55
Yuxuda dırnaq tutmaq pisdir, yuxugörənin işi çətinə
düşəcək kimi yozulur.
Yuxuda daş atmaq pisdir. Düşmənin çox olması kimi
yozulur.
Yuxuda sevinmək kədərlənməkdir.
Yuxuda məktəbə getmək, oxumaq, ucalmaq, böyümək,
hörmət-izzət, şan-şöhrətə çatmaq kimi yozulur.
Yuxuda kal meyvə görmək, yuxugörənin bəd xəbər
gözləməsi kimi yozulur.
Yuxuda pəhləvan görmək pisdir. Yuxugörənin pis işin-
dən, əməlindən tezliklə əl çəkməsi, yaxşı, xeyirxah işlər
görməsi məsləhətdir.
Yuxuda xalat, arxalıq görmək yuxugörənin var-dövlə-
tə, sərvətə çatacağı kimi yozulur.
Yuxuda zindana düşmək pisdir. Yuxugörəni nəsə pis
şey gözləyir kimi yozulur.
Yuxuda zəncir görmək qüvvət deməkdir. Zəncir isə
yuxugörənin tezliklə evlənəcəyi kimi yozulur.
Yuxuda zəhər-ağu görmək pisdir, şərə düşmək kimi
yozulur.
Yuxuda yaqut görmək, yuxugörənin ailəsindəki hamilə
qadının qızı olacağı kimi yozulur.
Yuxuda dırnağın qopması – kasıblıq, dırnağın uzan-
ması – mal-dövlətini itirmək, dırnaq tutmaq isə ən ağır
vəziyyətə düşmək, evdən ölü çıxacağı kimi yozulur.
Yuxuda tabut görmək yaxşı əlamətdir. Yuxugörənin
çətinlikdən, dardan çıxacağı, gözəl dost tapacağı kimi yozu-
lur.
Yuxuda sandıq görmək çoxyozumludur:
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com