54
Yuxuda sabun görmək yuxugörənin pis və günah işlə-
rindən əl çəkməsi kimi yozulur.
Yuxuda saxsı qab görmək oğlan və ya qızın tezliklə
xeyir işinin olacağı, ailə başçısıdırsa, oğlunun və ya qızının
evləndiriləcəyi kimi yozulur.
Yuxuda saqqız çeynəmək yuxugörənin gücünün dedi-
qoduya səbəb olacağı kimi yozulur.
Yuxuda saz dinləmək, çalmaq xoş xəbər kimi yozulur.
Yuxuda fərə-beçə görmək yuxugörənin ailəyə, sevgili-
sinə məhəbbətinin güclü olması, işinin uğurlu olması kimi
yozulur.
Yuxuda yumurta görmək ən sevimli adamdan xeyir
xəbər, məktub alacağı kimi yozulur.
Yuxuda xah-xalça görmək yol, uğurlu səfər kimi
yozulur.
Yuxuda eşşəyə minmək bəxtin-yığvalın açılacağı kimi
yozulur.
Yuxuda üz qırxmaq, saç kəsmək bəxbəxtlik əlaməti
kimi yozulur.
Yuxuda ocaq qalamaq, işıq yandırmaq aydınlığa çıx-
maq kimi yozulur.
Yuxuda ölü görmək ömrün uzun olacağı kimi yozulur.
Yuxuda ölüdən bəxşiş almaq yaxşı, bəxşiş vermək
bədbəxtlik əlaməti kimi yozulur.
Yuxuda hamilə qadının və ya ailə başçısının süd gör-
məsi yuxugörənin oğlu olacağı əlaməti kimi yozulur.
Yuxuda parça görmək, yol, uğur kimi yozulur.
Yuxuda döşək görmək pis əlamətdir, ölüm xəbəri kimi
yozulur.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com