50
Yuxuda çörək görmək yaxşıdır, yuxugörənin ailəsində
bərəkət artacaq, ailə firavan dolanacaq kimi yozulur.
Yuxuda çuval görmək pisdir, yuxugörənin ailəsində
çörək, var-dövlət qıtlığı olacağı kimi yozulur.
Yuxuda çən-çiskin görmək pisdir, yuxugörənin xəstə-
lənəcəyi kimi yozulur.
Yuxuda çardaq görmək yaxşıdır, yuxugörənin el-obada
hörmətinin artacağı kimi yozulur.
Yuxuda cam görmək pisdir, yuxugörənin əcəlinin ya-
xınlaşdığı kimi yozulur.
Yuxuda camış görmək pisdir, yuxugörənin ailəsində ən
əziz adamın öləcəyi kimi yorulub-yozulur.
Yuxuda çubuq görmək pisdir, yuxugörənin ən yaxşı
dost hesab etdiyi adamın namərdliklə ona arxadan zərbə
endirəcəyi kimi yozulur.
Yuxuda canavar görmək yaxşıdır, yuxugörənin ona kə-
lək gəlmək istəyən namərdlərə qələbə çalacağı kimi yozulur.
Yuxuda cəhrə görmək pisdir, yuxugörənin ailəsində
qoca adamın öləcəyi kimi yorulub-yozulur.
Yuxuda cığır görmək pisdir, yuxugörənin asan işi çəti-
nə, düyünə düşəcəyi kimi yozulur.
Yuxuda corab görmək pisdir, yuxugörənə paxıllıq kimi
yozulur.
Yuxuda şətə (sırpınc) görmək yaxşıdır, yuxugörən
xeyir-xəbər olacaq, xeyir tapacaq kimi yozulur.
Yuxuda şərbət görmək yaxşıdır, yuxugörənin ailəsində
toy-nişan olacağı kimi yozulur.
Yuxuda şir görmək yaxşıdır, yuxugörənin nüfuzlu ailə
ilə qohum olacağı kimi yozulur.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com