AZƏrbaycan miLLİ elmlər akademiyasi hüseyn caviDİn ev muzeyi Hüseyn Cavidin anadan olmasının



Yüklə 2.7 Mb.
PDF просмотр
səhifə4/32
tarix10.06.2017
ölçüsü2.7 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   32

 

Əgər fövqəlbəşər olmaq dilərsən, 

Kənar ol daima cinsi-bəşərdən!.. 

– deyə hiylə və təzvir müqabilinə mübarizəyə girmək əvəzinə 

cinsi-bəşərdən qaçmağı tövsiyə edirlər. 

 

III 

 


                                                                                                                        

41 


Birinci  cərəyan  ilə  ikinci  arasında,  adəta  ümumiyyətlə 

köhnələr ilə yenilər arasında bulunduğu qədər, dərin bir uçu-

rum var; bu ixtilaf, təzad getdikcə artır, dərinləşir, böyüyür və 

nəhayət Xumarın qarşısında tamamilə zahir edir. Bilxassə ki, 

burada  inqilab  tövsi-dairə  edərək  bəlkə  şeyxləri  və  ümumiy-

yətlə  islam  dairəsini  aşaraq  gürcü  babası  və  knyazlarına  da 

şümil  edir.  Din,  şəriət,  təriqət  ayrılığı  gözləmədən  bütün  in-

sanlar ikiyə ayrılırlar: 

Birisi miqdarca zəif, ruh və etiqadca qəvi, bir neçə şəxs

başda Sənan ilə Xumar. 

O birisi yanlış fikirli, batil etiqadlı, fəqət mömin simalı 

şeyxlər, papaslar, müridlər... 

Bunlardan birisi hər şeyə səthi və zahiri nəzərlə, digəri 

isə filosofanə baxır. 

Həmin tərəfin zənnincə: 

«Heç  bu  mümkünmü  isəvi  bir  qız  bir  müsəlmana  get-

sin?» – o biri tərəfcə: 

 

Birsə həqq, cümlə din də bir... naçar 

Xalqı yalnız ayırmaz azğınlar. 

Hər kəs uyumuş cahanda bir hissə. 

 

Bir  tərəf  üçün  bir  isəvi  qızın,  bir  şəxsə  getməsi  üçün 



mütləq o şəxs də isəvi olmalı imiş, həm də isəvilik ancaq şə-

rab içməkdən və xaç asmaqdan ibarət imiş. 

Odur ki, Xumarı da Sənana vermək üçün Papas bu şey-

ləri şərt qoyur. Eyni zamanda mötəsib şeyxlər hiddət edir, Sə-

nanın əməl etmədiyini görüncə, heyrət və istehza edirlər. 

Bu  biri  tərəf  üçün  isə  heç  bir  din  fərqi  yoxdur.  Haqq 

birdir.  Ona  görə  haqq,  din  də  birdir.  Xaç  asmaqdan  məqsəd 

ancaq  Məryəm  oğlunu  təzədən  dar  ağacına  çəkmək  və  onun 

şəxsi böyüklüyünə qarşı bir ehtiramsızlıqdır. O ki qaldı şərab 

içməyə: 


Şərab  əgər  sərxoşluq  vasitəsi  kimi  götürülürsə,  mütə-

fəkkirlər  haqq  eşqinin  sərxoşu  olduqlarından  bir  daha  şərab 

içməyə hacət qalmır, yaxud şərab haram isə, o halda.  


 

42 


 

«Ürəfa məşrəbincə var qiyas». 

 

Odur ki, Şeyx Sənan Papasın israrına görə, şərbət içər, 

xaç  asar,  həm  də  bununla  isəvi  olmaz,  etiqadından  dönməz, 

filosofluqdan düşməz. 

Zira  xaç  asmaqla  üzük taxmağın  nə  fərqi,  yalançı  din-

darlardan  bir  qismini  təskin  edən,  digərlərini  heyrətə  gətirən 

bir fəqərə də Sənanın Quranı yandırmağa razı olmasıdır. Doğ-

rudur, Quranı yandırmır, fəqət yandıra da bilərdi. 

Papasca Sənan Quranı yandırmaqla guya islamı atır, ta-

mamilə  bir  haqq-söyən  olur.  (Şərab  və  xaç  məsələsi  burada 

əlavə edilmək üzrə) Ona görə də dargöz şeyxləri heyrəti-eti-

raza uğradır, halbuki Sənanca: 



 

Hökmi-Quran ilələbəd ucalır 

Yaxılan həp kağız mürəkkəbdir. 

