24534
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
l'ƏLSƏFƏ VƏ SİYASİ-HÜQUQİ TƏDQİQATLAR İNSTİTUTU
«POLİTOLOGİYA» ŞÖBƏSİ
İBRAHİM MƏMMƏD OĞLU AĞAYEV
MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA
MİLLİ-ETNİK PROSESLƏR
M on oqrafiya A M E A -n ın Fəlsəfə və S iy
asi-H üquqi T ədqiqatlar İnstitutunun Elmi
Şurasının qərarı ilə çap olunur (p ro to k o l
№ 7 « 03 » iyul 2006-cı il).
Elmi redaktorlar:
tarix elmləri doktoru, professor
İQomörşah CAVADOV
fəlsəfə elmləri doktoru, professor
Əlikram TAĞIYEV
Rəyçilər:
fəlsəfə elmləri doktoru, professor
Vəli HƏBİBOĞLLİ
fəlsəfə elmləri doktoru, professor
Cahangir MƏMMƏDOV
İbrahim Ağayev.
«Müasir şəraitdə Azərbaycanda milli-etnik proseslər»,
Bakı, «MBM», 2006, 180 səh.
Monoqrafiya müasir Azərbaycan cəmiyyətində milli-etnik pro
blemlərin tədqiqinə həsr olunmuşdur. Müəllif Azərbaycan reallıqla
rından çıxış edərək milli-etnik prosesləri və onların tənzimlən məsin-:,
dövlətin milli siyasətinin prioritet məsələsi olduğunu araşdırmar-
qarşısına məqsəd qoymuşdur.
Kitab elmi işçilər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tu
tulmuşdur.
ISBN 9952-29-058-5
© İ.M.Ağ-ıyev
MÜNDƏRİCAT
Giriş
................................................................................. 4
I Fəsil. Azərbaycanda etnosiyasi proseslər və onların sə
ciyyəvi xüsusiyyətləri.........................................................15
1.1. Etnosiyasi proseslərin mahiyyəti................................ 15
1.2. Azərbaycanda etnosiyasi proseslərin səciyyəvi cəhət
ləri
........................................................................41
1.3. Azərbaycanda milli azlıqların və azsaylı xalqların in
kişaflarının sosial dinamikası və xarakterik xüsu
siyyətləri ....................................................................65
II Fəsil. Milli-etnik problemlərin nizamlanmasının siyasi-
hüquqi aspektləri............................................................... 90
2.1. Milli azlıqların hüquq və azadlıqlarının təmin olun
ması xüsusiyyətləri....................................................90
2.2. Milli-etnik proseslərdə münaqişəli vəziyyətlər və on
ların aradan qaldırılması yolları .............................. 109
2.3. Milli dövlətçilik ideyası - milli maraqların təminatı
kimi
..........................................................................130
Nəticə .....................................................................................161
Əlavələr
...............................................................................166
Резюме
................................................................................170
Summary ................................................................................172
Kitaba verilən rəylər................................................................. 173
3
Bu kitabı görkəmli alim, qayğıkeş itısan, unudulmaz müəllimim,
professor Q Ə M Ə R ŞA H C A VADO VUN
əziz
xatirəsinə ithaf edirəm________________
G İR İŞ
«Biz Azərbaycan deyəndə onun sərvətini, onun
gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün
bunlarla yanaşı respublikanın ən başlıca sər
vətlərindən biri, bəlkə də ən başlıca sərvəti qə
dimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz
həyatını bu torpağa bağlayan, müxtəlif millət
lərdən olan, müxtəlif dinlərə etiqad edən
adamlardır. Ölkə nə qədər çox xalqı birləşdir
sə, bir o qədər çox zəngin olar.»
Heydər Əliyev
Təqdim etdiyimiz monoqrafiiyada milli-etnik proseslərin
mahiyyəti, Azərbaycanda bu proseslərin xüsusiyyətləri və
onların tənzimlənməsi istiqamətində aparılan siyasət, bu
sahədəki problemlər elmi şəkildə təhlil olunur.
Müasir dövr
iqtisadi
ziddiyyətlərlə,
sinfi
və
milli
qarşıdurmalarla, siyasi-mənəvi problemlərin kəskinləşməsi ilə
xarakterizə olunur.
