək yuxugörənin özünün və ya ailə-
dən kiminsə can üstündə olması, vəsiyyət vaxtının çatdığı
kimi yozulur.
Yuxuda sarımsaq görmək ən yaxın adamının, dostu-
nun, qohum-əqrəbasının yuxugörənə qənim, düşmən kəsilə-
cəyi kimi yozulur.
Yuxuda səhəng görmək yuxugörənin işinin, uğurunun
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com