Hökmi-Quranı tutmayan məğrur

Onu atəşdə yaxmış ədd olunur. 

 

Belə isə, Quranın hökmü baqi qalır, kağız və mürəkkə-

bin  yandırılmasını ancaq təəssübkeş  papaslar tələb edirlər və 

günahkar  şeyxlər  burada  bir  qəbahət  görə  bilirlər.  Sənan  isə 

burada  ancaq  cəhalət  və  bəhalət  görər,  binaənleyh  də  ancaq 

isteza ilə gülər. 

Deməli, birinci cərəyan ilə ikinci arasında fərq belədir. 

Ərz olunduğu kimi, «Şeyx Sənan» əsəri barəsində mü-

fəssəl  yazmaq  mümkün  olmadığından  bununla  kifayətlənə-

rək, burasını da qeyd edək ki, əsər yalnız səhnədə görülən tə-

zadlı bir dram olmayıb, fikirlərdəki inqilabın birinci təzahura-

tından və bu hisslər ədəbiyyat aləmində böyük bir iqdamdır. 

Bu əsər köhnə əsarətlərin hamısını uçuran, çürük binaları tə-

məlindən  qoparan  və  onun  yerində  sağlam  bir  fəlsəfə,  möh-

kəm bir nəzəriyyə yaradan yeni bir əsərdir. Qiymət də həmin 

bu inqilab və təcəddüddədir. 

Şairin bu əsəri ta son kəlmə və hərəkətinə qədər inqilab 

və fəlsəfə ilə dolu olaraq başdan ayağa müəyyən iki fikir yü-



                                                                                                                        

43 


rüdür. 

Bir  tərəfdən  əsrlərdən  bəri  kök  salmış,  fəqət  çürük  əf-

sanə  və  mövhumatın  kökünü  qazımaq,  onların  nə  qədər  puç 

və bihudə olduğunu üzə çıxarmaq, xalqı belə mənasız və zə-

rərli əfsanə və mövhumatdan daşındırmaq, uzaqlaşdırmaq. 

Digər  tərəfdən  camaatı  haqqın  tərəfinə  çağırmaq,  ucal-

mağa dəvət  və təhrik etmək, heç bir azğının  təfriqəbazlığına 

uymayaraq  haqqı  tapıb  birləşmək  və  ucalıqdan  sonra  məhv 

olmazsa da, daha enməməyə alışdırmaq. 

 

IV 

 

Bir  çox  qüsur  və  nöqsanları  və  xüsusən  əsərin  qəhrə-



manı olan Şeyx Sənanın öz tipində səbatsızlıq olmaqla bəra-

bər «Şeyx Sənan» Cavidin qüvvəli və ən gözəl əsəridir. 

Həm  şəriət  cəhətdən  bu  əsərdə  Cavid  ən  müvəffəq  ol-

muşdur, həm  də seçmiş olduğu mövzunun ən mühüm  hissə-

sini təşkil edən bir məsələdə qətiyyət, səbat və məntiq vardır, 

o da din məsələsidir. 

Demək  hiyləyi-şər’i  qurmaq  kimi  qüsur  olduğuna  bax-

mayaraq bu əsərdə mühüm bir məsələdə səbat var, məntiq var 

və əsər başdan ayağa o ruhla ruhlanmışdır. 

Din məsələsində. 

Sair  əsərlərdə  və  məsələlərdə  olan  şübhə  və  tərəddüd 

burada bu məsələdə yoxdur. Burada bir qətiyyət vardır. 

Keşişlər,  mollalar  din  ayrılığı  ilə  xalqın  arasında  nifaq 

salıyorlar,  xalqı  mövhumatla  aldadırlar.  İnsanların  bir-birini 

sevmək və qardaşcasına yaşamaqlarına din adına bir sədd çə-

kiyorlar və nə qədər ki,  sədlər var, mollalar, keşişlər var, in-

sanların  arasınla  nifaq  olacaqdır.  Binaən-əleyh  bir  dəfə  bu 

səddi yarmaq, bu zənciri qırmaq lazımdır. 

Ona  görə  insanları  birləşdirmək,  bir-birini  sevdirmək 

naminə  lazım  gəlirsə,  «şərab  içərəm»,  «xaç  asaram»,  kaş  ki, 

bu maneələr aradan götürülsün. 

