53
Yuxuda ayna (güzgü) görmək – yeni dost tapmaq, ayna
sındırmaq – pis xəbər eşitmək kimi yozulur.
Yuxuda kiməsə bəxşiş vermək var-dövlət tapmaq kimi
yozulur.
Yuxuda bilərzik görmək sevinmək, xoşbəxt olmaq ki-
mi yozulur.
Yuxuda buğda görmək pisdir, yuxugörənin ailəsini pis
xəbər, kədər gözləyir kimi yozulur.
Yuxuda boxça görmək yaxın adamın, qohumun gəl-
məsi kimi yozulur.
Yuxuda borca düşmək çətinliyə düşmək kimi yozulur.
Yuxuda bazara getmək, yuxugörənin qismət tapacağı
kimi yozulur.
Yuxuda buzov görmək yuxugörənin işinin düzgün,
sahmanlı olacağı kimi yozulur.
Yuxuda dəyirman görmək çörəyin bol olacağı kimi
yozulur.
Yuxuda duvaq görmək murada çatmaq kimi yozulur.
Yuxuda zər görmək pisdir, yuxugörənin haram mala
meylli olması kimi yozulur.
Yuxuda gəlin gətirmək, görmək yaxşıdır. Murada çat-
maq, mal-qara, mülk, ev-eşik sahibi olmaq kimi yozulur.
Yuxuda nanə, kəvər (göy-göyərti) görmək kədər, yas
əlaməti kimi yozulur.
Yuxuda palan görmək yaxşıdır. Yuxugörənin el-oba,
dost-tanış yanında hörmətinın artması kimi yozulur.
Yuxuda pambıq görmək xeyirə yozulur.
Yuxuda saat görmək yuxugörənin xeyirli bir yerə dəvət
olunacağı kimi yozulur.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com