AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor tnstitutü ”Azərbaycan folklorunun



Yüklə 1.2 Mb.
Pdf просмотр
səhifə1/5
tarix26.05.2017
ölçüsü1.2 Mb.
  1   2   3   4   5

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

FOLKLOR tNSTİTUTÜ

”Azərbaycan  folklorunun 

ilkin nəşrləri"  seriyası

VƏLİ XULUFLU

EL AŞIQLARI

W li

Bakı -  2013

AMEA Folklor Institutu Elmi Şurasının 

qərarı ilə çap  olunur.

REDAKStYA HEYƏTt

Muxtar Kazımoğlu  (İmanov) 

İsrafil Abbaslı 

Rza Xəlilov 

Maarif Teymurov

Transliterasiya edənlər

və çapa hazırlayanlar: 

Rza XƏLİLOV

Afaq XÜRRƏMQIZI

Ehni redaktoru:

Israfil ABBASLI

Vəli Xuluflu.  E1  aşqları,  Bakı,  “Elm  və təhsil”  nəşriyyatı, 

2013.  92  səh.

" A z ə rb a y c a n   Ö y rə n ə n   C ə m iy y ə t"in   1927-ci  ild ə  n əşr  e td ird iy i 

"E1  a ş ıq la n "   to p lu s u   A z ə rb a y c a n   M illi  E lm lə r  A k a d e m iy a sı 

F o lk lo r   İ n s titu tu n u n   " A z ə rb a y c a n   fo lk lo ru n u n   ilk in   n ə şrlə ri"  

s e riy a sın ın   V II  k ita b ı  k im i  işıq   ü z ü   g ö rü r.

2

 3202050000  Q nfii nəşr 



098  -2013

© Folklor İnstitutu, 2013.



ÖN  SÖZ

Azərbaycan folklorunım ilkin nəşrləri  seriyasmın növbəti  ki- 

tabı Azərbaycan  folklorşünaslığmm pionerlərindən  sayılan Vəli 

Xuluflunım  tərtib  etdiyi  «E1  aşıqları»  toplusudur.  Azərbaycam 

Tədqiq və Tətəbbö cəmiyyəti tərəfindən  1927-ci ildə Bakıda əski 

əlifba ilə çap edilmiş bu kitab sözügedən cəmiyyətin xətti ilə Və- 

li  Xuluflunım  nəşr  etdirdiyi  yeganə  kitab  deyil.  Məlum  oldugu 

kimi,  «Koroğlu»  dastanmm  iki  qolu  ötən  əsrin  20-ci  illərində 

Aşıq  Hüseyn  Bozalqanlıdan  məhz  Vəli  Xuluflu tərəfindən  top- 

lanmış  və  bu  «Koroglu»  məhz Azərbaycam  Tədqiq  və  Tətəbbö 

Cəmiyyəti tərəfindən nəşr olunmuşdur.  Bu iki  qolun istər söylə- 

yicisinin (yetərli aşıqhq praktikasma malik Aşıq Hüseyn Bozal- 

qanh),  istərsə  də  toplayıcısımn  (folklorşünashq  sahəsində  artıq 

öz  sözünü  demiş  Vəli Xuluflu) professionalhgı  «Koroğlu»  das- 

tammn  1927-ci il nəşrinin sanbahnı daha da artırmışdır. Təsadüfi 

deyil  ki,  «VXuluflunun  1927-ci  il  nəşri  «Koroglu»nun  «Azər- 

baycan  folklor  kitabı»  kontekstinə  daxil  olan  ilk  çap  kitabı  ol- 

ması  baxımmdan  səciyyəvidir.  Elə  bu  səbəbdən  də  həmin  nəşr 

böyük ehni və mədəni-tarixi əhəmiyyətə malikdir»  .

Bundan  başqa,  həmin  cəmiyyətin  xətti  ilə  Vəli  Xuluflu 

1928-ci  ildə  Azərbaycanm  Gəncə,  Naxçıvan,  Agdam,  agdaş, 

Lənkəran,  Şəmkir Zəngəzur, Qazax,  Salyan, bakı, Nuxa (Şəki), 

Göyçay,  Şamaxı  və  b.  bölgələrindən  topladıgı  tapmacalan 

«Tapmacalar»  adı  altmda çap etdirmişdir.

