10
Bir kimsənə gəldi mənim üstümə, Yazılı şəninə ya minəl-əta. İmam ola, damad-Əhmədi-Mürsəl, Doldurub camini eylədi ata. Tərəhhüm eylədi abi-kövsərdən, Onunçun keçmişəm can ilə sərdən. İstədim mətləbim payi-Qənbərdən, Kəramət elədi mənə bir buta. Eşq əlindən namus-arım qalmadı, Nə bir səbrim, nə qərarım qalmadı. Qurbaniyəm, ixtiyarım qalmadı, Dönmüşəm kamana, qəddimdi düta.
Mirzəli xan dedi:
– Hə oğul, indi başa düşdüm. Sənə buta veriblər. Ancaq
de görüm, butanı sənə harada veriblər və sən haraya gedə-
cəksən?
Qurbani dedi:
– Dədə, mən Gəncə şəhərinə gedəcəyəm. Gəncəli Zi-
yad xanın qızı Pəri xanımı mənə buta veriblər..."
Yaxud "Aşıq Qərib-Şahsənəm" dastanından Qəribin
butası Şahsənəm haqqında gördüyü yuxunun səbəb və nəti-
cəsinə diqqət yetirək:
"...Rəsul yatmışdı, yuxuda gördü ki, Tiflis şəhərində
behişt misallı bir bağdadı, bunun başının üstündə ceyran
misallı gözəl bir qız var. Qız nə qız – qaşlar kaman, gözləri
qan piyaləsi, burun hind fındığı, sinə Səmərqənd kağızı,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com