Doğrudur, məstlik qəbahətdir, doğrudur, xaç asmaq bir 

parça  gümüşü  boynuna  salmaqla  özünü  «canlı  dar  ağacına 


 

44 


oxşatmaqdır»,  fəqət  bununla  bərabər  məqsədə  irmək  və  din 

ayrılığı səddini yarmaq lazım gəlirsə, bunu da yaparam, deyir. 

Bundan  əlavə,  əsərdə  pək  nazik  bir  mətləb  də  var  ki, 

onu da arıyor, ruhanilərin nə qədər kor mütəəssüb olduğunu 

nümayiş etdiriyor. O da Quran məsələsidir. 

Quranda bir çox yerdə İsa və Məryəmin adı olduğu hal-

da, Quranda İsa Ruhulla və peyğəmbər göstərildiyi halda ke-

şiş kor təəssübdən naşı və xalqın arasına təfriqə və nifaq sal-

maq üçün Quranı yandırmağa hökm veriyor və onun kimi ca-

hil mütəəssib şeyxlər dəxi həman papas fikri, papas ruhunda 

səhnəyə çıxarılıyor və din məsələsi kənarda dursun, hətta mu-

siqi  səsi  eşitdikdə  əbanı  başlarına  çəkib  qulaqlarını  tıxamaq 

qədər cəhl və təəssüb göstəriyorlar. 

Oyuna gəlincə bu gecə ümumiyyətlə aktyorlar öz rolla-

rını qənaət verəcək dərəcədə oynadılar. Xüsusən baş rolları: 

Xumarı  –  Mərziyə  xanım,  Şeyx  Sənanı  –  A.M.Şərif-

zadə. Platonu – Atamalıbəyov və Papası – Cabbarzadə Qacar 

çox yaxşı oynadılar. 

Ancaq əvvəllər ümumiyyətlə danışıqlarda şeirin «tonu», 

bundan dolayı və şeiriyyəti pozulurdu. Bunu da qeyd edəlim 

ki,  yoldaş  Darablı Serqo rolunda bir gürcü kimi deyil,  ancaq 

və ancaq bir məzhəkəçi  Darablı kimi  içir və bununla effekti 

pozuyordu. 

Nəhayət, Qafqazlı Anton rolunun üstündə bir qədər dü-

şünmüş  olsaydı,  görərdi  ki,  onun təmsil etdiyi dərviş  heç də 

bir dəli dərviş deyil, bəlkə mərdümgiriz bir səyyah və cəmiy-

yəti, bədəvi, ürfü adəti və burjua fəlsəfəsini bəyənməyən küs-

kün bir filosofdur. 

Və binaən-əleyh həmin rolu bir dəli kimi deyil, bir filo-

sof kimi oynamalıdır. Nəhayət, bu gecəki səhnə quruluşu, tər-

tibat,  dekorasiya  çox  gözəl  idi.  Xüsusən  ikinci  məclisdə 

ümum  mənzərə  və  4-cü  pərdədəki  yanğın  son  dərəcə  gözəl 

idi. 

 

Bu  yaxınlarda  Şeyx  Sənan  üzərində  mühakimə  qurula-



                                                                                                                        

45 


caqdır.  Bu  münasibətlə  məzkur  pyesa  dekabrın  4-də  (cümə 

axşamı,  1924-cü  il)  dövləti  türk  teatrosunda  mövqeyi-tama-

şaya  qoyulacaqdır.  Keçən  dəfələr  mühakimənin  teatroya  və 

teatronun mühakiməyə nə qədər mərbut  olduğunu və  yardım 

etdiyini canlı təcrübələrdə gördük. Məsələn  «Aydın» pyesası 

mühakimədən  sonra  oynandıqda  tamaşaçılar  səhnəyə  nə  qə-

dər tənqid və mühakimə gözüylə baxdıqlarını və zahiri görü-

nüşlərdən  ziyadə,  əsərin  hər  tipinin  ruhuna  diqqət  verdikləri 

və hər uyğunluq və namüvafiqliklərini qeyd və zikr etdikləri 

bizə  açıqca  göstərdi  ki,  bu  kimi  mühakimələrin  çox  faydası 

vardır. Ona görədir ki, işçi müxbirlər klubunun ədəbiyyat dər-

nəyi  gələcəkdə  bir  çox  böylə  mühakimələr  qurmağa  qərar 

vermiş  və  hətta  məhkəmə  işçilərini  də  fəaliyyətə  cəlb  etmiş-

dir. 