1927-ci  ildə çap olunmuş  və oxucularm diqqətinə çatdınlan 

bu kitab f.e.d. A.Əliyeva-Kəngərlinin fikrincə, bir il öncə sözü- 

gedən cəmiyyət tərindən nəşr ed H ən  eyniadlı topludan seçmə- 

lərdir:  ««E1 aşıqları» kitabı  1926-cı ildə Azərbaycanı Tədqiq və 

Tətəbbö  Cəmiyyətinin  «Xəlqiyyat»  bölməsi  tərəfindən  «Azər- 

baycan  xalq  ədəbiyyatından  materiallar»  seriyası  başhğı  altın- 

da  çap  olunmuşdur.  Ərəb  qrafikasmdakı  bu  nəşrin  həcmi  234 

səhifədir.  Buraya  Vəli  Xuluflunun  müxtəlif aşıqlarm  repertu-



anndan yazıya aldığı yüzdən yuxarı şeir nümunələri və Şəmkir- 

li Aşıq Hüseynə  məxsus  «Reyhan»  dastam daxildir».

Vəli  Xuluflunun  tərtib  etdiyi  «El  aşıqları»  kitabında  XIX 

əsrdə  yaşayıb  yaratmış  Aşıq  Hüseyn  Şəmkirli  və  XX  əsrin 

əwəllərində  aşıqlıq  etmiş  Aşıq  Avakm  (Aşıq  Əvək)  poetik 

irsindən  nümunələr  toplanmışdır.  Maraqlıdır  ki,  bu  tərtib  işi 

haqh olaraq Aşıq Hüseyn Şəmkirli əsərlərinin ilk nəşri və onun 

barəsində ilk bioqrafik məlumat verən mənbə hesab olunur .

Vəli Xuluflunun bu tərtib işinə yazdığı ön söz daha çox aşıq 

sənəti,  aşıq yaradıcıhğı barədə müstəqil bir tədqiqatı xatırladır. 

Çünki  burada  o  dövrün  dolğun  mənzərəsi  yaradılmış,  kənd- 

şəhər münasibətləri,  kəndin müasir  durumu  canlandırılmış,  bu 

mənzərədə  aşıqlarm  yeri  və  rolu  hərtərəfli  işıqlandırılmışdır. 

Vəli  Xuluflu  aşıq  sənətinin  tarixinə  də  qısa  ekskurs  etməyə 

çahşmışdır.  Məhz  bu  qısa  ekskursda  tərtibçinin  vətəndaşlıq, 

milliyyətçi,  ədəbiyyatçı  mövqeyi  tamamilə  açıqlanır.  Təbii  ki, 

Vəli Xuluflu bu yazıda kitabm içində özünə yer tapmış aşıqlara 

və  poetik  mətnlərə  münasibət  bildirməklə  kifayətlənə  bilərdi. 

Amma burada Aşıq Ələsgərin,  Xəstə  Qasımm və  b.  aşıq  sənə- 

tinin klassikləri sayılan nümayəndələrinin əlinə keçən əsərləri- 

ni  də  salmışdır.  Maraqlı  cəhət  isə  ondadır ki,  burada Vəli  Xu- 

luflu  Xəstə  Qasımm,  özünün  təbirincə  desək  «baş  yorucu  bir 

ustadnaiTiəsini» verir. Əcəba, tərtibçi bu ustadnaməni həqiqətən 

«fikir qanşdıran baş yorucu»  saysaydı, onu kitaba salmağa eh- 

tiyac  duyardımı?!  Digər  tərəfdən,  ustadnamənin  müəllifini 

«aşıqlar  arasmdan məşhur və  ən  qabil  usta  sayılan Tikmədaşlı 

Xəstə  Qasım»  (kursiv bizimdir  -  R.X., A.X.)  adlandırardımı? 

