51
Yuxuda şaftalı görmək yaxşıdır, yuxugörən el-obada
ucalacaq, rütbə sahibi olacaq kimi yozulur.
Yuxuda şor görmək pisdir, yuxugörən xəstələnəcək,
ümumi halsızlığa düçar olacaq kimi yozulur.
Yuxuda ilan balası görmək, yuxugörənin ailəsində ha-
milə qadının, gəlinin oğlan uşağı doğacağı kimi yozulur.
Yuxuda çayan görmək yuxugörənin savaşması kimi
yozulur.
Yuxuda kürt toyuq görmək pis yozulur, evdən kiminsə
öləcəyi kimi yozulur.
Yuxuda körpə uşaq görmək xeyirxah səsdir.
Yuxuda parça biçmək ən yaxın adamın kəfənini hazır-
lamaq kimi yozulur.
Yuxuda saç daramaq, yol, səfərdir.
Yuxuda büdrəmək, yıxılmaq pis yozulur, yıxılmaq,
alçalmaq, işdən, vəzifədən qovulmaq kimi yozulur.
Yuxuda qoz
1
görmək dava-dalaş olacağı kimi yozulur.
Yuxuda çimmək yaxşıdır, ağırlığı-uğurluğu tökməkdir.
Yuxuda qarpız görmək, yuxugörənin arzu, istəyi ilə
əlaqədar gedəcəyi işdən rədd cavabı alacağı kimi yozulur.
Yuxuda qala görmək yaxın adamın yolunu gözləmək
deməkdir.
Yuxuda dəniz, çay görmək, yuxugörənin uzaq yolda,
qürbətdə olan yaxın adamının gəlməsi üçün darıxmaq, gözü
yol çəkmək kimi yozulur.
Yuxuda çiçəklənmiş ağac görmək böyük xoşbəxtliyə
qovuşmaq kimi yozulur.
1
Qoz bəzən əmək, zəhmət çəkmək kimi də yozulur.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com