Ona görə yaxşı olar ki, hamı haman mühakimələrə ha-

zırlanmaq üçün o münasibətlə verilən teatrolara getsin. Digər 

tərəfdən hər pyesi daha yaxşı bilməkdən ötəri böylə ədəbi ic-

timai mühakimələrə gəlsin. 



 

«Kommunist» qəzeti, 17, 21, 23 noyabr 

1921-ci il, 28 oktyabr, 3 dekabr 1924-cü il 

 

Xəlil İbrahim «Daşdan keçən istiqlal», 

Bakı, Yazıçı, 1993, səh. 20-28. 

 

 

46 


Xəlil İbrahim 

 

ƏDƏBİYYAT ŞƏRARƏLƏRİ 

 

İşçilər  ədəbiyyatını  zinətləndirən  əsərlərdən  birisi  də-



yərli şairimiz Hüseyn Cavidin yazmış olduğu «İblis» hailəsi-

dir.  «İblis» ilə  «Şeyx Sənan»  yek digərini təkmil edən bütün 

bir fəlsəfədir və bu nöqteyi-nəzərdən bunlar bir-birinin mabə-

didir… Fəqət… 

Söz orasındadır ki, fəlsəfəcə bu iki əsər, iki ayrı-ayrı şə-

kildə zühur edən bir fikirdən ibarət isə, lakin «Şeyx Sənan»da 

qazanılmış olan müvəffəqiyyət «İblis»də hasil olmamışdır… 

Odur ki, bu axırıncıya daha artıq diqqət və sərhesablıqla 

yanaşmaq lazım gəlir. 

Əvət,  «Şeyx  Sənan»  və  «İblis»  əsərlərinə  bu  inqilab 

nüqteyi-nəzərindən baxmaq lazım gəlir. Bu kimi əsər yek di-

gərinin mabədi və təkmilidir. Söylədik ki, «Şeyx Sənan» dini 

ovham və əfsanəyə qarşı bir mübariz cığırı açır… 

Keçən məqaləmizdə söylədiyimiz üzrə  «İblis»də müəl-

lif yoldaş «Şeyx Sənan» qədər müvəffəq olmamışdır. 

Birinci səbəbi əsərdəki təzaddır. Biz keçən dəfə də yaz-

mışdıq  ki,  «İblis»də  təzad  o  qədər  kök  salmışdır  ki,  əsla  tə-

mizləmək olmaz. 

Məsələn: İslah olunmuşunu səhnədə gördük. Təzad san-

ki  azalmışdır.  «Təşrifatçı»  və  «Abid»  artıq  insan  olaraq  səh-

nədə ərzi-vücud edirlər, nəinki insan donuna girmiş iblis ola-

raq  çıxırlar.  Böylə  təzad  çoxdur.  Fəqət  vaxtında  bu  xüsusda 

kafi dərəcədə söylənmişdir… 

«Şeyx  Sənan»  və  «İblis»  səhənmizin  birər  zinətidir. 

Ancaq xatimə olaraq belə əsərlərin tez-tez oynanmasını arizu 

etməklə  müfəssəl  təqdir  və  tənqidi  iqtidarla  qələm  ərbabına 

tərk edirik. 

«Kommunist», 1-2 dekabr 1921  

Qulam Məmmədli «Cavid ömrü boyu»  

(həyat və yaradıcılıq salnaməsi) 

Bakı, «Yazıçı» 1982, s. 118 - 119. 


                                                                                                                        

47 


Rey-Rüfətpaşa Səfərov 

 

ŞEYX SƏNAN 

 

Dekabrın 23-də «Şeyx Sənan» oynandı… 



Bu  dəfə  birinci  dəfə  olaraq  Sənan  rolunu  Rza  Darablı 

ifa edirdi. Bu xüsusda bir neçə kəlmə danışmaq istərdik. Rza 

Darablı  ümumən  türk  səhnəsində  çox  vaxt  komik  rollarda 

çıxmışdır.  Fəqət  bununla  belə  bu  aktyorun  faciə  rollarını  ifa 

etməkdə də iqtidarı yox deyildir. Bu aktyorun səsi (diksiyası) 

pis  deyildir.  Fəqət  nədənsə  bu  gecə  bu  səsindən  istifadə  edə 

bilmədi. Belə ki,  səsini qayət  iztirablı və təsiredici  bir ahəng 

ilə eşitdirmək üçün sözləri olduqca dutqun və anlaşılmaz bir 

tərzdə  ifadə  etməsi  bizcə  tamaşaçılara  yaxşı  təsir  bağışla-

madı… 


 

«Azərbaycan xəbərləri», 

 26 dekabr 1921  

 

Qulam Məmmədli “Cavid ömrü boyu”  



(həyat və yaradıcılıq salnaməsi) 

Bakı, “Yazıçı” 1982, s. 120. 

