57
kimi yozulur.
Yuxuda südlü aş, quymaq görmək uzaqdan xoş xəbər
eşidiləcək kimi yozulur.
Yuxuda plov görmək pisniyyət qonağın gəlməsi kimi
yozulur.
Yuxuda taxt görmək istək-arzuya çatmaq kimi yozulur.
Yuxuda taxta çömçə görmək yaxşı, dəmir çömçə gör-
mək pis, ziyankarlıq kimi yozulur.
Yuxuda dolu çaynik görmək yaxşı, boş çaynik görmək
pis, ziyankarlıq kimi yozulur.
Yuxuda kokür (abgərdən) görmək ağızlaşmaq, savaş-
maq kimi yozulur.
Yuxuda aşsüzən görmək niyyətin puça çıxacağı kimi
yozulur.
Yuxuda dolu sənək, kuzə görmək xeyirliyə, boş sənək
görmək bədbəxtliyə yozulur.
Yuxuda açıq qapı görmək xeyirxahlıq, bağlı qapı gör-
mək şər kimi yozulur.
Yuxuda pəncərə görmək uğurun xeyir olacağı, bəxtin
açıq olacağı kimi yozulur.
Yuxuda kəndir görmək, özünə dost tapmaq kimi yozu-
lur.
Yuxuda vəl görmək uzaq yola çıxmaq kimi yozulur.
Yuxuda araba görmək var-dövlət itirmək kimi yozulur.
Yuxuda meşə görmək yad yerə, el-obaya, ölkəyə,
qərib-qürbətliyə düşmək kimi yozulur.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com