7
logiyası, onun yüksək psixi mədəniyyətini gözəl səciyyələn-
dirən psixoloji görüşləri özünün parlaq ifadəsini tapmışdır.
Uzun əsrlər yolçusu haqq aşıqlarına sözün əsl mənasın-
da insan sərrafları – psixoloqları desək səhv etmərik. Bu qəbil
oba-elat psixoloqlarında, müdrik ustad aşıqlarında telepatiya,
intuisiya, təlqin-təsiretmə qabiliyyəti olduqca güclüdür. Təsa-
düfi deyildir ki, xalq onları "ərşdən-gürşdən", "yerin altından-
üstündən", "gözəgörünməz aləmdən", "o dünyadan – bu
dünyadan" xəbər verən bilicilər kimi qələmə verir. Bu qəribə
ad-titul sahibləri yurdu qarış-qarış gəzir, xalqın əhvalını,
düşüncəsini, duyumunu toy-nişanlarda, xalq şənlikləri, el-oba
məclisləri və eləcə də yas mərasimlərində müşahidə edirlər.
Onlar özlərinin düzüb-qoşduqları epik, lirik, epik-lirik
əsərlərində sözün sehri ilə yaşadığı dünyanın gərdişindən,
vərdişindən söhbət açır, dinləyicilərin qəlbinə nüfuz edirlər.
Yuxu və yuxugörmə hallarının təfsiri, onların poetik
sözün işığında yozumları məhz ustad aşıqların epik-lirik das-
tan qəhrəmanlarının psixoloji aspektdən hiss-həyəcanının,
fikir oxunuşunun şərhi inandırıcıdır.
Bu baxımdan Azərbaycan şifahi xalq ədəbiyyatının
rəngarəng janrlarında, xüsusilə dastanlarda, nağıllarda, aşıq
şeir şəkillərində istənilən qədər zəngin materiallar vardır.
Bütün bu dediklərimizdən o da aydın olur ki, dastan söylə-
yən aşıqlarımız, nağıl deyən müdriklərimiz güclü, bədii tə-
fəkkürə malik xüsusi istedad sahibləridir. Başqa sözlə desək,
ustad-dədə, haqq aşıqlarında beyin öz inkişafının çox yüksək
mərhələsinə çatır ki, onların düzüb-qoşduqları, yaratdıqları
"möcüzələr" ilə psixi fəaliyyətlərinin bütün sahələrində
oxucusunu, dinləyicisini heyran qoyur.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com