Müasir dövrün qlobal problemləri
içərisində etnik proseslər xüsusilə seçilir. Çünki dövrün sosial-
siyasi ziddiyyətlərinin ən ağır yükünü də məhz onun
mərkəzində dayanan müxtəlif millətlər, xalqlar və etnoslar
çəkməli olurlar.
Problemin aktuallığını doğuran başlıca səbəblərdən biri
budur ki, keçmiş SSRİ-də və eləcə də Azərbaycan SSR-də etnik
proseslərin öyrənilməsinə lazımi diqqət yetirilməmiş, bu
proseslər elmin müstəqil bir problemi kimi deyil, əsasən sosial-
4
tdü a s ir şəraitdə Azərbaycanda m illi-e tn ik proseslər
sinlı pıoblemlərin tərkib hissəsi kimi nəzərdən keçirilmişdir. Bu
da milli məsələlərin həlli sahəsində bir sııa nöqsanlara yol
verilməsinə səbəb olmuşdur.
Tədqiqat işinin aktuallığı bir də ondan irəli gəlir ki, keçmiş
SSRİ əıazisində və dünyanın bir sıra regionlarında etnik
münaqişələrin
kəskinləşdiyi,
bu
münaqişə
zəminində
milyonlarla insanın evsiz-eşiksiz qaldığı, məcburi köçkün və
qaçqın vəziyyətinə düşdüyü, insanların milli əlamətə görə bir-
birini öldürdüyü və bir-birinə düşmən kəsildiyi hazırkı şəraitdə
millətlərarası
münasibətlərin
öyrənilməsinə
maraq
xeyli
artmışdır. Təcrübə göstərir ki, etnosiyasi problemlərin dərindən
elmi şəkildə öyrənilməməsi, onların psixoloji, sosioloji,
politoloji cəhətdən qarşılıqlı əlaqələrinin aşkara çıxarılmaması
millətlərarası münasibətlərin çox mürəkkəb daxili və xarici
ziddiyyətlərinin hələ də dərindən açıqlanmamasına səbəb
olmuşdur.
Deməli, bu problemlərin kompleks şəkildə öyrənilməsi,
oııLııııı vaxtında həll edilməsi və düşünülmüş milli siyasətin
həyata keçirilməsi nəticəsində milli ziddiyyətlər kəskin xarakter
almaya bilər.
Dünyanın bir sıra regionlarında və eləcə də keçmiş SSRİ
məkanında bu kimi ziddiyyətlərin özünü qabarıq şəkildə
göstərməsi bir sıra obyektiv və subyektiv amillərlə bağlıdır.
Fıkıiınizeə,
cəmiyyətin demokratik
ənənələrinin,
siyasi
mədəniyyətinin
aşağı
olması
və vətəndaş
cəmiyyəti
təşkilatlarının zəif fəaliyyəti və digər amillər buraya daxildir.
M övzunun aktuallığını şərtləndirən amillərdən bin də
budur ki, m illətlərarası m ünasibətləri, bu sahədə m eydana
çıxan
problem ləri
öyrənm ədən
onların
həll
edilməsinə
S
İbrah im A ğayev
məqsədyönlü təsir göstərmək qeyri-mümkündür. Bu cəhətdən
cəmiyyətdə
etnosiyasi
proseslərin
diqqətlə
öyrənilməsi,
demokratik inkişaf yolu tutmuş Azərbaycan Respublikasında
bu sahədə mövcud vəziyyətin araşdırılması çox zəruridir.
Tədqiqat işinin aktuallığı bir də onunla əlamətdardır ki,
çoxmillətli
respublika
kimi
Azərbaycanda
millətlərarası
münasibətlər sahəsində həyata keçirilən siyasətin diqqətlə
öyrənilməsi, habelə ondan çıxarılan nəticələr ölkədə etnik
proseslərin tənzimlənməsində faydalı ola bilər.