Vəli  Xuluflu bu ustadnamənin bir bəndini  verməklə onun  «əf- 

sanə, əsatir, tapmaca və fikir qatışığmdan» ibarət olmasını gös- 

tərə  bilərdi. Amma tərtibçi  bu  ustadnamənin  mətnini  tam  ver- 

miş,  mətnin  arxasınca dərhal  bu  örnəyi  «bununla  belə,  aşıqlar 

arasmda bu ən çox zikr edilən ustadnamələrdən birisidir»  (kur- 

siv bizimdir - R.X., A,X.)  deyə xarakterizə etmiş, və hətta daha

da  irəli  gedərək,  «Xəstə  Qasım  ən  dərin  aşıqlardan  sayıhr» 

(kursiv bizimdir - R.X., A,X.) deyə öz fıkrini  bildirmişdir.  De- 

mək,  Vəli  Xuluflunun  əsas  məqsədi  tənqid pərdəsi  altmda öz 

flkrini  demək  və  ən  əsası,  folklor  ekspedisiyası  zamanı  qeydə 

aldığı  bu  ustadnamə  öməyini  bu  yolla  fiksasiya  edib  kitaba 

salmaq  və  itib  batmaqdan qorumaqdır.  Sovet rejiminin klassik 

ədəbiyyata,  bu  tip  əsərlərə  münasibətini,  o  dövrün  siyasi  ab- 

havasım nəzərə  alsaq,  Vəli  Xuluflunun bu cəsarətli  addımmm 

önəmini etiraf etməliyik.

Daha sonra Vəli  Xuluflu öz ədəbi  priyomuna  sadiq  qalaraq 

«boş  və  bədbin  fəlsəfələr»  və  s.  kimi  tənqid  pərdələri  altında 

Aşıq  Hüseyn  Şəmkirlinin  kamil  bir  ustadnaməsinin,  Qurbani 

ilə Dədə Yediyarm deyişməsinin yenə də tam mətnini verir. Və 

sonda  «yuxarıda  dərc  edilən  nəzmlərin  hər  birisi  aşıqların  əf- 

sanə  və mövhumat yayan  kəndlilər arasmda bədbinlik  və  dün- 

yaya  etimadsızlıq  nəşr  edən  sinif və  silk  ideolojisini  müdafiə 

edən  və  əvam  xalqı  o  ruhda  tərbiyə  edən  sənətkar  olduğunu 

göstərir»  sözləri  ilə,  sanki  yaratdığı  bütün  təhlükəli  situasiya- 

lan «zərərsizləşdirməyə»  çahşmışdır.

«Aşıqlar və Aşıq Avak haqqında»  adlanan bu giriş sözündə 

Aşıq  Avakın  admın  sərlövhəyə  gətirilməsi  bir  qədər  təəccüb 

doğura  bilər.  Çünki  kitabda Aşıq Avak  barədə  ayrıca məlumat 

xarakterli oçerk də verilmişdr. Amma bu  təsadüfi deyil. Bu tər- 

tib  işinin meydana gəlməsində Aşıq Avakm  zəhmətinin  olması 

da danılmazdır.  Çünki Vəli Xuluflunun verdiyi  məlumata görə 

kitabda  çap olunmuş Aşıq  Hüseyn  Şəmkirlinin  «Reyhan»  das- 

tanı, habelə «MollaIar» şeiri məhz Aşıq Avakm dilindən qələmə 

ahnmışdır. Əgər nəzərə alsaq ki, bu kitab Aşıq Hüseyn Şəmkir- 

linin  əsərlərinin  ilk  nəşridir,  onda  Azərbaycan  dilində  yazıb 

yaratmış  bu  erməni  aşığmın  Azərbaycan  aşıq  sənəti  tarixinə 

etdiyi  cüzi  də  olsa  xidməti  mütləq  qeyd  olunmalıdır  (bundan 

başqa,  Vəli  Xuluflu Aşıq  Hüseyn  Şəmkirlinin  bir  neçə  erməni 

şagirdi  olduğunu  da  göstərir).  Onun  özünün  necə  aşıq  olması



və  ya  əsərlərinin  poetik  kamilliyi  və  bədii  səviyyəsi  isə  artıq 

başqa bir söhbətin mövzusudur. Bu erməni aşığmm yaradıcıhğı 

mübahisələr mövzusu olmuş  və haqh tənqidə məruz qalmışdır. 

