mübadiləsi həyata keçirilib.
MEK-də formalaşmış müasir təcrübənin tək kitabxanaçılıq sahəsində
deyil, informasiya texnologiyaları sahəsində də tətbiq imkanları akademik müəssisələrin rəhbərləri
tərəfindən qiymətləndirilmişdir. MEK-ə ünvanlanmış müraciətə əsasən adı çəkilən sahələrdə təhsil
alan tələbələr, AMEA institutlarının kitabxana rəhbərləri və elmi işçilər üçün müxtəlif mövzularda
təlim və təcrübə proqramı həyata keçirilmişdir. Əgər ilk mərhələdə tələbələr ilə təcrübə işinin əsas
sahəsi MEK-in köçürülməsi zamanı kitabların üzərinə barkodların və e-çiplərin vurulması, siyahıya
alınması, qablaşdırılması idisə, hazırda təcrübə proqramında “VİS-LİB” daxil olan resursların email
modulları üzərində təcrübə, “Müasir rəqəmsallaşdırma”, “Elmi-intellektual bazanın yaradılması”,
“Vikipediya”, “Vahid Qeydiyyat Sistemi” kimi mövzular daxil edilib. Təlim və məşğələlərin əsas
fərqi real rejimdə olması, iş yerlərində təcrübənin keçirilməsi, təlimdən sonrakı nəzarət, təlim
iştirakçılarının elmi sahələrinə uyğun çalışmalar və sərbəst elektron resurslarda real yerləşdirmələrin
olmasıdır.
MEK tərəfindən AMEA-nın 21 institutunun əməkdaşlarına hər institut ilə 1 həftəlik təlim proqramı
keçmək şərtilə (cəmi 140 iştirakçı) “Vikipediya” mövzusunda təlim keçirilmişdir. AMEA-nın 15
müəssisəsinin kitabxana və ya fond rəhbərlərinə ayrı-ayrılıqda (cəmi 236 iştirakçı) “Vahid
6
Qeydiyyat Sistemi” mövzusunda təlim keçirilmişdir. Bütün mövzular üzrə 646 nəfər iştirak etməklə
63 təlim keçirilmişdir.
Dostları ilə paylaş: |