49
ninə qələbə çalacağı kimi yozulur.
Yuxuda xiyar görmək yuxugörənin evinə əliboş qonaq
gələcəyi kimi yorulub-yozulur.
Yuxuda xoruz görmək pisdir, yuxugörənin kiminləsə
savaşacağı kimi yorulub-yozulur.
Yuxuda kal heyva görmək pisdir, yuxugörənin xəstələ-
nəcəyi kimi yozulur.
Yuxuda heybə görmək yaxşıdır, uzaqda yaşayan ən
yaxın qohum-əqrəbanın qonaq gələcəyi kimi yozulur.
Yuxuda hinduşka görmək yaxşıdır, yuxugörənə ağıllı-
kamallı qonaq gələcəyi kimi yozulur.
Yuxuda horra yemək, görmək yaxşıdır, yuxugörənin
dost-tanışlı, arxalı olacağı kimi yozulur.
Yuxuda hörümçək görmək yaxşıdır, yuxugörənin var-
dövlətinin çoxalacağı, firavan dolanışığı kimi yozulur.
Yuxuda çaqqal görmək pisdir, özünü dost kimi qələmə
verən, kələk gələcək, tələ quracaq, el altından pisliyinə
çalışacaq kimi yozulur.
Yuxuda çaynik görmək yaxşıdır, yuxugörən xoşbəxt-
liklə qarşılaşacaq kimi yozulur.
Yuxuda çanaq görmək pisdir, yuxugörənin var-dövləti
əlindən gedəcək, dolanışığı pisləşəcək kimi yozulur.
Yuxuda çəkic görmək pisdir, qanqaraçılıq kimi yozulur.
Yuxuda çayan görmək yaxşıdır, yuxugörənin xətrini
istəyənlər çox olacaq kimi yozulur.
Yuxuda çiyələk görmək yaxşıdır, yuxugörən xoşbəxt-
lik tapacaqdır.
Yuxuda çovdar görmək yaxşıdır, yuxugörənin var-döv-
lət qazanacağı kimi yozulur.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com