Çünki mövzusu əsasən sosialist realhgmdan götürülmüş, sosia- 

lizm  quruluşunun  vəsfmə  və  təbliğinə  həsr  olunmuş,  forması 

isə  poetikajım,  nəzmin  tələblərinə  tamamilə  cavab  verməyən 

bu  şeirlər  Aşıq  Avakm  məhz  Vəh  Xuluflunun  dediyi  kimi, 

«kütləni tərbiyə edən» aşıq olduğunu göstərir.  Bildiyimiz kimi, 

o  dövrlər  hökumət  tərəfmdən  aşıqlara  maragm  artması,  aşıq 

qurultaylarmm təşkiHndə  əsas məqsəd aşıqları  sosiaUzm quru- 

luşunun təbliğatçılarına çevirmək, onlarm - yaratmaq,  artıq ya- 

ranmışları  isə  yaşatmaq bacanğmdan,  və  xüsusilə də  xalq  ara- 

smda olmalarmdan istifadə  edərək bu  güclü potensiah  ideoloji 

məqsədlərə yönəltmək olmuşdur.  Məlum olduğu kimi,  «sosial- 

ist  ideyalarmı,  sovet  həyat  tərzini,  ictimai-siyasi  üstqurumun 

yaratdığı  gerçəkliyi  aşıqlar özgə təbliğat nümayəndələrinə nis- 

bətən  daha  fəal  həyata  keçirə  bilirdilər.  Çünki  onlar  həmişə 

xalq  içərisində  olur,  onun  ovqatı  ilə  qidalanırdılar.  Onlarm hər 

qoşması,  hər ifası əhatəsində olduqları  auditoriyaya,  onun  işti- 

rakçılarmm şüuruna, dünyagörüşünə birbaşa təsir edirdi. Aşıq- 

lar o dərəcədə təbliğat maşmı ilə «yonulmuşdular» ki,  onlar öz 

fəaliyyətləri,  əməlləri ilə  fəxr edirdilər»  . Aşıq Avak da bu mə- 

qsədlərə  tamamilə  uyan bir  sənətkardır.  Vəli  Xuluflunun  qeyd 

etdiyi  kimi,  «o,  öz  mənzumələrində  xalqm  azarlı  nöqtələrini, 

dərd  və  müsibətini  nəzmə  çəkib  müalicə  yollarmı  göstərmiş- 

dir». Vəli Xuluflu Aşıq Avakm əsərlərinə  nümunə kimi  isə,  ön 

sözə maraqh bir bəndi gətirir, yəni dolayı yolla oxucularm diq- 

qətini  ona cəlb edir:

U r u s (seyrəltmə bizimdir-R.X., A,X.) bizi tutuşdurub,

Müsəlmanlar biz yola gələk.

Cahal,  cavan qırdırıb,

İrmənilər biz yola gələk.

Aşıq Avaka həsr olunmuş oçerkdə isə Vəli Xuluflu bu aşığm

tərcümeyi-hahm  tam vermiş,  onun türk nagıllarmın bilicisi  ol- 

duğunu  söyləmiş,  siyasi  əhəmiyyətli  şeirlərdən  başqa,  gözəl- 

ləmə və divani yazdığmı da göstərmişdir. Aşığm bu kitabda ve- 

rilmiş bütün şeirləri poetik baxımdan kamillikdən çox-çox uza- 

qdırlar.


VəU Xuluflunun tərtib etdiyi “E1  aşıqları” toplusu Azərbay- 

can  aşıq  sənətinin  tədqiqinin  və  tərtibinin  ilkin  qaynağı  kimi 

çox  dəyərlidir.  Aşıq  sənətinə  dair  tədqiqatlarda  birbaşa  ilkin 

mənbəyə istinad edilməsi və folklorşünashq elminin nailiyyət- 

ləri  aspektindən  yenidən  baxılması  üçün Vəli  Xuluflunun  “E1 

aşıqları”  toplusunun  retrospektiv  nəşrini  oxucularm  ixtiyarma 

buraxınq.