 

 



 

 

48 


Tamaşaçı 

 

TİYATRO VƏ MUSİQİ 

 

AFƏT 

 

Cümə  güni  aprelin  13ndə  Dövləti  Türk  Tiyatrosunda 



Hüseyn Cavidin  «Afət»  ünvanlı  yeni  bir əsəri ilk dəfə möv-

qei-tamaşaya qoyulmuşdı. 

Bu  əsər  nəinki  ilk  dəfə  oynanılması,  bəlkə  mövzusu, 

tipləri  və  hətta  üsuli-təhriri  (qismən)  cəhətindən  səhnəmizdə 

yeni bir şeydir və böylə olmaq hesabilə də özinə məxsus bir 

çoq dəgərli tərəfləri oldığı kibi nöqsanı da az degildir. 

Təfsilatını sonraya bıraqaraq hələlik burasını qeyd edə-

lim ki – zira bununla bir-iki cümlədə bütün nöqsanı əhatə et-

mək olur – əsərin süjesi janr qəbilindən olaraq alafranqa yaşa-

maya həvəs edən, bəlkə də hələ o qədər də «franqlaşma»mış 

olan aristoqratlar həyatından alınmış, daha doğrusı ona tətbiq 

edilmək istənilmişdir. 

Bu nöqtei-nəzərdən də bir tərəfdən bizdə ümumiyyətlə 

öylə həyat ümumiləşməmiş və digər tərəfdən müəllif özi hə-

mən həyatdan  yer ilə gök qədər uzaq oldığından, təbiidir ki, 

bir çoq uyğunsuzluq olacaqdır.  

O  cümlədən  götürəlim  ki,  təsvir  olunan  həyatda  «tül-

ki»lər, «çaqqal»lar və ğeyrilərinin rolı yalnız cinayət və xəya-

nətlərlə  məhdud  qalmayaraq  qurnazlıq,  diplomatlıq  və  sayir 

bu kibi xislətlərə daha malik olmalıdırlar, ki bunı əsərdə gör-

müyoruz. 

Xülasə əsər haqqında yazmayı sonraya bıraqaraq bu ge-

cəki tamaşaya keçəlim. 

Bu  gecə  tamaşa  səhnəmizdə  çoqdan  bəri  xidmət  edən 

Yeva  Olinskayanın  şərəfinə  tərtib  verilmiş  və  çoq  təntənəli 

bir  surətdə  qoyulmuşdı.  Ərtoğrul  rolunda  Abbasmirzə  Şərif-

zadə,  Afət  rolunda  A.N.Olinskaya,  Altınsaç  rolunı    Yeva 

Olinskaya ifa ediyorlardı. 

Bunların hər üçi öhdələrinə düşən ağır vəzifəyi pək gö-


                                                                                                                        

49 


zəl ifa etdi. 

Bir də qalan rolları ifa edən aqtorlar dəxi rollarını yaqşı 

oynadılar. 

Ancaq bir məsələyi qeyd etmək lazım gəliyor. Bir dəfə 

bunı  bilməlidir  ki,  gündən  günə  iləri  getməgə  səy  etməyən, 

kim  olursa  olsun,  özini  dəfn  ediyor.  Həmçinin  hiç  bir  qüvvə 

fərqi  yollarını  kəsərək  həyatı  gedişindən  saqlayamaz.  Digər 

tərəfdən yenilik meydana çıqdıqca, köhnəlik yerini ona təslim 

etməlidir. 

Bunı nəzərə alaraq səhnə barəsində də diyəlim ki, «Da-

ğılan  tifaq»,  «Hacı  Qənbər»,  «İbrahim  Xəlil  kimyagər»,  «O 

olmasın  bu olsun» və hətta ən son  zaman  yazılan və zahirən 

«yenilər» tərəfindən qələmə alınmış olan əsərlər hiç şübhəsiz 

ən qərib nöqtələrini yeni fikir, yeni üsul, yeni mövzu və hətta 

yeni  dilə,  imlaya,  inşaya  təslim  edəcəklərdir.  Çünki  onların 

dövri keçmiş, çoq «qocalmış»lardır. 