Azərbaycan
qədim
zamanlardan
müxtəlif etnosların
yaşadığı ərazilərdən sayılır. XIX və XX əsrlərdə də Azərbaycan
özünün polietnik mənzərəsini qoruyub saxlamışdır. Elmi
baxımdan öyrənilməsi, tədqiq edilməsi son dərəcə vacib olan
Azərbaycanda milli-etnik proseslərin araşdırılmasına XIX
əsrdə ilk təşəbbüslər olmuşdur. Həmin vaxtdan başlayaraq rus
alimləri Azərbaycanda milli-etnik proseslərə aid xeyli tədqiqat
aparmışlar. Bu dövrdə aparılan tədqiqatların böyük əksəriyyəti
tarixi aspektdə olmuş, həmin vaxt çap olunmuş əsərlər təkcə öz
dövrü üçün deyil, həm də bu gün Azərbaycanda etnosiyasi
proseslərin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb
edir.
Azərbaycanın etnik tərkibi haqqında bəzi məlumatlara
M.H.Vəliyevin (Baharlının) “Azərbaycan” əsərində də rast
gəlinir, lakin burada da həmçinin yalnız tarixi məlumatlar
verilmişdir1.
1923-cü ildə yaradılmış «Azərbaycanı Tədqiq və Tətəbbö
cəmiyyəti»nin təşəbbüsü ilə Azərbaycanın ayrı-ayrı azsaylı
1 Vəliyev (Baharlı) M.H. Azərbaycan. Bakı: Azərbaycan, 1993, 192 s.
6
M üasir seraitdə Azərbaycanda m illi-etnik proseslər
etnosları tarixi-etnoqrafık baxımdan öyrənilmiş, xüsusilə XX
əsrin 20-40-cı illərində bu sahədə xeyli işlər görülmüşdür. Belə
ki, B.V.Miller, Q.F.Çursin, A.N.Qenko, N.Q.Volkova və
başqalarının yazdıqları elmi əsərlər, məqalələr bu baxımdan öz
elmi əhəmiyyətini bu gün də saxlamaqdadır. Milli-etnik
proseslərin öyrənilməsində bu tədqiqatların özünəməxsus
əhəmiyyətinin olmasına baxmayaraq, bu alimlər də həmçinin
öz tədqiqatlarını tarixi aspektdə aparmışlar.2
Son 50 il ərzində Azərbaycanda yaşayan müxtəlif etnosların
tarixi, dili, məişəti, təsərrüfat həyatı rus və Azərbaycan alimləri
tərəfindən tədqiq olunmuşdur. Onlar öz tədqiqatlarında yeri
gəldikcə milli-etnik proseslərə də toxunmuş, bu etnoslann
ictimai həyatdakı rollarını düzgün və obyektiv təsvir etmişlər
Belə ki, Y.D.Deşeriyev, Ş.M.Sədiyev, A.L.Qryunberq, Ə.Ə.İz-
mayılova,
V.Z.Piriyev,
Q.C.Cavadov,
R. Ə. Hüseynov,
N.A.İbrahimov və başqaları Azərbaycanda yaşayan müxtəlif
etnoslar haqqında maraqlı tədqiqat əsərləri yazıb çap
etdirmişlər.3
2 Миллер Б.В. Таты, их расселение и говоры. Баку, Издание Общества Об
следования и Изучения Азербайджана, 1929, 44с; Чурсин Г.Ф. Азербай
джанские курды // Известия Кавказского историко-археологического ин
ститута в Тифлисе. ТЛИ. Тифлис: 1925; Генко А.Н. Сообщение о резуль
тате
поездки
в
Хиналуг //
Бюллетень
Кавказского
историко-
археологического института в Тифлисе. Тифлис: 1928 № 1-3, 13 с.; Вол
кова К.Г. Хиналыг // Кавказский этнографический сборник. VII. М.:
1980,221с.
3 Дещериев Ю.Д. Грамматика хиналугского языка. М.: Издательство АН
СССР, 1959, 223 с.; Садиев Ш.М. Опыт исследования крызского языка
(Автореферат докторской диссертации), Баку: 1972, 32 с.; Грюнберг А.Г
Язык северо-азербайджанских татов. Л.: Издательство АН СССР, 1963,
212 с.; Измаилова А.А. Социалистические преобразования хозяйства,
культуры и быта талышей: Автореф. канд. Диссертации. М.: 1964, 26 с.;
П
İbrahim A ğayev
Sovet dövründə vaxtilə milli münasibətlərlə bağlı bir sıra
maraqlı tədqiqat işləri aparılmışdır. Lakin bu tədqiqatlar
şübhəsiz ki, sovet milli siyasətinin təsiri altında yazılmışlar. Bu
gün həmin tədqiqatlar cəmiyyətdə gedən etnosiyasi prosesləri,
millətlərarası münasibətləri obyektiv əks etdirmirlər.
Bununla yanaşı, milli siyasət və milli münasibətlər sahəsində
aparılan bu tədqiqatların üzərindən tam xətt çəkmək düzgün
olmazdı. Bu tədqiqatlarda öyrəniləsi və gündəlik fəaliyyətdə
nəzərə alınası bir çox problemlər bu gün də əhəmiyyətini
saxlamaqdadır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra R.Mehdiyev,
Ə.Daşdəmirov,
V.Abdullayev,
Ə.Tağıyev,
M.Şükürov,
H.Orucov, V.Həbiboğlu, İ.Cəfərzadə, V.Arzumanlı, S.Xəlilov
və bir çox başqaları milli siyasət, milli münasibətlər və
etnosiyasi
proseslərin inkişafı ilə bağlı
tədqiqat işləri
aparmışlar.4
Buduqlu (Piriyev) V. Buduq və buduqlular. Bakı: Sabah, 1994, 137s.; Ca
vadov Q.C., Hüseynov R.Ə. Udilər (Tarixi-etnoqrafik tədqiqat). Bakı:
Azərbaycan nəşriyyatı, 1996, 240s.; Ибрагимов H.A. Немецкие страницы
истории Азербайджана. Баку: Азербайджан, 1995, 200 с.
4 Мехтиев Р.А. Межнациональные отношения на исходе XX столетия:
проблемы теории и политики.Баку: Азернешр, 1995, 222 с.; Mehdiyev
R.Ə. Azərbaycan: Qloballaşma dövrünün tələbləri. Bakı: XXI-Yeni Nəşr
lər Evi,2005, 464 s.; Дашдамиров А.Ф. Национальная идея и этничность.
Баку: Азернешр, 2001, 154 с.; Orucov H. Heydər Əliyev və Azərbaycanda
milli siyasət. Bakı: Şərq-Qərb, 2001, 160 s.; Abdullayev V.İ. Millət ideyası:
Siyasi aspekt. Bakı: Təbib, 1998, 43 s.; Tağıyev Ə.M., Şükürov M.A. Et-
nopolitologiya. Bakı: Elm, 2000, 165 s.; Мехтиев Р.А. Межнациональные
отношения: Анализ проблем и поиск решений. Баку: Азернешр, 1992,
260с.; Həbiboğlu V.H. Heydər Əliyev və milli siyasətimizin inkişaf istiqa
mətləri // Dövlət idarəçiliyi: Nəzəriyyə və təcrübə, 2003 № 2, s.96-117.; Cə
fərzadə İ. Millətlərin müqəddərat hüquqlarının ekstremist yozumu. Azər
baycan XXI əsrin astanasında // elmi praktik konfransın materialları).
8
Azərbaycanda milli-etnik proseslərin öyrənilməsi istiqa
mətində tədqiqat işinin aparılması zamanı, ölkə miqyasında
müstəqil respublikanın həyata keçirdiyi milli siyasətin inkişaf
xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Dünyanın əksər
ölkələrində olduğu kimi Azərbaycanda da uzun müddət milli
siyasət lazımi səviyyədə aparılmamışdır. Bəzən milli siyasət
dedikdə Azərbaycanda millətlərarası münasibətlərin məqsəd
yönlü şəkildə tənzimlənməsi başa düşülür. Halbuki milli siyasət
millətlərarası münasibətlərin tənzimlənməsi siyasəti anla
yışından çox-çox genişdir. Bu cəhətdən «Heydər Əliyev və
Azərbaycanda milli siyasət» kitabının müəllifi, Azərbaycan
Respublikasında Milli Siyasət Məsələləri üzrə dövlət müşaviri
Hidayət Orucov ölkəmizdə müstəqillik şəraitində həyata
keçirilən milli siyasətin mahiyyətini çox gözəl açmış, bu sahədə
dövlətin düşünülmüş və ardıcıl siyasi kursunun həyata
keçirilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin rolunu
faktiki
materiallara
istinad
edərək
göstərmişdir5 *
*
*
.