f.d.,  dos. Rza Xəlilov 

f.d.,  dos. Afaq Xürr^mqızı


AŞIQLAR  VƏ A ŞIQ  AVAK H A Q QINDA

Kənd ilə şəhər ittifaqı yaratm aq məsələsi bugünkü iqtisa- 

di  və  mədəni  fəaliyyətimizin  rüknü  hesab  edilir.  Bu  məsələ 

hər nə  qədər  ağır olsa  da,  kəndli  kütləsini  şəhərin  dahndan 

yetirməli və arahqda olan  bugünkü iqtisadi  və mədəni  təfa- 

vütü aradan qaldırm ahyıq. O nun üçün biz kəndə lazım olan 

bütün  texniki  ləvazimatı tədarük  etməklə bərabər,  onun iq- 

tisadi  və  mədəni  ehtiyacmı  yaxm dan  öyrənməh  və  kəndin 

indiyə  qədər nə  cür  yaşadığmı,  nə  cür həyat  keçirdiyini  lap 

yaxşı  bilməhyik.

A zərbaycan  kəndhləri  nə  cür  yaşayırlar?  Zahirdən  bu 

suahn cavabı çox yüngül görünür və həqiqətən nəzəri cəhət- 

cə  də  həlh  çox  asandır.  Lakin  əməli  cəhətdən  işə  girişəndə 

bir çox m araqh keyfıyyətlər m eydana çıxır.

Kəndhlər  dədə-babadan  qalma  xış  ilə  toprağı  cırmalayır, 

çin və oraq ilə də biçir, sonra cürbəcur ulağ, məsələn öküz, eş- 

şək,  qatır  və  at  ilə  xırman  döyür.  İstidə  dağa  köçər,  sərində 

arana  qayıdarlar.  Yaz  olanda  binə  gedərlər,  qış  olanda  qış- 

laqlarda  və binələrdə*  yerləşərlər.  Bundan başqa bəzi yerlər- 

də pam bıq əkər, bəziləri  də bağ və meyvə ilə dolanırlar.

Demək kəndhlər həm əkər-biçər,  həm də mal-qoyun sax- 

lar.  Kəndin  m addi  cəhətdən  yaşayışı  ümumiyyət  etibarilə 

bundan  ibarətdir  və  bizim  kənd  barəsindəki  məlumatımız 

da  bu  qədər  bir  şeydir.  Lakin  kənd  öz  ehtiyacmı  ödəmək 

üçün  nə  kimi  istehsal  vasitələri  işlətdiyini  bilmirik,  Kəndin 

mənəvi  cəhətdən  nə  cür  yaşadığı  mənəvi  üst  qurum lannm  

ruhunu onlarm  arasm da nə cür və adətlər hökm  sürdüyü ət- 

rafm dakı  m ateriallara  nə  ad  qoyub,  nə  cür  danışdığı  tam a- 

milə öyrənilməmiş bir məsələdir.

*Binə  -  yaz  olanda  q ışlaq lan n   köçülən  otlu  yerlərdir.  Y ataq  

yerlərində dam  tikib,  qışda mal saxlam ağa da  binə deyilir.

8

Kəndin özünün köhnə, dədə-babadan qahna istehsal aləti 



olduğu kimi  o  nisbətdə  də  düşüncəsi,  zövqü-həzzi və bütün 

kainata  və  ətrafm ı  əhatə  edən  təbiətə  də  o  nisbətdə  baxımı 

və zehniyyəti  vardır.  Bu zehniyyətlər və  düşüncələr öyrənil- 

mədən  on lan   doğru  yola  çəkmək,  yəni  kollektivə  doğru 

aparm aq çətin  olacaqdır.

Kənd istehsal alətində hər bir yenihk şəhərdən getdiyi ki- 

mi,  yeni  fıkir  və  zehniyyətlər  də  şəhər  mədəniyyəti  təsiri  ilə 

daxil olur. Təbiidir ki,  şəhərdən uzaq olan və əvarnlıq içində 

yaşayan kəndlərə yeni zehniyyətlər ağır-ağır gəhr və çox za- 

man  da  təhrif olunur.  Klubsuz,  qiraət  komasız,  məktəbsiz, 

ictimai təşkilatı  olm ayan  və  dədə-baba  qaydası ilə yaşayan, 

böyük  şəhərlərdən  yüzlər,  beş  yüzlərlə  verst  uzaq  məsafədə 

dağlar və meşələr arasm da məskən edib öm ür keçirən əhah- 

də  yeni-yeni  zehniyyətlər  oyanması  ağırdır  və  özü  də  hər 

halda  xarici  bir  təsirə  bağhdır.  Dəmiryolu,  avtomobil,  tele- 

fon,  teleqraf,  elektrik  kimi  şəhər  həyatm da  adi  sayılan  şey- 

ləri  görməyən minlərcə kəndh  vardır.