Halbuki  səhnə qüvvələrimiz pək cavandırlar. Böylə isə 

aqtyorlarımız köhnələri küsmək və yeniləri açıq ağuşla qarşu-

layaraq tətbiq etməgə hazır olmalıdırlar. 

Fəqət  artistlərimizdə  bunı  görüyormıyız?  Şu  suala  ca-

vab vermək için bu qədər kifayət  edər ki  hər təbəddülatı  kə-

narda dursun, yalnız cümlələri düzgün tərtib verilmiş olan bir 

rolun oynamasında güclük çəkiyorlar. Dil bilməmələri rolları-

nın da ifasına mane oluyor.  

Məsələn bu gecə  «Afət»in dili bütün artistlər için öylə 

ağır bir yük təşkil ediyordı ki, böyük məşəqqətlə çıkıyorlardı. 

Hətta Şərifzadə yaxşı bir artist oldığı halda bir monoloğı lazı-

mınca söyləyəmədi. 

Aqtyorlarımıza öz dillərini ögrənməmək bəncə ayıbdır. 

Səhnə tərtibatı pək gözəl. Şairanə mənzərələr ümumiy-

yətlə yerli yerində, təzyimiyyat çoq yaxşı idi, yalnız bulvar is-

tənildigi kibi çıqmamışdı. Tamaşaçı pək çoq idi. 

 

«Kommunist» № 83,  

Düşənbə 17 şaban (aprel) 1922 


 

50 


M.H. 

 

SƏNƏT VƏ ƏDƏBİYYAT 

 

Cümə  günü  D.Bünyadzadə  adına  hökumət  teatrında, 



hörmətli  aktyorumuz  Abasmirzə  Şərifzadənin  şərəfinə  bu 

mövsümdə ilk və son dəfə olaraq bənam şairimiz Hüseyn Ca-

vidin «Uçurum» faciəsi oynandı… 

Nə  isə  bənam  şairimiz Hüseyn  Cavidin  yazdığı  əsər-

ləri get-gedə həyatdan uzaq olmağa başlamışdır. Zatən Cavi-

din  Qafqasiyada  sevimli  və  hörmətli  şair  olduğunu  inkar  et-

məyiriz. Fəqət bunu da gizlətməyəlim ki, Hüseyn Cavidin gə-

rəksə  «İblis»,  gərəksə  «Afət»imi  və  yaxud  «Uçurum»u, 

«Şeyx  Sənan»ın  xəllaqinə  yaraşar  bir  əsər  olmayırlar.  Bu 

əsərlərin bu qədər zəif və səhnə üçün natəmam olmaqları Hü-

seyn Cavidə  yalnız şair olmağını tövsiyə etməzmi? Əlbət  ki, 

edərsə bəlkə də türk ədəbiyyatında parlaq bir mövqe tutması 

üçün fəqət bir şair olub qalmasını əvvəldən tələb edir. 

Lakin  Hüseyn  Cavidin  «Uçurum»dakı  tipləri  bir  fikir 

mücəssəmi olması ilə onun tutduğu mövqeini əksiltməz. Na-

sıl ki, Leonid Andreyevin xəyal mücəssəmi bu vaxta kimi rus 

ədəbiyyatında  tutduğu  mövqeindən  düşməmiş.  İştə  Hüseyn 

Cavid  daxi  nə  qədər  faciənəvis  olmasa,  yenə  də  yüksəklərə 

çıxacaqdır… 

 

«Zəhmət», 



 5 iyun, 1922  

 

Qulam Məmmədli «Cavid ömrü boyu»  



(həyat və yaradıcılıq salnaməsi) 

Bakı, «Yazıçı» 1982, s. 128-129. 

                                                                                                                        

51 


Kazımoğlu 

 

ƏDƏBİ MÜBAHİSƏLƏR  

 

UÇURUM 

 

Haziranın  2sində  Hökumət  Tiyatrosunda  ilk  olaraq 



mövqei-tamaşaya  qoyılan  «Uçurum»  faciəsi,  Hüseyn  Cavid 

bəgin bizim səhnəmizdə dördünci əsəridir. 

Məhəlli  mətbuat  səhifələrində  Hüseyn  Cavidin  əsərləri 

xüsusında  vaqtilə  çoq  yazıldı.  Məələsəf  bu  yazılar  Hüseyn 

Cavidin və əsərlərinin mahiyyətini lazımınca ortaya qoyama-

dılar. Nə İblis, nə Sənan və nə də Afət barəsində doğrı, əsaslı 

bir  şey  yazılmadı.  Bu  gün  şayani-ədəb  müzakirə  edilməgdə 

olan  Uçurum  faciəsi  də  kəndi  mahiyyəti-  ədəbiyyəsini  –  şu 

danışıqlara  baqılarsa  –  meydana  qoyamıyacaqdır.  Nasıl  ki 

dün  nəşr  olunan  «Zəhmət»  qəzetəsində  (H.H.)  yoldaşın  «sə-

nət və ədəbiyyat» ünvanı altında yazdığı bunu isbat etməgdə-

dir. Bunun içün Uçurum xüsusunda bir şeylər yazmaq istəyo-

rum. 

Hər şeydən əvvəl biz ədəbiyyatın nə oldığını bilməliyiz. 



Onı  qısa  bir  cümlə  ilə  tərif  etməli,  sonra  mövzui-  bəhs  olan 

əsəri,  faciəyi  ona  yanaşdırmalıyız.  Biz  böyləliklə  bir  əsərin 

ədəbi qiymətini təyin idə biləriz. 

Bən  ədəbiyyatı  tərif  etmək  içün  məşhur  ingiliz  feylə-

sofu və münəqqidi (ten)in tərifini təkrar ediyorum. O diyor:  

«Ədəbiyyat  cəmiyyətlərin  ifadəi-hal  və  keyfiyyətidir». 

Ədəbiyyat içün bundan aydın, bundan əsaslı bir tərif olamaz. 

Xüsusən  mühit  və  zaman  nəzərə  alınarsa  bu  fikri  daha  qüv-

vətli bir surətdə nəzərə çarpar. 

Hər  nə  qədər  bu  fikrə  müarizələr  olmuş,  ədəbiyyatı 

«ali», «adi» diyə iki qismə ayırmışlarsa da bəncə «Tenin» yu-

qarıdakı  fikri öylə bir həqiqətdir ki,  gələcək ədəbiyyat  tama-

milə onun qanadı altına girəcəkdir. 

Bu vaqtadək bir çoqları bir fikrin əsiri idilər. «Sənət, sə-

nət  içün»  diyə  bir  nəzəriyyəyi  sənət    və  ədəbiyyatda  qanun 


 

52 


kibi təlqin etmişlərdi. Vaqta ki, ədəbiyyat bir sənətdir, bu su-

rətdə  cəmiyyətlərin  ifadəi-hal  və  keyfiyyəti  olmaya  da  bilər. 

Buna da bir çoq qlassiq ədəbiyyatdan misallar gətirirdilər. 

Əvət  bu,  bir  zaman  böylə  idi.  Və  ya  muvəqqət  bir  za-

man  içün  böylə  olmalıydı,  fəqət  «sənət  sənət  içün»  nəzəriy-

yəsi qarşısında, bu gün daha qüvvətli, daha əsaslı bir həqiqət 

vardır. O da hər şey həyat içün oldığı kibi sənət də həyat içün 

olmalıdır. Əvət, «sənət», həyat içündür. 

Bu xüsusda uzun izahat verməkdən çəkinərək məsələyə 

qayıtmaq istəyorum. 

«Zəhmət» yazıyor: 

Nədən  isə  adlı-sanlı  şairimiz  Hüseyn  Cavidin  yazdığı 

əsərləri  get  gedə  həyatdan  uzaq  olmağa  başlamışdır.  Zatən 

Hüseyn Cavidin Qafqasyada (?) sevimli və hörmətli şair oldı-

ğını inkar etməyoruz. Fəqət bunı da gizlətməyəlim ki, Hüseyn 

Cavidin  gərək  «İblis», gərəksə  «Afəti»  və  yaxud  «Uçurumı» 

«Şeyx Sənan» xilafına yaraşar bir əsər olamayorlar. Bu əsər-

lərin böylə zəif və səhnə içün natamam olmaqları Hüseyn Ca-

vidə yalnız şair qalmasını tevsiyə etməzmi?» 

Muxtəsər  olmaq  içün  «İblis»  və  «Afət»dən  bəhs  edil-

məyəcək,  yalnız əlaqədar oldığı içün Şeyx Sənandan bir qə-

dər bəhs edüb Uçurumı onunla müqayisə etməgə müsaidə is-

tərim. 

Uçurumun  nərəsi  «Şeyx  Sənana»  nəzərən  həyatdan 



uzaqlaşmış zəif və səhnə içün natamamdır. 

Şeyx Sənanda əsasi fikir nədir? diyənlərin məzhəblərin 

eşqdə, daha doğrısı həyatda – böyük adamlar içün – mühüm 

bir şey olmadığı icabında bir şeyx, nəşri-din məqsədilə müca-

hidət edən bir mürşid, xaç asar, şərab içər, Quranı yaxar, hətta 

domuz böylə otarar. 

Şeyx  Sənan  həyati  bir  əsərmidir?  İçərisində  zaman  və 

məkanın bir çoq fikirləri mevcuddur. Fəqət mövzui-əsərin qu-

ruluşı realizmdən artıq romantizməyə yaqındır. 

Bəlkə  tamamilə  mühərrir  Şeyx  Sənanda  bir  romantiq-

dir. 

Uçurumun  əsasi  fikri  nədir?  Kəndi  bənliyini  sevəmə-



                                                                                                                        

53 


yən, hər bir şeyi hətta sənətkarlıq və dühasını yalnız başqala-

rını  tənqid  etməgdə  görən,  mühit,  zaman  və  cinsin  ruhından 

xaric bir həyat yaratmaq istəyən bir fərd, daha doğrısı bir cə-

miyyət, millətin sonı – Cəlal kibi – uçurumdur. 

Bəncə uçurumun əsasi fikrilə Şeyx Sənanın əsasi fikrini 

yekdigərilə  müqayisə  etdigdə  demək  olmaz  ki,  birincisi  hə-

yati degildir. Və ya həyatdan uzaqlaşmışdır. 

 

Ten diyor ki: 



«Bir mühərrir və ədibin hangi bir əsəri alınsa o digər bir 

əsərinin mütəmmimidir» Tenin bu fikrini bu surətdə şərh et-

məlidir. 

Bir mühərrir və ədibin bir əsəri digər əsərlərinin fikir və 

ğayə etibarilə mütəmmimi olmalıdır. 

Burada «sənət sənət içün...» nəzəriyyəsinin əsaslı olma-

dığı da bütün açıqlığı ilə meydana çıqıyor. Çünki mühərrir və 

ədiblər yalnız hiss etdiklərini yazmaqla, daha doğrısı yaza bil-

məklə bir ədəbiyyat  yaratmış olmayorlar. Onlar hiss etdiklə-

rini  hərtərəfli  düşünüyor,  mühakimə  ediyor,  həyatdan  aldıq-

ları  təcrübələri  əvvəlki  əsərlərinə  uyduraraq  yazıyor.  Böylə-

liklə ədib  və mühərrirlər bu qədər moralist  və  yaxud idealist 

oluyorlar.  Bu  surətdə  sənət,  xüsusilə  ədəbiyyat  həyat  içün 

oluyor. 


Şimdi  göstərilə  bilinir  ki,  fikir  və  ğayə  etibarilə  Şeyx 

Sənan ilə Uçurum arasında təzad vardır. Şeyx Sənanda anar-

xizm bir ruh var. 

Uçurumda milli və xalqçı bir ruh yaşayor. 

Bu surətdə ya «Tenin» fikri əsassızdır və yaxud Hüseyn 

Cavidin əsərləri bu fikrə uyqun gəlməyorlar. 

Bən  bunun  üzərində  mevzudan  xaric  oldığı  içün  bəhs 

etməyəcəgəm.  Yalnız bu qədərə kifayət ediyorum ki,  hər bir 

ədib və sənətkar nə qədər böyük olursa yenə tənqid edilə bi-

lər. Tənqid edilə biləcək əsaslı cəhətlər də bu kibi şeylərdən 

ibarətdir. 

Uçurum  Sənandan  daha  həyatidir,  yalnız  fikir  etibarilə 

degil,  məslək  etibarilə  də  həyatidir.  Yuqarıda  söyləndi  ki, 


 

54 


Şeyx Sənan romantiq bir əsərdir. Uçurum isə tamamilə realist 

bir əsərdir. Realist bir əsər romantiq əsərdən nasıl olur ki, hə-

yati olamıyor. Bən burasını düşünəmiyorum, bir də hangi cə-

hətdən Uçurumun həyati bir əsər olmadığı məələsəf göstəril-

məyor. 

Demək, Uçurum istər fikir etibarilə, istər məsləki-ədəbi 



etibarilə, istər əsərin quruluşı mevzui və şəxslər etibarilə hər-

tərəfli həyati bir əsərdir. Heç bir xüsusda «Şeyx Sənana» nə-

zərən həyatdan uzaqlaşmayor. 

Bitmədi. 


1   2   3   4   5   6   7   8   9   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə