Diplomatik missiyaların nümayəndələri və beynəlxalq təşkilatlar ilə görüşlər
dillərə tərcümə olunmuş aforizmlərinin “Kəlamlar” adlı video-təqdimatı hazırlanıb, MEK-in
oxucular tərəfdən girişində videodivarda nümayiş etdirilir; kitabxana xidmətləri ikinövbəli rejimdə
təqdim olunub; bayram günlərində də oxu zalları oxucuların istifadəsinə verilir; kitabxana
xidmətlərindən aktiv istifadə edən və kitabxana həyatında fəal iştirak edən oxucular kitab
hədiyyələri ilə fərqləndirilir; yeni daxil olan kitablar barəsində məlumat dərhal saytda yerləşdirilir və
12
daim yenilənir; müəssisə və təşkilatlara hədiyyə üçün ayrılan kitabların siyahısı sayta yerləşdirilir və
daim
yenilənir; Akademiklərin zalında Azərbaycan Respublikasında akkreditə olunmuş və
Azərbaycan Respublikasının xarici ölkələrdə çalışan diplomatik missiyalarının güşələri yaradılıb və
yeni sənədlərlə zənginləşdirilir; istifadəçilər auditoriyasından könüllü tərəfdaşlar – vikipediyaçılar
formalaşdırılıb; xarici kitabxanalardan MEK istifadəçilərinin sorğusuna əsasən beynəlxalq mübadilə
nəticəsində sənədlər əldə edilir və istifadəçilərə çatdırılır.
ÇƏTİNLİKLƏR
1. MEK köçmə prosesini nəzərdə tutulan 2 il müddətinə yox, cəmi 7 aya başa çatdırmış, bu
səbəbdən
kataloqların nizamlanması kitabxana xidmətlərinin göstərilməsinə paralel olaraq
aparılmışdır, bu isə öz növbəsində, xidmətlərin göstərilməsi zamanı oxucu sifarişlərinin
araşdırılması və cavablandırılması prosesini ləngidir.
2.MEK-də informasiya mənbələrinin mühafizəsi çiplənmiş kitab və jurnallar, yaddaşına “kitab borcu
var” qeydi olan RFİD-kartlara açılmayan eyni tezlikdə çalışan elektron qapılar, informasiya
sənədlərinin yalnız MEK ərazisində istifadəsinin mümkünlüyü, müşahidə kameraları, self-çek
avadanlığı vasitəsilə həyata keçirilir. Lakin, proqram və avadanlıq təminatının çatışmazlığı mühafizə
işinin sistem şəklində qurulmasına maneə yaradır.
3.Brayel əlifbası və audio disklərin olmasına baxmayaraq, görmə qabiliyyəti zəif olan insanlar üçün
xidmətlər hələ ki avadanlığın çatışmazlığı səbəbindən tam həcmdə göstərilə bilmir.
4. “Borclu oxucuların veto siyahısı”nın və müvafiq
prosedurların
olmasına
baxmayaraq,
istifadəçilər
tərəfindən 2014-cü ilə qədər götürülmüş əksər
sənədlərin
heç
də
hamısı
kitabxanaya
təhvil
verilməmişdir. Bu, öz növbəsində cavablandırılmamış
sorğuların siyahısını açıq saxlayır.
5. Vikipediya üzrə təlimdən sonra iştirakçıların Vikipediyadakı istifadəçi adlarını (hesab ünvanları)
dəyişməsi, öz istifadəçi səhifəsini silməsi və yaxud Vikipediyadakı “Fəaliyyətim” bölməsində
yaratdığı məqalələrin adlarını qeyd etməməsi səbəbindən hər iştirakçının fəaliyyətini qeydə almaq
və təlimlərin effektivliyini tam şəkildə müşahidə etməyə imkan vermir.
Dostları ilə paylaş: