8
Xalq ədəbiyyatında elə bir janr yoxdur ki, biz orada yu-
xu, yuxugörmə, fəhm, telepatiya, intuisiya kimi məsələlərin
bədii örtüyə bükülərək bir-birinə qovuşduğunu görməyək.
Haqq aşıqlarımız, el şairlərimiz yurdumuzda tarixin çox
qədim dövrlərində yuxu, yuxugörmənin mürəkkəb, anla-
şılmaz mexanizmini elat psixologiyası səviyyəsində olsa da,
onu özlərinə məxsus maraqlı şəkildə təsvir etmiş və məharətlə
yorub-yozmuşlar. Xüsusilə, ustad aşıqların ayrı-ayrı əsrlərdə
yaratdıqları rəngarəng dastan süjetlərində "aşiqin məşuqəsini
yuxuda görməsi", "buta alması" özünəməxsus psixoloji
reallıqla əsaslandırılır – desək fikrimizdə yanılmarıq. Dastan,
nağıl qəhrəmanları yuxuda gördükləri gözələ aşiq olub, buta
alırlar. Onların arxasınca ayaqlarında dəmir çarıq, əllərində
dəmir əsa el-el, oba-oba gəzib qəhrəmanlıqlar göstərirlər.
Sazın-sözün sirli-sehirli qüvvəsindən istifadə edib, min bir
əzab-əziyyətlərə qatlaşırlar. Nəhayət, xalq ədəbiyyatına xas
olan nikbinliklə aşiq məşuqəsinə qovuşur. Bu qəbil yuxu
gerçəkliyinə biz "Bənidaş şəhərinin sirri", "Al-dərviş"
nağıllarında, "Dan atma" xalq mərasimlərində, "Mehri-Mah",
"Məhəmməd-Güləndam", "Seyfəlmülk", "İvrahım", "Lətif
şah", "Əmrah", "Heydər bəy", "Nəcəf-Pərizad", "Qurbani",
"Abbas-Gülgəz Pəri", "Aşıq Qərib-Şahsənəm" və sayını daha
çox artıra biləcəyimiz dastanlarımızda da rast gəlirik. Fikri-
mizi qədirbilən oxucularıma çatdırmaq üçün dastanlarımızdan
bəzi detalları misal gətirməyi məqsədəuyğun hesab etdik.
"Qurbani" dastanında oxuyuruq:
"...Bəli, vaxt gəldi keçdi. Qurbani üçüncü günü ayılıb
gördü ki, başına çoxlu qız-gəlin yığılıb, dedi:
Ay dədə, xalxınkı burdadı, bəs mənimki hardadı?
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com