56
dolu sandıq görmək var-dövlət;
boş sandıq görmək qədr-qiymətin bilinməsi;
dəmir sandıq görmək yüksəlmək;
taxta sandıq görmək sevinmək;
qırıq sandıq görmək xoş xəbər;
su üzündə sandıq görmək xoşbəxt həyat;
naxışh sandıq görmək qismət, var-dövlət;
sandıq satmaq sirri açmaq;
sandığı atmaq, subaylığın daşını atmaq;
– sandığı yuxuda görüb qapağını açmaq kədər və izti-
rab kimi yozulur.
Yuxuda ağsaqqal görüb söhbət etmək, yuxugörəni xe-
yir işlər gözləyir kimi yozulur.
Yuxuda sədəqə vermək təhlükədən uzaqlaşmaq, xoş-
bəxtliyə çatmaq kimi yozulur.
Yuxuda nərgiz görmək hamilə qadının qızı olacağı ki-
mi yozulur.
Yuxuda məzar daşı görmək ömrün uzun olacağı kimi
yozulur.
Yuxuda (ilin son çərşənbəsində) qırmızı boyaqlı yu-
murta görmək xoşbəxtlik, tünd, qara, göy boyanmış yumurta
görmək bədbəxtlik əlaməti kimi yozulur.
Yuxuda ananı görmək xoşbəxtlik yuxugörənin üzünə
güləcək, taleyi xoş olacaq kimi yozulur.
Yuxuda kababxana görmək evdə dedi-qodunun çox
olacağı kimi yozulur.
Yuxuda yarma görmək evdə bin-bərəkətin çox olacağı
kimi yozulur.
Yuxuda xəngəl, şorba görmək kiminsə xətrinə dəyəcək
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com