Kəndə  şəhərdən  gələn  təsirlər  ya  dövlət  təşkilatı,  ya  da 

maddi  şeylər  vasitəsilədir  ki,  o  da  ticarətlə  olurdu.  Kapita- 

hzm  genişləndikcə  bu  təsirlər  sürətlə  və  şiddətlə  icra  olu- 

nurdu.  K apitahstlər  və  həmçinin  m ülkədarlar  əhahni  istis- 

mar etmək və onu özünə tabe etmək üçün qul hahnda saxla- 

m aqdan başqa bir fayda verməyirdi.  B unlann işi kəndi mü- 

nəvvərləşdirmək, onlarm  ehtiyacmı ödəməyə çahşmaq deyil, 

istismar  etm ək  idi.  Onun  üçün  kənd  əhahsi  köhnədən,  əsr- 

dən  bəri  yığdığı təcrübə və mənəvi həyatla yaşayırdı.

Məişət mübarizəsində ehtiyacmı  ödəmək  üçün işlətdiyi is- 

tehsal vasitələri çox gec-gec və ağır-ağır dəyişdiyindən kəndh 

mühafizəkar və kəndhlərin özlərinin dediyi kimi «Allah qoy- 

muş  bir ağır daşdır» hər saatla «qabırğası qızan deyil»dir.

Kəndin  m ühafızəkarhğm da m ollam n  böyük  rolu  olduğu 

kimi  aşığmkı  ondan  qalm az  deyildir.  A şıqlar  eldən  elə  ke-



çib, hər cür nağıl və qaravəlliləri dildən dilə gəzdirirlər.  M ol- 

lanm   haqqm da  olduğu  kimi,  aşıqlar  haqqm da  bir  çox  mə- 

səllər düzəlmişdir.

X alq  arasında  m olla  haqqm da  bir  çox  mənfi  məsəllər 

vardır;  «mollanm  yeddisinin  başı  bir  qazanda  qaynayacaq- 

dır»,  «mollanm  dediyinə  bax,  əməlinin  dalm ca  getmə!».  Bu 

məsəllərdən  görünür ki, m ollaya  bir o  qədər  də rəğbət  yox- 

dur.  Lakin aşıq barəsində deyirlər:  «Aşıq el anasıdır»,  «Aşı- 

qa  hər  yer  mərhəmdir»,  «A şıqdan  qonaq  olmaz»,  «Aşıq 

özümüzünküdün>.  Bu  məsəllər  aşığın  el  arasm da  nə  qədər 

hörm ətli və cam aata nə  qədər yaxm   olduğunu göstərir.

A şıqlar kəndin  öz arasından  və çox  vaxt  çobanlıq və nö- 

kərçilik  zam am   söz  deyib*,  saz  çalmağı  öyrənən,  sonra  el 

arasm da gəzən sənətkarlardır. B unlar cam aatm  hər bir xeyir 

işində,  bəlgədə**,  nişanda,  toyda,  sünnətdə  həmişə  hazır 

olurlar.  Bu  yığm caqlarda  saz  çahb  söz  oxum aqla  avam  

kəndlilər  üzərində  tərbiyəcə  böyük  təsir  yapırlar.  Bizim 

kəndlərdə  böylə  adət  vardır:  bir  evdə  və  ya  bir  nəsildə  bir 

xeyir iş  (toy,  bəlgə,  sünnət)  oldum u,  qıraq kəndlərdən  çağı- 

n lan   qonaqlardan  başqa,  o  kəndin  bütün  arvad-uşağı  hə- 

min xeyir işə çağırılmamış gəlməhdir.  Və onda aktiv surətdə 

iştirak etməlidir.  H ərgah kənd əhlinin hamısı iştirak etməsə, 

daha  doğrusu,  o  kəndlinin  mərəkəsinə  gələn  olmasa  arala- 

rm da inciklik olub  deməkdir.

Sənətkar aşıqlar payız və qış zam anlarm da kənddən-kən- 

də,  m ahaldan-m ahala  düşüb  gəzər,  hər  yerdə  məclis  qurub 

pul  yığarlar.ilin  hansı  bir  fəslində  olursa,  olsun  bir  kəndə 

aşıq  gəldimi,  böyük-kiçik  onun  başm a  toplanm ahdır.  G ü- 

nün  qulağı  yaxan  kimi  axşam dan  yatm ağa  öyrənən  kəndli 

uşaqları,  ələlxüsus  nökərlər  və  sığırçılar  axurlarda,  hərmə- 

lərdə divar dibinə qısıhb  böyüklərlə bərabər,  səhərəcən  aşı-

*  Söz demak -  nəzmə çəkmək

**  Bəlgə - Q ın   oğlana  ad  eybm ək

10

ğm nağılm a  qulaq asırlar.  Aşığm kütləni  tərbiyə etmək mə- 



sələsi də buradan başlamr. Onlar öz dövrlərindəki kənd alə- 

m inin ictimai əlaqələrini  və rəftarm ı  oxşar, kənddəki hakim 

sinif və  varlılar  şövqünü  və  həzzini  duyarlar,  onlarm  zöv- 

qünə  layiq  onlara  ləzzət  verən  m ahnılar  çağırar  və  onların 

zövqünə yarar gözəl  qadın tiplərini tərif edərlər.

Aşıqlar dini  əfsanələri  və m övhum atı  uzun m üddət  ağız- 

dan ağıza gəzdirib yaşadar və xalqı m oralca tərbiyə edərlər. 

B urada  dini  ənənələri  mühafızə  etməklə  bərabər,  səxavət, 

ariflik, əsilzadəlik, nəcabət kimi bir çox silki anlayışlar mey- 

dana  atır  və  bunun  üzərində  şeirlər  düzəldirlər.  Məsələn, 

Göyçəli aşıq Ələsgər Həcər adh bir qıza deyir;

Sən bilirsən  subay gəzmək günahdır,

Şəriətə,  yola,  ərkana nə dedin?

H ər könül özünə bir padşahdır 

Sındırdın,  döndərdin  qana nə dedin?

Sonra Aşıq  Ələsgər  Həcərin dihndən  deyir;

Loğm adan kəc olan nütfədən əyri 

Yüz  dərs  ala  bir kam ala yetişməz 

Bir qul düz dolansa haqqm  yolunda 

Q ada  tapsa onu,  bəla yetişməz

A şıqlar arasm dan ən m əşhur və ən qabil usta sayılan Tik- 

mədaşh Xəstə Qasımı götürək. Onun əfsanə, əsatir, tapm aca 

və fıkir q anşdırıb başyorucu bir ustadnaməsini burada dərc 

edək:


A dəm dən Xatim ə natiqi-Q uran mənəm,

D in mənəm, məzhəb mənəm, yol mənəm,

ərkan  mənəm. 

Y erdə insan,  göydə qılman,  ərşdəki aslan mənəm 

G ül mənəm, bülbül mənəm,  sünbül mənəm,

reyhan mənəm

11


Ab,  atəş,  xak b addan y aratd ı sübhan bizi 

Yeddi yüz arxa bağla,  dəryada qırx  dörd  dəngizi* 

Yetmişin mən  biriyəm, altm ış qırx səkkizi 

Pir mənəm, ustad mənəm, yol mənəm, ərkan mənəm

Həft və həşt və n ısf içində yar bizi isbat  edər,

Altı m in altı yüz,  otuz d ö rd ü  zat edər 

Bir mərkəbdə yazılan  sureyi-ayat edər.

İncil,  Zəbur, T övrat,  natiqi-Q uran mənəm

Ərş sam avat üstündə qırx sütunun  bir ləngəri 

Yeddi post, yeddi dərviş, yeddi toppus, yeddi dəri 

Doqquz yüz dörddən qabağa səkkiz yüz qırxdan biri 

Pir mənəm, ustad mənəm, yol mənəm, ərkan mənəm

Xəstə Qasım Tikm ədaşh  sahibi-cümlə xəta 

Üm idim  var m eraca,  bil sənə eylər əta 

Bir ismi  qıl kəfədir,  bir ismi  həl əta 

Əzmi-Qaf günahım olsa əfu edər Rəhm an mənəm

Xəstə Qasımm bu qədər sadaladığı saylar, rəqəmlərin hər 

birisi  bir  xəyah  və  uydurm a  şeylər  və  əfsanələrlə  bağhdır. 