Tanınmış
filosof,
professor
Ramiz
Mehdiyevin
«Millətlərarası münasibətlər: problemin təhlili və həlli axtarışı»
monoqrafiyası da tədqiq olunan mövzu baxımından xüsusi
maraq doğurur. Burada müəllif Azərbaycanda keçmiş sovet
Bakı: «Şərq-Qərb», 1997, 842 s.; Арзуманлы В.M. Об изучении и научной
разработке
проблем
малочисленных
народов
Азербайджанской
Республики и ее национальной политики // Елтуран, 1997, № 1-2, с.58-
63.; Xəlilov S. Lider, dövlət, cəmiyyət. Bakı: «Azərbaycan universiteti»
nəşriyyatı: 2000, 358 s.
' Orucov H. Heydər Əliyev və Azərbaycanda milli siyasət. Bakı: Şərq-Qərb.
2001, 160 s.; Orucov H. Azərbaycanda millətlərarsı münasibətlərin inkişa
fı və möhkəmləndirilməsində Heydər Əliyevin rolu // Dövlət müdriklik
məktəbi. DİA. Bakı, 2000, s.46-53.
________________________
M üa sir şəraitdə Azerbaycanda m illi-e tn ik p ro seslər
9
İbrahim Ağayev
rejimi şəraitində millətlərarası münasibətlər sahəsində real
vəziyyəti,
buraxılmış
qüsurları
təhlil
etmiş,
xüsusilə
müstəqilliyimizin əldə olunması ərəfəsində ölkəmizdə bu
istiqamətdə görülən işlərdən bəhs etmişdir. Müəllif bu
problemin təhlilində maraqlı və respublikamızda həyata
keçirilməsi vacib olan nəticələrə gəlmişdir6.
Professor R.Mehdiyevin
«XX
yüzilliyin
sonlarında
millətlərarası münasibətlər: nəzəriyyə və siyasət problemləri»
monoqrafiyası da mövzunun işlənməsi baxımından böyük
maraq doğurur. Kitabda postsovet məkanında milii sahədə baş
verən hadisələrlə əlaqədar olaraq millətlərarası münasibətlərin
nəzəriyyə və siyasət məsələləri nəzərdən keçirilmişdir7
Akademik Ə.Daşdəmirovun 2001-ci ildə nəşr etdirdiyi
«Milli ideya və etniklik» monoqrafiyası da həmçinin mövzunun
tədqiqi baxımından böyük maraq doğurur. Bu t)dqiqatın
əhəmiyyəti ondadır ki, müəllif 80-ci illərin sonu və 90 cı illərin
əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi h disələri
məhz etnosiyasi mövqedən təhlil etmişdir. Burada milli ideya və
milli-etnik proseslərin qarşılıqlı təsiri məsələsinə geniş yer
verilmişdir8.
Milli siyasət, millətlərarası münasibətlər, eləcə də etnosiyasi
proseslərin tədqiqində fəlsəfə elmləri doktoru, processor
Əlikram Tağıyevin də əsərləri maraq doğurur. Onun «Etnik
siyasət» adlı kitabında etnoslar və millətlər, etnonilli
<> Мехтиев P.A. Межнациональные отношения: Анализ проблем и по ск
решений. Баку: Азернешр, 1992, 260с.
7 Мехтиев Р.А. Межнациональные отношения на исходе XX столетия: пр >•
блемы теории и политики.Баку: Азернешр, 1995,222 с.
* Дашдамиров А.Ф. Национальная идея и этничность. Баку: Азернеиц
2001, 154 с.
1 0
I
problemlər, etnik konfliktlər və onların aradan qaldırılması
yolları haqqında söhbət açılır. Təəssüf ki, müəllif bu
problemləri ümumi nəzəri şəkildə təhlil edir, Azərbaycan
gerçəkliyi şəraitində etnik proseslərin araşdırılmasını qarşısına
məqsəd qoymur9.
Professor Ə.M.Tağıyevin «Milli ideya və milli ideologiya:
problemlər və onların şərhi» adlı monoqrafiyasında isə
ideologiya anlayışı, milli ideya problemi, milli hərəkatlar və
onların genezisi, milli ideya və onun aprobasiyası və s.
məsələlərlə yanaşı etnoslararası münasibətlərin xarakterinin
təhlilinə də müəyyən yer ayrılmışdır10.
Mövzunun tədqiqi baxımından prof.
Ə.M.Tağıyevin
M.A.Şükürovla birgə yazdıqları «İki əsrin qovşağında
Azərbaycan:
milli
və
millətlərarası
problemlərin
həlli
yollarında» monoqrafiyasını da qeyd etməliyik. Burada milli-
etnik ziddiyyətlərin qlobal və regional aspektləri və s.
problemlər nəzərdən keçirilmiş, etnik millətin siyasi millətə
doğru inkişafı xüsusiyyətləri tədqiq olunmuşdur11.
Təqdim
olunan
monoqrafiyanın
tədqiqat
obyekti
baxımından N.F.Şirinovanın yazdığı «Etnik birliklər və onların
sosial fəlsəfi təhlili» adlı namizədlik dissertasiyası da az maraq
doğurmur. Burada müəllif milli-etnik birliklərin hüquqi dövlətə
və vətəndaş cəmiyyətinə keçid mərhələsində sosial inkişaf
problemlərindən,
polietnik
cəmiyyətdə
və
o
cümlədən
________________________
M üasir şəraitdə Azerbaycanda m illi-e tn ik pro sesi ar
7Tağıyev Ə.M. Etnik siyasət. Bakı: İnam plüralizm mərkəzi, 1997, 28 s.
'“Tağıyev Ə.M. Milli ideya və milli ideologiya. Bakı: Təbib, 2000.
11 Tağıyev Ə.M..Şükürov M.A. İki əsrin qovşağında Azərbaycan: milli və
millətlərarası problemlərin həlli yollarında. Bakı: «Adiloğlu» nəşriyvaiı.
2004, 194 s.
11
Azərbaycan gerçəkliyi şəraitində onların yeri və rolu haqqında
söhbət açır13.
Göründüyü
kimi,
tədqiqat
problemi
qeyd
olunan
aspektlərdən
öyrənilsə
də,
bütövlükdə
bu
mövzu
respublikamızda
xüsusi
qaydada
tədqiq
olunmamışdır.
Azərbaycan alimləri tərəfindən bu mövzu tam halında
işlənilməmiş, onun bəzi tərəfləri tədqiq olunmuşdur.
Şübhəsiz ki, bütövlükdə belə bir problemin kompleks
şəkildə tədqiqi, elmi-nəzəri baxımdan araşdırılması bir
monoqrafiyanın imkanı xaricindədir. Ölkəmizin müstəqil
dövlət kimi formalaşması, demokratik hüquqi dövlət və
vətəndaş cəmiyyətinin yaradılması sahəsində qazandığımız
mühüm nailiyyətlər bir daha Azərbaycan tədqiqatçılarından
tələb edir ki, müasir şəraitdə respublikamızda milli-etnik
proseslərin öyrənilməsinə öz diqqətlərini daha da artırsınlar.
Monoqrafiyada qarşıya qoyulan əsas məqsəd müasir
Azərbaycan cəmiyyətində milli-etnik proseslərin xüsusiy
yətlərinin, milli azlıqların və azsaylı xalqların inkişafının sosial
dinamikasının, bu proseslərin tənzimlənməsinin siyasi-hüquqi
aspektlərinin tədqiq edilməsindən ibarətdir. Bunun üçün
aşağıdakı vəzifələr irəli sürülmüşdür:
- etnosiyasi proseslərin mahiyyətinin öyrənilməsi;
- müasir Azərbaycan cəmiyyətində baş verən etnosiyasi
proseslərin əsas mahiyyətinin və məzmununun təhlili;
- Azərbaycan Respublikasında yaşayan azsaylı xalqların,
milli azlıqların və etnik qrupların sosial-siyasi inkişaf
dinamikasının öyrənilməsi;
İb ra h im A ğayev
__________________________________________________________
Поделитесь с Вашими друзьями: |