A şıqlar  arasm da ən  çox  zikr edilən  ustadnamələrdən  birisi- 

dir və Xəstə  Qasım ən dərin  aşıqlardan  sayıhr.

Aşıqlarm   ağzmdan  hər  cür  dalsız  qabaqsız  boş,  bədbin 

fəlsəfələr  və  dünyaya  etim adsızhq  kimi  şeylər  hər  məclisdə 

zikr edilməkdədir.  Bu  dünyaya  etibar bağlamayıb,  daim a  o 

dünya  üçün  çahşmağı  və  yalnız  o  dünyaya  ümid  bağlayıb 

hər zülm və cəbrə tab  etməyi tövsiyə edərlər;

Könül talib olub  uyma  şeytana 

Fitnə,  şamatası,  şəri olacaqdır 

Bu dünya  bir bağdır,  bağbanı ibhs 

Alması,  heyvası,  nar olacaqdır

Alma haqqm -nasdır,  tam   şirindir.

Heyva  da rəbadır,  qandır, irindir 

N ar səqir m ahdır, hədisi dərindir 

Dənəsi cəsədinə nar olacaqdır.

Gözəllər təşbehdir bağm gülünə 

M üştaq  olma şirin ləhcə dilinə 

Həvəslənib  sığal  vermə telinə 

M əhşərdə hər biri  bir m ar olacaqdır

Əməl bir parçadır, mələklər  dərzi 

D ərk eylə doğruyu, sünnəti,  fərzi 

N əkrin  səslənib  çalanda  gürzü 

Rövşən  gözün  tirə  tar olacaqdır

A llanm a cifəyə,  uyma fənaya 

G üvənm ə döylətə* sim talaya 

Bir gün köçürərlər dəri-üqbaya 

Sim zərdən əlin car olacaqdır

N ütfədən pak olan sıratdan  keçər 

Q ulduru, m ünkürü alm asdar biçər 

Səxavət  əhlini mələklər seçər 

Kövsər rizvam nda yer olacaqdır

Söyün“   gəl nəfzi zatm a əl m övt yazanda 

Şərm eyləyib  sal  yada, fəhmin  azanda 

G ün  hərarət edib yerdə qızanda 

Şahlar şahı şəfakar olacaqdır

12

*Döylət -  dövlət



**  Söyün  -  Hüseyn,  Şəmkirli Aşıq H üseyndir

13


Yenə  insana  əfsanə  və  əsatiri  göstərəcək  deyişlərdən  bir 

nümunə:


Dədə Yediyar;

Səndən xəbər alım,  Q urbani  aşıq 

O nədir ki,  göydən  haça gəlibdir?

124 min peyğəmbər haqdu- dünyada 

O nlann əfzəli  necə gəlibdir?

Qurbani:

A1 cavabm,  deyim ey  Dədə Yedyar 

O  qələmdir göydən haça gəlibdir 

124 min  peyğəm bər haqdır dünyada 

Əfzəli yeddidir,  necə gəlibdir.

Dədə Yediyar:

O, kim idi ərşdə qızdırdı tası?

O,  kim idi T urda qaldı əsası?

İsmayıl gələn  qoçun  ariası,

N ə idi,  nə günu qoça gəhbdir?

Qurbani:

O,  Salmandır,  ərşdə qızdırdı tası 

O,  M usadır T urda  qaldı əsası 

İsmayıla gələn  qoçun  anası,

Şaban ayı  çəharşənbə günü qoça  gəlibdir.

Dədə Yediyar:

İbtidadan yerdən  kim  götürdü xakı?

Kim idi  sarbandan  ayırdı lökü?

D ədə Yediyar deyər Tub  ağacmm kökü 

Neçə yarpaq,  neçə budaq, neçə haça gəlibdir?




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə